» » Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)


Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

Mətbuat və televiziya  kütlələri  məlumatlandırmaq funksiyasını yerinə yetirməklə yanaşı, onları bilikləndirməyə xidmət etməlidir, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafına xidmət etməlidir.  Çünki sözün, qələmin  fərdlər, sosial qruplar və son olaraq cəmiyyət üzərində təsiri daha əhatəli, daha təsirlidir.

Ona görə də  hər bir media qurumu, hər bir qələm və söz sahibi   hər hansı bir fərdə,  auditoriyaya vəziyyəti müəyyən etməyə,  gerçəkliyi dərk etməyə  bələdçilik etməli, yol açmalııdr. Amma bu gün bizim   elektron mətbuatda, özəl telekanallarda elə əməkdaşlar var ki, onlar  obyektiv həqiqətləri hadisə  və faktları öz düşüncə tərzlərinə uyğun təhrif edir, əlahəzrət qələmin, sözün müdriklik haqqını istismar edirlər. Əksər layihələrin ailə, sevgi, kamillik,  adət-ənələrə  sədaqət    kimi  çox mühüm  nilli-mənəvi dəyərlərə deformasiyaedici təsirlərin şahidi oluruq.  Bu cür layihələrin  öz oxucularına və  dinləyicilərinə ötürdüyü mesajlar onları da yazıdakı və yaxud  süjetdəki kimi macəra həyatı yaşamağa, günah işlətməyə   təhrik edir.  Son dövrlər  cəmiyyəti çox narahat edən şiddət hadisələrinin, intiharların,  pozulan ailə ittifaqlarının,  yetkinlik yaşına çatmayanlar arasında erkən cinsi münasibətlərin, küçələrə atılan  körpələrlə bağlı  dəhşətli faktların hər birində bu təhrikin izləri olmamış deyildir.

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

Körpəsindən, nəvəsindən ötrü  hər əzaba qatlaşan, bir balaca xəstələndimi, için-için sızıldayan, göz yaşı tökən ata-analar, baba-nənələr var... Belə rəzalətin üstündən necə soyuqqanlı ötüb keçmək olar?

İstər ədəbiyyatımızda, istərsə də danışıq üslubunda adamları əqidə və xaraktercə müxtəlif heyvanlara bənzətmək təsadüfi deyil. Məsələn, kiməsə alçaldıcı münasibət ifadə edəndə, toyuğa bənzədirlər.Toyuq  uça bilən quşların ən əfəlidir: 2-3 metrdən uzağa uça bilmir. Amma  toyuğun da yanından balasını almaq olmur. Bu qədər küt heyvan belə,  öz balasını qorumağı bacarır...

İnanmaq olmur ki,ürəkdən  sevib, valideynlərinin xeyir-duası ilə ailə quran hansısa  bir qızımız  belə hərəkətə yol vermiş olsun.

Bizim sayta övlad həsrətli ailələrdən  çox məktublar gəlib. Ata-analar var ki,  gecə-gündüz Allaha yalvarıb dua edirlər ki,  bir uşaqları olsun.  Amma   ağlı, düşüncəsi, gözü, ürəyi olan analar da var ki, onlara ana demək olarsa, canlarından yaranmış bir  canı pişik balası kimi, karton qutuya qoyub küçəyə atırlar...

Çox güman ki, olar daha çox  anaları  tərəfindən atılır. O analar tərəfindən ki, dünyaya nikahdankənar  övlad gətiriblər. Mən heç də  günahı bütünlüklə qızların və yaxud qadınların üstünə atmaq istəmirəm. Onları  bu vəziyyətə sürükləyən qarşı tərəf də eyni cavabdehliyi daşımalıdır. Fəqət, qız sadəlövh olmasaydı, Şirin kimi, "olsam, olacağam halal bir arvad” desəydi,   aldanmaz, özünü, qadınlıq ülviyyətini qorumuş olardı.  Əgər kimsə xəbis niyyətini zor tətbiq etməklə  həyata keçirərdisə,  onda həmin qız   günahsız hesab edilər, qarşı tərəf isə qanun qarşısında cavab verməli olardı.   Amma baş verənləri  analiz  edərək bu nəticəyə gəlmək olur ki,  sadəlövh qız  ya  oğlanın şirin vədlərinə inanıb özünü çamurluğa  sürükləmiş, ya da  gənclərin elə ikisi də mənəvi birliyə deyil, cismani birliyə can atmışlar.


Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

 

 Bu cür macəraçılığın başlanğıcında onlar nə etdiklərinin fərqində olmurlar. İş işdən keçəndən sonra isə çıxılmaz  vəziyyətdə daha çox qızlar qalırlar. Çünki ortada  körpə var, onu neyləməli, valideynlərə necə cavab verməli?  Başlanğıcda necə ağılsız hərəkət etmişdilər, yenə eyni səhv addımı atırlar, bu dəfə körpədən imtina edirlər: gecəni gözləyib, əl-ayaq kəsiləndən sonra onu məişət tullantısı kimi  görünməyən selofan torbada  ya   hansısa blokun qarşısında  qoyub qayıdır, ya da birbaşa zibilliyə atırlar.  Oğlanlar  xətalarından  cürbəcürə vasitələrlə yayına bilirlər,   onlar məsuliyyətdən yaxa qurtarmaq üçün formal olaraq kəbin kəsdirir və uzaqbaşı 1-2 ildən sonra,  bəzən bu müddət daha qısa olur,  müxtəlif səbəblər bəhanə gətirərək  evlilikdən imtina edirlər. Qızlar bilməlidirlər ki, bu yolla bir evin, bir nəslin gəlini olmaq mümkün deyil.   Çalışmaq lazımdır ki, qızlarımız ata-anlarının, eləcə də  oğlan tərəfinin xeyir-duası ilə ailə  qursunlar.  Nəinki cavanlıq macərasına uyub ağıllarını oğurlatsınlar, dünyaya  heç bir tərəfin arzulamadığı övlad gətirsinlər, məsələ  faş olanda  isə  izi itirmək üçün həmin körpəni  ya  harasa atsın, ya da ən yaxşı halda, nənəsinə və yaxud 1-2 il böyütdükdən sonra sığınacaqlara, digər uşaq müəssisələrinə versinlər.

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)


 Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

Dövlət belə körpələri himayəyə götürür və qayğısına qalır. Əgər onların səhv addım atmış anaları da  vaxtında müvafiq qurumlara, qadın hüquqlarını müdafiə edən QNT –lərə müraciət etsəydilər, dövlətimiz binagüzarlıq orqanıdır, onlara da pasibalıq edəcəkdi. Bəlkə də  şiddət və təcavüzün qarşısı alınacaqdı.

Fəqət,  yaraşıqlı, gözəl-göyçək qızlarımızın tale yolları nə  üçün belə faciələrə haçalanmalıdır? Gənc qızlar gərək ağır oturub batman gələlər, abır-həyalarını qoruyalar. Su kimi hər gördüklərinə axmayalar.

 Bir vaxt kəndlərimizdə qızlarımıza elçi gedəndə elə ilk elçilikdə "hə” deməzdilər. Əksər hallarda bir neçə dəfə get-gəldən sonra razılıq alınardı. Oğlan tərəfi də, qız tərəfi də  yalnız bundan sonra toy hazırlığına, cehiz tədarükünə  başlayardılar. Qız anaları  qızları lap uşaqkən tədarükə başlayardılar. Əllərinə keçən yaxşı hər nə oldu neçə-neçə  şirin niyyətlə sandıqlarda cehizlik edərdilər. Beləcə, iki nəslin ağsaqqallarının, ağbirçəklərinin birgə səyləri, xeyir-duası ilə  gənclərə toy edərdilər: qız tərəfi qızını köçürərdi, oğlan tərəfi gəlin gətirərdi. Belə ailələr möhkəm olardı. Belə ailələrdə qızlar ailələrinin, nəsillərinin, sonra da səadət apardıqları ailələrin  başını hər zaman uca edərdilər.

  

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

 

 Bizim mətbuat da, televiziya da, kinomuz da, səhnə əsərlərimiz də  gənclərimizin  bu istiqamətdə maarifləndirilməsində çox böyük işlər görə bilərlər. Çünki onlar  gənclərlə daim ünsiyyətdə olurlar.  Televiziyada düşünülmüş, ölçülüb-biçilmiş layihələr olarsa, bu layihələri peşəkar jurnalistlər, pedaqoq və mütəxəssislər, tanınmış ədəbiyyat və sənət adamları apararlarsa, belə layihələrə  el-obaya söz demək, yol göstərmək haqqı olan müdriklər, ailə başçıları dəvət edilərsə, daha faydalı və daha effektiv olardı. Ən azından mətbuatdan, televiziyadan eşidib-bildiyimiz,  həyatda gördüyümüz mənəvi aşınmalar basaratımızı  bu qədər bağlamazdı. Eləcə də istər çap mətbuatında, istərsə də elektron mətbuatda. Təəssüflər olsun ki,  bizim əksər  kütləvi informasiya vasitələri insanları düşündürən ibrətlərə, xoş əməllərə, nəcib duyğulara, dəruni eşqə,  ahıllara hörmətə, uşaqlara qayğıya, milli dəyərlərə işıq tutan yazılara deyil, əyləncə, macəra həyatına  həvəsləndirən yazılara, şəkillərə üstünlük verirlər.

 Kütləvi informasiya vasitələrindən  bildiyimiz iki  hadisəyə diqqət edək.

2019-cu ildə  il Şabran rayonunun Uzunboyad kəndində evil kişi özündən 15 yaş kiçik 2 uşaq anasını, özü də qonşusunun həyat yoldaşını  götürüb qaçmışdı.  Sonradan digər  mətbuat orqanları həmin hadisənin baş verməsini  başqa cür şərh etsələr də,  onsuz da iki ailə, iki nəsil el-obada, bütün ölkədə biabır olmuşdular. 

 Yenə bu il "Xəzər TV"də yayımlanan "Səni axtarıram" verlişinə əsasən,  43 yaşlı kişi  özündən 26 yaş kiçik  qızla  himcimləşmiş, daha sonra isə qızın razılığı ilə onu qaçırmışdır.  İnternetdə arasanız, bu  motivli çoxlu sayda  utanc hadisələrlə rastlaşacaqsınız.  Özü də belə hadisələr təkcə Şabranda deyil, Azərbaycanın bir çox rayonlarında və şəhərlərində baş vermis və verməkdədir.

 İstinad etdiyimiz hadisələrdə fikir verin, kişi qadınına, uşaqlarına, nəslinə xəyanət edir, qonşusuna xəyanət edir, qadın da öz ərinə, uşaqlarına.

Özündən 26 yaş kiçik qızı alan kişinin  münasibətini sevgi hesab etmək olarmı? Bu hadisələr ümidsizlik  yağdırır. Saytlar da bunu    tirajlayır, ölkənin hər yerinə, hər kəsə çatdırır.Məxsusi saytlar var ki, onlar cəmiyyətə daha çox  belə ümidsizlik, vahimə, inamsızlıq, etimadsızlıq paylaşan məlumatları ötürür. Az qala bu mövzuda yaranan xof, vahimə aparıcı xəttə çevrilməkdədir.  Adamlar az qala büruzə verməsələr də,   dosta, qonşuya, əmiyə, dayıya, qonağa – hər kəsə şübhə ilə yanaşır.

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (II yazı)

 

Bir neçə gün öncə saytların birində  bir xanımdan müsahibə götürmüşdülər. Qadın  ziyalıdır. Ondan  ailə ilə bağlı ailə fikirlərini soruşanda, bu xanım  elə cavablar verib ki,  yazıdakı sözlər belə, kişilərə nifrət saçır. Hardandır qadınlarda kişilərə qarşı bu nifrət? Qadının şəxsi həyatı ilə bağlı  məlumatımız yox, amma həyati müşahidələrimizə əsasən, belə fikirdəyəm ki, müasir ailə birliklərində yaşanan  qarşıdurmalarda  qadınlardan daha çox  cavabdehlik tələb olunur. Sanki qadınlar  bir balaca  problemlərlə qarşılaşan kimi, ayrılmağa  doğru səmtlənirlər. Ayrılmaq, sərhədsiz yaşamaq olar, yaxşı təminatın da olar,  səyahət, avtomobil də olar. Amma ailə səadəti, qadınlıq səadətləri bütün səadətlərin fövqündə durur. Unudulmamalıdır ki, qadın adının, qadın   şərəfinin     əxlaqımızda, düşüncələrimizdə yeri 7 qat hasarla sərhədlənib.

Kişiləri müdafiə etmək niyyətindən də çox uzağam. M.Yaqubun sözləri ilə desək, əslində, tərəzinin bir gözünü  kişi əyib, bir gözünü də  qadın...

Saytımızda biz həmişə bu fikri ifadə etmişik ki, əgər hardasa yolunu azmış bir qadın varsa, onun yanında da mütləq yolunu azmış  bir kişi var. Amma unudulmamalıdır ki, əgər hardasa bir qadın dəyərsizləşirsə və yaxud dəyərsizləşdirilirsə, bunun  dolayısı ilə  olsa da , bunun hər kəsə bir isti-soyuqluğu var.  Bir qədər açıqlasaq, hardasa hansısa qız/qadın açıq-saçıq geyim və ya  davranış tərzi nümayiş etdirirsə, evil olduğu halda başqa kişiyə qoşulub qaçırsa və yaxud naqis kişi öz qadınını evdə qoyub başqasının qadınını, nişanlı qızını  götürüb qaçırsa, cəmiyyətdə digər  həmcinslərinə etimadsızlıq yaradır, baxışlarda, düşüncələrdə onlara qarşı bir şübhə, inamsızlıq formalaşdırır. 

 

  Davamı var....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz