» » Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə heç nəyin fərqində olmuruq

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə heç nəyin fərqində olmuruq

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə  heç nəyin fərqində olmuruq

İndi deyəcəyim məqamı təkcə tibb sahəsinə deyil, əksər fəaliyyət sahələrinə aiddir. Məsələn, mən inana bilmirəm ki, hansısa orta məktəb məzunları repetitor yanına Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə (gigiyena, mikrobiologiya, laboratoriya işi, epidemiologiya, yoluxucu xəstəliklər) qəbul olunmaq üçün gedirmiş. Sadəcə, təxmin edirəm ki, cəmiyyətdə nüfuzlu hesab edilən ixtisaslara keçid balı kifayət etməyənlər son addım olaraq bu fakültəni seçirlər. Yolxucu xəstəliklər, epidemiologiya üzrə həkim olmağı peşə-ixtisas seçən gənclər də belə qəbul edir, insanlar da. Əlbəttə, bu yanlışlığın nəticəsidir ki, koronavirus adlı ölüm virusu dünyanı cənginə alıb, elm də acizdir, dünyanın ən güclü dövlətlərinin liderləri də. İndicə oxudum ki, Almaniyanın dövlət başçısı bu virusun əlacını tapan şəxsə istədiyi qədər mükafat ayırmağa söz verir.
İnşallah, Allah bəndəsini darda qoymaz. Bu virusun  dərmanı, əlbəttə,  tapılacaq.  Amma insanların sağlam həyat tərzinə, tibbi profilaktikalara, ətraf mühitə bu gün də  laqeyd münasibəti davam edir, insanların həyatı üçün  üçün yaşıl sipər olan təbiətə  hər gün, hər an qəsd edilir, fiziki təsirlərə məruz qoyur.   İstehsal müəssisələri  var ki,onlar da istehsal tullantılarını havaya, dənizə atırlar. Heç kim düşünmür ki,  ətraf mühitə bu cür məsuliyyətsiz münasibət  hər an  daha digər virusların baş qaldırmasına səbəb ola bilər.  Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun yerli qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi protokol yazmaqla, müəyyən cərimələr tətbiq etməklə işlərini bitmiş hesab edirlər.
İçərişəhər istisna olunmaqla Bakıda, eləcə də digər şəhər və rayonlarda məişət tullantılarının toplanılması, saxlanılması, zərərsizləşdirilməsi hansı vəziyyətdədir görmürsünüz? Görmüsünüzmü tullantılar saxlanılan ərazi hər dəfə, heç olmasa, həftədə bir dəfə dezinfeksiya edilsin, tullantı çənləri, zibil maşınları dezinfeksiay edilsin. İstehsal tullantıları, hərəkətedən texnikaların buraxdığı zəhərli qazlar anbaan təbiətin, insanların nəfəsini sıxır. İnsanlar da bir tərəfdən yaşıllıqları, ağacları məhv etməkdə… Gözəlliklər arasında virus olmaz, həyati fəaliyyəti məhdudlaşdıran, əks –təsir edən hal və səbəb ola bilməz.
Bakının keçən əsrin 80-ci illərinə qədər mövcud olan yaşıl örtüyü bu gün varmı? Doğrudur, yaşıllıq sahələrinin, yeni ağacların əkilməsi ilə bağlı çoxlu kampaniyalar keçirilir. Amma ağac əkiləndən, yaşıllıq salınandan sonra bu yerlərdən əl-ayaq kəsilir.Salınan parklar, əkilən ağaclar qayğısızlıqdan çox keçmir ki, quruyur, sıradan çıxır.
Əkmək şərt deyil, onu qoruyub saxlamaq, yaşatmaq şərtdir. Hər kəsi təbiətə alışdırmaq, onu qorumaq üçün müvəkkilə çevirmək lazımdır.
Bələdiyyələr, Mənzil-İstismar sahələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, məktəblər bu cavabdehliyi daha çox daşımalıdırlar. Meşələr işbazların xammal mənbəyinə çevrilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə kömür hazırlayanlara, şadlıq saraylarına qarşı reyd keçirirlər.
Maarifləndirilmə işləri çox aşağı səviyyədədir. Aidiyyəti qurumlar vacib məslələrdə əlaqəli şəkildə eyni məqsədə xidmət etmirlər. Yaşayış ərazilərini gülüstana çevirmək olar. Bunun üçün ərazi də var, hər ərazidə yaşayan sakinlər də. İnsanlar bilmirlər ki, onların yaşadığı ərazilərdəki torpaqlar konkret kimə məxsusdur, hansı təyinatlıdır? Yəni, insanlar məhəllərindəki ərazilərin sahibi deyillər. Amma istənilən vaxt belə əraziləri ticarət və xidmət məqsədləri ilə kimlərəsə satırlar?
Belə əraziləri orada yaşayan insanların nəzarətinə veib, bağça-bağ salsalar, insanlar özləri bu yaşıllığı qoruyarlar.
Məktəblərdə, bağçalarda xüsusilə çox iş görmək lazımdır.
Bakıda barmaqla sayıla biləcək qədər az idarə və müəssisə, bağça-məktəb ola bilər ki, onların nümunəvi əhatə gözəlliyi olsun. Gözəl həyat-baca həm də yaradıcı fəaliyyətə, nümunəvi təhsilə stimul verir.
Amma bu gün uşaqlar da, böyüklər də qalaq-qalaq tullantıların üstündən keçərək işə, məktəbə gedirlər. Belə vəziyyət haçansa bir virusun, xəstəliyin səbəbi ola bilər.
Biz "Ana və Uşaq.az” onlayn jurnalında bu barədə çoxlu sayda yazılar vermişik. Digər mətbu vasitələrdə də bu mövzuda yazılar var. Amma insanlar ya oxumur, ya da oxuduqlarına məhəl qoymurlar. Bu gün yer üzünü təşvişə salan koronavirus təhlükəsi sonuncu olmaya da bilər.
Düüşnməli və təbiətədoğru səmimi əl uzatmaq lazımdır.
Aşağıda müxtəlif vaxtlarda bu mövzuda verdiyimiz yazılardan bəzi seçmələri bird aha diqqətinizə çatdırırıq.

Seçmələr

Statistik məlumatlara görə, 2050-ci ildə dünya əhalisi 10 milyard nəfərə çatacaq. 10 milyard insanın yaşamaq haqqına təbiətdən, torpaqdan savayı, zəmanət yoxdur. 10 milyard insanın və üstəgəl, heyvanat aləminin ərzaq təminatçısı da torpaqdırsa, deməli, təbiət getdikcə ciddi təzyiqlərə daha çox məruz qalacaqdır.

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə  heç nəyin fərqində olmuruq


Hazırda planetimizdə 500-dən artıq AES fəaliyyət göstərir. Bu, o deməkdir ki, planetin 500 məntəqəsində insanlıq üçün həm də şüalanma təhlükəsi mənbəyi mövcuddur.

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə  heç nəyin fərqində olmuruq

 

Keçən əsrin sonlarında Aya səyahət etmiş bir amerikalı astronavt yerə qayıtdıqdan sonra "mən dünyada bir salamat yer görmədim", deyərək uşaq kimi ağlamışdır.
Məşhur polyak yazıçısı A.Lenkova bu mənada planetimizi obrazlı olaraq "dərisi soyulmuş yer” adlandırmışdır.

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə  heç nəyin fərqində olmuruq

 

1 ton kağız istehsalı üçün 17-24 ədəd ağac lazımdır. Tullantı kağızları təkrar istehsal yolu ilə yenidən istifadəyə qaytaran zaman ağacdan ilk olaraq istehsal edilən kağızlara nisbətən 70% daha az enerji lazım gəlir. Hər 1 ton kağızın yenidən kağız kimi istifadəyə qaytarılması 17 ağacı qorumaq deməkdir, ən azından 298 litr neftə, 26 500 lt suya, 41 000 kilovat enerjiyə qənaət deməkdir. Görün, biz uşağa nə öyrətdik: ağacın həyatımız üçün oksigen təminatçısı olduğunu, meyvəsindən qidalandığımızı, materialından bu və ya digər əşyalar hazırlandığını, müalicəvi əhəmiyyətini, kölgəsində dincəldiyimizi və s. Eyni zamanda təkrar emalda iştirak etməklə həm iqtisadiyyatımıza fayda verdiyini, həm də ekoloji təhlükəsizliyə xidmət edəcək 17 ağacı xilas etməyi.

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə  heç nəyin fərqində olmuruq

 

Ən başlıcası isə Çin vətəndaşların sağlamlığı risk qarşısında idi. Ölkənin şəhərlərində insanlar maska taxmadan gəzə bilmirdi, göz -gözü görmürdü. Amma 2014-cü ildən başlayaraq Çin dövləti artıq hava çirkliliyi ilə mübarizəyə başlamışdı. 1,43 milyardlıq əhali ilə dünyanın ən böyük ölkəsi olan Çində hər il təxminən 1,6 milyon insan, hava çirklənməsi səbəbindən ürək və ağciyər xəstəlikləri ilə dünyasını dəyişirdi.
Artıq Çin dövlətində məsələnin ciddiliyi ciddi şəkildə qəbul edilmiş və geniş fəaliyyətə başlamışlar. Bu, həm Çinin özü üçün, həm də bütün dünya üçün ümidli bir gözlənti idi. Bəşəriyyətin başı üstünü alan ekoloji fəlakətlərə qarşı aparılan mübarizələrin bir çoxu haqqında xəbərlər məhz Çindən gəlir.
Çin havanın çirklənməsi qarşısını almaq üçün mübarizəyə dünyanı şaşırdacaq yeni bir təşəbbüslə başlayıb: Quansi vilayətinin Lya-çjou şəhərində 40,000 min ağacdan ibarət dünyanın ilk "meşə şəhəri" tikintisinə start verilmişdir.
Ağaclar binaların fasadlarında, balkon və damların üstündə əkiləcəkdir.
Bu şəhər zəhərli qazların qarşısını tam alacaqdır. Tikinti tam başa çatdıqdan sonra, yeni şəhərə 30,000 nəfər köçürüləcəkdir. Bu ağac və bitkilər ildə çirkləndiricilərdən 57 ton çirkləndirici, təxminən 10,000 ton da karbon dioksid (CO2), udacaqdır və hər il təxminən 900 min ton oksigen istehsal ediləcəkdir.

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə  heç nəyin fərqində olmuruq

 

*Dünya meşələri ildə 283 giqaton karbondioksid udur.
*İki ağac bir adamın oksigen ehtiyacını qarşılayır.
* Bir ağac saatda 2.3 kilo CO2 udur.
* Tək bir ağac fotosintez yolu ilə bir saata 1.7 kilo oksigen istehsal edir.
* 100 yaşındakı bir fıstıq ağacı gündəlik 60 adam tərəfindən udulacaq qədər oksigen istehsal edir.
* Ağaclar yeraltı suları yaratmağa kömək edir.
Ağaclar həddindən artıq istiliyi tənzimləyən bir buffer(qoruyucu) kimi fəaliyyət göstərir.
* Ağaclar yayda istidən, qışda soyuqdan qoruyur, radiasiyanın qarşısını alır və s.
Əgər insanlar ağacların, hətta bir ağacın insanlığa verdiyi faydaların nə qədər əhəmiyyətli olduğunu başa düşə bilsələr, onu qorumağa bizim düşündüklərimizdən də məsul ola bilərlər.
Ölən bir də geri dönmədiyi kimi, qətliama məruz qalan ağacların həyatı da heç vaxt geri dönməyəcəkdir.
* Köklü-köməcli bir ağac təxminən 15 il müddətinə əmələ gəlir.
* Köklü-köməcli bir ağac 4 ailənin oksigenini təmin edir.
* Bu cür ağac hər il 12 kq CO2 udur və onu oksigenə çevirir.
Ağac zəhərli və radioaktiv maddələri yarpaqları ilə özünə çəkərək atmosferi təmizləyir.
* Ağac hər il təxminən 700 kq toz udur.
* Bir hektar meşə təxminən 30-40 ton toz udur. Ona görə də meşələrin havası 99% təmiz olur.
* Aağac hər il 50m3 təmiz su istehsal edir və quraqlığın qarşısını almağa kömək edir.
*Eroziya yerin ölümü deməkdir, onun qarşısı ağaclar tərəfindən alınır.
* Bir ağac kökləri ildə 30 min litr su çəkərək torpaq sürüşməsinə mane olar.
* 100 yaşındakı bir fıstıq ağacı gündəlik 60 adam tərəfindənudulacaq qədər oksigen istehsal edir.
* Ağaclar yeraltı suları yaratmağa kömək edir.
Ağaclar həddindən artıq istiliyi tənzimləyən bir buffer(qoruyucu) kimi fəaliyyət göstərir.
* Ağaclar yayda istidən, qışda soyuqdan qoruyur, radiasiyanın qarşısını alır və s.
Əgər insanlar ağacların, hətta bir ağacın insanlığa verdiyi faydaların nə qədər əhəmiyyətli olduğunu başa düşə bilsələr, onu qorumağa bizim düşündüklərimizdən də məsul ola bilərlər.
Ölən bir də geri dönmədiyi kimi, qətliama məruz qalan ağacların həyatı da heç vaxt geri dönməyəcəkdir.

Virus təhlükəsi yarananda əl-ayağa düşürük, amma adi günlərdə  heç nəyin fərqində olmuruq

 

Qeyd: Yazıdakı məlumat və rəqəmlər internet mənbələrinə istnadən verilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Thanks for your post. I’ve been thinking about writing a very comparable post over the last couple of weeks, I’ll probably keep it short and sweet and link to this instead if thats cool. Thanks. it's new function in game sims 4 cheats the spell of realm magic.
  • Нравится
  • 0