» » David-Qareci, yaxud da Keşikçidağda baş vermiş insidentlə bağlı fikirlərim

David-Qareci, yaxud da Keşikçidağda baş vermiş insidentlə bağlı fikirlərim


David-Qareci, yaxud da Keşikçidağda baş vermiş insidentlə bağlı  fikirlərim

Sosial şəbəkələrdə David-Qareci, yaxud da Keşikçidağda baş vermiş insidentlə bağlı bir neçə yazıya baxdım. Həm də məsuliyyət hiss edərək baxdım. Söz deməyə nə var ki. Hər kəs fikirlərinni istədiyi kimi ifadə edə bilər, edir də. Amma hər söz də söz olmur, ürəklərə, seçim etmək istəyənlərin beyinlərinə yol tapa bilmir axı. Bəşərin, torpağın taleyi üçün aydın baxışları olmayanların sözləri insanlar arasında çaşqınlıq yaratmaqdan, hansısa qrup maraqlarına xidmət etməkdən başqa bir şey deyil.
Kimlərinsə cızdığı ssenari üzrə sərhəddə qarşıdurma yaratmağa cəhd olub. Bəlkə də  adi sərhər pozuntusudur bu: kimlərsə süni olaraq yaradıb ki, başıpozuqluq yaransın, kiçik bir insident iki qonşu ölkə arasında beynəlxalq skandala çevrilsin, iki xalq qurbanlar versin, iqtisadiyyatına zərbə vurulsun. Hansı xarici ölkələrsə, bundan istifadə edib bu bölgədə öz maraqlarını təmin etsin.
Mənim fikrimcə, Sərhəd xidməti düzgün  qərar qəbul edib.  Azərbaycan dövlətinin münasibəti doğrudur, müdrikdir, əsl təmkinlik nümunəsidir. Heç şübhəsiz ki,  sərhədçi silahı verməməli idi.  Əgər bunlar erməni sərhədində olsa idi, Azərbaycan əsgərləri onları heç yaxına buraxmazdılar.  Gürcüstan bizimlə dost ölkədir,  hesab edirəm ki,  münaqişəni  alovlandırmağa yol verilməməli idi.  "Atəş açaydı"  haray-həşir qoparanlar, dövləti, Sərhəd xidmətini  ittiham edənlər  öz siyasi ambisiyaları üçün qarşıdurma yaratmasında maraqlı olan şəxslər  və ya qruplardır.
Olmaz, sapı özümüzdən olan baltalar, olmaz belə. Azərbaycanın Qarabağ problemindən başqa problemi yoxdur. İkinci bir cəbhə açmaq illərdir görülən işləri sıfır vəziyyətinə qaytarmağa hesablanıb.
Hər adam liderlik edə bilməz, hər adam xalqı arxasınca apara bilməz. Çətin vəziyyətlərdə xalqının önünə çıxıb onu qırğından, aclıq və tənəzzüldən xilas edə bilməz. İndi düşünmədən danışan, hədyan , yayanlar mühüm postlarda olsa olsa idilər, qan tökülərdi, kiçik bir insident iki qonşu ölkəni üz-üzə qoyardı.
Belə məqamlarda dövlət başçısından təmkin, soyuqqanlıq, müdriklik, uzaqgörənlik tələb olunur. Azərbaycan dövlətinin Lideri bu keyfiyyətləri sübut etməkdədir. İndi siyasət zor gücü ilə deyil, sağlam və ağıllı diplomatiya ilə aparılmalıdır.
Həmin insidentin yaranmasına səbəb olanlar lokal bir qrupdur, onlar gürcü xalqının iradəsini əks etdirmir. Müdrik bir fikri xatırladım: "Ayrı-ayrı adamlar pozula bilər, amma xalq heç vaxt pozulmur”. Biz gürcü xalqı ilə qonşuyuq, münasibətlərimizin isti olması daha önəmlidir, nəinki hansı başıpozuqsa sərhədçimizin silahını ələ keçiribsə, adekvat addımlar ataraq yeni bir münaqişə ocağı yaratmaq.

B.Vahabzadənin İsmayıl Şıxlıya ithaf etdiyi "Təyyarələr” şeiri var:
Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr,
Məhəl qoymaz
nə yağışa,
nə küləyə
təyyarələr.
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli...
Aşıb-daşar
təyyarələr.
Yerdə deyil,
göydə yaşar
təyyarələr.
Sərnişinə
Vüqarından - vüqar verir
təyyarələr,
Günlərin yox,
Saatların az ömründə
Qütbləri birləşdirir
təyyarələr.
Gecə gedir,
Gündüz gedir
təyyarələr.
Məqsədinə,
Mənzilinə dümdüz gedir
təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
Dolay bilməz
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz təyyarələr.
İçəridən alışmasa
bu sürətlə,
bu cürətlə
Gedə bilməz
təyyarələr.
Özü kimi
Ölümü də mərdanədir.
Mənzilinə uça-uça,
qaça-qaça
Öz içindən tez üzülər
təyyarələr.
Yavaş-yavaş ölə bilməz.
Öləndə də birdən ölər
təyyarələr.

Mən də düşünürəm ki, Prezident İlham Əliyev təyyarələr kimi öz məqsədinə dümdüz gedir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz