» » Dünya erməniləri necə tanıyır? (V yazı)

Dünya erməniləri necə tanıyır? (V yazı)

Dünya erməniləri necə tanıyır? (V yazı)

– Nerses Varjapetyan 1878-ci il aprel ayının 13-də İngiltərənin xarici işlər naziri Solisberiyə göndərdiyi məktubda yazırdı: "”Ermənilərlə türklərin bir yerdə yaşaması artıq imkansızdır. Bərabərlik, ədalət, vicdan azadlığı ancaq xristian dövlətlərində bərqərar ola bilər. Buradakı müsəlman üsuli-idarəsini xristian üsuli-idarəsi əvəz etməlidir. Qərbi Anadolu və Kilikya xristian dövlətinin ərazisi olmalıdır. Türkiyə erməniləri bunu istəyirlər”;

– İstanbuldakı erməni milli məclisinin San-Stefanoda sülh danışığı aparan Rusiyanın nümayəndə heyətinin başçısı qraf İqnatyevə ünvanladığı məxvi məktubda yazılırdı: "Şərq xristianları olan biz ermənilər də Qərb xristianları kimi Rusiyanın köməyi sayəsində müstəqillik əldə etmək istəyirik. Xahişimiz, istəyimiz budur”;

– 1878-ci il tarixli 23 saylı nömrəsində "Mşak” qəzeti yazırdı: "Beləliklə, San-Stefano müqaviləsi Batumu və Qərbi Ermənistanın böyük bir hissəsini Rusiyaya verdi”;

– 1878-ci il iyun ayının 1-də keçirilən Berlin konqresi ərəfəsində İngiltərənin Xarici İşlər nazirinin erməni nümayəndə heyətinin başçısı Mkrtıç Xrımyana cavabı: "Londonun Ermənistandan 300 ml uzaqda olduğunu gərək biləydiniz. Bizim gəmilərimiz Ermənistan dağlarına qalxa bilməz. Taleyinizin daha pis olmasını istəmirsinizsə itaət edin, səbir eləyin, mən sizə ancaq bunu deyə bilrəm.

 

Dünya erməniləri necə tanıyır? (V yazı)

*** Berlin konqresində Almaniya imperatoru I Vilhelmlə görüşə bilməyən erməni nümayəndə heyəti üzvləri onun xanımının qəbuluna düşmək istəyirlər. Bu hadisəni nümayəndə heyətinin üzvü Minas Geraz belə təsvir edir: "Qapının ağzında bizi rəsmi geyimli nəhəng bir kişi qarşıladı. Dedik ki, imperatriçanı görmək istəyirik. Bunu eşitcək o zorba kişi bizi söyməyə başladı. Yaxınlaşıb Mkrtıç Xrimyana bir sillə çəkdi, çaşıb qalmışdıq. Xrimyanın başı hərləndi, papağı səkiyə düşdü. Papağı götürüb, gəldiyimiz faytonla da mehmanxanaya qayıtdıq. Hayrik qarşıda əyləşmişdi, dinib-danışmırdı, üzü gömgöy göyərmişdi. Silləni tək ona deyil, elə bil böyük erməni xalqına vurmuşdular. Ümidlərimiz üzülmüş halda qayıdıb Konstantinopola gəldik”;

– Berlin konqresinə yollanan Mkrtıç Xrimyanın "siz konqres iştirakçılarının dilini bilmədiyiniz halda onlara hansı dildə necə müraciət edəcəksiniz” sualına cavabı: "Siz narahat olmayın, mən orada hamının çox asan başa düşdüyü bir dildə danışacağam-ağlayacağam”;

– Tiflis kitabxanasında əlinə keçən kitbın üstündə "Xaçatur Abovyan, "Ermənistanın yaraları” sözlərini oxuyan çar məmuru romanı ayaq altına ataraq hiddətlə demişdir: "Rusiyada Ermənistan yoxdur, yarası da ola bilməz”;

– 1903-cü ildə "Novoye vremya” qəzetinin İrəvan müxbiri Qriqoryev yazırdı: "Törədilən cinayətlərin icraçılarının, "millət naminə əhalini soyub var-yoxunu əlindən alanların 80 faizi Türkiyədən gəlmiş yarımvəhşi erməni qatilləridir”;

– Daşnaksütyun partiyasının 13-20 noyabr 1905-ci il tarixdə keçirilən gizli yığıncağının stenoqramasından: "Alnımızın yazısıdır, tatarlarla yanaşı yaşamalıyıq. bizə nisbətən onların mədəni səviyyəsi aşağıdır. Bu hal öz-özlüyündə bir bəladır. Gələcəkdə fedarasiya tərkibində biz tatarlarla iki düşmən düşərgəsini təmsil etməli olacağıq”;


Dünya erməniləri necə tanıyır? (V yazı)

Yenə orada- "Qələbənin başlıca rəhni hücumdur. Əgər qırılmaq, məhv olmaq istəmiriksə, onda birinci biz hücum etməli, ölümcül zərbə endirməliyik”;

– 4 yanvar 1915-ci ildə R.Milyukov deyirdi: "Mənim üçün ermənilərin istədikləri deyil, işdə Rusiya üçün əlverişli olanlar vacibdir”;

– 19171918-ci illərdə Qars qırğınlarının şahidi olmuş yunan müəllif yazır: "Türk ordusu qarşısında geri çəkilən silahlı erməni qaçqınları ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər şeyi atəş və qılıncdan keçirir, təsəvvürə gəlməz bir dəhşət və fəlakət törədirdilər. "Qalib” erməni ordusu hərbi qənimətləri, yəni süngü ucuna taxılmış südəmər uşaqlarla keçdikləri yolların ətrafına çılpaq soyundurulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabından ağlını itirmiş qadın və uşaqların ürək parçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın qəlbi daş olmalıdır”;

– 4-cü Qafqaz korpusunun komandiri General Oqanovskinin şərhi: "Rus hökuməti Şərqdə öz tarixi siyasətini və missiyasını unutmayıb (yəni erməni məsələsi ilə bağlı siyasət) və o, Ermənistanın muxtariyyəti barəsində ermənilərin xülyasını deyil, rus dövlətinin mənafeyini müdafiə edir. Rus hökuməti Türkiyə Ermənistanında ermənilərin sayının az olmasını istəyir. Ermənilər öz düşüncə tərzini və dünya baxışlarını dəyişməlidilər. Onlar gərək kütləvi qaydada etiraf və əməli işlə sübut etsinlər ki, muxtar Ermənistan naminə deyil, rus imperiyasının vətəndaşları olaraq vuruşurlar. Əks halda ermənilərin niyyətləri özləri üçün baha başa gələr”

 

Dünya erməniləri necə tanıyır? (V yazı)


Qeyd: Yazının davamını əldə etdikcə sizə təqdim edəcəyik. Mənbə kimi baxın: http://aktualtv.az/siyasat/2830-erm%C9%99nil%C9%99ri-d%C3%BCnya-nec%C9%99-taniyir-xiii-yaz%C4%B1.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz