» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (I yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (I yazı)


Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

 

Mətbuat millətin ortaq səsidir. Millətin aydın yola çıxarılması
və qəflətdən ayılmasında,millətin möhtac olduğu fikri qidanın
verilməsində, yekun olaraq millətin hədəfi səadət
olan bir istiqamətdə irəliləməsini təmin etməkdə
ayrıca bir qüvvət, məktəb və rəhbərdir.
 

 Mustafa Kamal Atatürk


İstər informasiya almaq, istəsə də informasiya paylamaq istəyi bəşər sivilizasiyasını ilk vaxtlarından  mövcud olmuşdur. Məsələn, qədim tayfalar müharibə,  təlakət və sair bu kimi vacib  xəbərləri  bir-birlərinə uca təpələrdə  və ya qala divarlarında  yanan  tonqallar vasitəsi ilə ötürürlərmiş. Qarşı tərəf tüstünün sıxlığı,  aralarındakı zaman tezliyi ilə həmin hadisənin  keyfiyyətini müəyyən edə bilirmiş. Açar polunu oynayan kodlar isə əvvəlcədən  öz aralarında  anlaşılırmış. Bu cür  "tüstü  xəbərlər” bir neçə saat ərzində yüzlərlə  km -lik  məsafəyə ötürülürmüş.

Yaxud, müxtəlif ağacları  bir-birlərinə vuraraq  yaratdıqları səslərlə  yaxın ətrafa narahatlıqlarını ötürməyə  nail olurdular. Afrika bölgəsində, əsasən, keçmiş zamanlarda istifadə edilmiş həmin üsul bu gün də  ucqar yerlərdə hələ işə yarayır.

Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

Bəzən isə heyvan buynuzlarını üfürməklə  xüsusi  səslər  çıxarırlarmış. Belə səslərdən, əsasən, müharibə və ya təhdid mesajları göndərmək üçün istifadə olunurmuş.

 Bəzi  yerlərdə insanlar  yenə öz aralarında şərti işarələri əvvəlcədən razılaşdırmaqla  günəş şüalarını parlaq əşyalar (diametri 2,5 sm olan bir güzgü)  üzərində əks etdirərək  niyyətlərini 13 km-lik  məsafəyə qədər   çatdıra bilirlərmiş.  

Göyərçin və atlarla da müəyən rəmzlər,   məktublar  göndərərək    fikri ifadə etmək, paylaşmaq kimi  xəbərləşmək, rabitə formaları mövcud imiş.

Spnrakı dövrlərdə cəmiyyət irəliyə doğru  inkişaf etdikcə,  ənənəvi  vasitələr də dəyişilməyə başlamışdır.

Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

 Aparılan  arxeoloji tədqiqatlar nəticəsində  Misirdə tapılmış və  3400 il bundan əvvələ aid  edilən  lövhələr qəzetə aid  ilk nümunələr hesab olunur. Bu, lövhələr bişirilmiş  kərpicdən ibarət idi. Misirlilər günün əhəmiyyətli hadisələrini bu lövhələrə yazmışlar.

Misirdə Amanofisin dövründə papirus üzərində yazılmış  bir qəzet də tapılmışdır. Bunun üzərinə xəbərlər yazılıb. Misirdən sonra ilk qəzetin Mesopotamiyada dövlət quran Şumer türklərində də  mövcud olduğu müəyyən edilmişdir. Arxeoloqlar xalq tərəfindən   "Əmir qızı" adlandırılmış  29 metr hündürlükdə  şumerlərə məxsus  bir kurqan üzə çıxarmışlar. Bu kurqanın içərisində üzərində yazı olan bir çox lövhələr aşkar edilmişdir. Burada Məsihdən əvvəl — 2800-cü ildə tikildiyi iddia olunan bir  məbəd aşkar edilmişdir. Bu məbəddən başqa, kurqanda insanlığı heyrətləndirən ilk mətbəə tapılmışdır. Şumer türkləri  ölkələrində baş verən mühüm hadisələr barədə ictimaiyyətə məlumat vermək, eyni zamanda dövlətin sifarişlərini məlumatlandırmaq üçün sadə bir mətbəə icad ediblərmiş. Burada palçığın üzərində mixi yazısı ilə qəzet   çap edirlərmiş. Lövhə şəklində olan belə qəzetləri  onlar ,  hətta qonşu dövlətlərə də göndərirlərmiş.

Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

Çinlilərin də qədim zamanlarda qəzet nəşr etdikləri haqqında  məlumatlar  vardır. 

Qədim yunanlarda  da qəzetlər olmuşdur, amma  onlar yalnız bəzi  gündəlik hadisələri ictimaiyyətə bildirir və bu hadisələri müzakirə edirdilər.

Digər  bir  məlumatlara görə isə  ilk informasıya  nümunəsi eramızdan əvvəl -    hələ Yuli Sezarın dövründə "Acta populi diurna” ("Xalqın gündəlik həyatı”)  adlı indiki qəzetləri xatırladan gil lövhələr şəklində hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. Bu yolla fəth edilən torpaqlar, siyasi hadisələr, ictimai hadisələr və qladiator döyüşlərinin nəticələri   və  bu  məlumatlar şəxsi rabitə kimi  imperiyanın müxtəlif guşələrinə paylaşılmışdı.

"Qəzet" sözü ilk dəfə 1536-cı ildə  Venesiyada basılan dəmir  sikkənin adı ilə ("qaset” - xırda pul vahidi)  bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət, şəhər məlumatları  və sair xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan "qaset” - (it. gazza) ödənilirdi. Ancaq bugünkü qəzet adı kağız və çap ixtirası ilə başladı. Əsl qəzetin ilk elçiləri də onlardır.

Avropada müntəzəm nəşr edilən ilk qəzet   "Aller Fürnemmen und gedenckwürdigen Historie” adlı qəzet  olmuşdur.

1605-ci ildə alman naşiri İohann Karl tərəfindən nəşr olunan bu qəzet  kağız üzərində çap edilən ilk sənəd sayılır. 1622-ci ildə İngiltərədə nəşr olunan ilk ingilis qəzeti "Nathaniel Butter”dir, Rusiyada  isə birinci Pyotrın vaxtında — 1702-ci ildə   çıxarılıb və "Vedemosti” adlanıb. İlk türk qəzeti  isə 1828-ci ildə Qahirədə nəşr olunmuş "Vekâyi-i Misriyye” olmuşdur.

Mətbuat  millətin müştərək  səsidir, indi görək bu səs  xalqın  fikir   və arzularını ifadə edirmi (I yazı)

  Azərbaycanda   qəzetçilik tarixi  1875-ci ildə  "Əkinçi” qəzetinin nəşri ilə başlamışdır və bu ilki "Vekâyi-i Misriyye” nəşrindən sonra   daha  47 il də gözləmək lazım  gəlmişdir.

"Molla Nəsrəddin” jurnalından  21 il əvvəl nəşrə başlayan "Əkinçi” qəzetini də " təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı".

  Çünki XIX əsr  Azərbaycanda  ictimai-siyasi  inkişaf baxımından  ciddi  hadisələrlə  xarakterizə olunur. 1813-cü ildə "Gülüstan”, 1828-ci ildə "Türkmənçay” sülh  müqavilələri imzalanmış,  Azərbaycan  Rusiyanın tərkibinə daxil  edilmişdi.  Azərbaycanın  işğalı və bir xalqın iki yerə bölünməsi xalqının milli təfəkkürünün, milli azadlıq duyğularının formalaşmasını şərtləndirmişdi.  

1861-ci ildə   Rusiyada  təhkimçilik hüququnun ləğv edilsə də, insanların həyatı ağır olaraq qalırdı  və  insanlar bu  qayda ilə yaşamaq istəmirdilər.  Artıq o zaman  istər mərkəzdə, istərsə də  milli ucqarlarda  oyanışlarla müşayiət olunurdu. 

1864-cü ilin oktyabrında Kaxetiyada (Şərqi Gürcüstan), 1866-cı ilin dekabrında Meqreliyada, 1865-1866-cı illərdə Şimali Qafqaz ölkələrində (Dağıstan, Osetiya, Balkariya) təhkimlik  hüququ  artıq  ləğv edilmşdi: Azərbaycanda isə 1870-ci ildə Kəndli islahatı üçün Əsasnamə qəbul edilmişdi.

Torpaq islahatları ilə yanaşı keçirilən  məhkəmə, şəhər və inzibati idarə islahatları köhnə qaydalarla artıq    idarə edə bilməyən hakim sinfin  məcburiyyətindən  aparılmışdı.

Bütün  islahatların  gedişində , həmişə olduğu kimi, mülkədarların mənafeyi bu dəfə də  gözlənilmişdi.

Çarın verdiyi   Manifestdə göstərilmişdi ki, qanun elan edildikdən sonra  kəndliləri 2 il yenə də  əvvəlki vergiləri və mükəlləfiyyətləri ödəməli idilər. Ona görə də, bu kəndlilər "müvəqqəti-mükəlləfiyyətli kəndli ”  hesab olunurdular.  Kəndlilər bu vergini verə bilmirdilər və  həmin "müvəqqəti-mükəlləfiyyətli kəndliıər”  Manifest veriləndən sonra da düz 20 il   asılılıqda qalmışdılar. Bu asılılıq  bir də 1881-ci ildə ləğv olunmuşdu.

 

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Yazımızın prinsiplərinə cavab vermir.
  • Нравится
  • 0