» » Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

 

Amma görünəni budur ki,   adlarını qeyd etdiyimiz  təşkilatların arasında  belə  əlaqələnmə, varislik gözlənilmir.  Bizim xalqın ailə-əxlaq  dəyərləri  qəzet yazıları, hansısa televiziya proqramları vasitəsi ilə formalaşmayıb. Bu dəyərlər   ulu babaların, ixtiyar  nənələrin zamanın keşməkeşlərindən arayıb seçdikləri, qoruyub  gələcəyə ötürdükləri ənənələrdir. Bunlar  insanların genetik yaddaşına həkk olunub.  Sənət, ədəbiyyat, qəzet, mətbuat  bunları yaşatmağa xidmət etməli, aşınmağa qoymamalıdır. Təəssüf ki, insanlar bunu  həyatda genetik yaddaşlrında olduğu kimi deyil, tamam başqa qiyafədə, ölçüdə  cürə görürlər. Kütləvi informasiya vasitələri    həyatın dadını, gözəlliyini, mənasını tamam başqa cürə göstərirlər. Necə?...

"Məşhur futbolçunun arvadı 30 kq arıqladı. Bədən quruluşu ilə diqqət çəkdi…”

 Saytların birində rast gəldim  bu şəklə, altında belə yazılmışdı.

 Futbolçu tanınmır, amma arvadının hər hansı bir qabiliyyət və bacarığı deyil, vücudu mətbuat mövzusuna çevrilir. Olsun lap məşhur futbolçu arvadı, o özü ki, məşhur deyil.  Sadəcə, futbolçunun  nəzər-nöqtəsinə gəlmiş bəxti gətirmiş bir qadındır. Niyə  futbolçu arvadını  təqdir etməlisiniz, dolayısı ilə olsa da?

  Bir şəxs  neçə kq olmalıdır ki, 30 kq arıqlasın, diqqəti cəlbedəcək qədər də vücudu qalsın, inandırıcı deyil. Mütəxəssislər deyirlər ki, Bariatrik əməliyyat bədən çəkisinin 40% ə qədərini azalda bilir. Onda gərək bu qadın başlanğıcda  75-80 kq olsun . Əgər belə olubsa, heç  əyalət komandasında oynayan futbolçunun diqqətini çəkməzdi. İkinci bir uyğunsuzluq da budur ki,

Gözəllik  dəyərləndirmələri ilə  çəkisinin 30 kq-nı itirmiş qadın  diqqəti cəlb edə bilməz. Kimisə "zorən təbib” etməyin.

 Və yaxud digər bir saytdada   silsilə şəkillər paylaşılmışdı:model Eşli Qrahamın (ulduz ha...) qırmızı xalçaya çıxanda qara mini libası maşından düşməsinə mane olub.  Xeyr, cənablar. Bundan narahat ola biləcəklər  evdən çıxmamışdan  hər vəziyyəti nəzərə alırlar. Amma sizin  ulduzlar belə vəziyyətin  dəqiqbədəqiq alması üçün evdə  on dəqiqələrlə, həm də dönə-dönə müəyyən təmrinlər keçirirlər. O da gündəmə gəlir, belənçinə mətbuat da...

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

 

..." Ünlü modeldən nəfəsçəkən fotolar”, "Şagird olduğuna inanmırlar”, "Bergüzar Korel qarnını hər kəsdən gizlətdi”,"Avstraliyalı saç ustası Karlos Artur Ortis  Corc Maykl ilə sevgi romanından  danışıb”,"İş adamı hamilə sevgilisini küçədə döyüb bu günə qoydu”,"Ərindən boşanmasını gecə klubunda qeyd etdi” ,"Səndən əvvəl onunla mən sevişdim”, filənkəs  hamilə qaldı, peşmənkəs  3-cü dəfə ata oldu  və s.

"Şagird olduğuna inanmırlar” başlıqlı yazı bir çox saytlarda  dərc olunub. Yazını siz də izləyin:

"Şagird olduğuna inanmırlar - FOTO

Avstraliyanın Melburn şəhərində yaşayan Tia Christofi şagird olmasına baxmayaraq yaşından çox böyük görünür.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, boş vaxtlarında fitneslə məşğul olan 18 yaşlı Tia Christofi həm də modellik edir.

O, Instagram-da paylaşdığı fotolar sayəsində özünə "fanat ordu"su toplayıb. Tia sosial şəbəkələrdə reklam xarakterli paylaşımlar edərək ildə 80 min manata yaxın pul qazanır.

Tianın dediyinə görə şəkillərinin əksəriyyətini tənəffüs vaxtı çəkir. Onun Instagram-da 106 min, Youtube-da isə 3 min izləyicisi var ” ( Mənbə: http://ikisahil.com/post/shagird-olduguna-inanmirlar-foto )

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

 

İlk cümlədə   Tia Kristofininin şagird olmasına baxmayaraq,  yaşından çox böyük görünməsi diqqətə çatdırılır. Kimsə deyə bilər ki,  bu, fiziki inkişafla bağlı  mümkün ola bilən haldır. Mən də qəbul edirəm.

Amma Tia Kristofinini  böyük göstərən  baxış heç də   vücudca boy-buxunlu olmasına görə deyil,  paylaşdığı aura ilə özünü model, aktrisa kimi göstərməsidir.  O, hələ məktəbli olsa da, sosial şəbəkələrdə reklam xarakterli paylaşımlar edərək ildə 80 min manata yaxın pul qazanır. 

Bu informasiyanı tirajlayan mətbu orqanlar   yeniyetmə və gənclərin qulağına  asan, rahat qazanc yeri haqqında  nəsə  pıçıldamırmı?  Bəlkə də güc-bəla orta məktəbi bitirib heç bir ali məktəbə üz tutmayan  qızlar-oğlanlar var ki,  indi baş vurublar  şou biznes  təsərrüfatına: kimisi klip çəkir, kimisi klipdə əks cinsin tərəf müqabili olur (heç sənətdən, səhnədən, ifaçılıqdan  anlayışı bəlkə də yoxdur), kimisi model olur, kimisi prodüsser olur, kimisi müğənni olur…

İnternetdə belələrinin  macəralı həyatları, evləri, səyahətləri, avtomobilləri barədə hər vaxt yazılara rast gəlmək olur. Bunlar  bəzən sonradan  ali məktəblərə də daxil olur, elmi iş də  müdafiə edirlər… Amma 600-700 bal tolayıb ali məktəbə qəbul olunan,  müvəffəqiyyətlə də  oxuyan elə  tələbələr  də olur ki,  təhsillərini başa vurduqdan sonra  iş tapa bilmir və yaxud    qeyri-ixtisas sahəsində  işləməyə məcbur olurlar.

 Bu gün mətbuatın, özəl televiziya kanallarının manşetlərini, əsasən, belə xəbərlər  zəbt edir.

Azərbaycan mətbuatı Avropanın  ailə-sevgi münasibətlərini,   bizim mühit üçün  ekzotik  nümunə kimi qəbul edilən yabançı ənənələri  çəkinmədən, məsuliyyət  hiss etmədən  gündəmə gətirir,  dolayısı ilə belə gərəksiz izdivacları təqdir etməklə bunların   Azərbaycana  köçürülməsinə dalan açırlar. Kim kimdən xoşu gəlirsə, "sevgilisi” olur, münasibətlərini də sevişmək kimi qələmə verirlər. Bütün bunlara leksik mühit yaradan elə bizim televiziya mətbuatdır.

Biz "sevgili” deyəndə  dəruni hisslərlə bir-birinə bağlanan, əhd-peyman bağlayan, həyatlarının sonuna qədər bir yastığa baş qoyan iki tərəfi başa düşürük.

Əgər bir ər öz  qadınını döyürsə, bu, artıq sevgi demək deyil: o, öz cariyəsini döyür.  "Əlinə, belinə, dilinə sahib ola bilməyən" kəslərin   gözlərinin qurdunu  öldürmək üçün  münasibə "sevişdi" demək   necə qəbul edilə bilər?

  Ailə qurmadan, nikahdankənar yaşayanlara da indi "sevgili" deyirlər. Mən maraqlandım ki, Türkiyə mühiti üçün "sevgili” ifadəsi  hansı anlamı ifadə edir. Məlum oldu ki, artıq tək Türkiyədə deyil, bütün  Avropada  belə "sevgi formatı”, ailə-nikah münasibətləri mövcuddur. Başqa sözlə desək, vacib deyil ki, tərəflər  nikah bağlasınlar, qızı ata-anası xeyir-dua ilə ər evinə gəlin yola salsın və yaxud oğlan tərəfi gəlin ilk dəfə yeni ocağa qədəm qoyanda ayaqları altında qurbanlıq kəsilsin. Avroipa ölkələrində gənclər bir-birini xoşladılarmı, istədikləri vaxt  istədikləri evdə nikahsız izdivaca girib yaşaya bilərlər. Bu macəra həyatı  4-5 ay da ola bilər, 1-2 il də.  Sonra istəməzlər və yaxud hərəsi   daha yeni bir "sevgili” tapar,  səssizcə-kirimişcə ayrılıb  biri sağa,  biri də sola gedər. 

Bizim mühitdə bu münasibət  vətəndaş nikahı ilə  yaşayanların münasibətinə uyğun gəlir.

Vətəndaş nikahı və ya molla nikahı, bunlar  mahiyyətcə eyni   mahiyyət daşıyır. Təəssüflə qeyd edək ki, son illər Azərbaycanda  da belə hallar var.

Kifayət qədər məlumatsız adamlar sadəlövh qadınları, qızları aldadaraq   molla nikahı ilə ər-arvad münasibətlərinə girilər, hətta  bəzən cəmiyyətdə müəyyən yaşı, mövqeyi olan  şəxslər də ailə münasibətlərinin bu qeyri-rəsmi forması ilə yaşayırlar. Belə evliliklər heç inanmaq olmur ki, ölənəcən bir damın altında yaşamaq, bir yastığa  baş qoymaq  and-amanlıdır.

 Vətəndaş nikahı ilə evlilik yaşayan qadınların üzünə səadət  heç vaxt gülə bilməz, həm də bu cür ittifaqla baş tutan  evliliklərdə  qadınlar və dünyaya göz açmış uşaqlar   gələcəkdə müdafiəsiz qalırlar.


  Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Bu gün cəmiyyəti narahat edən ciddi sosial-mənəvi aşınmalar var.  Belə aşınmaların, xüsusən yeniyetmə və gənclər arasında daha çox müşahidə edilməsi narahatlıq doğurmamaya  bilməz.

Bakıda 162 saylı məktəbdə baş verən hadisənin üstündən çox vaxt da keçməyib. Diqqət edin, bu hadisə  132-134 saylı Təhsil Kompleksində  baş verən  hadisədən (11-ci sinifdə oxuyan R. C  7-ci sinifdə oxuyan qızla idman zalının soyunub-geyinmə otağında seksual xarakterli zorakılıq hərəkətləri etmişdi)    1 il -1 il 4ay  keçəndən sonra baş verir.   Hadisələrin   baş vermə motivləri arasında fərqlər olsa da,  hər iki hadisənin nüvəsində  gənclərin yaşlarını qabaqlama istəkləri  mövcuddur.

Uşaqlar özəl telekanallardan, mətbuatdan, internatdan əxz etdiklərindən əyləncə, macəra həyatına meyillənirlər.

Nikahdankənar  uşaqlar doğulur, gizli abortlar edilir, himayəsiz qalan körpələr küçələrə, zibilliklərə atılır, intiharlar intensivləşir və s…

  16 yaşlı qız  hər hansı bir qız  üçün  həyat hələ qarşıdadır. O, səylə oxumalı, hansısa ixtisasa yiyələnmək üçün  kitablardan ayrılmamalıdır. Ali məktəbə daxil olmalı, bir ixtisasa yiyələnməli, öz karyerasını qurmalııdr. Bu müddətdə öz təbii axarında davam edən həyatında təbii bir eşq də onu tapacaq, böyük hörmət-izzətlə ona elçi gələcək, iki ailə, iki nəsil xeyir-dua ilə bir qohumluq münasibətinin əsasını qoyacaqlar. Amma  haqqında bəhs etdiyimiz bu qız  belə etməyib, 16 yaşında artıq sevməyə başlayıb, həm də uğursuz bir sevgi ilə. Və günlərin birində də  sevdiyi oğlana "Sən mənə xəyanət etdin” yazaraq intihar etmişdir. Qeyd edək ki, bu hadisə rayonlarımızın birində baş vermişdir.

 162  nömrəli məktəbin direktorunu işdən çıxardılar. Hadisə ciddi idi, əlbəttə, direktorun  işdən çıxarılması  tənbeh məsuliyyəti  baxımından doğru idi. Amma məsuliyyət yalnız  direktorun, direktor müavininin, psixoloqun,  hadisə baş verən məktəbin üstündə  çözülməməli idi. Şagirdər, yeniyetmələr günün 24 saatını məktəbdə olmurlar ki.  Axı məktəbdə kitablardan, müəllimlərdən əxlaq, mənəviyyat dərsi alan şagirdlər  dərsdən sonra  gününün müəyyən hissəsini küçədə, nəqliyyatda, məhəllədə  keçirir: məktəbə, hansısa tədbirlərə gedib-gəlir, dostları və yaxud ailəsi ilə gəzintiyə çıxır və s. Evdə  televizor, internet, mətbuat kimi  fərqli-fərqli  auditoriyalarla ünsiyyətdə  olurlar.   Onlar  gələcək həyat üçün formalaşırlar, gördükləri, eşidib bildikləri nümunələr əsasında. Ədəbiyyat da, mətbuatda, televiziya da onların həyati düşüncələrini saflaşdırmalı, pisi-yaxşını fərqləndirməyə, ağı-qaranı seçməyə bələdçilik etməli, fəal həyat mövqeləri seçmələrinə xidmət etməlidir.

 Məktəbdə şagirdə əks cinsə meyillilik öyrətmirlər ki, macəra həyatına  səmtləndirmirlər ki…Yeniyetmə və gənclər belə meyillərə   internetdən, saytlardan, şou biznes təfəkkürü saçan seriallardan, şou layihələrindən, fotosessiyalardan  təsirlənərək adaptasiya olunurlar.

Daha  bir neçə əcaib yazını isə  şəkillərlə təqdim edəcəyik:

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

 Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

 Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

 Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (V yazı)

  Davamı var...

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz