Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VI yazı)
Əgər televiziyanın, mətbuatın siması belə davam edəcəksə, hər gün elə bu telekanalların ekranlarından, mətbuat səhifələrindən insanları məyus edən, təşvişə salan, tariximizə, kökümüzə yaraşmayan utanc hadisələr haqqında hələ çox seyr edəcəyik, hələ çox oxuyacağıq. Əgər belə davam edəcəksə, onda təhsil müəssisələrində müəllimlərin tərbiyə mövzusunda aşıladıqlarının nə əhəmiyyəti ola bilər? Çünki müəllimin, məktəbin öz şagirdlərində formalaşdırdığı əxlaqı şou televiziyası, şou mətbuatı hər gün ağına-bozuna baxmadan məhv edir.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bizim ədəbiyyatımızı, mədəniyyətimizi, teatr və kino sənətimizi, musiqimizi, mətbuat və televiziyamızı yaradan, ona əsl sənət məfkurəsi ilə xidmət edən görkəmli bəstəkarlar, qələm sahiblərir olub. İndi belə sənətkarların əsərlərinə nadir hallarda müraciət edirlər. Mətbuatda, televiziyada tüğyan edən isə şou təfəkkürünə yeni impuls verən bayağı musiqilər, məzmunsuz yazılar, seriallar, şou verilişləri və heç bir əxlaqa sığmayan fotosessiyalardır.
Müəllimin, kitabxana və muzey işçisinin, səngərdə torpaqlarımızı qoruyan əsgər və zabitlərin nişanı, toyu olmurmu, onların ailəsində uşaq doğulmurmu? Amma mətbuat ancaq bir və ya iki dəfə dəfə boşanıb guya yenidən evlənən sənətçilərin təkrar evliliklərini, toydan sonrakı bal ayının təəssüratlarını əks etdirən şəkillər paylaşırlar.
Kimdir bu sənətçilər: tez-tez efirdə, saytlarda bir-birini təhqir edən, evlərini, maşınlarını, geyimlərini, səyahətlərini, sponsorlarını belə nümayiş etdirən məşhurlar…
Davamı var...
Oxşar postlar:
- Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)
- Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)
- Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)
- Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (I yazı)
- Amerikalı jurnalist: "Azərbaycana gələn hər kəs insanlar arasında harmoniyanın mümkünlüyünə əmin olur"
- Oxunub: 67
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Balaca dostlarımız üçün tapmacalar(I yazı)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)
Bəzi mətbəx sirləri
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VII yazı)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)
Bu dünyanın ölümü var min cürə
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)
“Atamı yalnız qışda görürdük” - Mirzə Cəlilin Polşadakı ailəsi ilə müsahibə
Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)
Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VI yazı)
Yazarlar