» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)


Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)

Böyük filosof yazıçımız  M.F.Axundov   deyirdi  ki, "Mən xalqın elə bir üzvüyəm ki, fikrim,  davat (mürəkkəbqabı)  və qələmimdən başqa heç şeyə gümanım gəlmir  və əlimdən gələn hər işi görmüşəm”.

Gördü də. Onun  ədəbiyyatımız üçün  böyük xidmətləri var:  yeni realist nəsrin  bünövrəsini qoymuşdur,  ilk dram əsəri yazmışdır, 6 böyük əsəri ilə o dövr üçün Azərbaycanın  etnoqrafiyasını canlandırmışdır, yazıb  yaratdıqları ilə xalqının gözünü açmağa, onu maarifləndirməyə çalışmışdır. Yazıçının əlifbamız uğrunda apardığı mübarizə özü xalqa bir xidmət nümunəsi idi.

 Axundov ərəb əlifbasının əleyhinə idi:

"Hal-hazırda İslam xalqlarının tərəqqisi üçün əlifbadan əhəmiyyətli və lazımlı bir şey yoxdur. Köhnə əlifba elmləri öyrənmək qapısını bütün xalqın üzünə bağlamışdır. Yalnız əyanlar və sərvət sahibləri savad əldə etməyə qadirdir ki, o da çox çətinliklə müyəsəsr olur”.

 Axundov bu arzusunu  həyata keçirmək üçün 20 il mübarizə aparmışdır. Bu məqsədlə 1863-cü ildə  İstanbula getmiş, Osmanlı dövlətinin  rəhbər şəxsləri ilə görüşmüşdür.

Mirzə Melkum xana yazırdı:

"Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt və səadətli bir xalq olsun. Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumin mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər”. Osmanlı sarayında  əvvəlcə  bu məsələyə  ümidli cavab versələr də, sonda müxtəlif səbəblərlə  Axundovun  islahat ideyalarını rədd etmişdilər. Amma  Axundov geri  çəkilməmiş, mübarizəsini davam etdirmişdir:

 

"Nə qədər ki, sağam, İstanbul nazirləri ilə qələmimlə vuruşacağam”

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)

Bəs  nə üçün bugünkü mətbuatımızda, ədəbiyyat və sənətimizdə   bu mübarizə ruhunu, bu "patriotluğu” görmürük?

Amma  məzmunsuzluğu, hədəfsizliyi  görürük.   Sanki qəzetlər qrplara bölünüb,  hərə bir qrupun  dəsti-xəttini qoruyur.  Dünyada nə qədər yöndəmsiz, ikrah doğuran    hadisə,  həyat tərzi var,   mətbuat axtarıb tapır, ortaya daha çox  insanları qorxudan, ümidsiz edən  informasiyaları gətirir.  Bizim ölkəmizdə  ciddi rezonas doğuran bir hadisə (intihar, təcavüz və s.) baş verən kimi, digər  informasiya vasitələrində dünyadan  belə nümunələr  tapıb tirajlayırlar. Sanki bu, balans yaratmaqdır, ya da   cəmiyyətə  sağlam olmayan  mesaj ötürməkdir ki,   dünyanın  hər yerində belə hadisələr, hələ bunlardan da betəri  baş verir.

 Məsələn, bir neçə informasiya agentliyinin   yaydığı  məlumatdır bu: "Britaniyanın Esseks qraflığında bəy, gəlin daxil qonaqların da tamamilə çılpaq olduğu toy mərasimi keçirilib. 59 yaşlı Nigel Seymour özündən 29 yaş kiçik Rachel ilə ailə qurub.

Toyda qonaq qismində iştirak edən 40 nəfərin hamısı mərasimə çılpaq halda gəliblər.

Cütlük bildirib ki, belə bir mərasim keçirməklə geyim baxımından xeyli qənaət ediblər.” Və yaxud   digər bir informasiya portalımız  istinadla  xəbər paylaşır ki,

 Bakının "İnter" (hazırkı "Keşlə") klubunun 2004-2006-cı illərdə baş məşqçisi  işləmiş ukraynalı Anatoli Konkov 70 yaşında ata olacaq. Həyat yoldaşı isə özündən iki dəfə kiçik olan Mariya adlı xanımdır. Sevgililər,hətta  nikah da bağlayıblar.  Nə olsun ki, bizdə Anatolidən də yaşlı şəxslərin nikah bağlaması   faktları var. Bunlar pis nümunələrdir. Mətbuat, televiziya  dəyərləri  qorumalıdır,  gənclərlə ahıllar , qızlarla/qadınlarla    oğlanlar/kişilər arasında  abır-həya  pərdəsinin götürülməsinə  imkan verən anomaliyaları mövzu etməməlidir.  Vaxt var idi ki, bu məmləkətdə  kiçiklər  böyüklərin  həndəvərinə dolaşmazdılar. Azərbaycan ədəbiyyatı  100 ildən artıqdır  ki, 50 yaşlı Məşədi İbadı rüsvayi- cahan edibdir ki,   "qoca kaftar”   niyə  özündən 35 yaşlı qızın sevdaslna düşüb: amma    70 yaşlı  Anatolinin  izdivacını  mətbuat bu gün  az qala qəhrəmanlıq çalarında  təqdim  edir.

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)

 Onsuz da  cəmiyyətdə kütləvi olmasa da  belə  hallar var: istər kişilər, istərsə də qadınlar   özlərindən yaşca  daha kiçik olan əks-cinslərinə meyil edirlər.  

Xüsusilə  kişilər daha fəaldır. Həyatdır, hər kəs belə   müsibətlə qarşılaşa bilər:  xəstəlik və ya digər səbəbdən yoldaşını itirə bilər. Belə vəziyyətdə kişi tənha qala bilməz,  amma   daha  gedib qızı, gəlini yaşda  qadın almamalıdır.  Nəinki bu ailədə,  bunu eşidib bilən bütün insanlar  arasında  pərdə götürülür.   Bə ədəbiyyatın, sənətin, televiziyanən, mətbuatın vəzifəsi  nədir?   Qələm də, sənət də   eybəcərliyin mənəviyyatımıza, həyatımıza , nəinki daxil olmasına, heç yaxınlaşmasına imkan verməməlidir. Bizim televiziyamızda, mətbuatımızda isə eybəcər  hallar  nə qədər desəniz təqdim olunur.

Ona görə də   qəzet alanların, oxuyanların sayı  günbəgün  aşağı enir. Bu gün  küçədə, avtobusda, metroda   bədii əsər, qəzet-jurnal oxuyanlara    təkəm-seyrək hallarda rast gəlmək olar.

 Qəzet köşklərimiz  də bu səbəbdən  xırdavat köşklərinə çeviriblər. Daha nə Hacı Əhməd, nə Novruzəli, nə də Məmmədhəsən əmi qəzet almır. Heç  Mirzə Səməndər uçitel də qəzet almır.

Heç bu mətbuatyayım idarəsinin, Mətbuat Şurasının birgə  proqnoz və təhlilləri varmı, görək şəhərin ən gur yerlərində  "Qasid”, "Qaya”, "Press”  yazılmış  mətbuat köşkü adı ilə qoyulmuş  bu xırdavat mağazaları ay ərzində neçə qəzet satıb? Əgər  qəzet satılmırsa,   səbəb nədir?  

Sovet dövründə  hər  zaman səhərlər qəzet  köşklərinin qarşısında növbələr olardı. İndi   qəzet köşklərinə  daha çox  siqaret, kontur almağa yaxınlaşırlar…

Artıq mətbuat, televiziya daha  çox gənclərin   əyləncə, macəra meyilli  kəsiminə xidmət edir. Belədirsə, deməli, mətbuat və televiziya  daha çox əyləncə təfəkkürlü auditoriya formalaşdırır.Yazıçı susur, bəstəkar susur, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Mətbuat və Televiziya Şurası, Mədəniyyət Nazirliyi susur. Onda belə çıxır ki, hansısa  maraqlı tərəflər var ki, onlar bu baxışları, əyləncə təfəkkkürü yayan mətbuatı, televiziyanı himayə edir. Yoxsa necə ola bilər ki, kimsə boş-boş söz yığınından ibarət  bir  mətnə musiqi bəstələyir,  Əməkdar artist, Xalq artisti  həmin mahnını  televiziyada, dövlətin vəsaiti hesabına  tikilib ərsəyə gətirilmiş salonlarda heç bir təpki görmədən oxuya bilir.

 

Ay qız, keçmə bizim məhlədən

Ədalət Şükürov - (ATV "Səhər”)

Baxış: 10 663


Dünya sənindir gözəl, aləm sənindir.

Sevgi bir baldır gözəl, o da sənin.

Gözlər sənindir, gözəl, sözlər sənindir,

Vallah bir ürəyim var, o da sənin.

 

İtirdim

Mən səni heç kimə dəyişmərəm

Səninle ömrümü itirdim

Yoxdur günlərin duzumu

Itirdim özüm – özümü

Bu gündən ki, səni itirdim.

 

 Gülürsən

Bir vaxt olar gunes dogar

Bizde muselmaniq insallah

Arzularin heyata kecer

Inan mene gozel tamella

 

Nəfəsimsən

Söz, Musiqi: Sabir Qafarlı


Bəlkə bilmir, necə qəm çəkmişəm həsrətlə yolunda,

Bəlkə bilmir, onu sevmək o olmadan da çətindir.

De nə bilsin, biçarə aşiqiyəm rəsmi əlimdə,

De ki bilsin, məni sənsiz yaşadan məhəbbətindir.

 

Ağlımda qalan,

Məni məndən alan,

Fikrimdə qalan təkcə qadınsan.

Qəlbimdəki sən,

Ruhumdakı sən,

Bunu bil həvəsim yox, nəfəsimsən.

 

Röya – Çarəsiz  xəstəlik


Nə deyim mən, nə deyim, sənə qal mənimlə deyim

Yoxsa get qəlbimdən uzaq, ya da dost kimi danişaq

Nə etsəm də, qəlbimə, bir söz deyə bilmirem

Sən baxma sözümə, sənsiz qala bilmirəm

Sən çarəsiz xəstəlik, mən sənə vurulmuşam

Sağalmasi çox çətin, mən sənə yoluxmuşam

 

Mən elə həmin insanam

Söz-Musiqi - Üzeyir Mehdizadə

Baxış : 1 071 167


 Mənnən ayrılıb yaşatdın , Sən sevinci duşmanlara

Fəxirlə deyərdim yarım , Yol vermədi noqsanlara

Çox təəccüblə baxardın , Etibarsız insanlara

Onlar kimi eynən oldun , Mən elə həmin insanam

 

Deyişən təkcə sən oldun , Mən elə həmin insanam

Özün mənə düşmən oldun , Mən elə həmin insanam

 

 Qeyd: Mətn mənbədə olduğu kimi verilir.  Buna  da diqqəti çəkmək istədik ki,   ən çox  dil pozuntuları qəzet və televiziyalarda rast gəlinir. Dil qaydaları, durğu işarələri, haqqında  yetərli biliyi olmayanlar  şeir yazır,  veriliş aparır. Müğənnilər mahnı mətnlərini çox təhrif edirlər.

 Bu cəmiyyətin sənət  adamları təkcə  şou-biznes nümayəndələridir? Əksər  kanallarda, sayt və elektron mətbuatda    "yuxarı baş”da  həmişə onlar olur.    Diringi mahnılar,  şit, məzmunsuz  səhəciklər insanların sənət zövqünü tamam başqa səmtə yönəltməkdədir.

 

 Heç bir təşkilat, qurum tərəfdən nizamlanmayan vaynerlər, videobloqerlər, ya  da  hansısa təsadüfi adamlar   zay məhsullarını   mətbuatda,  bəzi özəl telekanallarda  rahatca aktiv edirlər. Korporativ niyyətlərdən qaynaqlanan  bu  özəl fəaliyyətlər, onların  istehsal etdiyi  məhsullar  dövlətin zaman-zaman yol gəlib  əldə etdiyi,  həm də böyük zəhmət  və vəsait hesabına əldə etdiyi  kommunikasiya vasitələrində istədikləri kimi sərbəst  reklam olunur,  şit, məzmunsuz, bayağı mahnılarını, kliplərini, səhnəciklərini, hətta seriallarını  tirajlayır, amma birbaşa belə məsələlərin həlli üçün məsul olan qurum  və şəxslər  belə vəziyyətə dözümlülük  göstərirlər.

Siz görmürsünüz  saytlar, informasiya agentlikləri , özəl telekanallar    hərəsi bir təmayülə qulluq edir. Və bu təmayüllər içərisində aparıcı  xətt şou mövzusudur. Və bu xəttə edən edən istənilən informasiya  vasitəsi  gənclərin intellektual dünyasını deyil, intim dünyasını rövnəqləndirir. Əgər bunların üzərində nəzarət yoxdursa,   hər mətbu qurum, televiziya   heç nədən  çəkinmədən ağlına gələni yazacaqsa, göstərəcəksə, deməli, yazılmamış anlaşma var.

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)

Yadınızdadırsa, 2 il   bundan qabaq Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyevin "Xalq qəzeti”ndə   bir yazısı dərc olunmuşdu. Həmin yazıdan çox keçmədi ki, Qafar müəllimi  oradan mədəni şəkildə uzaqlaşdırdılar.

Çünki  televiziyanı tənqid etmək  həmin vaxt bu sahəyə  kuratorluq edən şəxsin fəaliyyətinin üstündən xətt çəkmək demək idi.

 Artıq  30 ilə yaxındır biz  müstəqillik qazanmış ölkənin  vətəndaşlarıyıq. Uğurlarımıza sevinirik, amma  ideoloji mübarizəmiz,  mətbuat və televiziyanın  fəaliyyəti sırf peşəkarlıq baxımından  heç irəli getmədi, əksinə, utanc vəziyyətə düşdü. Mətbuat sahəsində  yaxşılığa doğru nə   varsa, hamısı  jurnalistlərə edilən güzəştlər, göstərilən qayğılarla bağlı oldu.  Dövlət mətbuata, televiziyaya dəstək  göstərir.    Heç kim şübhə etmir ki, bu gün  dövlət çap mediasının üstündən əlini çəksə,   qəzetlərin hamısı fəaliyyətini dayandırar. Amma  mətbuatımız, televiziyamızın  bugünkü  vəziyyəti çox narahatedicidir.

Mətbuat maarifləndirməlidir, yolumuza  bələdçilik etməlidir, beynimizə işıq tutmalı,  rahat  və etibarlı  hərəkətimizə  stimul  verməlidir.   Amma  belə deyil.Bu mətbuatın, bu televiziya  və radionun   peşəkarları  qeybə çəkilib və yaxud qeybə çəkilməyə məcbur ediliblər. Önə çıxanlar isə, hansı kanala  üz tutsan, qarşıya çıxan Zaurdur (hər ikisi də) , Yusifdir, Sərxandır, Tolikdir, Elgizdir, Kamrandır və s.  Bir  kanalda  təpki göstərsələr,  çox rahatlıqla digərlərinə  yol tapırlar. Maşallah, telekanallarımız da nə çoxdur.

Tolik Zaur  indi yeni ölçüdə-biçidə çıxacaqlar "Xəzər" in ekranına.  Amma mahiyyət dəyişməyəcək. Çünki   bizim sovet dövründə  gördüyümüz, bildiyimiz televiziya, mətbuat olsaydı,   adlarını çəkdiyimiz aparıcıların heç biri   televiziyaya, mətbuata buraxılmayacaqdı.

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (V yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Saytın prinsiplərinə uyğun olmadığı üçün şərh gizlədilmişdir.
  • Нравится
  • 0