» » Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "


  Cabir Novruz - Mən bizim anaları Günəşə tən tuturam

 

Mən bizim anaları günəşə tən tuturam,

Onlara gül çələngi məhəbbətdən tuturam.

Əlvan qövsü-qüzehdən min cür rəng istəyirəm.

Onlara od verirəm ürəyimin odundan.

Övladların adından, oğulların adından,

Əyilməz analara əyilmək istəyirəm...

 

 Söz qoşmaq istəyirəm ən cavan analara,

Ömrünü bizə verib qocalan analara,

Bizə laylalarıyla xoş həyat verənlərə,

Bizə tale bəxş edib, bizə ad verənlərə,

 Toyumuzu görəndə  yüz il gəncləşənlərə,

Qadın adlı xilqətə, Ana adlı bəşərə,

Sevgi dolu mahnılar oxumaq istəyirəm,

Nə qədər səsim var oxumaq istəyirəm.

 

Oğulları döüşdən geri dönməyənləri,

Fəqət, ürəklərində ümid sönməyənləri,

Bir gecədə saçını ağappaq hörənləri,

Bir gözüylə ağlayıb, biriylə gülənləri,

Keçmiş qanlı davadan hər gün söz salanları,

Gəlinsiz olanları, nəvəsiz qalanları,

Övlad məhəbbəti ilə isitmək istəyirəm,

Ürək hərarəti ilə isitmək istəyirəm.

 

 Mən bizim analara həyat səsi deyirəm,

Bir ümman dərinliyi, dağ zirvəsi deyirəm.

Hər əzaba tab edən, hər zəhmətə qatlaşan,

Torpaq ilə zəhmətdə tunclaşan, poladlaşan,

Qabarlı əlləriylə  bizə şöhrət qazanan,

O əlləri qızıla mən tutmaq istəyirəm,

Onların heykəlini yaratmaq istəyirəm.

 

Mən bizim anaları günəşə tən tuturam,

Onlara gül çələngi məhəbbətdən tuturam.

Əlvan qövsü-qüzehdən min cür rəng istəyirəm.

Əslimizin  adından, nəslimizin  adından,

Əyilməz analara əyilmək istəyirəm...


Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Ana əlləri - " O əlləri qızıla mən tutmaq istəyirəm "

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz