» » Bəs nə vaxt qalib gələcəkdir cahanda KAMAL?

Bəs nə vaxt qalib gələcəkdir cahanda KAMAL?

Bəs nə vaxt  qalib gələcəkdir  cahanda  KAMAL?

 

 

Mənim yaşda olan nəsillər 4-cü sinifdə, Ənvər Məmmədxanlınındır gərək, "Buz heykəl" hekayəsinin oyatdığı təsirlərdən üstündən 50-55 il keçəndən sonra hələ də çıxa bilməyiblər: 1941 ci ilin ətrafda nə varsa, donub buz bağladığı şaxtalı bir qış gecəsində gənc bir ana ucu-bucağı görünməyən çölün düzündə çayın o biri üzündə hələ faşistlərin əlinə keçməmiş torpaqlara can atır.
Şaxta iliyə işləyir, tufanın qamçıları üzünə çərpıldıqca ana lap heydən düşürdü, bir tərəfdən də içində körpəsinin düşmən əlinə keçə bilmək təlaşı vardı.Ana dayanmadan gedirdi ki, hava işıqlaşana kimi, çayın o biri üzünə keçə bilsin. Hərdən ona elə gəlirdi ki, körpəsi üşüyür.Yalnız onda dayanırdı.Hər dəfə əyninin bir geyimini aşıb balasını bürüyürdü, körpəsi donmamalı idi. Səhər açılmağa az qalırmış, ana isə artıq yeriyə bilmirmiş.Yaxınlqdakı qayın ağacına söykənib daldalanmaq istəyir və buradaca buz heykələ dönür. Sovet əsgərləri səhər açılanda həmin ağaca yaxınlaşanda dəhşətə gəlirlər: ana tamam donmuş, körpəsi isə sağ idi.
Sosial şəbəklərdə rast gəldiyim bu şəkildə isə məzmun əksinədir. Suriyadan Urdinə doğru təkbaşına can atan bu zavallı çocuğun 4 yaşı var. Əlindəki çantasında isə anasının və bacısının paltarları var. Bu çocuq həl bilmir ki, anası və bacısı nüfuz üstündə boğuşan müharibə canilərinin atdığı bombalardan həyatlarını itiriblər.
 

Bəs nə vaxt  qalib gələcəkdir  cahanda  KAMAL?

 

Beynəlxalq kürsülərdə uşaqlar haqqında dil-dil ötən natiqlər, filosoflar, dünya yazıçıları, sənət adamları, Nobel mükafatı laureatları niyə aclıq elan etmirlər?
Onda hansı azadlıqdan danışmaq olar: əgər böyük tiranlar artan əhali sayının azaldılması üçün günahlı-günahsız insanların kütləvi məhvi üçün hərbi seçirlərsə, epidemiya yayırlarsa....
Bəs nə vaxt cahanda qalib gələcək KAMAL?
 

Bəs nə vaxt  qalib gələcəkdir  cahanda  KAMAL?

 

 Müharibə  dəhşətləri rəqəmlərin dili ilə  

 İndiyə kimi dünyada 15.500-dən çox regional və ya milli müharibələr baş vermişdir. Bu mühəribələr zamanı  3 milyard 700 milyon insan ölmüşdür.

I Dünya müharibəsində hər 100 nəfərdən 14-ü, II Dünya müharibəsində ölən 100 nəfərdən 70-i, 1990-cı illərdən sonrakı  müharibələrdə ölən 100 nəfərdən 90 nəfəri mülki şəxs  olmuşdur.

1945-1992 illəri arasındakı 149 müharibədə 23 milyondan çox insan ölmüşdür. Bunun yalnız 3 milyonunu əsgər  idi. Əgər  vətəndaş müharibələrində 1 əsgərin ölümünə nisbətdə 1 mülki şəxs ölürdüsə , 14-15 mülki şəxs aclıq, susuzluq və yoluxucu xəstəliklər səbəbindən ölmüşdür.

Son 10 ildə  gedən müharibələr səbəbindən 2 milyon uşaq  ölmüş, 6 milyon uşaq əlil olmuşdur. 12 milyon uşaq evsiz qalmış , 1 milyondan çox uşaq  isə ata-anadan yetim qalmışdır. 10 milyon uşaq psixoloji sarsıntı keçirmiş və on minlərlə uşaq isə təcavüz və işgəncələrə məruz qalmışdır.

Bosniyada Balkan döyüşü zamanı 20 min qadına təcavüz edilmişdir.

Bu gün dünyada 15 milyon insan, o cümlədən 500 min elm adamı silah və silah inkişafı sahəsində çalışır.

ABŞ-da silahlanma və müharibə alovları getdikcə çılğınlıqla davam etdirilir. ABŞ-da silahlanmaya 396,1 milyard dollar ayrılması planlaşdırılır. Bu rəqəm ABŞ-ın potansial olaraq düşmən gördüyü 7 ölkənin silahlanmağa xərclədiyi məbləğin üstünə Rusiya və Çinin xərclərini  də əlavə edildikdə toplam 117 milyard dollar olur ki, bu da, ABŞ-ın silahlanma xərcləmələrinin ancaq üçdə birinə çata bilir.

Türkiyənin 2014-ci ildə hərbi büdcəsi 19.1 milyard dollar olmuşdur. Hərbi investisiya baxımından dünyada 14-cü yerdə olan Türkiyənin təhsilə ayırdığı büdcə isə 2015-ci ildə 5 milyard 494 milyon lirədir.

                                        

 

Bəs nə vaxt  qalib gələcəkdir  cahanda  KAMAL?

 

Mənbə: Türk saytları 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz