» » UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşması ilə bağlı fikirlərim

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşması ilə bağlı fikirlərim

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşması ilə bağlı fikirlərim

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında "Çelsi” komandası "Arsenal” komandalarının oyununu dünya izlədi. Özü də "dünyanın xəritəsində bənəvşə yarpağı qədər düşmüş" Azərbaycandan...
Sadə tədbir deyildi bu. Hansısa stadionu, nəhəng konsert salonlarını, olimpiya stadionunu kiryəyə verməmişdi. Dünyəvi, tolerant dövlət olduğunu, Sülh niyyətlərini təcəssüm etdirirdi. İndiyə kimi çox oldu belə niyyətlərimiz. Bu da davamı və daha etibarlı bir zəmanəti.
"...Sabahdan xәbәr çıxdı ki, padşahın oğluna toy olur. Fatmanın analığı yerә bir çanaq darı sәpib dedi ki, bunları bir-bir yığarsan çanağa. Yanında bir küp dә qoyub dedi: bunu da ağlayıb gözünün yaşı ilә doldurarsan. Öz qızını da geyindirib-kecindirib apardı toya...."
"Göyçək Fatmanın nağılı"ndadır bu sitat. Ögey ana ha çalışırdı ki, Fatma çirkin görünsün... Amma çirkin xisləti baş tutmadı. Bəlkə də müqayisəm yerinə düşmədi. Amma Azərbaycana qarşı dünyada ədalətsiz münasibətlərin hamımız şahidləriyik. ikili standartlar dünən də olub, bu gün də var, sabah da olacaq. Ancaq Azərbaycan "təyyarə kimi öz məqsədinə dümdüz davam etməkdədir".
Çox sevindim. Böyük İdman- Böyük Azərbaycan Həqiqətləri. Çox istəyərdilər ki, nə isə bir terror hadisəsi olsun, qalmaqal yaransın... Olmadı, olmayacaq da... Dövlətimiz qüdrətlidir, onun Lideri qüdrətlidir. təhlükəsizlik xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanıblar.
Dövlət başçmızın niyyətləri günbəgün reallaşmaqdadır. İnşallah, Prezident İlham Əliyevin iradəsi və siyasi diplomatiyasının uğurları ilə Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək.
Ölkəmizdə keçirilən bu beynəlxalq idman yarışının uğurla başa çatması münasibəti ilə xalqımızı təbrik edirik.
Final oyununun yüksək səviyyədə təşkili, keçirilməsi naminə zəhmət çəkmiş bütün insanlara , xüsusilə təhlükəsizlik xidməti və hüquq mühafizə orqanlarının əməkdaşlarına "Çox sağ olun" deyirik.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşması ilə bağlı fikirlərim

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşması ilə bağlı fikirlərim

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşması ilə bağlı fikirlərim

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz