» » Bir şəklə münasibət

Bir şəklə münasibət

Bir  şəklə münasibət

Dua ərəb sözü olub "səslənmək”, "çağırmaq”, "köməyə çağırmaq”, "kömək istəmək”, "Allaha yalvarmaq”, "Allahdan diləmək”, "Allaha yalvarıb-yaxarmaq” mənasını ifadə edər.
Bəlkə insanlar var ki, oruc da tutmur, namaz da qılmır, amma ağzı,könlü dualıdır.
Peyğəmbər əfəndimiz də (sallallahu əleyhi və səlləm) : "Dua ibadətin elə özüdür” və ya "Dua ibadətin əsası, iliyidir”,- deyə buyurmuşdur.
İslam dini müqəddəsliklərin, Allaha təslimiyyətin ifadəsidir.
Uşaqlar belə böyüklər kimi dərk edə bilməsələr də, arzu və istəklərini Allaha , Qurana xitabən edirlər.
Bizim dinimiz nəinki ibadət üçün bütün həyatımız üçün əxlaq və davranış normalarının etalonunu yaradıb. Hamımız balaca yaşlarımızdan müşahidə etmişik ki, böyüklər namaz qılmağa öncədən hazırlaşır, dəstəmaz alır, Allahın hüzuruna fiziki olaraq da pak çıxırlar. Bəlkə 40-50 ilin söhbətidir.Kənddə yaşayanda bir qonşumuz vardı. İki qızı, bir oğlu vardı. Oğlu çox zəif idi. Deyəsən, qan xəstəliyi də vardı. Çox deyirdilər ki, onu əsgər aparmazlar, fəqət, aparmışdılar. Allah bütün əsgərlərimizi qorusun, bu uşağı da Allah qorumuşdu və uşaq hərbi xidmətini başa vurub sağ-salamat qayıtmışdı.
Bu mənzərəni gözlərimlə görmüşəm. O vaxt əsgərlikdən gələnləri vağzallarda taksi sürücüləri qarşılayır, vağzaldan birbaşa kəndə gətirirdilər. Gəlib kəndə- əsgərin yaşadığı evin qarşısında maşını saxlayar, qapını döyüb atasını çağırardılar: həm muştuluq alardılar, həm də yol pulu. Haqqında danışdığın əsgərin atası kolxoz içində, evdə ancaq anası idi. Ana gələndə məsələni bilib, deyir ki, 5-10 dəqiqə gözləyin. Tələm-tələsik gedib əl-üzünü yudu, sonra gəlib bağın bir küncündə əllərini göyə uzatdı və qoşalaşdırıb ovuclarını öpdü.Yalnız bundan sonra maşıba yaxınlaşıb əsgər balasına sarıldı.Mən bunu anama deyədə, anam cavab verdi ki, Güllər bacı(ad şərtidir) belə əhd edib. O vaxtın təfəkkürü ilə belə mənalandıra bilməzdim, təbii ki. İndi düşünürəm ki, Allah yönlənən, üz tutan, əl uzadan, pənah aparan şəxs pak olmalıdır.
Daha təfərrüata varmadan, əsas mətləbə keçim.
Azərbaycan cəmiyyətində ciddi mətbuat orqanı sayılan Qafqazinfoda rast gəldiyim şəkil məni bərk mütəəssir etdi (Bax:httpqafqazinfo.aznewsdetailsabahin-duasi-imsak-ve-iftar-vaxti-251576). Ümumiyyətlə, istər bizim özəl telekanallarda, istərsə əksər mətbuat vasitələrində mənbə göstərilsə də (bununla özlərini sığortalayırlar), hər gün çoxlu saydaaçıq-saçıq geyinmiş müğənnilərin, modellərin, aktrisaların şəkillərini paylaşırlar. Bəzən bu şəkillərinin oyatdığı müxtəlif epitetlərlə qıcıqlandırırlar da. Məsələn, "hansısa bir aktrisa transparan geyimi ilə diqqət çəkdi” , "şəffaf geyimi ilə diqqət çəkdi”, "sazibədar model dərin sinə dekoltesi ilə diqqət çəkdi” və s. Dayaz da dekoltə olur…? Məgər dekolte görünməlidir, hiss olunmalıdır?
Şou-biznes mühitin bildik, bəs ibadət əhli nə üçün belə şəffaf geyimdə?
Əslində, mən inanmıram, bizim hansısa qadınımız belə geyimlə duaya ayrılsın. Bəlkə kimsə dinimizə hörmətsiz münasibət bəsləyən hansısa qruplarsa və yaxud bu, xarici ölkələr tərəfindən də ola bilər.Ona görə də hər bir mətbu orqan paylaşdığı şəkillərə diqqətlə yanaşmalıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz