» » Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

 

Qədimlərdə  evin kişisi lap toy gününün səhəri  uzun səfərə  gedirdi. Üstündən illər keçəndən sonra geri dönürdü, qayıtmayanlar da olurdu. Amma  həmin qadın haqqında  heç bir bədgümanlıq, pis niyyət olmazdı.Əksinə, o qadına daha həssaslıq, diqqət göstərilirmiş, hamılıqla həyan çıxırmışlar. İndi belə deyil axı. Hamıda bir xof, inamsızlıq var. Kişi qadını izləyir, qadın kişini: gizli kamera quraşdırılar və s. Ailə, sədaqət, vəfa dəyərləri aşınmağa doğru  gedir...

İnkişaf, şüurların yenilənməsi daim inkişafa, irəliyə doğru olsa da,  biz sovet dövrünün ideologiyasından, mənəvi tərbiyənin aktual problemlərinin həll etmək təcrübəsindən  uzaq düşməməli idik. Nə qədər bəyənməsək də,  sovet dövründə vahid hədəfi olan əsl mətbuat, radio və televiziya vardı.  Sənət də belə idi.

Necə maraqlı, yüksək ideyalı gözəl kino və səhnə əsərləri   vardı:

"Bəxtiyar”- (1955), "Görüş”- (1955),  "Qızmar günəş altında”- (1957), "Onun böyük ürəyi -( 1958),

 "Uzaq sahillərdə”- (1958), "Aygün-(1960), "Bizim küçə”- (1961), "Böyük dayaq”- (1962),  "Ulduz”-  (1964) , "Sən niyə susursan?- (1966), "İnsan məskən salır”- ( 1967), "Qanun naminə”- (1968), "Mən ki gözəl deyildim”- (1968) , "Uşaqlığın son gecəsi”- (1968),  "Bir cənub şəhərində”- (1969),  "Bizim Cəbiş müəllim”- (1969), "Anın quruluşu- (1980), "Anlamaq istəyirəm -(1980), "Gözlə məni -(1980), "Qızıl uçurum " - (1980), "Onun bəlalı sevgisi”- (1980) , "Yol əhvalatı”- (1980), "Babamızın babasının babası”- (1981), "Bağlı qapı”- (1980), "Qorxma, mən səninləyəm”- ( 1981) və sair .

 

 Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

 

Bu  filmlərin hər birində  ciddi əxlaqi prinsiplər  vardı, bu filmlərdə onu izləyənlərə  arzu və xoşbəxtlik  uğrunda  "yol, tale  xəritəsi” cızılırdı.  Bizdən əvvəl yaşamış müdiklərin illərlə, əsrlərlə  yaradıb  miras qoyduğu   mənəviyyat, sevgi  dəyərlər çox böyük  cavabdehliklə   yeni nəsillərə  ötürülürdü.

 Eləcə də televiziya proqramlarında, publisistik yazılarda bu ruh aparıcı idi. Gənclərə saf ailə qurmaq öyrədilirdi.   Heç bir icmiai-sosial  məzmun daşımayan, mənəvi dəyərlərə,  milli ruha yabançı meyilləri körükləyən  musiqilərin, ədəbi-bədii nümunələrin,  publisistik yazıların  ictimai tribunalardan  tirajlanmasına  heç kim cürət  edə bilməzdi.

İndiki filmlər də, televiziya proqramları da, publisistik yazılar daha çox  necə ayrı yaşayırlar, qadın ərini, ər həyat yoldaşını necə aldadırlar  bunu öyrədir, bunu ən azından qulağa pıçıldayırlar.

İstər televiziya proqramlarında, istərsə nümayiş etdirilən seriallarda,  istərsə də mətbuat yazılarında, fotosessiyalarda  nə qədər istəsəniz, belə zərərli meyillər   vardır.


Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)


Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov   mətbuata açıqlamalarının birində özü bunu  etiraf edib: "Bu gün Azərbaycanda normal, ciddi mövzularda çəkilmiş seriallar olsa da, ucuz gülüş, reytinq naminə çəkilən teleseriallar çoxluq təşkil edir….

… Həmin seriallarda Azərbaycan cəmiyyətinə, azərbaycanlı psixologiyasına, ailə dəyərlərinə, milli dəyərlərə zidd olan hallar, davranışlar kütləvi xarakter daşıyır”.

 Sosial psixoloq  Naib Niftəliyev  saytların  birinə verdiyi müsahibədə ailə-məişət, vəfa, sədaqət mövzusunda maraqlı  fikirlər söyləmiş və    mənəvi sferada baş verən aşınmalardamətbuat və televiziyanın  təsirini  xüsusi olaraq qeyd etmişdir:

"İnsanların müəyyən qismi çox vaxt ikili hisslərin əsirinə çevrilir. Bu təmayülün qüvvətlənməsində müasir KİV-in, xüsusən, mənəvi-əxlaqi dəyərlər sistemindən getdikcə uzaqlaşan televiziya kanallarının, internetin, digər informasiya və kommunikasiya texnologiyalarının da mənfi rolu var (Sözsüz ki, bu ifadə işinə vicdanla, məsuliyyətlə yanaşan media qurumlarına aid deyil”).

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci ilin mart ayında  ATV-də yayımlanan "ZAURla GÜNAYdın" verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına  münasibəti dərc olunmuşdu.

Şuranın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov   həmin vaxt "Report"a açıqlamasında bildirmişdi ki,  

"Zaurla Günaydın" verilişinin həmin hissəsi şoudur və burada qanunvericilik baxımından da, mənəvi dəyərlər baxımından da narahatlıq yaradacaq ciddi hal yoxdur.

 Fikir verin, Təvəkkül müəllim "bu verilişin həmin hissəsi şoudur” deməklə nə üçün  verilişin özünün bütövlükdə şou layihəsi olduğunu etiraf etmək istəmir. ATV AZ-n elektron səhifəsində bu, birmənalı olaraq şou layihəsi kimi təqdim edilib.

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (III yazı)

 

Həmin  verilişdən  2 ay öncə də yenə bu verilişdə "yatan" qadının sosiska ilə oyadılması  səhnəsi olmuşdu və  Təvəkkül  Dadaşov  yenə açıqlama vermişdi ki,  verilişdə milli dəyərlərə zidd olan heç nə  baş verməyib. Məsələni başqa konteksə yönəltməyə ehtiyac yoxdur…

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini  Jalə Əliyevanın   çıxışlarının birində səsləndirdiyi fikirlər  Milli Televiziya və Radio Şurasının mövqeyindən heç də fərqlənmir: "Hər bir kanalın öz siyasəti var. Biz onlara tam müdaxilə edə bilmərik. Ona görə də həmin kanallarda yaşanan durumla bağlı ayrıca müzakirələr, dinləmələr təşkil etmək, çıxış yolları ararmaq olar”.

Fasebok səhifəsində  özəl telekanallarda  atını dördnala çapan şou verilişləri, xarici bə yerli seriallar haqqında Millət vəkillərinin iradları var:

 

Millət vəkili, yazıçı Hüseynbala Mirələmov:

 

Guya teleserial çəkirlər, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa veriliş gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalıdır.

Hətta, onlara elə səlahiyyət verilməlidir ki, televiziyaları birbaşa bağlaya bilsinlər. Artıq bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulur”.

 

Millət vəkili Elmira Axundova:

 

"Onları izləmək, onlara baxmaq mümkün deyil. Sanki bu xalqa, bu dövlətə aid deyillər. Bütün günü şit, bayağı verilişlər efirləri zəbt edir, zövqlər korlanılır.

Düşünürəm ki, doğrudan da Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Şura artıq bəzi özəl telekanalların bağlanılmasına qərar verməlidir. Belə telekanallardansa, olmaması yaxşıdır”.

 

Millət vəkili, bəstəkar Novruz Aslanov:

 

"Bədii şuralarda həm də, aparıcıların danışığı, efir mədəniyyəti məsələsinə, həmçinin, filmlərin səsləndirilməsi məsələsinə də baxılmalıdır. Çünki bu yöndə də ciddi problemlər var. Amma bədii şuralar senzura, qadağa funksiyasını yerinə yetirməməlidir. Onlar tövsiyə verməlidir. Yox, əgər, bir-iki tövsiyə nəzərə alınmasa, o zaman qadağa işə salınmalıdır”.

 

Akademik, millət vəkili Ziyad Səmədzadə bəzi telekanallarda milli adət-ənələrimizə, milli mentalitetimizə zidd məqamların yaşandığını və yayımlandığını bildirib:

 

"Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur. Bunlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik”.

 

Millət vəkili Gövhər Baxşəliyeva:

 

"Mən istəmişəm ki, bir-iki dəfə öz seriallarımıza baxım, amma baxa bilməmişəm. Çünki mənim zövqümdə olan seriallar deyil."


Dünən bir çox informasiya vasitələrində Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmli seriallarımızla bağlı tənqidi fikirlər yer almışdı. Şura sədri  ümumi şəkildə də olsa,  bu acı həqiqəti etiraf etmişdir.   Amma saytlarımızn birində  Millət vəkili, yazıçı  Aqil Abbasın  bu etirafla bağlı fərqli bir fikrinə rast gəldim:

"…Serialları deyə bilmərəm, amma elə Azərbaycan televiziyaları  gəncləri, cəmiyyəti məhv edir. Xüsusən, özəl televiziyalarda müəyyən verilişlər var ki, biabırçıdırlar. Niyə seriallardan yapışırsan ki? Onlara da  heç kim heç nə deyə bilməz, çünki onlara dövlət pul ayırmır, nəticədə onlar pul xatirinə, reytinq xatirinə kimi gəldi televiziyaya buraxmalıdırlar ki, kanalları bağlanmasın. Yoxsa hind filmlərinə baxa-baxa "Space” də bağlanıb gedər”.

 Millət vəkili seriallara toxunmasa da,  Azərbaycan televiziyalarının  gəncləri, cəmiyyəti məhv etməsi ilə bağlı indiyə kimi deyilmiş fikirləri qəbul etdiyini  bildirmişdir.

Amma  Millət vəkilinin "…Niyə seriallardan yapışırsan ki? Onlara da  heç kim heç nə deyə bilməz, çünki onlara dövlət pul ayırmır, nəticədə onlar pul xatirinə, reytinq xatirinə kimi gəldi televiziyaya buraxmalıdırlar ki, kanalları bağlanmasın” fikirləri ilə razılaşmaq olmaz. Onda narkotik vasitələri əkib-becərənləri, satanları da məsuliyyətə cəlb etməsinlər, onlar da pul qazanmaq istəyir (?). Eləcə də digər fəaliyyət sahəsində çalışanlar da pul xatirinə cəmiyyətin prinsiplərini, ölçü və hədəflərini öz korporativ maraqlarına uyğunlaşdıra bilməzlər və uyğunlaşdırmamalıdırlar da.

  Ali məktəbdə oxuyarkən  bir müəllimimiz vardı, Kamal Qəhrəmanov. İlk mühazirələrdə  qeyd etdiyimiz bir  nümunənin məğzini qeyd edəcəyəm. Bir oğru yaşlı qadına kömək etmək məqsədilə çamadanını götürür və  bir qədər ondan aralançb tez də aradan çıxır. Oğru   gizli yerə gəlib çamadanı açır.Çamadan da  qadının paltarı, paltarın üstündə də N.Ostroviskinin "Polad necə bərkidi” romanı. Hansısa hiss  oğrunu bu əsəri oxumağa vadar edir. Oğru  sovet dövrünün çox dəyərli əsəri hesab olunan bu əsəri oxuyur və oğurluğun daşını birdəfəlik  atır.

Pavel Korçaginin  əqidəsi, fəal həyat mövqeyi o zaman bir nümunə idi. Böyük Vətən müharibəsində  nə qədər əsgər  bu romanı özü ilə gəzdirirmiş.  Sutkalıq  qidası "125 mühasirə qramı” olan Leninqrad əhalisi  mühasirə məngənəsinin  məşəqqətlərinə Korçaginin nümünəsində tab gətirdilər, qalib çıxdılar.

Hər hansı sənət nümunəsi belə olmalıdır, o, mütləq  özündə ictimai əhəmiyyət kəsb etməlidir. Bir misra, bir musiqi nömrəsi, bir rəsm əsəri oxucusunu, izləyicisini  saflaşdırmalıdır, onda insan olduğuna fəxarət duyğusu yaratmalıdır.

 Bu gün belədirmi? İstər musiqi əsərləri (şou musiqiləri nəzərdə tutulur), istər  seriallar, internet şəbəlkələri bürümüş şit kliplər , bayağı mahnılar  maskarad  əhvali-ruhiyyəsindən başqa bir şey deyil, belə "yaradıcılıq" nümunələri dinləyicinin, izləyicinin  

 

Televiziyalar, kütləvi informasiya vasitəlri bunları paylaşmaqla özləri də hədəfsizləşirlər.

 


 Son vaxtlar   yeni bir sahə də yaranıb: vaynerlər.  Hüseyn Əzizoğlu da heç bir titulu, təltifi olmayan həvəskar vaynerlərdən biridir. Hər kəsin öz yaradıcılığını  həyata keçirmək haqqı var. Amma belə olmaz axı. Gərək bunlar  hansısa qurumda təmsil olunsun,  ekranda, mətbuatda paylaşdıqlarına bir  cavabdehlik daşısınlar axı.  Yadınızdadırsa, Elçin Əlibəylinin "El bizim, sirr bizim" proqramında şairə İlhamə Elşadqızı Üzeyir Mehdizadənin dinləyici kütləsini müdafiə etmişdi, demək Üzeyiri də müdafiə etmişdi. Sonra Real Partiyasının sədri İlqar Məmmədov  bu  cərgəyə qoşuldu, "Üzeyir Mehdizadə böyük istedaddır" dedi.  Xalq artisti Samir Cəfərov   bu müdafiəni daha canlandırdı: "Mənə hərdən bir neçə ifaçı barədə sual verirlər. Deyirəm  ki, yaxşı ifaçıdır. Bir ifaçının 100 min, bir milyon dinləyicisi varsa, onlara pis deməyə haqqım yoxdur."  Xalq artistimiz Üzeyiri bəyənməyələrə belə bir nümunə gətirdi ki, "Bazara mal çıxarıram. Sən malının sata bilmirsənsə, o, satırsa günah özündədir. Deyirlər ki, Üzeyir Mehdizadə. Söyləyirəm ki, əla ifaçıdır. Hamı klassik oxumamalıdır ki..." Qəbul etdinizmi, mən etmədim. 

Uzeyir Mehdizadənin mahnılarından  bəzilərinin adını qeyd edim: "Ata məni də evləndir”, "O, mənim olmalıdır”, "Cavanlıq əla şeydir”, "Oyana gedir bu yana gedir”, "Səxsən onun acıgına”, "Simpatişni oglanam”,” Vəziyyətim əladır mənim”, "Rəvayət”, "Dost həmin o qız mənim”, "Sürünü –sürünə”, "Sənə Ne”, "Kəsəcəm damarları” və sair, və ilaxır.

 Hörmətli  Xalq artistimiz görəsən Üzeyirin repertuarından xəbəri varmı, bilirmi  Üzeyir  nə oxuyur , kimdir bu "mahnıların” sözlərini yazan şairlər, belə  məzmunsuz  mətnlərə kim mahnı bəstələyib?

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz