» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XII yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XII yazı)

 
 
Əgər mənə uçmağı öyrədə bilmirsənsə, mahnı oxumağı öyrət.
 
 J. M. Barrie
 

Bu yaxınlarda dəyərli bir  ziyalı dostumuz " feysbuk statusunda yazmışdı ki, cəmiyyət Moşu və Söylü sarıdan korluq çəkmir”.

Moşu da, Söylü də qrotesk ( fransızca gülünc, məzhəkəli)film qəhrəmanlarıdır.    Ədəbi  əsərlərin, həmçinin  film və teatrların ədəbi qəhrəmanları  o vaxt meydana çıxır ki,  bu qəhrəmanları səciyyələndirən cəhətlər kütləviləşir. Müəllif də  həmin obrazların  şəxsində  bu meyilləri islah etməyə çalışır. Müsbət  meyillərdirsə, bunu insanlara təlqin edir.

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XII yazı)

 

 Moşu  və Söylünün yer aldığı  filmdə  hadisələr bəxt  üzüyünün itməsi əhvalatı üzərində   qurulub.   Əslində,  qadın, ailə səadəti bəxt  üzüyünün olmasında  deyil.Lap  bəxt üzüyünü   mücrüyə, sonra  balaca sandığa,  onları da  daha  böyük sandığa qoyub, ağzını kilidləyib, üstünə bir  çeçim də  sərib otur üstündə,  gözdən də qoyma.  Onda  səadət bərqərar olurmu?  Nə vaxtsa social şəbəkələrin hansındasa rast gəmişdim bu misralar:


Üzük bağlamaz,

İnsanı insana, kişini  qadına.

Üzük, sadəcə, simvol,

Sevgi adına,eşq  adına.

 

Üzüklə bağlanmaz,

İnsan insana, kişi  qadına.

Üzük, sadəcə, simvol ,

Sədaqətə,saygıya,ayrılmamağa...


Səadət, xoşbəxtlik isə  tamam başqa anlayışlardır. Bunu isə  Moşu bilmir, elə ətrafındakılar da bilmir. Ona görə də Moşu xoşbəxtlik sözünün qafiyəsini tapa bilmir.  

 Xoşbəxtlyin özünə   qovuşanlar isə xoşbəxtliyə  qafiyə axtarmaz, onu  yaşayarlar.

Bunun üçün insanlar  həyatın, yaranışlarının mənasını dərk etməlidirlər. İnsanlar ətrafdakı  insanlara,  ünsiyyətdə olduqları adamlara laqeyd və biganə olmamalıdırlar. Hər  zaman sevgi və səmimiyyət  paylaşmaq lazımdır. Sevgi paylaşdıqca   bərəkətli olur.

 "Bəxt üzüyü ” tamaşaçıda komik hisslər yaratsa da, tragikomik  məqamları ilə insanı dərindən düşündürür.

 Görkəmli şairimiz B.Vahabzadənin  dediyi kimi, nədən:


…Göyləri, yerləri dərk edən insan

Bəs niyə özünü çətin dərk edir?


Nə üçün  ədbiyyatımız, musiqimiz, mətbuat və televiziyamız  insanı özünü dərk etməyə deyil, macəra həyatına, əyləncəyə  sürükləyir. Baxın da özəl kanallarda düzənlənən şou proqramlarına;  sosial şəbəkələrdə səsləndirlən musiqilərə; vaynerlərin düzüb qoşduqları şit-şit  videolara.

İzlənmə sayına görə  Youtubde ən  ön yerlərdə duran iki mahnını diqqətinizə çatdırıram:  

Necə darıxmışam

Söz/musiqi :Talıb Tale & Zeynəb Həsəni / 2020]

1 954 851 baxış 29.4. 2020-ci il

35 min- bəyənilib;  1,1 min- bəyənilməyib

 

Sevgilim bu axşam, dərdinlə sərxoşam

Fikrim qəmli sərab, səni elə anmışam

Gəlincə həsrətin boğur sevincimi

Yenə fikir ilə qəmli dayanmışam

 

Axı nələr, nələr, nələr oldu bizə

Ayrılıq sonda güc gələr oldu bizə

İnan sənə deyil bu taleyimizə

Bir azca hirslənib, özümdən çıxmışam

 

Düşünüb dönürəm o ötən günlərə

Könlüm həmdəm olub sənli fikirlərə

Əlimdə sən olan bütün şəkillərə

Bəlkədə yüz kərə, min kərə baxmışam.

Nəqarət: (2 dəfə)

Necə darıxmışam, necə darıxmışam

Biləydin sənin üçün necə darıxmışam

Sənli xəyalımdan öpüb, qucaqlayıb

Xatirələrimi köksümə sıxmışam.

 

Həyatımda hər şey düzdü qaydasındadı

Amma könlüm sənin könlünün yasında

Son zamanlar elə sevgi qarşısında

Yanan aciz olub, özüm buraxmışam

 

Düşünüb dönürəm o ötən günlərə

Könlüm həmdəm olub sənli fikirlərlə

Əlimdə sən olan bütün şəkillərə

Bəlkədə yüz kərə, min kərə baxmışam.

Nəqarət: (2 dəfə)

 

Bu da keçər

Söz/ Musiqi/ Aranjiman : Üzeyir Mehdizadə

Baxış sayı: 1 510 354

Bəyənilib - 36 min;  Bəyənilməyib -1, 4 min

 

Fəsadlı fitnələrdən keçdik,

Cox agır səhnələrdən keçdik,

Biz səninlə nələrdən keçdik.

Bu da keçər, gedər, canım,

Bu da keçər.

Bu da keçər, gedər, canım,

Bu da keçər.

 

Fikr etmə,

Bircə cox urəyini sıxma,

Qəlb sıxan tərəfə baxma,

Haqq yolun tapar, darıxma

Sən.

 

Xeyirlisi nədir onu Allah,

Bizə yetirər, o Padsah,

Bizdən uzaq olar kədər, ah

Zamanla keçər.

 

Bu qədər,

Çox üzülmə, düşmə qəmə,

Ümid eylə, fikir eləmə,

Çarəsi də yoxdur demə, Sən.

 

Əzəldən belə olubdu dünya

Qəm sonu sevincdir hətta

Qarşılıqsız olmaz əsla.


 Qeyd: Hər iki diringidə  mətnin ancaq  hərf səhvlərini təshih etdim: yəni  "e” kimi yazılmış  "ə” ləri, "i”  kimi yazılmış  "ı”ları təshih etdim. Digər qüsurlara isə toxunmadım. Bunlar  şeir deyil.  Danışıqda işlənən   sözləri  şeir formatına  salıb mahnı oxuyurlar, həm də meydan oxuyurlar.

 Saytlarda  maarifləndirici, maraqlı və actual  yazılar da var, təbii ki. Amma elə bir yazı yoxdur ki, bu diringilər qədər izlənilsin,  bəyənilsin.  

 Nəzarətsizlik olanda elə belə də olmalıdır. Bu qədər bəstəkarları, musiqişünasları, yaradıcı adamları və bu qədər də aidiyyəti qurumlar ola-ola,   belə mahnıların, onları təbliğ edən televiziya  kanalların, mətbu vasitələrin  heç bir maneəsiz  öz  fəaliyyətlərini davam etdirməsi  başqa mətləblər haqqında düşünməyə vadar edir.  Yaradıcılıq ittifaqları, Milli Məclisin Mədəniyyət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi   belə şit mahnıların,   məzmunsuz verilişlərin formalaşdırdığı auditoriyanın  fərqindədirmi?

 


  Bir bu mahnıların mətnlərinə fikir verin: nə  məzmun  var, nə də  şeiriyyət.   Musiqi də mətnin məzmununa uyğun deyil, sadəcə, melodiya ilə küskün, uğursuz  sevgililərin, vəfasızlığa tuş gələnlərin   hissləri  ilə üst-üstə düşən, bir- birini tamamlayan  məzmun və melodiya.

Axı bu musiqi və mahnı mətnlərində  dəruni hisslərdən, saf  məhəbbətdən əsər  əlamət yoxdur.  Bu mahnıların uğursuz  "lirik qəhrəmanları”     dəmbədəm göz yaşı tökür, ağlayıb-sızlayır. Bir tərəf digərinin qarşısında acizləşir, özünü  acizanə duruma salır ki, bəlkə, yumşalıb  geriyə dönə və s.   Sevgi belə olmur. Belə sevgi   xoşbəxtliyə aparmır. İldən-ilə pozulan nikahların   sayı artmaqdadır. Birlikdəliyə belə mahnılarla, əcaib serialların  yaratdığı illüziyalarla  can atdıqları üçün.

 Hələ bir bu mahnılara yazılan şərhləri oxuyun, adamın ayaqlarının altından yer qaçır.  Bu auditoriya  da bizimdir, nə fərqi var ki sənin qohumundur, mənim qohumumdur və ya dostlarımızdan kimlərin  oğlu  və ya qızıdır. Cəmiyyət onları qorumalııdr, onlar da  həyatın davam etməsi üçün cəmiyyətə sağlam ailələr  təqdim etməlidirlər.  Bu mənada məşhur filosof Konfutsi çox haqlıdr ki, bir milləti əsir etmək istəsəniz,  onun musiqisini məhv edin.   İlk yunan filosofu Fales əbəs yerə bir ölkənin musiqisini yaradanları  həmin ölkənin   qanunlarını yayadanlardan daha dəyərli hesab etmirdi.

 Musiqi insanı nəcibləşdirməli,  saflaşdırmalı, hər cürə əxlaqi və  mənəvi dəyərlərə bağlamalıdır, əza həzzinə yox.

"Bəxt  üzüyü” filminin acı  həqiqətlərini gənclərimizə sənətimiz, ədəbiyyatımız, mədəniyyətimiz təlqin etməlidir, televiziyamız və mətbuatımız isə   bu  vəzifənin ideya tribunasına  çevrilməlidir.

  Moşu Göyəzənli "xoşbəxtlik” sözünə   qafiyə tapa bilmirdi, çünki  bu adam bilmirdi ki, xoşbəxtlik nə olan şeydir, ona necə çatmaq olar. Ən zəif mahnılara qoyulan  minlərlə , milyonlarla  likelər haqqında düşünmək lazımdır. Gənclərimizi moşulaşmağa, söylüləşməyə  imkan verməməliyik.

Təəssüf ki, həmişə belə olub.  Bir  vaxtlar da   müasirlərinin sağı-solu "marallar”la  dolu idi.

O vaxtlardan nə qədər zaman keçib,   cəmiyyətin   inkişafında  böyük nailiyyətlərin qazanmışıq, XXI əsrə qlobal inkişaf əsri kimi daxil olmuşuq.  Amma   şəxsiyyətin özünün inkişafında   yeni heç nə görmədik.

Nəzərə yalnız forma dəyişikliyi ilə  müşayiət olunan  imitasiyalar gəlir. Deməli,  mahiyyət dəyişmir,    biz, sadəcə,   müxtəlif zaman  və məkanlarda qlaflarını dəyişmiş  prototipləri seyr edirik, dişsiz ədəbiyyat, dişsiz sənət özümüzü öz halımıza güldürür.  Məmmədhəsən əmilərin, Novruzəlilərin, Usta  Zeynalların  nəvələri, nəticələri     zaman-zaman       Zəhralara, Ağabalalara,  Zülümovlara,  Gülümsərovlara, Möhsünlərə,  Yastı Salmanlara,  Suğra xalalara, Əbülfəzlərə, Moşulara, Söylülərə döndü, nə döndü.  Sanki  bizim  ədəbiyyat , sənət " keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir”,  söyləyənlər, görünür, haqlı imiş…

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XII yazı)

Davamı var... 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
kkkkkkkkkkkkkkkk
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
..................................................
  • Нравится
  • 0