» » Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

 

 Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

İnsan  övladının ən böyük zəifliyi   dünyanın   ona xidmət  etdiyini sanmasıdır. Hətta, bütün qidaları, heyvanları və təbiəti özünə təqdim edilmiş bir nemət hesab edir. Kainat dediyimiz bütün içərisində o, özünü digər canlılardan üstün tutur. Ətraf mühitdən istədiyi kimi istifadə edir: yıxır, yox edir. Halbuki, insan övladı bu kainatda zəncirin yalnız kiçik bir hissəsidir. İnsan bunu rədd edərək, əslində, özünə bir həbsxana yaradır.

İnsanın bu yanılmadan xilas olması ən böyük azadlıqdır. Təbii, bu da tam olaraq mümkün olmaya bilər, amma bu səyin özü də bir azadlıq.

 Albert Eynsteyn

Təbiət yox etməyə nifrət edir.

 Siseron

Təbiəti daha çox müşahidə etsən, onun bütün varlığı ilə nəhəng bir təşkilat olduğunun fərqini  dərk edərsən. Mənim, sadəcə, təbii hadisələri müşahidə edərək bir yaradıcının varlığı nəticəsinə çatdığım böyük bir anlayış var orada.

Carlo Rubbia

Qanun ediləcək və edilməyəcək olanı buyuran uca ağıldır ... O, təbiətin gücüdür, o, ruhdur, müdrikin ağlıdır, ədalətli olanla olmayanın ölçüsüdür.

 Cicero 

Təbiət tərəfindən mükəmməlləşdirilən şeylər sənət tərəfindən həyata keçirilənlərdən daha yaxşıdır.

Cicero 

İnsan tərəfindən yaradılan bir şeyi məhv edəndə adına "vandalizm” deyilir. Təbiətin yaratdığı şeyləri yox edəndə isə bunun adı "inkişaf, nailiyyət, qazanc” olur.

 Ed Begley

Təbiətdən nə üçün şikayətlənirik? Təbiət bizə yaxşı davrandı.

İstifadə etməsini bilən üçün həyat uzundur.

 Gənc Seneca

"Uyğunlaş, ya da ortadan çəkil” ! İndi və həmişə olduğu kimi, bu, təbiətin əbədi göstərişidir.

  H. Uells 

Təbiəti kərənti ilə(dəryaz) qovarsan, o, yenə də tələm-tələsik geri gələcək.

 Höte

Uşaqların qaranlıqda titrəməsi və hər şeydən qorxması kimi biz də bəzən işıqda uşaqların qaranlıqda dəhşətə gəldikləri və xəyallarında reallaşmasını gözlədikləri şeylərdən daha çox qorxuruq. Bu qorxu və ondan doğan zülməti Günəşin şüaları və günün işığının işıqlanması ilə deyil, təbiət aktının görünüşü ilə dəf etmək olar.

 Lukretius 

Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə "birlikdə" var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik.

 Masanobu Fukuoka

Modern cəmiyyətləri qurmaq üçün insanlar çaylara bəndlər qurdu, yağış yağmasın deyə buludları qovdu, bataqlıqları qurutdu, milyarlarca heyvanı məhv etdi. İnsanlar ekologiyaya hörmət etməyən geniş şüşə, polad və beton istehsalı şirkətləri qurdular.”İnkişaf” kimi düşünülərək modernlik, biomüxtəliflik zoopark qəfəslərində və donmuş DNA balonlarında həyatda qalmağa çalışarkən yaban otlaqlar tükəndi, bir neçə qoruqlara sığışdırıldı. Təbiəti hakimiyyəti altına alma macəramız – "inkişaf” – şosselərlə, hündürmərtəbə binalarda, hazır yemək məkanları ilə, böyük alış-veriş mərkəzləri ilə, avtomobil qalereyeları ilə ölçülür. İnsanlar böyüməmənin inkişaf etməmək anlamına gəldiyini düşünür, halbuki, tam əksidir.

 Stiv Best

Tolerantlıq nədir? Tolerantlıq insanlığın bir hissəsidir. Hamımızın səhvləri və çatışmazlıqları var: qarşılıqlı olaraq bir-birimizin xəta və əskiklərini bağışlayaq, çünki tolerantlıq təbiətin ilk qanunudur.

 Volter

Bütün sənətlər təbiəti təqlid edir.

Gənc Seneka

Təbiət " xoş gəldin” deyən qollarıyla bizə uzanır və bizi onun qadına xas gözəlliyindən həzz almağa çağırır. Biz isə onun sükunətindən ürkür, izdihamlı şəhərlərə axın edirik . Orada eynilə vəhşi bir qurdun qarşısından qaçan qoyunlar kimi, bir-birimizi sıxışdıra-sıxışdıra yaşayarıq.

 Halil Cibran

Təbiət bizi əsla aldatmaz: özümüzü aldadan elə bizik.

Jean-Jacques Rousseau

Təbiətdən ayrı qalan insan, qürurlanıb bütün həqiqəti unutmağa başladı və özünü təbiətin hökmdarı hesab etdi. İnsan nə zaman ki, özünü kökündən, mahiyyətində olan "təbiət”dən uzaqlaşdırdı: bədənini dərmanlarla, torpağı isə kimyəvi gübrə və herbisitlərlə doldurdu. Nəticədə,bütün bədənini xəstəliklər bürüdü və ona görə də indi dərman və kimyəvi birləşmələrlə qurtulmağa çalışır.

Masanobu Fukuo

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (III hissə)

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz