» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (X yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (X yazı)


Sitat: "Heç kəs 70 yaşında olduğuna inanmır ".
Sitat: "Məşhur modelyer Vera Wang xarici görünüşü ilə dünya gündəmini zəbt edib".
Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (X yazı)
Mən bu heç kəsin içində yoxam. Yəqin ki, mənim kimi düşünənlər bu "heç kəs" lərdən daha da çoxdur. Yazırlar ki, dünya gündəmini zəbt edib.Azərbaycanı zorla bu dairəyə daxil etməyin. Bizim əxlaqda əzalarını nümayiş etdirməklə cavan görünmək istəyənlər olmayıb. 30-40 il bundan əvvələ qədər çox abırlı geyiniblər .Dünyaya görk olacaq qədər iffətli olub bizim qızlarımız, qadınlarımız. Bir evə, ailəyə, nəslə dəyəri var -dövlət, o dövrün ən bahalı maşınları deyil qadın, qız adı gətirib. Bizim qızlarımız da, oğlanlarımız da ağır oturub batman gəliblər. Vera Wang kimi, xarici görünüşləri diqqəti çəkməyib. Əksinə, yaşları Veranın yaşından 30-40 yaş kiçik olsalar da, oturuş- duruşlarını, danışıq və rəftarlarını həmişə gözləyiblər. Bununla onlar ətrafdakılar üçün göz diqqətini deyil, ağıl diqqətini çəkiblər. Belə ağıllı gənclərimiz haqqında deyiblər ki və belələri haqqında indi də deyirlər , müdrikliyi yaşını qabaqlayıb. Yəni, müdriklik, adətən, insana daha çox yaşadıqca, daha çox həyat təcrübəsi topladıqca gəlir. Amma bizim gənclər ədəb-ərkanları, danışıq və sözləri ilə yaşlarını qabaqlayırlar...

Nisbətən üzdə olan  mətbu vasitələrdəki sərlövhələrə baxmaq kifayətdir ki, mətnlə tanış olmadan,  tamam ağırlaşasan, əlin-ayağın yerdən üzülə:


1.Böyük tennisin gözqamaşdıran gözəlləri – FOTOLAR

2.Kəmalə İsmayılovadan gözqamaşdıran fotolar - yalnız Fanat.Az-da

3.Gözəlliyi ilə bilyarda meydan oxuyan Luppova – FOTOLAR

4.Planetin ən cazibədar qadın voleybolçuları – FOTOLAR

5.Cazibədar modelyerdən şok etiraf: "Hər şeyim sponsorlora aiddir  -


P.S:Sənət, idman peşəkarlığı qalıb kənarda, bunlar    bədən cizgilərini, çılpaq əzaları obyektivə gətirirlər…

Gözəllik müsabiqələrində       fərqləndirilmiş  modellər açıq- saçıq fotolarını paylaşırlar: çimərlikdə, səhnədə, yataqda  və s.  Mətbuat da  təqdim edir ki, bəs bu model   izləyicilərini təəccübləndirməkdə, gecənin damğasını vurmaqda  davam edir və s.

Onda  mənəvi tərbiyə, ailə dəyərləri ilə bağlı bütün fəaliyyətlərin üstündən xətt çəkin.

 Çox təəssüflər ki, hətta cəmiyyətimiz  koronavirus xofu yaşadığı bu günlərdə  də    özəl kanallarımız və  internet mətbuatımız   insanları vəziyyətin ciddiliyi ətrafında səfərbər  etməkdənsə,  şou, macəra əhvali-ruhiyyəsini  paylaşmaqdan  vaz keçmədi.


6.Ronaldo sevgilisinə hər ay nə qədər pul xərcləyir?

7. Britni Spirs 26 yaşlı fitnes müəlliminə ərə gedir.

8. Ciqan 4-cü dəfə ata oldu.

4. Rəqsanə dəri şortu ilə heykəllərin qarşısına keçdi və... – FOTOLAR

9. Abramoviçin qızı özünə sevgili axtarır – Fotolar


P.S : Doğrudanmı, insanlar arasında mənəvi və maddi bərabərsizliyi gözə dürtən bu informasiyaların   cəmiyyətə tirajlanması  mətbuatın missiyasıdır?


10. Bakıda ŞOK! Başqasının rəsmi nikahlı arvadından dörd uşağı oldu – VİDEO

11. Azərbaycanda şok olay: nənə ərinin dostu ilə qaçdı

12. Azərbaycanda kişi arvadını başqası ilə tutub Videoya çəkdi

13. Azərbaycanda kişinin həyat yoldaşını xəyanət üstündə yaxalamasının görüntüləri yayılıb

14. Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı

15. Azərbaycanda qayınana gəlinini xəyanət edərkən yaxalayıb

16. Ağdaşda şok olay: Azyaşlıya təcavüz edildi


P.S: Hardan sirayət etdi bu vəba  həyatımıza?

  40-50 il bundan əvvəl yox idi düşüncələrdə   xəyanət  anlayışı. Kim eşidibdir qadın  ərinə xəyanət etdiyini, qadının başqa   kişi ilə tutulduğunu? İndi ən yaxın  adamlar bir-birinə  xəyanət  edir. İnsanlar arasında dosta, qohuma, yaxına ümidsizlik, inamsızlıq yaranandan sonra  nə həyat oldu  bu? Dostluq, qohumluq münasibətlərinə son qoyulmalıdırmı?

 Koronnavirusdan söz düşmüşkən, hər gün  müxtəlif informasiya agentliklərinin, sosial  şəbəklərin çoxlu sayda yazılarını izləməli oluram.  Koronavirus  səbəbindən tətbiq edilən karantin rejiminə görə bu izləmələrimin müddəti  indi daha  artıb və genişlənib.  Hansı səhifəyə baş vurduq,  hamısında  da   həyəcanlı xəbərlər, təhdid, vahimə…

Yadıma  gözəl şairimiz  Əhməd Cəmilin "Can nənə, bir nağıl de” şeiri düşür.   Müharibə dövrü ədəbiyyatının ən gözəl nümunələridən, şah əsərlərindən biri  idi  bu şeir.

 Hər  hansı müharibədə qələbəni  şərtləndirən, əsgərləri  məğrur edən  ən mühüm səblərdən biri ön cəbhə ilə arxa cəbhənin  sarsılmaz birliyidir.  Arxa cəbhə əmin olmalıdır ki,  düşmən ayağını bu torpağa basa bilməz, "yad gül dərə bilməz çəmənimizdən”. Əsgər də əmin olmalıdır ki, vətənin bu başında qoyub gəldiyi valideynləri,  uşağı, subaydırsa, nişanlı qoyub gəldiyi alagöz  sevgilisi   gərgin də olsa, öz adi günlərini yaşayır, azaddırlar, dövlət tərəfindən  qayğı və mühafizə ilə təmin olunurlar.

 Şeirdə körpə   təsvir olunur,  bu məsum körpə  nə bayırdakı  yağan qardan, qılınc kimi kəsən şaxtadan,   nə düşmənlə  həmin vaxt  üz-üzə   dayanan atasından, babasından, əmisindən, dayısından  xəbəri yox. Bunu ön cəbhədəki əsgər,  arxa cəbhədəki baba, nənə, ata, ana, əmi, dayı, xala bilir, hiss  edir. Arxa cəbhədəki doğmalar – əsgər üçün vətəndəki hər kəs doğmadır -  bütünlüklə  arxasınca  su atdığı,  hər gün Allaha dua etdikləri  əsgərlərin zəfərinə ümid edirlər. Bu ümid  ailədə, daha sonra  məhəllədə,  kənddə, rayonda hakim olur. Bu ümid sanki bir impuls kimi  mütləq əsgərlər tərəfindən qəbul olunur. Elə əsgəri də ən çətin zamanda ,   "Olum, ya ölüm” məqamında  məğrur saxlayan, zəfər çaldıran bu ümid, bu inam olur.

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (X yazı)

- Ay nənə, bir nağıl da de!

- Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

- Can nənə, de birini də.

- Ağrın alım, sözə bax.

 

Evimizdə səndən savay, gör heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…

 

- Qar yağırmı?

- Elə yağır… sazaq qılınc tək kəsir…

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;

Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,

Külək hərdən taqqıldadır pəncərəni, qapını.

Körpə çəkir təzə, güllü yorğanını üzünə,

Gözlərini yumur… amma yuxu getmir gözünə.

 

- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?

- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur..

Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…

- Bəs ay nənə, atam indi haradadır, görəsən?!

 

- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!

- Axı, nənə, heç demirsən atam haçan gələcək,

Indi onu səngərdə bəs üşütmürmü qar, külək?

- Ömrum-günüm, körpə quzum, qurban olum adına,

Niyə köks ötürürsən o düşəndə yadına?

Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.

Deyir oğlum darıxmısan, görüşərik bu bahar.

 

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,

Qaranquşla bir zamanda qayıdaram kəndə mən…

Heç darıxma, dərdin alım, atan gələr, o zaman

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Di yat, indi gecə keçir…

- Onda, nənə, ay nənə!

Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.

 

- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,

Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.

Mən eyvana xalı sallam, anan evi bəzəyər,

El qaydası süfrə açar, qohum-qonşumuz gələr.

Sən atanı qucaqlar, üz-gözündən öpərsən,

Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…

 

Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,

Öpdü onun xəyalını indi özgə bir aləm;

Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…

Qucaqladı atasını, sonra kimsə çaldı saz…

Körpə özü hiss etmədən, onu yuxu apardı,

Çöldə isə bütün gecə külək tufan qopardı...

  Biz indi müharibə şəraitindəyik.Torpaqlarımızın 20 faizi işğal altındadır,    bu qədər insanlarımız  şəhid olub, itkin düşüb,  əsir alınıb. 30 ilə yaxındır ki, bu təcavüz davam etməkdədir. Belə   vəziyyətdə müharibə aparan ölkənin   bütün informasiya  vasitələri  də ideoloji cəbhəyə çevrilməlidir: səngərlərdəki  əsgərlərimizə  cəsarət, mübarizə əhvali-ruhiyyəsi,  arxa cəbhədəki insanlarda  böyük  QƏLƏBƏyə   ümid  yaratmalııdr. Arxa cəbhə ilə ön cəbhənin   vəhdətinə xidmət etməlidir. Amma   bizim  ideoloji mübarizəmiz,  mətbuat və televiziyalarımızın  bu mübarizədəki fəaliyyəti  zəif oldu və belə də davam etməkdədir.

Artıq iki aya yaxındır ki,  koronavirus adlı bir  kabus da  planetimizin, insanların başı üstünü almışdır.  Adi  günlərin fəlakəti. Mayın 18-nə olan məlumata görə bu  fəlakət   indiyə kimi,  154 min insanı  vaxtsız-vədəsiz haqlamış,  2 milyon 250 min insan isə virusa yoluxmuşdur. Azərbaycanda isə indiyədək 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib, 1333 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Koronavirus   kabusunun  tibbi  etiologiyasından  başqa,   bir sosal etiologiyası da var, bu da  koronavirus kabusunun  düşüncələrdə yaratdığı assosiativlikdir.

 İnsanlar bir balaca yanlarından yel ötdümü, qoppac olurlar ki, koronavirus  olmasın. Bir tərəfdən ördan-burdan  eşitdikləri şaiyələr, bir tərəfdən  də  kütləvi informasiya vasitələrində, televiziya kanallarında sərgilənən   vahiməli manşetlər:  "Yeni virus ən dağıdıcı hadisələrdən ola bilər",  "İranda koronavirusdan ölənlərin sayı 2077-yə çatıb”, "İspaniya koronavirusa təslim olur - Hökumət NATO-dan kömək istədi”, "Koronavirusdan ölüm sayı 44-ə yüksəlib - Türkiyənin Səhiyyə naziri”,  "İspaniyada bir gündə koronavirusdan 514 nəfər öldü”, "İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb”, "Çində daha bir virus yayıla bilər - Ölən var”, "Britaniyada koronavirusdan ölənlərin sayı 233 nəfərə çatıb”, "İnsanlar  qarışqa kimi  ölürlər!...” - İsrailli həkim İtaliyadakı dəhşətdən danışıb”, "ABŞ-da koronavirusa yoluxanların sayı 14631-ə yüksəlib”, "İtaliyada son 24 saatda koronavirusa yoluxmuş 919 nəfər vəfat edib”,

"Azərbaycanda daha 29 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər ölüb”,

"Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır”  və s. 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (X yazı)

"Xəzər” televiziyası  "Məşhur professordan koronavirusla bağlı ŞOK MÜSAHİBƏ: İnsanlar dəhlizlərdə öləcək, əgər...”sərlövhəli  xəbər paylaşdı.  Bu tipli xəbərləri verərkən onun   insanlarda oyatdığı  təsir mütləq ölçülüb  biçilməlidir(Bax:http://www.xezerxeber.az/Maraql%C4%B1/287626.html?fbclid=IwAR2wXut1Y4D0u7Fwm1LbpH71v73jAQwxqCniQJJzmKDSTED4b2Z_fjDQTkU). İnsanları bu qədər ümidsizləşdirmək olmaz.

 Azərbaycan hökumətinin atdığı addımlar nəticəsində bizim  insan itkimiz, şükür ki,  bir  çox dünya ölkələrindəki   qədər olmadı.   Fəqət,  oldu. Təhlükə hələ də  ötüşməyib.

 Amma istər  koronavirusun ilk günlərində, istərsə də karantin rejiminin yumşaldıldğı  bu günlərdə  mətbuatda  koronavirusla  bağlı    bir sistemsizlik davam etməkdədir. Eyni məsələni   müxtəlif   informasiya vasitələri  cəmiyyətə fərqli  şəkildə ötürdü. 

Koronavirus pandemiyasının yayılma intensivliyi, onun doğurduğu narahatçılıqlar artan xətt üzrə davam etdiyi halda, biizm kütləvi informasiya vasitələrində, özəl telekanallarda  maarifləndirilmə və məlumatlandırılma işləri yaxşı təşkil olunmadı, pərakəndəlik  indi də hökm sürməkdədir. Eyni məlumat fərqli saytlarda fərqli redaktədə verilir. Bəzi qaydalar ziddiyyətli təqdim olunur. Xəstəliklə bağlı mütəxəssis rəylərinə, tövsiyə və izahlarına ehtiyac var, amma ən çox şou adamları, bu sahədən məlumatı olmayan adamlar danışırlar.

 Saytların birində  "Həkim məsləhəti: Karantin zamanı tez-tez cinsi əlaqədə olun” sərlövhəli yazı vardı

(Bax:http://medianews.az/2020/04/07/hekim-mesleheti-karantin-zamani-tez-tez-cinsi-elaqede-olun-video?fbclid=IwAR3di34Ljt4_JxaA_3kEW7McwvwwgsLZhUlTTD-_qSUjKypGZnJ90s3h_). Yazıda ukraynalı həkim  və teleaparıcı Yevgeni Komarovski insanları bir çox  profilaktik  tədbirlərlə yanaşı, xüsusən də cinsi əlaqəyə tez-tez girməyə çağırırdı. Bu, nə yanaşmadır, indi  insanlar  sağlamlıqlarını, gigiyenik    təmizliklərinə diqqət artırmaqdansa,   günlərini cinsi əaqəyə həsr etməlidirlərmi? 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (X yazı)

Bir neçə gün sonra isə  http://pravda.az/ saytında   azərbaycanlı akademik  əsaslandırdı ki, cinsi əlaqə koronavirus xəstəliyini  artıra bilər. 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (X yazı)

Aqreqator.az   (Bax:https://aqreqator.az/az/cemiyyet/586773), eləcə də  bir çox saytlarda xəbər verilirdi ki, sağlam insanların maska taxması vacib deyil. Normal maskalar əslində tam qorumaz, qismən qoruyar. Amma maska taxmağın bir zərəri də yoxdur.  Bu tövsiyə  koronavirusun   1-ci dalğasının   gərgin vaxtlarında edilirdi.  Amma  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında insanları maska  taxmağa  çağırıb. Təbii ki, doğru olana əməl edilməlidir. Xüsusi vəziyyətlərdə dövlətin   tələbləri yerinə yetirilməlidir, nəinki  xüsusi vəziyyətlərdə hətta adi günlərdə də.  Fəqət, bu tövsiyə  və şərtlər məntiqli olmalıdır, insanlara  vahid  şəkildə çatdırılmalıdır.

Müharibə dövründə, ekstremal vəziyyətlərdə  mətbuat, televiziya adi günlərdə olduğundan daha  məsuliyyətli olmalıdır.  Biz görmürük bunu.  Ciddi bir nizamsızlıq  hökm sürməkdədir. Mətbuat Şurası  cürbəcürə bəhanələrlə öz  laqeydliyini  arxa plana keçirməyə çalışır. Belə görünür  ki,  Şura ancaq  KİVDF-dən   

maliyyələşən mətbu vasitələrdən  digər     xəbər, məlumat paylaşan vasitələrdən  xəbərsizdir. Saytlarla, informasiya agentlikləri ilə iş aparılmır.

 Bu günlərdə  ayrı-ayrı mənbələrdən  götürdüyümüz  başlıqlara fikir  verin:   


1.     Argentina millisinin və "Yuventus"un futbolçusu Dibala və sevgilisi yenidən koronavirusa yoluxdu.

2.     90-cı illərin pop ulduzu Demet Sağıroğlu koronavirus (COVİD- 19) pandemiyasına yoluxub.

3.     Amerikanın məşhur bəstəkarı Adam Şlezinqer COVİD -19 epidemiyasından dünyasını dəyişib.

4.     Türkiyədə  MHP-li millət vəkili Feti Yıldız  koronavirusa yoluxdu.

5.     Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs koronavirusa yoluxub.

6.     "Victoria's Secret”in modeli Aleksina Qrem COVİD-19 epidemiyasına yoluxub.

7.     Fransanın "Marsel" klubunun sabiq prezidenti Pape Diouf koronavirusdan dünyasını dəyişib.

8.     61 yaşlı müğənni  Co Diffi koronavirus (COVİD- 19) pandemiyasından həyatını itirib.

9.     İtaliyanın "Napoli” klubunun qadınlar ibarət komandasının qurucusu Dino Bove koronavirusdan  vəfat edib.

10.  "Victoria's Secret” markasının ilk kürən saçlı modeli olan Aleksina Qrem koronavirusa yoluxub.

11.   İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası koronavirusdan ölüb və s.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Naməlum mənbə olduğu və prinsiplərimizə uyğun olmadığı üçün de-aktiv edildi.
  • Нравится
  • 0