» » Belə etiraz forması, belə tənqid üsulu yoxdur

Belə etiraz forması, belə tənqid üsulu yoxdur

Müəllif: Anaveusaq.az от 1-06-2020, 12:26

Trampın sosial media ilə davası ciddi rezonas doğurduğu məlumdur. Kim necə fikirləşir, necə dəyərləndirir özü bilər. Tramp mənim üçün rəğbətli lider deyil. Bu da tamam başqa bir mövzu. Amma bu mövqeyini qəbul etməmək olmur.
Fikir, şəxsiyyət azadlığı adı ilə kütləvi informasiya vasitələri, televiziya elə bir vəziyyətə gəlib çatıb ki, artıq bu azadlıq bütün dəyərli olanların əksinə işləyir. Portuqaliyalı futbolçu Ronaldonun macəra həyatı bu gün cəmiyyətdə heç də məşhur futbolçu adının yaratdığı tanıtımdan geri qalmır, bəlkə də onu üstələyir. Dünyanın məşhur modelləri, aktrisaları cərgəyə düzülüblər İrina Şeyki, Corcina Rodriqezi əvəzləməyə. Və bunun da adını sevgi qoyublar. Bizim sevgi dəyərlərimiz Avropa donkixotluğu ilə çulğalaşdırılıb eybəcər hala gətirildi və bunun informasiya dəstəkçiləri də bizim mətbuat və televiziya oldu. Mətbuat, indiyə kimi bir dəfə də olsun Fərizənin özünə qəsd etməsinin səbəbləri haqqında müzakirə açmadı. Amma məşhur idmançıların, şou-biznes nümayəndələrinin eyş-işrət macəralarına
sevgi donu biçməklə mətbuat və televiziya (xüsusən internet resursları) açıq-aşkar sevgi və ailə dəyərlərini
abırsızlaşdırdılar.
Minval.info digər bir sayta istinadən xəbər verir ki, "Yuventus”un hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes "Women’s Health” jurnalının Portuqaliya nəşrinin üz qabığına çəkilib.
Corcina jurnala ağ rəngli alt paltarında fotolarını təqdim edib və şəkillərə "Həyat tərzimlə bağlı olan jurnalın ilk üz qabığı” sözlərini yazıb. İzləyicilər Ronaldonun sevgilisinin bədən quruluşuna tərif dolu sözlər yazıblar.
Biz gözümüzü o mühitdə, o ədəb-ərkan qaydalarının əhatəsində açdıq ki, o ədəb-ərkanı gördük ki, qadın geyimləri görünən yerdə olmadı, hətta öz evində, öz həyət-bacasında. Bunlar alt paltarda çəkil çəkdirib manşetlərdə tirajlayırlar. Adam sevgili dediyi məxluqun belə şıltaqlığını necə qəbul edir?
Belə nümunələrlə hansı qadın ülviyyətindən, etibarlı, dayanıqlı ailədən danışmaq olar.

Belə etiraz forması, belə tənqid üsulu yoxdur

"Məşhur futbolçunun sevgilisi canlı yayımda elə etiraflar etdi ki... – FOTOLAR” adlı daha bir əcaib yazı.
Fanat.az "Real"ın futbolçusu İskonun sevgilisi aktrisa Sara Salamo şəxsi həyatları ilə bağlı açıqlama verib. Sara televiziya proqramında yataq sirlərindən danışıb:

"Normal şərtlərdə aktiv və rəqabətcil cinsi həyatımız var. Yaxın zamanda uşağımız oldu və artıq işlərimiz daha çoxdu. Amma biz hər zaman aktivik. 10 aylıq uşağımıza rəğmən artıq köhnə günlərimizə dönmüşük və bir-birimizə zaman ayıra bilirik….”
Belə nümunələri oxuyan qadın, qız ailədə azacıq söz-sözə gələndə, istər-istəməz İrina Şeyklərə, Corcinalara, Saralara "küsənir” . Bizim əxlaqda qadın öz halal əri ilə özəl həyata ayrılanda ət töküb, həyadan sobadan çıxmış dəmir kimi qızarıb. Amma bunlar da belə hiss yox, əksinə, özləri buna stimul verirlər.

Belə etiraz forması, belə tənqid üsulu yoxdur

Bu cürə xəbərləri, şəkilləri paylaşan mətbu vasitələr ciddi qınağa layiqdir və senzura mütləq yenidən bərpa olunmalıdır.
Azadlıq bu gün qarşılaşdığımız və insanları haqlı olaraq narahat edən sərhədsiz azadlıq demək deyil.
Demokratiya insanların sivil münasibətlərini tənzimləyən edən kriteriyadır. Başqa sözlə, elə sivil münasibətlərin özü demokratiyanı formalaşdırır. Bu zaman insanlar ölçü kimi qəbul edilmiş norma, hədd və qaydaların şüurlu daşyıcıları olurlar. Demokratiya , təbii ki, hər bir şəxsə böyük azadlıqlar verir, amma bu hüquqlar cəmiyyət tərəfindən qəbul edilmiş norma, hədd və qaydaların Orta xəttini keçməməlidir. Amma təəssüf ki, keçir. Çox insanlar bunu öz anladığı kimi qəbul edir və cür də hərəkət edirlər.
İnsanlar bütün bunların cəmiyyətdə nümunəsini görməlidirlər. Ədəbiyyat, sənət, mətbuat və televiziya xəbərçilik və maaarifləndiricilik missiyaları ilə bu vəzifəni layiqincə yerinə yetirə bilmirlər. Birbaşa bu işə cavabdeh olan təkilat və şəxslər aradabir müəyyən münasibət bildirsələr də, vəziyyəti ciddi səviyyəyə gətirən məsul şəxs və ya təşkilatlarla üz-üzə gəlmək istəməmişlər. Hansı mətbuatda ki hansı televiziya və informasiya agentliyində ki bayağı yazılar, fotasessiyalar, məzmunsuz şou verilişləri təqdim olunur, keçmiş sovet dönəmində bunlar, birmənalı olaraq reallaşa bilməzdi. Bunu edən jurnalist, redaktor, diktor, veriliş aparıcııs bir gün işləyə bilməzdi. Onda belə çıxır ki, bu rəsmi çəkildə deyilməyibsə də, qulaqlara pıçıldanıb ki, şou təfəkkürünə, şou əxlaqına üstünlük verin. Biz öz saytımızda bu mövzuda silsilə yazılar vermişik. Görkəmli ziyalılarımız var , onlar da müxtəlif vaxtlarda bu mövzuda çıxış ediblər. Amma zərrəcə dəyişiklik yoxdur. Mövcud dəst-xətt isə getdikcə daha da dərinləşməkdədir.
Qəzetin, televiziyanın, sənətin, ədəbiyyatın əxz edilməli bir nümunəsi olmalıdır. Bizim televizyanın, informasiya agentliklərinin əxz etdikləri təsirlər informasiya çatdırmaq deyil, maarifləndirmək məqsədinə deyil, əks tərəflər arasındakı pərdəni, məsafəni götüməyə xidmət edir.
Hələ Youtube kanallarında paylaşılan tərbiyəsiz, heç bir əndazəyə sığmayan süjetləri, xəbərləri demirəm. Belə etiraz forması, tənqud üsulu yoxdur. Əgər bu adamlar cəmiyyətə bu qədər hörmətsizlik edirlərsə, ölkəmizi, xalqımızı informasiya məkanlarında bu cürə aşağılayırlarsa, hökmən məhdudlaşdırıcı tədbirlər görülməlidir. Tənqidin yox, abırsızlığın qarşısı hökmən qanun yolu ilə alınmalıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
An article worth noting and should be learned. Thank you for providing this great information. paper io 2
  • Нравится
  • 0