» » Dünya erməniləri necə tanıyır? (IV yazı)

Dünya erməniləri necə tanıyır? (IV yazı)

 

Dünya erməniləri necə tanıyır? (IV yazı)

 

-”Heç bir zaman Gürcüstanın köklü əhalisi olmayan erməni milləti görün hansı nəticələrər çatmışlar";

– Admiral Mark Bristol: "Təəssüflər olsun ki, missionerlər tarixi birtərəfli təsvir edirlər..., ermənilərin və yunanların ancaq ən yaxşı keyfiyyətlərindən söz açırlar, onların mənfi keyfiyyətləri barədə heç nə danışmırlar”;

–Con Dyuey: "... ermənilər türk şəhərlərini xəyanət yolu ilə rus qəsbkarlarına təslim edirlər... və... yüzlərlə türk kəndlərini yandırdılar və əhalisini məhv etdilər”;

– Erməni vəkili, sonralar 1918-1920-ci illərdə daşnak hökumətinin baş naziri postunu tutmuş A.İ.Xatisovun 1906-cı il fevral ayının 20-də Tiflis şəhərində keçirilən erməni-müsəlman sülh məclisindəki çıxışından: "Daşnaksütyun Rusiyanın böyük şəxslərinin, generallarının və hətta, Qafqaz canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki, təşkil olunub. Bəli, onun qoşunu, xəzinəsi, əsgəri də vardır”;

– Gürcü sosialisti Karibi 1920-ci ildə Tiflisdə nəşr etdirdiyi "Qırmızı kitab” dərgisində yazır: "Daşnaksütyun yaradılanadək Qafqazda sülh və əmin-amanlıq mövcud olmuşdu. Daşnaklar gəldilər və müstəqil Ermənistan adlı sırf ermənilərər məxsus bir ərazi yaratmaq istədilər. Qafqazda milli ədavət və nifaq toxumu səpdilər”;

Yenə orada - "Daşnak yazıçıları dünyaya sübut etməyə çalışırlar ki, onlar Rusiyanı çox sevirlər. Lakin rus kəndliləri qorxu içərisində Ermənistanı tərk edərək öz vətənlərinə deyil, Məhəmməd hümməti yaşayan İrana qaçırlar. Onlar yaxşıdan yaxşını axtarmırlar. Hesab etmək lazımdır ki, əgər rus kəndliləri Ermənistanda yaxşı yaşamış olsaydılar, onlar heç bir dini, siyasi və mədəni əlaqəsi olmayan İranda özlərinə sığınacaq axtarmazdılar”;

– "Erməni tarixçisi Bakunts Ananikyan "Daşnaksütyun partiyasının ideya-siyasi iflası” (İrəvan, "Hayastan”, 1979) kitabında yazır: "Daşnaksutyuna görə ermənilərin düşməni təkcə müsəlman dünyası deyil, habelə kürdlər, gürcülər və ruslar da onların düşmənidirlər”;

Yenə orada - ”Subyektiv idealist dünyagörüşünə əsaslanan, heç bir elmi əsası olmayan və bəsirətsiz siyasət yetirmələri sayəsində Daşnaksütyun nəinki başqa xalqlara, həm də erməni xalqına böyük ziyanlar vurmuşdur";

Yenə orada - "Daşnak liderləri adi xalq kütləsinə mal-qara sürüsü kimi baxır. Onların həyatı və hüququ barədə bir təminat vermir, onlardan isə bir şey tələb edir-ölmək”;

Yenə orada - ”Daşnaksütyun partiyası Qafqazda fəaliyyətinin lap başlanğıcında çarizmin qulluqçusu rolunu oynayırdı. Yalnız həddini aşanda çarizm ona qulaqburması verirdi";

Yenə orada - ”Gənc türklərin siyasətindən xəbərdar olan daşnaklar iki od arasında qalan xalqın özünümüdafiəsini təşkil etmədi, onun fəlakətini yüngülləşdirmək üçün heç bir tədbir görmədi, öz avanturist hərəkətləri ilə düşmənçiliyi daha da qızışdırdı";

– Erməni tarixçisi Vartanyan 1914-cü ildə nəşr etdirdiyi "Erməni hərəkətlərinin tarixi” adlı kitabında yazır: "XIX yüzilliyin əvvəllərində ermənilər bir millət olaraq Avropada məlum deyildilər”;


Dünya erməniləri necə tanıyır? (IV yazı) 

 

 

– Erməni müəllifi Sumbat Qabrielyan "Erməni böhranı və onun təkrar yaranması” (Boston, 1905) adlı kitabında yazır: "Avropada dövlətli bir ermənidən pul tələb edən erməni inqilabçısına o, belə cavab vermişdi:

-Mən öz pulumla millətimin cəlladı ola bilmərəm”;

– Eldar Qraiville yazır: "Bu iş-problemlər ermənilər tərəfindən yaradılmayıb. Belə ki, ruslar erməniləri bu işə təhrik etməyincəyə qədər Türkiyədə heç bir ermməni hərəkatı olmamışdır. Rusların "köməkliyi” ilə başlayan Balkan hərəkatına qədər ermənilər sadəcə öz aralarında məzhəb mücadiləsi aparmışlar. Hətta öz aralarındakı anlaşılmazlıqların həlli üçün də türklərdən kömək alırdılar”;

– Erməni tarixçisi A.S.Vartapetov: "Erməni kilsəsi "Albaniyanın bütün kilsələrində sakitliyi” yalnız yaddelli işğalçıların köməyi ilə bərqərar edirdi. Erməni katolikosluğunun və naxarlarının mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi bir qayda olaraq yaddelli işğalçıların köməyinə əl atır, "xaç bayrağı” adı altında öz yolu üzərindən tarixi Ağvaniya və onun bir hissəsi olan Qarabağ (Arsax) xalqlarını yox edirdi”;

– Gürcüstan hökumətində Ermənistanın işlər vəkili Camalyan məlumat verirdi ("Azərbaycan” qəzeti, 01.01.1919-cu il, 1-ci sayı): "Dekabrın 2-də (1918) Gülyataq ermənilərinin quldur dəstəsi Sırxavənd kəndinə hücum edib 122 baş qaramal, 45 keçi aparmışlar. Həmin quldur dəstə Gülyataq, Canyataq və Kasapet ermənilərindən ibarət daha güclü bir tərkibdə iki dəfə Balagilyar kəndinə hücum etmişlər”;

– "Xorhurdain Hayastan” qəzeti 29.X.1921-ci il tarixli sayında yazır: "Ermənistanı erməni olmayanlardan, öncə tatarlardan və türklərdən təmizləyin. Türklərə nifrət edin,müsəlmanları qırın, kəndlərinə od vurub yandırın, əmlaklarını talan edin”;

 

Dünya erməniləri necə tanıyır? (IV yazı)

 

"Erməni xalqının tarixi” kitabında (1c., səh. 96) oxuyuruq: "Bəşərin beşiyi, ilk vətəni Ermənistandır. Ən qədim xalq erməni xalqıdır, ən qədim dil erməni dilidir”;

– Dinisi: "Xəzərsahili xalqlar-hunlar, albanlar, kaduslar, mordovlar sırasında erməni adına rast gəlmədim”;

– Strabon: - "Erməni çarları qonşu xalqların xeyli torpağını işğal etsələr də, orada davam gətirə bilməmişlər”;

– H.Pastermaçyan: "Ermənilər friqlərlə birlikdə qərbdən e.ə. VII-VI əsrlərdə şərqə gəlmişlər”;

Yenə orada- "Atam Azərbaycan türklərinə qarşı qılıncla vuruşurdu. Mən də bu vuruşu qələmlə davam etdirirəm”;

– R.Hovannisyan: "Ermənilər işğalçı kimi gəlmiş və yerli

əhalini işğal altına almışlar”;


Dünya erməniləri necə tanıyır? (IV yazı)

 

– R.Kuriyan: "Nəhayət, ermənilər isveçlərdən gəliblər”;

– Erməni jurnalisti Levon Dabbagyan yazır: "... ermənilər indiki dövrdə milli varlıqlarına görə həqiqətən səlcuq və osmanlı türklərinə borcludurlar. Bizansların və ya digər avropalıların əlində qalsaydı, erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi”;

Yen` orada- "Biz ermənilər din qardaşlarımız olan xristianların zərərli vədlərinə inanaraq böyük türk dövlətinə qarşı üsyan etdik. Daha doğrusu, vətənə xəyanət etdik. Acı olsa da gerçək budur. Bütün bunlara baxmayaraq yenə də böyük türk milləti bizi öz bağrında barındırır. Unutmayaq ki, türklərin düşməni bizim də düşmənimizdir”;

– Qədim tarixçi Urfalı Motevos Bizans hökmranlığı altında "inim-inim” inləyən ermənilərin vəziyyəti barədə yazırdı: "Erməni miləti zülm-əsarət altında qalmışdı. Bütün məmləkətimiz qan içindəydi. Bu qanlar vətənimizin bir ucundan o biri ucunadək dərya kimi coşub-daşırdı. Məzhəbini dəyişmək istəməyən ermənilərin boğazına əridilmiş qurğuşun tökərək ən faciəli ölümlərə mütbəla edirdilər”;

– Urfalı Motevos Səlcuq sultanı Məlikşahın ata şəfqətindən vəcdə gələrək yazırdı: "Məlikşahın səltənəti Allahın lütfünə nəsib oldu. Hakimiyyəti uzaq ölkələrə qədər yayıldı. Və ermənilərə sakitlik verdi. Qəlbi xristianlara qarşı şəfqətlə dolu idi. Keçdiyi ölkələrin xalqları ilə ata kimi rəftar edirdi”;

– Səlcuq Sultanı Məlikşahın ədalətli rəftarı haqqında erməni katolikosu Vasil yazırdı: "O, hər tərəfdə barış və hakimanə bir idarə qurmuşdu... bildiklərimizin hamısından adil olduğuna görə heç bir insana kədər vermədi... hərb və zorakılıqla deyil, könüllərə yol tapmaqla indiyədək heç bir hökmdarın əldə edə bilmədiyi məmləkətlərə sahib oldu”;

– 1968-ci ildə erməni müəllifi Ter Gersisyan yazırdı: "Ermənilər üzərində Bizansın öldürücü ilhaq siyasətinin xeyli davam etdiyi və ermənilərə qarşı düşmənçiliyin artdığı bir zamanda şərqdə Səlcuq türklərinin zühur etdiyi göründü. Bizansın Malaşkert fəlakətinə uğramağı üzündən bütün ermənilər 1071-ci ildə Səlcuqların iradəsinə keçdilər. Səlcuqların köməyi ilə hürriyyət qazanan ermənilər Qriqorian idarəsində tərəqqi etdilər”;

– Erməni ziyalısı minnətdarlıq hissi ilə yazırdı: "Sultan Fatehin İstanbulu fəth etməsi ilə ermənilərin taleyi üçün yeni bir ulduzun parlamağa başlamasını söyləsəm, tarixi bir həqiqəti etiraf etmiş olacağıma əminəm”;

– Patriarx Nerses Varjapetyan 1878-ci il mart ayının 17-də İngiltərənin İstanbuldakı elçisi Loyarda yazırdı: "Bir il bundan əvvəl bizim Osmanlı üsuli-idarəsindən heç bir

şikayətimiz yox idi. Lakin Rusiyanın bu son zəfərləri vəziyyəti dəyişdirdi. İndi biz də bağımsız bir Ermənistana sahib olmaq istəyirik. Əgər siz yardım etməsəniz, biz bu istəyimizi gerçəkləşdirmək üçün Rusiyaya müraciət etməli olacağıq”;


Dünya erməniləri necə tanıyır? (IV yazı)

Dünya erməniləri necə tanıyır? (IV yazı)

 

Davamı var...  

 Mənbə:  http://aktualtv.az/siyasat/2731-erm%C9%99nil%C9%99ri-d%C3%BCnya-nec%C9%99-taniyir-ii-yaz%C4%B1.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz