» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

 
 İnanın,   bu gün faydalı  bir məlumat almaq,  xoş ovqat yarada  biləcək bir  yazı oxumaq üçün  bütün interneti ələk-vələk edirsən,   televiziya düyməsini kanaldan-kanala çevirirsən, əlinə bir şey keçmir, gözün , hissin, duyğun heç nəyə    yapışmır.

Çünki nə mətbut, nə dəözəl televiziya  kanalları  heç bir  qaynar və gərgin  yaradıçılıq axtarışları, müşahidə və ümumiləşdirmələr  aparmadan  əllərinə keçəni və yaxıd  öz  bacarıqlarına uyğun  hər   düzüb qoşduqlarını ekrana və ya qəzetlərə çıxarır, cəmiyyətə ötürürlər.  Bu  adamın yaradıçılıq sirlərindən, sənətkarlıq  məsələlərindən  təhsili yox, o, necə rejissor,  müəllif bəstəkar ola bilər?

   İnternetdə jurnalistika ixtisası ilə bağlı internetdə maraqlı bir  məlumata rast gəldim.  Həmin məlumata əsasən, keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz Azərbaycan Dövlət Universitetində qoyulmuşdur. Həmin vaxtadək  Sovetlər İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilmişdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda.  ADU-da  bu təhsil sonra dayamdırılsa da, 1945-ci ildən   Filologiya fakültəsinin nəzdində şöbə kimi    fəaliyyət göstərmiş, 1969-cu ildən  isə müstəqil Jurnalistika fakültəsinə çevrilmişdir. 1945-ci ildən  jurnalist  kadrları hazırlayan  bu fakültənin  məzunları bəs  hanı? Nurəddin Babayev,  Şirməmməd Hüseynov, Qulu Xəlilov, Seyfulla Əliyev, Tofiq Rüstəmov ,  Famil Mehdi, Nəriman Zeynalov, Akif Rüstəmov, Yalçın Əlizadə, Şamil Vəliyev, Cahangir Məmmədli və  digər  məşhur alimlərin  yetişdirdikləri  xalis  jurnalistlər hanı, niyə   təsadüfi və yaxud səriştəsiz adamlar telekanallarda veriliş aparmalıdır?

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

 

Nə üçün  bu gün  jurnalist kadrları hazırlayan Jurnalistika fakültəsi  telekanallarda, radioda, mətbuatda baş verənlərə  dözümlülük göstərirlər?

   Cəmiyyət şou xəbərlərindən, şou sənətçilərdən  bezib daha.  Bu aparıcıların iştirakçılara, auditoriyaya müraciətləri  kobud  və   qeyri- etikliyi ilə seçilir. Onlar   heç vaxt cəmiyyətə yayımlandıqlarının fərqində olmurlar.

Televiziya  ədəbi dilin zənginləşməsində çox mühüm  məkandır. Amma  bizim özəl telekanallarda elə aparıcılar var ki, onlar, sanki    bu məkanda deyil, çayxanadadır, öz tay-tuşları arasındadır.

  İnsanlara təbəssüm də lazımdır, yumor da lazımdır. Amma bu gülüş, yumor  düşündürücü, saflaşdırcı gülüş olmalıdır. Bəşir Səfəroğlunun, Əliağa Ağayevin, Fazil Salayevin, Səyavuş Aslanovun, Nəsibə Zeynalovanın, Hacıbaba Bağırovun gülüşü kimi.

 Televiziyanın, mətbuatın məqsədi  təkcə qaranlıqları diqqətə gətirmək olmamalıdır. Onun səbəbləri  aydınlanmalı və islah edilməsinə  aşqarlayıcı təsir göstərməlidir.  Televiziya və mətbuat  cəmiyyəti, hər bir fərdi   nəcib duyğulara bağlamalıdır, yaşamağa, sevməyə, sevilməyə ruh verməlidir.

Fikir verirsinizsə, bizim özəl kanallardakı verilişlərin əksəriyəti, xəbərlərin də həmçinin  əksəriyyəti    izləyicisini  ya macəra həyatına  yönlədəcək, ya da  ümisizləşdirəcək. 

Qadın obrazına qarşı telekanallarda, eləcə  də  digər kütləvi informasiya vasitələrində  çox qaba münasibət var.  Halbuki, Azərbaycan ailəsinin, kişinin ilk və ən qüdrətli  pasibanı Qadındır. Təkcə manşetdəki qadınlar deyil, ümumiyyətlə QADIN  adı olur.

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

 

Bu gün   özəl telkanallarda  nümayiş etdirilən filmlərin,  verilişlərin əksəriyyəti insanları bilavasitə  və yaxud  bilvasitə əza həzzinə,  bu xalqın,  ixtiyar babalarımızın, ağbirçək  nənələrimizin əxlaq, abır-həya ölçülərinə zidd  geyim modellərinə, davranış tərzinə  meyilləndirir.

 Demək olar ki, bütün mövzular   qadına, pula, eyş-işrətə olan maraqla bağlanır və ən çox da   həllini doğru tapmayan qadına  münasibətlə bağlı məsələlər olur.

     Daha çox kriminal xəbərlər,  daha çox  macəraçılıq süjetləri ilə yüklənən   gənclər  televiziyadan, ədəbi əsərlərdən, filmlərdən hədəf tapa bilmirlər.

Vətənpərvərlik təbliğatı aparılmır,   etiket normaları   incələnmir,  evdarlıq, qadınlıq, kişilik   dərsləri çox az təbliğ olunur bizim televiziyada və  mətbuatda .

Bəs bu həyatın  işıqlı tərəfləri yoxdurmu? Bəs bizim   bütün  dünyaya örnək ola biləcək adət-ənənələrimiz, ailə münasibətləri  tamammı  yox olub gedib?

 Bütün bunlar  teelviziyamızın, mətbuatımızın  hədəfinin olmamasında və doğru olmamasındadır. Əlacı isə,   M.Şəhriyar  demiş, "işi iş bilənlərə tapşırmaqdır”. Əsas təbliğat  vasitəsi olan  televiziya  kanallarımızı, mətbuatımızı  korporativ maraqlardan  bütünlüklə təmizləmək,   sovet  dövründəki senzuranı bərpa etməkdədir. Senzura  olmayacaqsa,    belə də davam edəcək.

Milli Televiziya və Radio Şurasına, təbii ki, iradlar bildirilir.  Onlar  ya deyir ki,  heç bir qanun pozuntusu olmayıb,  ya da cavab verir ki, "...Teleşura televiziya kanallarının yaradıcılıq işlərinə müdaxilə etmək səlahiyyətində deyil. Biz tövsiyələr edirik, amma kanallar özəl qurumlardır, onlar kommersiya fəaliyyəti ilə məşğuldurlar." Ay vətəndaş, ideologiya   məkanında nə kommersiya, nə özəl qurum?

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

 Son illərə qədər Mətbuat  Şurasının  "qara siyahı”sı vardı: jurnalistikadan sui-istifadə hallarına qarşı ictimai qınaq  tədbiri kimi  jurnalist adına zidd  əməllərə yol verən mətbu nəşrlərin adları həmin siyahıya əlavə olunurdu.

 Hər dəfə siyahıda 50-dən çox mətbu nəşrin adı olurdu.Bu nəşrlərin adlarına nəzər salanda  adamın üzünü istehza dolu  bir gülüş sarırdı. Məsələn,  mətbu nəşrin adı şərti olaraq deyək ki, "Paklıq”dır və ya  "Qanun naminə”dir. Amma adları "qara siyahı”ya salınıb, çünki  pak olmayıblar,  qanunçuluğa zidd fəaliyyətlə  məşğul olublar.

 Doğrudur, Mətbuat Şurası  tərəfindən belə mətbu vasitələrin adları  "qara siyahı”lara salınır, onların nəşrinə qadağa qoyulur. Amma   bir müddətdən sonra, guya, həmin qəzetlərin mühərrirləri  paklaşır, onlardan daha şuraya  şikayətlər  edilmir. Həmin paklaşmış  mətbu nəşrlər də yenidən fəaliyyət göstərmək üçün Şuraya müraciət edirdilər.  Şura da bu "paklaşma”ya öz  humanistliyini əlavə edib(?), qəzetin üstündən "qara siyahı” üzqarasını götürürdü.

 Həmin reket qəzetlər isə bu dəfə  "oyundankənar vəziyyətdə" qaldıqları müddətdə əvvəlki  "peşəkarlıqları” üzərində düşünüb-daşınır və qarşıdakı fəaliyyətlərində  artıq bir qədər ustalıqla tərpənir,hədəflərini  şantajın yeni forması ilə  "yuyub sərməyə"  başlayır.

Bir vaxt  "Azərbaycan ” qəzetinin baş redaktoru, Millət  vəkili Bəxtiyar Sadıqov da kütləvi informasiya vasitələrinə  verdiyi açıqlamaların birində  belə faktların mövcudluğuna işarə etmişdi: "İmkanlı və səlahiyyətli insanlar "reket qəzetləri” maliyyələşdirir, lazım gələndə açıq, yaxud gizli formada dəstəkləyirlər”.

2016-cı ildə   iki  baş redaktorun və bir  redaktor müavininin  həbsi də reket jurnalistikası haqqında  deyilənlərin  mövcudluğunu   təsdiqləyir.

 Ona görə də  indi "jurnalist”, "mətbuat”,  "televiziya” sözləri sovet dövründəki təbəddülatı yarada bilmir: nə  ideoloji yönümdə yaradacağı assosiasiya baxımından, nə də  "pisi pis, əyrini  əyri” faş edəcəyi baxımından.

  "Jurnalisti” polis çağırıb tutdururlar,  döyürlər  və s.

3 il bundan qabaq ATV telekanalının əməkdaşlarını Şamaxıda döyüb, avadanlıqlarını da sındırmışdılar. Təbii ki, bu hərəkət yolverilməzdir, bu qarşıdurma  hüquqi müstəvidə  dəyərləndirilmişdi, amma "Yoxlama" layihəsinin əməkdaşları da  kifayət qədər peşəkar olmadıqlarından bu insident baş vermişdi.

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

Sovet  dönəmində belə xoşagəlməz hallar ola bilməzdi. Rayona bir mətbuat  nümayəndəsi gəlir deyəndə  və yaxud biləndə ki, rayonda jurnalistlər var,  hər yerdə  insanlar işə ilk gün gedirlərmiş kimi məsuliyyətlə gedər, nizam-intizama, əməyin özünün  ahənginə yeni çalar qatardılar ki, mətbuatda onlar haqqında  tənqidi heç nə getməsin. İndi lap yüz yazı getsin, bunun onlara cüzi də olsa təsiri olmur. Mətbuata yazılana   aidiyyəti təşkilatlar   əhəmiyyət vermirlər.

Bu qəzetləri, saytları  heç kimdir oxumur. Kimdir  qəzetin, saytın rəsmi blankla  hansısa təşkilata   göndərdiyi rəsmi məktuba məhəl qoyan?  Ara-sıra  keçmiş KİVDF-dən maliyyələşən bəzi qəzet redaktorları  öz  çevrələrinin qəzetlərində qəzetlərin durumu ilə bağlı edilən iradları inkar edirlər. Gərək indi Sabir ruhlu şairimiz ola, o yaza ki: "Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..”

Dövlət tərəfindən  kütləvi informasiya vasitələrinə, bu sahədə çalışan yaradıcı adamlara  göstərilən  diqqət və qayğı   heç vaxt indiki qədər  möhtəşəm olmayıb. Bəs onda niyə bizm mətbuatımızın  vəziyyəti belə günə düşüb, niyə qəzet oxumaq istəmirlər,  kinoya-teatra  baxmaq istəmirlər, amma şou zalları ağzınacan dolu olur? Biz ağlımız kəsəndən  böyüklərimizin də, nisbətən  gənc nəslin də mətbuata, televiziya ehtiyacını görmüşük.

Bir vaxtlar kənddə poçtalyonu  tanımayan, sevməyən   kimsə olmazdı. Hətta poçtalyonun hər gün hansı vaxtda harada  olacağını əzbər bilirdilər. İndi  necədir kəndlərimizdə  mütailə, abunə  məsələləri? İnanmıram  köşklərdən kimsə qəzet alsın və yaxud  sovet dövründəki kimi 5-6 mətbu vasitəyə abunə yazılsın. Yazılanlar osa da, çox məhdud sayda olar yəqin.

Bu, təkcə cəmiyyətin problemidirmi, yoxsa  ictimai məzmunlu hər hansı yazı forması özü cəmiyyətin  intellektual səviyyəsindən  geri qalır? Mən  günahı  cəmiyyətin özündə deyil, daha çox onun mətbuatında, televizyasında, ədəbiyyat və sənətində görürəm.

Usta Zeynal, Məmmədhəsən əmi, Novruzəli savadsızdır, mövhumatçıdır deyə, mövcud mətbuat, ədəbiyyat və sənət də idealsız ola bilməz ki. İlk  mətbuat  nümunələri məhz qarşılarına xalqı  maarifləndirməyi,  həyatın qaranlıq bucaqlarını işıqlandırmağı məqsəd  qoymuşdu. Və onlar zaman-zaman bu məqsədlərinə doğru irəliləmişlər. Əgər biz Azərbaycan maarifçilərinin etik görüşlərinə nəzər salsaq, görəcəyik ki, onlar ictimai səadəti əsl səadət hesab etmişlər, yəni xalq, cəmiyyət özü xoşbəxt olmadan,  şəxsi səadəti  həqiqi səadət hesab etmək olmaz.

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı) 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (IV yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
.....................
  • Нравится
  • 0