» » Dünya erməniləri necə tanıyır? (I yazı)

Dünya erməniləri necə tanıyır? (I yazı)

Dünya erməniləri necə tanıyır? (I yazı)

Dünya ictimai fikrini həqiqətdən uzaqlaşdırmaq üçün 1986-cı il aprelin 22-də Köln (AFR) televiziyasında 45 dəqiqəlik "Erməni məsələsi unudulub” adlı film göstərilmişdir. Düsseldorturist dəstələrinə bələdçilik edən, Polşada Hitler düşərgələrində məhbus olan Paulyus həmin verilişə qarşı etirazını bildirmiş, onu Gebbels təbliğatına bənzətmişdir. Onun etirazının ikicə bəndi belədir:
"20-ci illərdə erməni yazıçısı Aran Andodyan guya ermənilərin genosidinin həyata keçirilməsi barədə türk hökumətinə məxsus teleqramın surətinə (guya əsli itmişdir) istinad edərək hay-küy salmışdı. Təqdim edildiyi bütün yerlərdə, bütün səviyyələrdə bu teleqramın saxta olduğu üzə çıxdı. Əvvəla, teleqramda "bismillah” sözü yox idi. Halbuki, bu termini Osmanlı Türkiyəsinin hər bir rəsmi sənədinin ayrılmaz tərkib hissəsidir. İkincisi isə, 1925-ci ilədək bütün Türkiyədə müsəlman təqvimindən (hicri) istifadə olunurdu. "Teleqramın” müəllifi bu cəhəti nəzərə almamış və buna görə də "genosidi” 1915-ci ildən 1916-cı ilə aid etmişdir. Haqqında yuxarıda bəhs etdiyimiz televiziya filmində məşhur rus rəssamı Vereşşakinin 1871-ci ildə yaratdığı "Müharibə apofeozu” əsərindən 1916-1917-ci illərdə ermənilərin genosidinə dəlil-sübut kimi istifadə olunmuşdur.
Bundan başqa, görkəmli fransız jurnalisti, hüquqşünas və alim Jorj de Malevil özünün Parisdə nəşr olunan "1915-ci ilin erməni faciəsi” kitabında yazır ki, Türkiyədə ermənilərin guya kütləvi surətdə qırğına düçar olması haqqında dəhşətli məlumatlar açıq-aşkar ehtikarlıq xarakteri daşıyır. 1915-ci il erməni genosidi qurbanlarının sayı ildən-ilə artırılır. Erməni tarixçilərinin son məlumatlarına inansaq, onda belə çıxır ki, XX əsrin əvvəlində ermənilərin sayı... Türkiyə əhalisinin yarısından çox imiş.

Dünya erməniləri necə tanıyır? (I yazı)

Digər məşhur fransız alimi, Strasburqdakı Şərq Tədqiqatları İnstitunun direktoru Pyer Dümon ABŞ senatına göndərdiyi və 1989-cu il noyabrın axırlarında bir çox xarici ölkələrin qəzetlərində dərc olunan bəyanatında nəinki erməni genosidini inkar edir, əksinə, göstərir ki, təpədən-dırnağadək silahlanmış erməni döyüşçülərinin terrorist fəaliyyəti nəticəsində 60 min kürd və türk öldürülmüşdür. Pyer Dümon Türkiyənin, həmçinin Fransa və Britaniya xarici işlər nazirlərinin arxivlərində tədqiqat işi apararaq belə bir nəticəyə gəlmişdir ki, kürd, türk və erməni əhalisi arasında tökülən qanlar gərginliyi daha da artıran işğalçı qoşunların iştirakı ilə keçirilən hər iki tərəfin döyüş əməliyyatları nəticəsində baş vermişdi və buna görə də genosid adlandırıla bilməz.
"Ermənilərin genosidi”, "əzabkeş erməni xalqı” kimi sözlərin fasiləsiz olaraq təkrar edilməsi, yəqin ki, artıq hamını zinhara gətirmişdir. Lakin erməni liderləri özlərinin "qəhrəmanı” Andranikin yolu ilə gedirlər. O Andranik ki, vaxtilə elan etmişdi: "Erməni məsələsi yer üzündə hətta bircə nəfər erməni qalanadək mövcud olacaqdır” (Bax: A.O.Arutunyan, "Kafkazskiy front 1914-1917 qq., Erevan, 1971, c. 314). "Erməni məsələsi”nin sona yetməsi və sivilizasiyalı dünyanın rahat yaşaması üçün gələcək nəsillər, bütün bəşəriyyət görəsən hələ nə qədər narahatçılıq hissi keçirməli olacaq?! Hələ heç bir xalq "böyük Ermənistan” yaradılması xülyasından ibarət bir ideyanı möhkəmləndirmək üçün öz qurbanları ilə möhtəkirlik edən ermənilər kimi hərəkət etməmişdir. Həqiqətən də genosid bəlası görmüş yəhudilər bu faciə ətrafında heç vaxt mərəkə qopammamış, ermənilərdən fərqli olaraq öz ləyaqət və mərdliklərini hər şeydən uca tutmuşlar.
Qvardiya baş leytenantı O.Çtenov adlı müəllif ermənilərin vəhşiliyinə həsr etdiyi məqaləsində yazır: "1990-cı il martın 23-dən 24-nə keçən gecə hərbi geyimli erməni "yaraqlıları” Azərbaycan SSR-nin Qazax rayonundakı Bağanes-Ayrım kəndini minomyot, avtomat və karabinlərlə atəşə tutub oraya soxulmuş, mal-qaranı, adamların əmlakını aparmış, üstəlik evlərə benzin töküb yandırmışlar. Kəndi tərk etməyə macal tapmamış adamlar, o cümlədən qadınlar və iki aylıq körpə qətlə yetirilmiş, yaxud yandırılmışdır. Müəllif yazır: "Vicdanla etiraf edirəm ki, mən Əfqanıstanın qanlı-qadalı döyüş yollarından keçib gəldiyimə baxmayaraq, dəhşətə gəlirdim. Külün içərisində dizi üstə sürünərək öz qardaşının cəsədinin qalıqlarını toplayan qocanı, boğazları kəsilmiş qadınları, tüfəngin qundağı ilə başı əzilmiş körpəni gördükdə dəhşət hissi keçirirdim... Tutulmuş yaraqlılar Ermənistan SSR Noyemberyan Rayon Daxili İşlər Şöbəsinə təhvil verilirdi, ordan isə onları azad edir, hətta qeydiyyata da almırdılar (Bax: "Bakinski raboçi” qəzeti, 4 may 1990-cı il, c. 3).
Əfsuslar olsun ki, müasir gənclik erməni valideynlərindən heç də yaxşı tanımır. Bu mülahizələri əsas tutaraq imkan daxilində erməniləri bizdən qat-qat yaxşı tanıyan bir çox tanınmış insanların fikirlərinin hörmətli oxuculara təqdim edirəm. (Məlumatla xırda ixtisarla Əlisahib Əroğulun "Erməni-daşnak faşizmi və Azərbaycan” adlı kitabından (Bakı. Təhsil. 2007. səh.63-107) götürülmüşdür.
 

Dünya erməniləri necə tanıyır? (I yazı)

Rus tarixçisi S.M.Solovyov "Rusiya tarixi üzrə mühazirə və hekayələr” kitabından: "1701-ci ildə İzrail Ori adlı erməni keşişi boyar Qolovnikin yanına gəlir. O, çara məktub yazaraq İran şahını məğlub etmə yollarını, ermənilərin bu işdə ona kömək edəcəyini, Rus dövlətinin Qafqaza
yiyələnəcəyini inandırıcı faktlarla göstərir. Minas Vartapet 1718-ci ildə ermənilərin xilas olması, daha doğrusu, rusların himayəsinə keçməsi barədə ayrıca bir məktub hazırlayıb çara göndərir. Erməni yepiskopu isə yazıb bildirir ki, 100 min erməni silahlısı imperatorun yolunu gözləyir”;
Yenə orada (səh. 719)-”Bu xəritədən aydın olur ki, bütün dövlət ərazisində İrəvan qalasından başqa qala yoxdur. Allah özü bütün qoşunlarımıza onu tutmağa kömək eləsin".
XIX əsr rus tarixçisi P.Q.Butkov: "I Pyotr ölümündən qabaq, 10 noyabr 1724-cü ildə üç ermənini katalikos İsayya ilə birlikdə qəbul edir. "Ermənilərə əl tutmaq və Xəzəryanı əyalətlərdə yerləşdirmək” barədə onların xahişini dinləyir. Elə o gündəcə I Pyotr erməni xalqının orada yerləşdirilməsi haqqında general-leytenent Matuşkinin və briqadir Levaşovun adına buyruq verir”.
Moskvada nəşr edilən tarix kitabından: "İşğalçılıq siyasətində ermənilərdən bir alət kimi istifadə etməyi qarşıya məqsəd qoyan I Pyotr 1724-cü il noyabr ayının 10-da üç erməni katalikosunu qəbul edir. Onların Xəzəryanı əyalətlərdə yerləşdirmək barədəki xahişlərini dinləyir və fərman verir: "Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa ərazilərdə yerləşdirilməsinə çalışın, bu bölgələrdəki yerli əhalini isə imkan düşdükcə sıxışdırıb oradan çıxarın”.
 Knyaz V.Dolqorukin 7 may 1727-ci il: "Saqanas toplumundan olan ermənilər onun hüzuruna vəkillərini göndərib ondan xahiş edirlər ki, onların hamısı imperatriça həzrətlərinin təbəəliyində olsun və ona məxsus olan əyalətlərdə yerləşmək üçün (onlara) torpaq verilsin; bu torpaqlar onlara göstərilmiş və ermənilər oranı gördükdən sonra bəyənib razı qalmışlar”.
Rusiya imperatriçası II Yekaterina 1783-cü il aprel ayının 6-da göstəriş verir: "İbrahim xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti təsis etməli”.
 

Dünya erməniləri necə tanıyır? (I yazı)

19 may 1783-cü ildə knyaz Q.A.Potyomkin II Yekaterinaya yazır: "Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcək və bunlar vasitəsi ilə Asiyada xristian dövləti yaradacağımız barədə erməni məliklərinə göstərişlər vermişəm”.
–Qraf V.Zubov (II Yekaterinanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrinin xristianlaşdırılması tapşırığı ilə bağlı tabeliyində olan bütün yüksək rütbəli zabitləri xəbərdar edərək) bildirirdi: "İrəvan xanlığının xristianlaşdırılması məsələsi çox gizli saxlanılmalıdır. Ona görə ki, bütün gələcək planlarımızın məqsədinin açıqlanması və bu barədə hər hansı bir  xəbərin müsəlmanlara əvvəlcədən çatması onları oyadar və təlatümə gətirər”. 
 Çar I Aleksandr 1802-ci il sentyabr ayının 26-da Azərbaycan xalqının cəlladı, gürcü mənşəli çar generalı P.D.Sisianova yazır: "Nəyin bahasına olursa-olsun, Azərbaycanın bu və ya digər xanlıqlarına hücumda ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusilə, bu adam Rusiyaya sədaqətli şəxs, erməni keşişi Danil ola bilər”. 
 Gəncəni 3 yanvar 1804-cü ildə al qanına boyayan P.D.Sisianov erməni arxiyepiskopu Ohana yazır: "Çoxlu boş qalmış evlər var, onlar (azərbaycan türkləri) buranı tərk edib getmişlər. Sizdən İrəvan ermənilərinin təcili buraya köçürülməsini xahiş edirəm. Mən hər bir ailəyə ev, bağ və həyət verilməsini əmr edəcəyəm. Üç il müddətində ermənilərdən tövcü güzəştlə yığılacaq və onlar heç bir mükəlləfiyyət daşımayacaqlar”.
 P.D.Sisianov 1805-ci il 22 may tarixli, 19 saylı raportunda yazır: "Qarabağı özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab etmək olar və buna görə buranın əldə saxlanılmasına və bizim üçün möhkəmləndirilməsinə daha çox səy göstərilməlidir”.
Sisianovun xələfi, erməni fitnəsinə uymuş İ.V.Qurdoviç mərkəzə müraciətində yazır: "Rusiyada yaşayan ermənilərin siyahısı tərtib olunmalı, onların harada yaşamasından asılı olmayaraq Azərbaycana gəlməsinə imkan yaratmaq lazımdır. Burada erməni dövləti yaratmaq üçün ermənilərin sayı kifayət qədər olmalıdır. Xristianlıq naminə biz bu işi sürətləndirməliyik”.
 Rus generalı Zubovun özünə bələdçi köməkçi seçdiyi erməni keşişi İosif Stepanoviç Davudyan 1796-cı il may ayının 2-də rus ordusunun Dərbəndə girməsi münasibəti ilə soydaşlarına bəyan etdi: "Ali baş komandanı Allah özü göndərmişdir. Biz onun vasitəsilə, ona sədaqətimizlə Qafqazı azərbaycanlılardan təmizləyə bilərik”.
 Roma tarixçisi Korneli Tasit yazır: "Bu xalq (ermənilər) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daim romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırdılar”.
  Antik bir hökmdar demişdir: "Mən əsir düşmüş ermənilərə Bisütun qayalarını çapdırıb əbədiqalar məskənlər saldırıram. Erməniləri taqətdən düşənə qədər işlədib sonra öldürmək lazımdır”.
 Rus tarixçisi Potto: Lazarev (Qarabağın Tuğ kəndində anadan olmuş, azərbaycanlıların qanını içməyə hazır olan erməni mənşəli beş çar generalından biri; bu məlun vergi toplamaq adı altında azərbaycanlıları istismar etməklə yurdlarını tərk etməyə  vadar edir, yerlərinə erməniləri köçürürdü) Ermənilərin dağınıq olmasından narahat idi. O bilirdi ki, ermənilər bir yerdə olmalıdılar ki, dənizdən-dənizə keçmək üçün onlara imkan yaransın. Buna görə də "böyük Ermənistan” yaratmaq arzusu ilə bütün imkanlardan istifadə edirdi”;

Dünya erməniləri necə tanıyır? (I yazı) 

Dünya erməniləri necə tanıyır? (I yazı) 

Dünya erməniləri necə tanıyır? (I yazı) 

Dünya erməniləri necə tanıyır? (I yazı)


Davamı var... 

Mənbə: http://aktualtv.az/siyasat/2731-erm%C9%99nil%C9%99ri-d%C3%BCnya-nec%C9%99-taniyir-ii-yaz%C4%B1.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz