» » Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VII yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VII yazı)


 
Televiziya seriallarını izləyirlər, serialların, serial qəhrəmanlarının sonu üçün narahat olurlar, öz sonlarını isə ağıllarına gətirmirlər.
Murad xan Munqan, türkiyəli yazıçı

Televiziya izləyən uşaqlar böyüdükdə kim olacaqlarını yox, həyatdan nə alacaqlarını düşünürlər. Məqsədsiz, idealı olmayan, cinsəllik və pulla erkən qarşılaşan gənçlik kim bilir, insanlığı haraya götürəcəkdir.

Nevzad Tarxan – türkiyəli alim,
psixiatr və nevropsixologiya üzrə ekspert 

Televiziya yetkin zehinləri pozursa, heç bir bərkə-boşa düşməmiş zehinlərə nə etməz ?

Məhəmməd Bozdağ,
türkiyəli yazıçı

Televiziya o dərəcədə önəmlidir ki, onu ancaq televiziya işçilərinin öhdəsinə buraxmaq olmaz.
A.Benn

Televiziya elə adamlardan həzz almağa imkan verir ki, onları biz evin kandarına da buraxmarıq.
D.Frostalic

Əğər insanlar televizya qarşısında vaxt geçirmək yerinə daha çox kitab oxusaydılar, dünya daha mənalı, maraqlı bir məkan olardı.

Mari Bostvik,
amerikalı yazıçı

Televiziya ədəbiyat və təfəkkürün yerinə geçərək, zehni inkişafa mane olur.

Alya İzzətbəyoviç
türkiyəli yazıçı
 

Heç bir yaradıcılıq yolu keçməyən,  yaradıcılıq sahələri üzrə ixtisas təhsili almayan, teatrda, səhnədə  bəlli bir fəaliyyətləri olmayan  şəxslər indi rejissorluq edir, dramaturq olur, ssenari yazır, aktyorluq edir. Bu nizamsızlıqların bir səbəbi də  televiziyada, mətbuatda oynanılan, yazılan əsərlərin keyfiyyətinə  nəzarət edən  təşkilatın, konkret halda, Bədii Şuraların olmamasıdır. Olanların fəaliyyəti də yox  kimidir.  Tamaşa göstərilir.

 Amma bu tamaşaların şou əhvali-ruhiyyəsi  əxlaqi-mənəvi təsirlərindən qat-qat çox olur.

""Qız atası", "Kəklikotu", "Məhəllə", Bacanaqlar”, "Ay yay-yay", "Xalxın evi", "Taxta ayı", "Ər və arvad", "Qardaşlar", "Qız atası" , "Hoqqa”, "Naxox”, "Nozu”, "Əfsanə qayıdır”, "Subaylıq sultanlıqdır”, "Leyli və Məcnun”, "Xoxan”, "Toy”,  "Qızqaçırtma”, "Toydan sonra nağara” kimi film və tamaşalarda belədir. Təbii ki, personajı, onun fərdi cizgilərini, daxili aləmini olduğu kimi  açmaq üçün  həmin tipi həyatda necədir, elə də  təqdim etmək  lazımdır. Amma bu serial və tamaşalarda aktyorlar səslərini süni şəkildə dəyişdirərək  cizgi filmlərinin  personajlarını xatırladırlr.  Üz mimikaları darıxdırır adamı. Kişilər hind filmlərindəki saray qulluqçularını xatırladır. Danışıqları, nitqləri təbii deyil.  Peşəkar sənətkarlarımız da var ki, bəzi seriallarda  rol ifa edirlər, təbii ki, onlar nəzərdə tutulmur.

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VII yazı)


...10 il davam edən "Bacanaqlar” serialı 420 bölüm oldu.

Aktyor və prodüser Elməddin Cəfərovun "Leyli və Məcnun"un  haqqında açıqlama verərkən bildirmişdi ki, bu serialla da növbəti 10 ildə üzünüzü güldürməyə çalışacağıq. Böyük sevgilərini Əflatuni eşq  səviyyəsinə ucaltmış Leyli və Məcnunun adını şou müstəvisinə gətirmək  hansı sənət meyarıdır?

illərlə davam edən serial çəkən gənclər  hələ okean sularına can atmamalıdırlar. Hacıbaba Bağırov, Səyavuş Aslan, Nəsibə Zeynalova  Həsən Turabov, Həsən Məmmədov, Adil İsgəndərov,  RzA Təhmasib, Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, İsmayıl Osmanlı,  Şahmar Ələkbərov, Əlağa Ağayev kimi sənətkar olmaq üçün uzun bir yol keçmək lazımdır. Sələfləri kimi eatrlarda, səhnələrdə gecələmək lazımdır. Məşhur rejissorların, aktyorların  yanında  sənət imtahanı vermək, püxtələşmək  lazımdır. Yoxsa bunlar birbaşa  özləri  serial, proqram düzüb qoşurlar, yanlarna 1-2 nəfər də qız  götürüb  olublar vayner. Ciddi bir nizamsızlıq  hökm sürməkdədir.

  Maraqlı burasındadır ki, bu nizamsızlığı cəmiyyətdə kifayət qədər   tanınmış, qəbul edilmiş sənət və  ədəbiyyat adamlarının özləri də ara-sıra  mətbuatda etiraf edirlər.

 Xalq artisti  Faiq Ağayev  "3 D” verilişində Dadaş Dadaşlinski ilə müsahibəsində demişdir: "…Kanalların hazırki durumundan razı deyiləm. Televiziyada qurşaqdan aşağı zarafatlarla, bayağı mövzularla əyləndirmək düzgün deyil. Dəfələrlə demişəm ki, elə verilişlər var ki, bütövlüklə ləğv olunmalıdır. Eləsi də var ki, maraqlıdır, sadəcə, aparıcısı dəyişməlidir. Nə qədər camaatı güldürmək olar? Bir az da düşündürmək lazımdır. Bir televiziya kanalının qara siyahısında olmuşam. Qonşu kanalda veriliş apardığıma görə digər kanal mənə 3 illik qadağa qoydu. Bu qadağa zamanı digərlərində fərqli olaraq mənim barəmdə mənfi süjetlər getmədi. Məni vurmadılar. Kanalda kiməsə qadağa qoymaq lazımdır. Hansısa naşı aşbaz bir toyda 500 nəfər öldürə bilər, naşı sürücü qəza törədib 10 nəfərİ yox edə bilər. Amma bir müğənninin(müğənni deməyə dilim gəlmir) daha doğrusu ifaçılıq iddiasında olan keyfiyyətsiz birinin ucbatından bütöv bir nəsil mənəvi travma alır, zövqləri korlanır. Televiziyaya soyğunçuluq, dava-dalaş, mənəviyyatsızlıq gətirənləri buraxmaq olmaz” (Mənbə:  https://www.yeniavaz.com/az/news/index/124899/faiq-agayev-kimlerin-qara-siyahiya-salinmasini-isteyir-video)

   Ədəbiyyatımızın, sənətimizin, musiqimizin, televiziya və mətbuatımızın başbilənləri, əkinçisi olmuş məşhurlarımız var, onlar məsələnin ciddiliyini aidiyyəti qurumlara çatdırmalıdır.   Yaradıcı adamları qiymətləndirərkən, təltifə təqdim edərkən cəmiyyətin  münasibətini nəzərə almaq lazımdır. Əgər belə olarsa, onda mətbuatın  hər vaxt irad bildirdiyi, insanlar arasında  elə bir reputasiyası  olmayan heç kim  ampulasından artıq  ada iddialı da olmayacaq. Ad almaq  üçün inciklik, dava-şalaş da yaranmayacaq.

Tanınmış kinorejissor, Xalq artisti Əbdül Mahmudov  müsahibələrinin birində  bu məsələyə fikir bildirərək demişdir:

"Birdən-birə heç bir aidiyyəti olmayan şəxslərə Xalq artisti adı verildiyi zaman və xalqın fikri öyrənilməyəndə belə olacaqdı. Xalqın ortaq dəyəri, tarixi milli, mənəvi kökü-soyu var. Heç kəsə icazə verilmir ki, öz şəxsi işi üçün bu yöndə alver eləsin. Bu, cinayətdir.

Tək seriallar deyil, hamısı biabırçılıqdır. Artıq Prezident İlham Əliyev də kadr islahatları zamanı keçirdiyi qəbullarda qanunların yerlərdə icra olunmadığı ilə bağlı onda məlumatların olduğunu diqqətə çatdırır.

Ümumiyyətlə, adlar deyilməli və onların cəzası verilməlidir. Bu məsələlərlə bağlı ağsaqqallar və ya ziyalılar şurası yaratmaq lazımdır. Belə davam edə bilməz. Biabırçılıq və rüsvayçılıqdır” (Mənbə: http://gunxeber.org/index.php?newsid=2610).

 

Dağılar qaydalar, pozular nizam,

 Verməsən hər kəsin öz qiymətini.

Gövhər də üzülüb çatlayar tamam,

Sərrafdan almasa düz qiymətini.

 

B. Vahabzadə.

 

Sonda bu fikrimi də oxucularımızla  bölüşmək istəyirəm ki,  biz  nə yaradıcı gənclərimizə, nə də  nə də adi gənclərimizə   qarşı  əks cəbhədə dayanmamışıq. Gənclər  bizim ümidlərimizdir,  bizi sabahlara bağlayan vəsilədir. Amma onların bütün uğurlarına  necə sevinrik, yanlış  hərəkətlərinin də üstündən keçmək istəmirik.

Qəbul imtahanlarında ən yüksək bal toplayaraq istər öz ali təhsil müəssisələrimizə, istərsə də  inkişaf etmiş  dünya ölkələrinin ən nüfuzlu ali məktəblərinə qəbul olunmuş  minlərlə  gənclərimiz  var. Azərbaycan bayrağını  dünyanın  möhtəşəm idman arenalarında dalğalandıran idmançılarımız var,  bu torpaq uğrunda canılarını qurban vermis hünərvər  oğullarımız var.  Ali Baş Komandanın əmri ilə hər dəqiqə  torpaqlarımızı hazır etməyə qadir  Milli  Ordumuz, rəşadətli əsgərlərimiz var. İncəsənətdə, idmanda  nə qədər    böyük qabiliyyət yiyəsi olan  gənclərimiz var.  Biz saytımızda  bunlara heç vaxt  diqqətsiz qalmadıq və  Ana və Uşaq.az saytı olaraq qürurumuzu   hər zaman xalqın qüruru ilə birgə ifadə etdik.

Amma biz bu sahələrin hər birində rastlaşdığımız , həmçinin oxucularımızın bizə bildirdikləri narahatedici məqamlara da laqeyd qalmırıq. Hay-küy yaratmaq üçün yox, sadəcə,  mövqeyimizi ortaya qoymaq üçün.

Məsələn, bir sayt rəhbəri, bir vətəndaş olaraq mənim özümün də  ciddi narahatçılığım var, bu narahatçılıq isə   mövcud  ideologiyamızın vəziyyəti  ilə bağlıdır. Böyüməkdə olan gənc nəslin ahəngdar inkişaf etmiş şəxsiyyət kimi formalaşması ideologiyamızın necə qurulmasından, ədəbiyyatın, sənətin, mətbuat və televiziyanın şüurları necə istiqamətləndirməsindən asılıdr.

Əgər cəmiyyətdə müşahidə olunan zərərli meyillərin, naqisliklərin  etiologiyası araşdırılıb, səbəbləri düzgün  müəyyən edilməzsə, nəinki onu önləmək olur, əksinə, o,  həm eninə, həm də dərininə işləyərək  daha təhlükəli fəsadlar törədəcəkdir.

Cəmiyyətin, ailənin, məktəbin hədəfi məlum:  xalqını, vətənini, dilini, dinini sevən, onun  milli əxlaqi, mənəvi dəyərlərinə dərindən yiyələnən, doğulub boya-başa çatdığı ana torpağını göz bəbəyi kimi qoruyan,  hər zaman dövlətə, dövlətçiliyə sadiq olan ahəngdar inkişaf etmiş şəxsiyyətlər yetişdirmək. Bu vəzifə ailədən, bağçadan, məktəbdən başlayır, cəmiyyətdə isə  daha da   ali formada davam etdirilir.   Əgər bu  mərhələlər arasındakı məqsədlər, hədəflər düzgün müəyyən edilməsə və  birgə  səylər  göstərilməsə,   bihudə sərf edilən əməkdir.    

 

 Ölkə rəhbəri İlham Əliyev BDU-nin 100 yubileyi münasibəti ilə söylədiyi nitqində  buna işarə edərək  demişdir:


 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VII yazı)


Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz