» » Sən Qalib gələcəksən

Sən Qalib gələcəksən

Müəllif: Anaveusaq.az от 2-06-2020, 15:32

Sən Qalib gələcəksən

Bu gün məktəblisindən tutmuş tələbəsinə kimi, uşağından tutmuş ixtiyar qocasına kimi, adi qapıçısından tutmuş aliminə kimi hər kəsi düşündürən, ağlından, xəyalından getməyən bir həsrət var - Qarabağ həsrəti. Həsrət boyumuzu yaman balacalaşdırdı, dilimizi qısaltdı.Amma əlimizi, gözümüzü Qarabağdan heç çəkmədik və çəkməyəcəyik də.
Bu məqsədə çatmaq üçün gecə-gündüz düşünən, çalışanlarla bərabər, sadəcə, ziddiyyətli-ziddiyyətsiz , sadəcə, fikir bildirənlər də var. Əlbəttə, hamısı da gözəldir: Qarabağ arzusu bu amal uğrunda səy göstərənlərin də, sadəcə, arzu edənlərin də ürəyindədir.
Bu həsrət o qədər uzandı ki, dəliqanlılar, bir az da cığallar (onlar da bizmdir) tapıldı. Hər dəliqanlımızdan, hər cığalımızdan bir səs, bir çağırış gəldi. Bunlar da təbiidir. Amma bütün məsuliyyət Ali Baş Komandanın üzərindədir və Ali Baş Komandan dünya düzənində təklənmiş, kikiçik istisnalarla rəğbətlə qarşılanmayan Azərbaycanı beynəlxalq güclərin əməkdaşlıq və tərəfdaşlıq etməyə maraqlı olduğu ölkəyə çevirdi.
Ordumuzu gücləndirdi, Azərbaycana əks baxış və mövqeləri xeyrimizə dəyişdirdi.

Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.

Liderlik belə olmalıdır.İndi siyasətin zor gücü ilə davamı çətin ki uğur gətirsin. Qlobal güclərin əhatəsində ancaq doğru siyasi gedişlər edənlər Qalib olacaqlar.
Alı kişi Həsən xanın mehtəri idi. O, Alı kişiyə tapşırmışdı ki, onun üçün iki xüsusi dayça gətirərsin.
Alı kişi də bu məqsədlə Qıratı və Düratı seçmişdi. Qırat və Dürat isə dəniz atları nəslindən idi.
Həsən xan bu dayçaları bəyənməmiş, dastandan bildiyimiz kimi, hörmətli qonağı olan bir paşanın təklfi ilə ələngə-üləngə adlandırdığı bu dayçaları Alı kişinin gözlərinə bərabər tutmuş, bu ixtiyar qocanın gözlərini çıxartdıraraq, əvəzində dayçaların hərəsini onun bir qoluna bağlayaraq qapısından qovmuşdu.
Alı kişi oğluna tapşırır ki, bu atları töyləyə yerləşdir, qapı-bacanı yaxşı-yaxş bağla. Xüsusilə fikir ver ki, onların üstünı heç yerdən işıq düşməsin.Gərək bu atlar qırx gün, qırx gecə gün işığı görməyələr.
Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Amma 39-cu gün səbri tükəndiyindən qapını aralayır və bu zaman Düratın üstünə işıq düşür və o qanadlarını itirir. Qırat isə ildırım kimi sürətli qara və güclü olur.
Olsun ki, kimsə bu dastanın folklor nümunəsi olduğunu deyib, onun məsələyə dəxli olmadığını desin. Amma bu dastanı bizim əcdadlarımız ərsəyə gətirmiş, onların zaman-zaman yaşayıb, dönə-dönə sınaqdan çıxartdıqları həyat həqiqətləri öz əksini bu nümunələrlə gələcək nəslə çatdırılıb.
Rövşən nə yaxşı ki hələ təkcə Düratın qapısını açıb, ona baxmaq istəyib, yoxsa hər iki atın fövqəltəbiiliyi itirilmiş olacaqdı. 39 günə dözən, soyuqqanlı, səbirli olub, 40-cı günü də gözləməli idi.
Mənim üçün Azərbaycanın bugünün gözləmə mövqeyində olması bu məsələyə çox oxşayır.Azərbaycan 39 gün gözləyib.Dövlət başçısı çox səbirlə, müdriklilklə, yeri düşəndə soyuqqanlıqla hadisələrin gedişini 40-cı günə qədər gətirib çıxarıb.
Bu gün hərbi güc nə qədər önəlidirsə, beynəlxalq siyasət, diplomatik addımlar da o qədər adekvatdır.
Cənab Ali Baş komandan bunu bacarıb və mən inanıram ki, Qarabağ məsləsi 41-ci günə qalmayacaq. 41-ci gün Qarabağ Azərbaycanın Milli Ordusunun xilasında olacaq və NİDA İŞARƏSİ!

Zəlimxan Yaqub - SƏN QALİB GƏLƏCƏKSƏN
Addımbaşı ölümlә çarpışan şirim mәnim,

Ölümsüzüm, ölmәzim, әbәdi dirim mәnim,
Gur ocaqlar yandıran ocağım, pirim mәnim,
Yüz minlәrin içindә minim yox, birim mәnim,
Allah özü dә tәkdir, baxma meydanda tәksәn,
Sәn qalib gәlәcәksәn!

Haqsızlığın içindә boğulan haqlar da var,
Sәddi keçilmәz olan ağır sınaqlar da var,
Kürәyinә sancılan qanlı bıçaqlar da var,
Əlindәn, ayağından çәkәn alçaqlar da var,
Ağrıların, dәrdlәrin olsa da dağlarla tәn,
Sәn qalib gәlәcәksәn!

Qoşqar, Kәpәz ağrıdan qamәtini әysә dә,
Halal bәrәkәtinә haram әllәr dәysә dә,
Qapını axşam-sәhәr qara yellәr döysә dә,
Bu torpaq başdan-başa qara libas geysә dә,
İşıqlı yollarını tutsa da dumanla çәn,
Sәn qalib gәlәcәksәn!

Yerlә göy sәnә qarşı silaha sarılsa da,
Müqәddәs sәrhәdlәrin min yerdәn yarılsa da,
Yeddi milyon әsgәrin yarısı qırılsa da,
Qәhrәman oğulların alnından vurulsa da,
Gülüb nahaq qanlara, olsa da düşmәnin şәn,
Sәn qalib gәlәcәksәn!

Bir gecәnin içindә ağaran saçın da var,
Suları qan axıdan Qarqar da, Xaçın da var,
Sızlayan Qarabağ da, inlәyәn Laçın da var,
Min dәfә ağır olan çәkilmәz dәrdlәr dә var,
İçimizi qurd kimi yeyәn namәrdlәr dә var.
İstiqlalın yolunda zülüm, zillәt dә çәksәn,
İstiqlala çatmağa xeyli hәsrәt dә çәksәn,
Sәn qalib gәlәcәksәn!
Sәn qalib gәlәcәksәn!
Sən Qalib gələcəksən

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
The article is very easy to understand, detailed and meticulous! I had a lot of harvest after watching this article from you! I find it interesting, your article gave me a new perspective! I have read many other articles on the same topic, but your article convinced me! fireboy and watergirl
  • Нравится
  • 0