» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

Yeni  əsrin əvvəllərindən isə  mətbuatçılıq ənənəsi  bir qədər də fərqli platformalı qəzetlər -  "Bakinski raboçi", "Kommunist", daha sonrakı illərdə  isə "Kəndçi " qəzetləri, "Vışka” , "Şərq qadını","Pioner"; üzü 40-cıillərdə  "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydjana", "İdman”) , "Ədəbiyyat” ,  "Azərbaycan pioneri" "Kommunist maarifi" ( 1938-ci ildən  "Müəllim qəzeti",  1946-cı ilin aprelindən "Azərbaycan müəllimi"), "Bakı ",  "Kirpi"  və sair qəzet və   jurnallarla  davam etdirilib, ta  müstəqillik  dövrümüzə qədər . Bu mətbu nəşrlər sovet dövrünün, kommunist ideologiyasının ideya tribunası rolunu  yerinə yetiriblər.

  Şəxsən, mənim  məktəb illərimdən mətbuatla ünsiyyətim  "Göyərçin”,  "Pioner” jurnalları  və  "Azərbaycan pioneri” qəzeti ilə başlayıb. 8-ci sinifdən artıq "Azərbaycan gəncləri” qəzeti ilə böyük mətbuat aləminə   boylanmağa başlamışam. Bu, lap dəqiq desəm, 1963- 1972-ci  və daha sonrakı illər idi: orta məktəbi  bitirib tüğyan edən  xəyallarla  daha böyük həyata atıldığım  1973 – 1985-ci illər idi. Böyük əksəriyyətin bəyənmədiyi kommunizm ideyalarının təntənəsi dövrü idi... 

 İnsanlar mətbuata, televiziyaya çox inanırdılar. Ədəbiyyat  və  sənətdə (kino, teatr) hər kəs  xəyallarını qura bilirdi, hədəf tapa bilirdi. Bu ədəbiyyatı, sənəti yaradanlar  əsl sənət dühaları idi.  İstər klassiklər, istərsə də müasirlər.    Nizami Gəncəvi, M.Füzuli, Q.b.Zakir, S.Ə.Şirvanı, M.F.Axundov,  Sabir, Ə. Haqverdiyev, N.b.Vəzirov, Müşfiq, C.Cabbarlı, S.Vurğun, M.Hüseyn, Süleyman Rəhimov , M.İbrahimov, N.Xəzri, S.Rüstəm, R.Rza, İ.Şıxlı, İ.Muğanna  kimi qələm sahibləri bir-birindən gözəl əsərləri ilə bizim beynimizdə, ruhumuzda obrazlı sözə, həqiqi mənada insanşünaslıq elmi olan ədəbiyyata bir bağlılıq yaratdılar. Əgər həmin şəxslərin yaratdığı bu zəngin ədəbiyyat xəzinəsi - mənəvi-əxlaqi sərvətlər olmasaydı, indi insanların çoxu  eni və uzunu eyni olan eybəcər varlıqlar olardı. Hələki  varislik davam edir,   bu dövrün ədəbiyyatının  yaratdıqları kim olacaq, Allah xeyirlisindən etsin.

Hələ 100 il də keçəcək..Bu ədəbiyyatın heç bir yazıçısı daha Atamoğlanov obrazı yarada bilməyəcək.... Rüstəm kişini yarada bilməyəcək, İsfəndiyar kişisini, Qılınc Qurbanını…..yarada bilməyəcək.  

 Qəzetimiz və televiziyamız da belə idi.

Günümüzlə müqayisə edib fərqləndirmək istəsək, səbəblər çoxdur. Burada zaman  və  məkan amillərindən tutmuş,  cəmiyyətin özünün   hədəfinə  diqqəti, insanların  bu hədəfə  hörmət və məsuliyyəti kimi çox ciddi  faktorlar vardı.  Möhtəşəm  ideoloji   mübarizə vardı,  mənəvi tərbiyənin aktual problemləri  bu mübarizənin   cövhərini təşkil edirdi.   Sağalam, mənəviyyatlı,  bilikli  vətəndaş  yetişdirmək üçün  niyyətlər  oktyabryat  yaşlarından, lap bağça yaşlarından edilirdi. Sonra pioner, Komsomol, partiya sıralarında  adidən aliyə  doğru  fəaliyyətə başlayırdılar. Hər yaş  dövrü üçün mətbuat vardı:

-Oktyabryatlar üçün – "Göyərçin” jurnalı,

-pionerlər üçün -   "Azərbaycan pioneri” qəzeti, "Pioner”  jurnalı,

-yeniyetmə və gənclər üçün -  "Azərbaycan gəncləri” qəzeti, "Gənclik” jurnalı.

Hər yaşın  öz psixologiyası nəzərə alınmaqla ərsəyə gətirilən  bu  mətbu nümunələr oktyabryatın da, pionerin də, yeniyetmə gəncin də   iç dünyasına  tam uyğun idi.  Onların  maraq və xəyallarına bələdçilik edə bilirdi.  Pioneri də, komsomolu da ailənin, məktəbin, daha böyük anlamda   xalqın və  cəmiyyətin  idealları naminə  yetkinləşdirirdi.

 Bu mətbu  nümunələrdə  məktəbli uşaqların, yeniyetmə və gənclərin  səsi və sözü  aparıcı rola malik idi. Oxucular da əməkdaşlığa can atırdı.   12-14 yaşlarımda mən də " Azərbaycan pioneri” qəzetinə yazılar  göndərirdim.

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

 Əlbəttə, dərc olunanlar vardı, hətta  dərc olunmayan hər məktubuma belə, redaksiaya cavab verirdi. Bər-bəzəkli redaksiya məktubu mənə  qəzetdə çap olunan məqaləmdən  əziz gəlirdi.

 Qəzeti bizə sevdirə, ailədə, məktəbdə qəzetə verilən önəm idi. Evdə  valideynlər, əsasən,  hamı eyni vaxtda bir yerdə olanda qəzet oxuyardı. Məktəbdə böyük tənəffüslərdə    hər   gün dünyada baş verən mühüm hadisələrdən, təhsil yeniliklərindən qəzet yazıları oxunurdu. Bunu nitqi   gözəl olan uşaqlara oxutdurardılar. Hər kəs çalışırdı ki, bu cür xəbərləri hər gün elə özü  oxusun.

"Azərbaycan pioneri ” qəzetinin qiyməti 1 qəpik idi. Fikir verirsinizmi, 1 qəpiklik qəzet  gənc nəslin tərbiyəsinə necə  canıyananlıqla xidmət edirdi.

  Eynulla Ağayev, Əmrah Əmrahov kimi məşhur yazıçılar  bu qəzetin ilk reaktorlarından olub.  Müəllifləri kimlər idi:  Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Cəmil Əlibəyov, Nəriman Süleymanov, Məmməd Araz, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Tofiq Mahmud, Fikrət Qoca, Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib,  Emin Mahmudov, Əli Səmədov,  Əmir Mustafayev  İlyas Tapdıq kimi onlarla  tanınmış şair və nasirlər.    Görürsünüzmü,  pionerlərin   mənəvi tərbiyəsi və   bilikli  şəxsiyyətlər kimi yetişməsi  kimlərin  qayğısı olub.  

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

 Ona görə də həmin  vaxtlar ən uzaq kəndlərdə belə qəzet almayan ailə ola bilməzdi. Onda  bu qədər  televiziya, radio, internet də yox idi.İnsanların informasiya təminatını təkcə qəzetlər,  radio, bir də  yeganə televiziya kanalı olan AZ.TV ödəyirdi, həm də müəyyən varislik və vahidlik  şərtləri  gözlənilməklə: sistemli və  düşünülmüş  şəkildə.  Bütün qəzetlər, radio  və televiziya  üçün  ali prinsiplər vardı və  bu prisiplərə hamı eyni cürə  xidmət edirdi, varislik vardı.

 "Azərbaycan pioneri" qəzetinin, "Pioner"  jurnalının, "Azərbaycan  gəncləri qəzetinin", "Gənclik" jurnalının, "Kommunist", "Sovet kəndi", "Bakı" qəzetlərinin,  "Azərbaycan qadını", "Kirpi"  və   1965- 1990-cı illərdə  nəşr olunmuş mətbuat vasitələrinin, televiziya və radio izləyicilərinin   bunlar hafizəsində   qalmamış deyil.

 Mənim yaşımda olan insanlar mətbuatdan, televiziyadan, radiodan, teatrdan, kinodan nə qədər  zövq aldıq,  bunlar elə o vaxtda qaldı: 1965  - 1990-cı illərdə.

Doğrudur, müstəqilliyin ilk illərində mediamızın ilk qaranquşlarından  olan" Azərbaycan” (1989 – Sabir Rüstəmxanlı),  "Azadlıq”( 1989 – Nəcəf Nəcəfov), "Səhər” (1989 – Məzahir Süleymanzadə)  kimi  nüfuzlu qəzetlərimiz   fəaliyyət göstərdi.  Eləcə də "Yeni Müsaavat"(1989 - Rauf Arifoğlu), "Aydınlıq” (1990 — Babək Hüseynoğlu) ,"7 gün” (1999 —2000 -Emin Eminbəyli ), "Ayna/ Zerkalo”( 1990/2014 – Elçin Şıxlı), "525-ci qəzet"(1992- Rəşad Məcid), "Şərq "(1996 - Akif Aşırlı)   qəzetləri    xalqın dərdlərini, arzu və  fikirlərini ifadə etmək baxımından  qəzetçiliyin təməl prinsiplərinə sədaqətli qaldılar. Təəssüf ki, bu gün onlardan  yalnız ikisi ("525-ci qəzet", "Şərq " ) fəaliyyətdədir, "Ayna/ Zerkalo” isə uzun fasilədən sonra  nəşr formasını elektron nəşrlə əvəz etməyə məhkum  edildi.

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

1998-ci ildə  o vaxt prezident olmuş Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üçün mövcud  olan senzura aradan götürüldü.1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi, eləcə də digər hüquqi-normativ aktların qəbulu ilə  mətbuatın, azad sözün daha da canlanması üçün demokratik, hüquqi  mühit yaradıldı. Bu, bir tərəfdən demokratiyanın  təntənəsi idisə, bir tərəfdən də dövlət başçısının özünün  mətbuata bəslədiyi ümidlərin ifadəsi idi. Digər tərəfdən də  bu zərurət müstəqil dövlət, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında  "kollektiv təşviqatçı, təblğatçı və təşkilatçı " olan  mətbuata cəmiyyətin təlabatından doğurdu. Amma təəssüf ki,  bu dövrdə  mətbu nizamsızlıq da start götürdü: əsla, jurnalist, muxbir deməyə adamın dili gəlmədiyi əli qələm, dili  söz tutmayan, sözlərikləri, yazdıqları ilə iki adamı  bir yerə cəm edə bilməyən mirzələr  dəstəsi  formalaşmağa başladı.   Çünki bu  status mətbu nəşr, telekanal, radio hesab edilsə də, qəzetçiliyin  neçə mil uzaqlığında  dayanan qəzetlər, özəl kanallar, saytlar, informasiya agentlikləri  nə qədər desəniz var.

 Bu gün Ədliyyə Nazirliyində  qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin sayı 5 mini ötüb.

Saytlar üçün  belə qeydiyyat tələb olunmadığından onların da sayını  bu rəqəmin üzərinə əlavə ediləndə,  çox böyük bir  rəqəm alınır. Kimlər açıb  bu qəzetləri, bunlar hamısı jurnalistdirmi?   Hər kəsin sahibkarlıq hüququ var, amma  uyarı olsun da bir.  Bir şagird dəftərinin vərəqi  həcmində  yazı yazsa 20-30 səhv buraxan,    ömründə bir kitab üzü açmayan şəxs  qələmlə  necə xidmət edə bilər, cəmiyyətlə necə ünsiyyət qura bilər ?   Fəaliyyətinə icazə verilən bu qədər  qəzet və  saytlar əksəriyyəti belə  "mirzələr”dən ibarətdir.  Təəssüf ki,  bu çoxluq  bizə heç nə vermədi, əksinə,  bu çoxluq   mətbuatımıza  bir "Azərbaycan pioneri”  qəzeti qədər xidmət edə bilmədi.  Xidmət etməyi hələ qalsın bir tərəfdə,  bu gün  mətbuat səhifələrində , özəl telekanallarda  elə zərərli   məlumatlar, yazı və şəkillər paylaşılır ki,  bunun üstündən sükutla keçmək olmaz.

Hər şey şou  təfəkkürünə  aparır, hər şey şou eyforiyasına  yönləndirilir. Aləm qarışıb bir-birinə, hər qəzet açan, hər əinə bir televiziya  kanalının əməkdaşı vəsiqəsini  alan  özünü bir Xlestakov hesab edir... 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (III yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Jenna

  • 24 aprel 2020 02:53
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Məlumat şərh deyildi.
  • Нравится
  • 0