» » Siz qalib gələcəksiniz

Siz qalib gələcəksiniz


Siz qalib gələcəksiniz Bir az öncə saytlarımızın birində oxudum ki, "Sülh çeşməsi” əməliyyatına cəlb olunan türk pilot döyüş şəraitində nümunəvi davranışı ilə ölkədə gündəm olub.
Məlumata görə, F-16 pilotu növbəti tapşırıq ardınca havaya qalxıb. Bu zaman hədəfə həssas atəş açmaq üçün istifadə olunan "Snayper pod” adlı proqram vasitəsilə hədəfinin dinc əhalinin arasına qarışdığını müşahidə edib.
Həssaslıq nümayiş etdirən pilot "Hədəf dinc insanların arasına girdi. Sursat atmadan geri dönürəm” deyərək, aviabazaya geri qayıdıb.
Türkün qüdrəti budur.Bu, 1-ci hadisə deyil.
Saytımıza məlumat toplayarkən internetdə Çasey adlı bir ingilis leytenantının Birinci Dünya müharibəsi zamanı bir etirafına rast gəlmişdim.

"25 aprel 1915-ci ildə Birinci Dünya müharibəsində Türklər və birləşmiş qüvvələr arasında Çunuk ətrafında dəhşətli səngər döyüşləri gedirdi. Səngərlər arasında 8-10 metrlik bir məsafə vardı. Süngü hücumundan sonra atəş səsləri kəsilmişdi . Əsgərlər səngərlərə çəkilir, yaralıları və ölülər isə döyüş meydanında qalmışdılar. Belə vəziyyətdə birləşmiş qüvvələrin ayağınıdan güllə yarası almış bir kapitanı qışqırır, ağlayır və onu xilas etmək üçün yalvarırdı, amma heç kim çıxıb ona kömək edə bilmirdi, çünki kimsə ayağa qalxsaydı, üzərinə yüzlərlə güllə yağacaqdı. Bu zaman aslan kimi silahsız bir türk əsgəri səngərdən çıxdı, hamımız donmuşduq. O, kapitana yaxınlaşıb onu səngərinə sürüdü və sonra da geri döndü. Bu qəhrəman türk əsgərinin cəsarəti, gözəlliyi və insan sevgisi günlərlə döyüş bölgələrində müzakirə edildi.
Dünyanın ən cəsarətli və qəhrəman əsgəri Mehmetçikə dərin sevgi və hörmətlə ...”
Üstüdən 100 ildən artıq bir vaxt keçir.Türk məsləkindən, ədalətindən, həqiqətindən dönmür.
Biz internetdə türk əsgərlərinin azadlıq döyüşlərində xilas etdikləri yerdə guya qəddarlıq nümayiş etdirdikləri haqqında da yazılarla rastlaşmışıq. Əlbəttə ki, yalandır.Xəbislərin, Türk qüdrətini həzm edə bilməyənlərin niyyətləridir bu.

Qılıncı hədsiz məharətlə və sərrast idarə edən Türk əsgərinin əli məğlub etdiyi insanların yarasını sarımaqda da mahirdir.
Bayron – ingilis yazıçısı

Mənə türklərdən ibarət bir ordu verin, dünyanı əsir edim .

Napoleon Bonapart

Türklər təbiətin ən saf, ən dürüst, ən namuslu millətidir.
Pierre Loti- fransız yazıçısı

Əgər şəxsən özlərini tanımış olsaydınız, türklərə heyran olardınız.
Sir Mark Sykes - ingilis diplomat, yazıçı, hərbçi
Onlarla, yüzlərlə belə etiraflar var…
Və bu hey iranığı Ffransız tarixçisi Albert Sorelin çox dəqiq bir etirafı ilə bir daha ifadə edirəm:
- Dünyada bilinməyən iki sirr vardır: biri qütblər, biri Türklər…
 

Siz qalib gələcəksiniz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz