» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XI yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XI yazı)

 
 

Guya "Yuventus"un futbolçusu Dibala və sevgilisi,  pop ulduzu Demet Sağıroğlu,  amerikanın məşhur bəstəkarı Adam Şlezinqer, millət vəkili Feti Yıldız, İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs, modeli Aleksina Qrem,"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası  koronavirusa tutula bilməzmiş, həyatdan köçə bilməzmiş. Bu virus yayılandan    5 milyon   nəfərə yaxın şəxs virus daşıyıcısına  çevrilib, 300 min nəfərə yaxın insan isə dünyasını dəyişib. İnsanlıq üçün nə fərqi olmalıdır ki, virusa yoluxmuş və ya ölmüş  "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası və yaxud  hansısa   bir kənddə o ətrafdakı insanlardan başqa heç kimin tanımadığı  bir çobandır. Guya bu çobanın deyil, "Victoria's Secret” markasının ilk kürən saçlı modeli Aleksina Qremin virusa yoluxmasını    xəbər kimi paylaşanda  o  informasiya agentliyi  məşhur olur?

İnsanlar arasımda   həyatda da,  kütləvi informasiya vasitələrində maddi və mənəvi bərabərsizliyə son qoyulmalıdır.

 Ümumiyyətlə, bizim mətbuat üçün yazı başlığı məsələsi çox problemdir.  Oxucu diqqətini cəlb etmək  şərtdir, daha belə yox  da.


Məsələn,fanat.az saytının 10 aprel tarixli sayında "Milli üzvü gözəl sevgilisinin kimliyini karantində açıqladı ”   (Bax: https://fanat.az/az/milli-uzvu-gzel-sevgilisinin-kimliyini-karantinde-aciqladi-fotolar/) sərlövhəli   yazı paylaşılıb.

Həm ideoloji baxımdan, həm də dil baxımından qüsurlu sərlövhədir. Mətbuatda da, televiziyada da artıq bütün  ölçüləri alt-üst ediblər.  Bunların  təqdim etdiyi "gözəl"lərin, "ulduz"ların, "məşhu"rların bu keyfiyyətlərə yaxınlığı belə  yoxdur.  İkincisi, mətbuatın "sevgili" statusu da   şübhəlidir.1980-90-cı illərə qədər  "sevgili çox dəyərli, müqəddəs, səmimi bir söz idi. İndi  kiminsə  gəzdiyi qıza da, hansısa qızın xoşladığı oğlana da  "sevgili" deyirlər.  Bu münasibətlərdə ailə qurmaq   öhdəliyi olmur.  Belələri üçün gözəllik   estetik tutumlu  yox,  əza  həzzinə çulğalaşmış  anormal ölçüdür. Əsl sevənlər onsuz da   bir-birlərini  hamıdan gözəl qəbul edirlər. Əgər mətndə də söhbət  zahiri gözəlliyi önə çəkməkdən gedirsə, deməli,  bu sevgi də, sevgili də əyləncə niyyətlidir. Mətndə yazılıb ki, "Vladislav İqnatyev karantin dönəmini yeni sevgilisi ilə keçirir". Keçirsin də. Lap keçirə-keçirə birlikdə üzü küləyə  sarı getsinlər də. Bunun sənə, mənə, kiməsə nə dəxli var.  Mətbuat,  bəzi telekanallar cəmiyyətə  bunu niyə tirajlamalıdır?  Bu gün azyaşlı uşaqların  törətdiyi əməllər ciddi narahatlıq doğurur,   bu qədər özbaşınalıqların, nizamsızlıqların  əhatəsində məktəbdən, müəllimdən  sağlam məfkurəli gənclik yetirməyi  necə tələb etmək olar?!  Bəs sonra məktəbin, müəllimin üstünə necə düşürsünüz?

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XI yazı)

   Dünyada  koronavirus    qorxusu yaşanmaqdadır. İnsanlar narahatdır, yanlarından bir balaca meh əsəndə    koronavirus qorxusu  ilə yüz yol    o biri düyaya gedib-gəlirlər.

Bu  tərəfdə isə feysbuk, informasiya agentlikləri və  saytlar  macəra həyatı yaşayan ulduz  idmançıların, modellərin, aktrisaların əza  həzzini  insanların  ümidsiz hallarının fövqünə qaldırırlar. Bu ulduz futbolçu   "sevgilisi"nin  kimliyini niyə açıqlamalıdır ki,  kim ondan bunu xahiş edib ki? Niyə karantində  açıqlamalııdr ki adı?

Deyimmi niyə:  karantin "evdəqal"   sosial təcrid  kampaniyası ilə müşayiət olunur. İndi  Vladislav da ,  Aida Urazbaxtina da   öz dostlarına  və rəfiqələrinə  təcrid  kampaniyasını   macəra ilə keçirdiklərini  çatdırılar.  O gün də Londonda yaşayan rus model Mariya Liman karantin müddətini əyləncəli və maraqlı keçirmək üçün  elan  veribmiş ki,  tərəf müqabili axtarır. ..  Belədirsə, onda  Mariya da tapacağı tərəf müqabilinin sevgilisi sayılmalıdırmı?

Artıq neçə illərdir ki,  mətbuatda "sevgili" sözünün mənası öz  halallığından uzaqlaşdırılıb, mayasına haram qatılıb, əcnəbi  fəlsəfə və əxlaqa uyğunlaşdırılıb: rusların "любовница”sı halına  gətirib  çatdırıblar.  "любовница” sözünün "sevimli qadın” anlamı var, amma    kimsə sevimli qadınının  açıq-saçıq  şəkillərini   bu şəkildə tirajlamaz.

Mətbuat  Şurası   kütləvi informasiya vasitələrində gedən yazı və fotosessiyaların  mövzu və mündəricəsi üzərində ciddi, ardıcıl və sistemli monitorinqlər aparmalıdır. Davam  edən bu gedişat həm dilimizə, həm də mənəviyyatımıza  ciddi  xələl gətirir.


"BMT xəbərdarlıq etdi: "Koronavirusu nəzarətə alsaq da, bu, baş verəcək” (oxu.az) — Bu yazı tam qüsurludur və BMT ünvanına etimadsızlıq yaradır. BMT Baş katibinin adından bu qənaət insanlar arasında çaxnaşmaya, nəzarətdən çıxmaya səbəb ola bilər. Sərlövhədən belə anlaşılır ki, koronavirusdan qorunmaq üçün tətbiq edilən karantin rejiminə, ciddi profilaktik tədbirlərinə uymağa dəyməz. O, yenə də hər kəsi haqlaya bilər. Birincisi, belə fikir hələ heç kim tərəfinfən səsləndirilməyib.Bunu BMT yox, ÜST müəyyən edə bilər. İkincisi isə belə təhlükə olsa belə, insanlara ümidsizlik paylamaq olmaz. Karantin rejiminə, profilaktik addımlara mütləq əməl edilməlidir.

Üçüncüsü isə mətndə BMT Baş katibi cənab Antonio Quterreşin dilindən belə fikir səsləndirilməyib.

"16 ildən bəri sizə xəbər çatdırmaq vəzifəmi layiqincə yerinə yetirə bilmək üçün böyük səylə çalışıram. Yaşadığım yorğunluq məni və ailəmi yorub. Bir qədər dincəlib, yeni yola çıxmaq üçün bütün vəzifələrimdən istefa verirəm”.

"Dəmirəlin mənəvi oğlu koronavirusdan vəfat etdi” (Qafqazinfo.az) — Sərlövhə doğru deyildir. "Mənəvi oğul", "koronavirusdan vəfat etmək".... heç bağlanmırlar bir-birlərinə. Sadəcə, yazardılar oğlu. Mətndə xatırlatmaq olardı ki, övladı olmadığı üçün həyat yoldaşının qardaşı Çetin Şeneri övladlığa götürmüşdür. Əgər Şener onların malikanəsində, onların himayəsində yaşayıbsa, mənəvi oğul demək olmazdı. Hər hansı bir Lider ölkəsinin bütün gənclərini mənəvi övladı hesab edə bilər. Amma həyat yoldaşının qardaşını əsl ata kimi öz yanında saxlayırsa, bu, tamam başqa münasibətdir.

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XI yazı) 

"Jirkovun gözəl xanımı #pillowchallenge aksiyasına qoşuldu” (fanat.az) –

Sərlövhə onsuz da qüsurludur. Şəklin aşağısını oxumasaydım, bu Jirkov kimdir heç bilmirdim. Rusiya millisinin, "Zenit"in futbolçusudur,  olsun  da, Həsənağanın qohumudur, göyən düşüb? Bəs onun xanımının bura nə aidiyyəti var? İndi yazı kimə aiddir, Jirkovamı? Axı onun Jirkov haqqında   aid cəmi 6 söz işlədilib: bir cümlənin 6 sözü. Əgər xanıma aiddirsə, onun heç adı belə çəkilməyib. Doğrudanmı o, gözəldir?  Nə əcəb ədəbindəki , indiyə kimi yaşamındakı, fəaliyyətindəki   hamının  xoşu gələn əsl gözəlliyə  nişan verərdi.   Əzalarını, Şəxsi yaşamlarına ayrıldıqları vaxtı sərgiləmək nə vaxtdan  gözəllik   ölçüsü olub?

Dünyanın da, kütləvi informasiya vasitələrinin mazaratı çıxıbdır: bir az üst-başını açan, əyilib şəkil çəkdirən kimi görür, "gözəl" deyirlər?

Fanat.Az xəbər verir ki, "Miss Rusiya” gözəllik yarışmasının iştirakçısı çılpaq bədənini yastıqla örtərək 31 yaşında da çox təravətli göründüyünü göstərməyə çalışıb. Çılpaq bədənə yastıq örtərək naməhrəm qarşısına, instaqrama şıxanda qadın çox təravətlimi görünür? Kim yazıb təravətli olmaq reseptini?

Yalandır, bu, qadınları başdan çıxartmaqdır, "pillowchallenge"yə meyilləndirməkdir. İlyas Tapdığın misrasıdır: "Bənövşənin xətrinə kol dibinə iz düşdü...” Gözəllik çətində olandı, görünməyəndi. Əgər gözəllik xiridarı onu dəyərləndirməyi biləndisə, o, bənövşə xatirinə kol dibinə endiyi kimi, bir qızı, qadını gözəl edən keyfiyyətləri görmək, fəth etmək, yaşamaq üçün, haqqı olan kəs bu gözəlliyi ehtiva edən ürəyin dərinliklərinə baş vurmağı, sərraf kimi suyun dərinliklərindən gövhəri üzə çıxarmağı bacarmalııdr....

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XI yazı)

Nə qədər ki, kim ağlına gəlir onu edəcəksə, nə qədər ki hər gün gözümüzü açıb 5-10 metrliyimizdə nizamsızlıq, özbaşınalıq, səliqəsizlik, məsuliyyətsizlik görəcəyik, bunların elə həmin 5-10 metrliyində qarşısı alınmayacaq, onlar irəliləyib manşetlərə, ekranlara, yotube, instaqrama çıxacaq... Getdikcə qarşısı alınmaz olacaq... Avropanın valid ola bilməyən çəki daşları da, ölçü üsulları da əlbəəl hazır.........

 

"Hadisə sevgilisi Kaan Yıldırımın evində”  (İkisahil.az)

Qəzetin bir vəzifəsi də informasiya ötürməkdir. Amma hər cürə yazı informasiya deyil axı. İnformasiya odur ki, cəmiyyətə, insanlara belə informasiyalar üçün ehtiyac var. Bu informasiyalar hansısa bir prosesin analiz-sintezi üçün əhəmiyyət kəsb edir.Bu ötürülən məlumat informasiya olmaqla bərabər, həm də müəyyən qədər də oxucusunu istiqamətləndirir, hansı bir dəyərəsə bağlayır.

Mətbuat Şurasının ciddi qəbul etdiyi "İki sahil”də bu cür məzmunsuz informasiyanın yayımlanması təəssüf doğurur. Həm də bu cür xəbərlərə həmin mətbu vasitədə tez-tez rast gəlmək olur.

Bu məlumat tərcümədir və hər cümlədə dil və üslub xətaları var. Mən dil xətalarından deyil, xəbərin özünün ideologiyamızdakı yerindən narahatçılığımı bildirəcəyəm.

Sərlövhəyə görə ( Hadisə sevgilisi Kaan Yıldırımın evində - FOTO), Kaan Yıldırım Hadisənin sevgilisidir. İndi bu "sevgili” münasibətini necə anlayaq: Kərəm Əsliyə, Tahir Zöhrəyə, Məcnun Leyliyə bəslədiyi dəruni hiss, yoxsa, şou mədəniyyətinin mətbuat vasitəsi ilə artıq həyatımıza bağlayıb, bu fikrə leksik mühit qazandırdığı əza həzzi?

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XI yazı)

1. Hadisə ilə Orxan Ölməzin sevgili olduğu iddia edilib.

2. Hadisə ilə Murat Boz sevgilidir.

3. Hadisə, həmkarı Gülben Ergenin keçmiş həyat yoldaşı Erhan Çeliklə eşq yaşayır.

4. Türkiyəli iş adamı Hüseyn Başaranın faciəvi şəkildə dünyasını dəyişən qızı Mina Başaranın nişanlısı Murat Gezer müğənni Hadisə ilə sevgilidir.

5. Hadisə "O səs Türkiyə” iştirakçısı Dodan Özerlə sevgilidir.

6. Müğənni Hadisənin Nyu-Yorkda fransalı model Aurelien Muller ilə tətilə çıxması ilə bağlı xəbərlər yayılıb.

Və sair…

Bunları da Azərbaycan mətbuatı yayıb. Belə sənət, belə macəra həyatı nümunə kimi təqdir edilə bilərmi?

"İki sahil” yazır: "İki aydır eşq yaşadığı barədə iddialar səsləndirilən türkiyəli müğənni Hadisə və aktyor Kaan Yıldırımın münasibəti öz təsdiqini tapıb”.

Bu münasibət neçənci olacaq… Kimlər imiş onun təsdiq olmasını gözləyənlər?

İnformasiya vasitələrinin paylaşdıqları xəbərlərə istinadən deyirəm. Tez-tez həyatımızda baş verən eybəcər hadisələr haqqında eşidirik. Xəyanət, intihar, təcavüz hadisələri artmağa doğru meyillidir. Belə hadisələrin bir tərəfinin azyaşlılar olması böyük aşınmalardan xəbər verir.

Mətbuatımız, özəl telekanallar maarifləndirmək əvəzinə əza həzzini körükləyir.

 Davamı var…


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz