» » Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

 

Televiziya seriallarını izləyirlər,  serialların, serial qəhrəmanlarının  sonu üçün narahat  olurlar, öz sonlarını isə ağıllarına gətirmirlər.

Murad xan Munqan, türk yazıçısı



Televiziya  izləyən uşaqlar  böyüdükdə  kim olacaqlarını yox,  həyatdan  nə alacaqlarını düşünürlər. Məqsədsiz,  idealı olmayan, cinsəllik və  pulla erkən qarşılaşan  gənçlik   kim bilir, insanlığı haraya  götürəcəkdir.

Nevzad  Tarxan – türk alimi,

  psixiatr və nevropsixologiya üzrə ekspert 

Televiziya  yetkin zehinləri pozursa,   heç bir bərkə-boşa düşməmiş   zehinlərə nə etməz ?

Məhəmməd Bozdağ,

 türk yazıçısı


 Televiziya elə adamlardan həzz almağa imkan verir ki, onları biz evin kandarına da buraxmarıq.

D.Frostalic

 

Əğər insanlar televizya qarşısında  vaxt  geçirmək yerinə daha çox kitab oxusaydılar, dünya daha mənalı,  maraqlı  bir məkan olardı.

Mari  Bostvik,

 amerikalı yazıçı

Televiziya ədəbiyat və təfəkkürün yerinə geçərək, zehni  inkişafa mane olur.

Alya İzzətbəyoviç

Nəinki bacarmırlar, hətta aparıcılar, eləcə də  onların köməkçiləri efirdəki bayağılığın, şouçuluğun eninə və dərininə  paylaşılmasına rəvac verirlər. Televiziyanı  bütün Azərbaycan izləyir, yaxın-uzaq ölkələr izləyir… Zaur Kamalın, Elgizin, Tolikin, Sərxanın, Elviranın (hər ikisi artıq uzaqlaşdırılıb), eləcə də adlarını belə bilmədiyim daha neçə aparıcının verilişlərində çoxlu sayda  ciddi narahatçılıq doğuracaq qədər məqamlar var.
Amma bu aparıcıların  gərəyinə də deyil, hamısı da  özündən məmnun, işləri də pis getmir: hərdən maaşlarını,  daşınmaz əmlaklarını da dilə gətirirlər, nümayiş etdirirlər.  Burada sənətdən, sənət ideallarından danışmaq olmaz, sadəcə,  məzhəkəçilikdir. Di gəl ki, meydan onlarındır.
 Zaur öz verilişində   hansısa  avadanlıqla qonaq olan məşhurların baş, bədən nahiyələrində dəyişiklik edib-etdirmədiklərini  təyin edə bilir. Növbəti qonağı   aktrisa  Nəzakət Məmmədova  olur.  Aparıcı cihazı aktrisanın omba nahiyəsindən aşağıya doğru sürüşdürərkən aparıcının əlindəki cihazdan siqnal səsi yüksəlib. Zaur aktrisaya "Elə burandan şübhələnirdim" deyib. Onun bu kəlmələri hər kəsin gülüşünə səbəb olub (bax: https://news.milli.az/country/712760.html ).

 

Məqalənin adı da qeyri-etikdir: "İri ombalı aktrisanın efirdə Zaurla EHTİRASLI SÖHBƏTİ - Orandan şübhələnirdim - FOTO”

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

 Tolik gah müğənnilərə  "qoyun sürüsü” deyir, gah zarafatla da olsa,  verilişinə qonaq dəvət etdiyi  müğənniyə  "minim boynuna, məni  gəzdir.” Müğənni   etiraz edəndə  Tolik bir qədər də dərinə gedir : "Mən minərəm. Sən məni yaxşı tanımırsan, deyəsən. Verilişdən sonra danışarıq sənlə”.   Şəkidə  xəstəxana işçiləri Afətin mahnılarını oxuduqlarına görə  işdən azad edəndə, Tolik  Mürşüd D adaşova, Rəfail Nağıyevə,  Eyvaz Borçalıya dönmüşdü.

Ofeliya Sənani,  Rafiq Hüseynov,  Rafiq Həşimov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlimova, Ələkbər Abbasov , Nadejda İsmayılova, Flora xanım Xəlilzadə,  Nailə İslamzadə, İlhamiyyə Rzayeva,  Telli Pənahqızı,  İlham Rəhimli və sair bu şöhrətdə televiziya fədailərinin yerini indi kimlər tutub.

Haradandır Tolikdə bu arxayınçılıq?  Bunlar efirə neçə gəlib çıxırlar? Onlar verilişlərinin formatından çıxıb  özlərini Xlestakov kimi aparanda Televiziya Şurası  nə üçün ciddi ölçü  götürmür.


Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Şou-biznes adamlar aparıcıları verilişlərində özlərini çox sərbəst aparırlar, efirdə olduqlarını unudurlar.
Televiziya və Mətbuat Şuraları, Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı yaradıcı adamların belə hərcayı hərəkətlərinə barışdırıcı münasibət bəsləyirlər.
Belə verilişlərə dəvət edilən müğənni və aktrisaların, qadınlı-kişili, fərqi yoxdur, əksəriyyətinin ailə problem var. Bəziləri, hətta 2-3 dəfə evlənib-boşanıblar. Qoy onların fəaliyyəti konsert salonlarında olsun, kim pərəstişkarıdır, gedib tamaşaçısı olaraq baxsın. Amma efir vasitəsilə evlərimizə, cəmiyyətə təqdim olunan hər kəs təqdir olunmağa layiq olmalıdır.
Mətbuatı, televiziyanın əsas vəzifəsi cəmiyyəti məlumatlandırmaq, insanları tərbiyə etməkdir. Kütləvi informasiya vasitələri ətrafda baş verənləri öz səhifələrində tamam-kamal saf-çürük etdikdən sonra cəmiyyətə ötürməlidir.Mətbuat insanları həyata, ümidlərə bağlamalıdır. Neqativ meyillərə, naqisliklərə nifrət oyatmalıdır. Təəssüf ki, belə deyildir. Vəziyyət narahatedəcək qədər ciddidir.
Baxırsan ki, hər hansı bir mövzuda məlumat paylaşılıb. Yazının sonunda intim həzz dünyasına aid şəkil, intim məsləhətlər yerləşdirilib. Bu, lap ciddi portallarda da müşahidə edilir.
Mətbuat sənət və sənət adamlarına aid nə qədər ikrah doğuran hadisələr var, dəfələrlə boşanıb-evlənmələr var, əza nümayişi var. Əksər telekanallar və mətbu orqanlar dayanıqlıqlarını belə mövzular üzrə qururlar.

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Bir 30-40 il bundan əvvəl dilə gətirilməsi nəinki qadınlar, hətta kişilər üçün ayıblı hesab edilən sözlər indi açıq-saçıq şəkildə, televiziyada, mətbuatda fəal şəkildə işlədilməkdədir. O vaxtlar bu sözləri eşidən qız həyadan qıpqırmızı qızarırdı. Belə qızlara oğlanlar həqiqi mənada sevgilərini deməyə cəsarət edə bilmirdilər. Amma indi televiziyada, mətbuatda, əsasən, sosial şəbəkələrdə o qədər tərbiyəsiz ifadələr, xəstə təxəyyüllər yer alıb ki, bunları hamı olmasa da, əksəriyyət oxuyur, rast gəlir, eşidir.
İnternet texnologiyaları insanların dünyagörüşünün zənginləşməsində əvəzsiz xəzinədir.Təəssüf ki, bu imkanlardan bəziləri çirkin niyyətlər üçün istifadə edirlər.
Bu gün internetdə uşaqları pis yola sürükləyən, onların əxlaqına mənfi təsir edən çox eybəcər saytlar var. Bunlar həm yazılı, həm də görüntülü şəkildə paylaşılır. Uşaqlar və yeniyetmələr arasında pis vərdişlərə, intim əlaqələrə meyillilik bu saytlardan qaynaqlanır.
Bu yazılarda və görüntülərdə baş verənlər hələ kifayət qədər yetkinləşməmiş azyaşlıların tərəddüdləri yox edərək, eybəcər nümunələrin həyatda mümkünlüyünə inandırır. Ha gizlətsək də, azyaşlı uşaqlar tərəfindən törədilən belə əməllər mövcuddur. Sosial mediada saysız-hesabsız intihar hadisələri, xəyanət, dünyaya atasız uşaq gətirmək, sonra da günahsız tifilləri küçəyə atmaq kimi iyrənc hadisələr haqqında məlumatlar dərc edilir.
Dövlət bu işlərlə məşğul olmaq üçün qurumlar yaradıb, cavabdeh şəxslər ayırıb, vəsait ayırıb…
Bəs niyə neqativ halla azalmır, əksinə, artan xətt üzrə intensivləşməkdədir.

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Amma istər mətbuatda, istərsə də televiziyada əxlaqımıza, mənəviyyatımıza xidmət edən verilişlər, proqramlar çox azdır. Kütləvi informasiya vasitələrində sosial-əxlaqi meyarlara cavabdehlik, auditoriyanı bu yönümdə kökləmək peşəkarlığı yoxdur. Sadəcə, layihə müəlliflərinin buna peşəkarlığı çatmır. Onları televiziyaya, mətbuata bağlayan maraqla sənətin, qələmin müdriklik səlahiyyəti tərs mütənasibdir.
Bütün bunları hamı görür, deyə bilən deyir, yaza bilən yazır, bəzən ciddi ittihamlar da səsləndirilir. Vəziyət isə düzəlmir ki düzəlmir. Düzəlmir, amma ən qorxulusu da budur ki, qeyri-ciddi, bayağı xəbərlərə, dedi-qodulara, açıq-saçıq pozalarda, açıq-saçıq mətnlə dolu yazılar, şəkillər, videolar paylaşaraq, əslində, nəinki arzuolunmayan auditoriya formalaşdırır, hətta belə yola sürüklənən, amma tərəddüd edənlərə bu cür şəkillərlə, belə çağırışlarla dolayısı ilə dəstək verirlər.
Bu, cəmiyyəti, yaşlı nəsli narahat etməməyə bilməz.
Televiziya kanalları da, xəbər saytları da dolanışıqlarını, reytinqlərini qeyri-ciddi auditoriya üzərində qurublar.
Allahın "Azərbaycan pioneri” qəzeti qədər də deyillər.
" Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, bu statistik məlumatları hüquqşünas Ələsgər Məmmədli açıqlayıb.
Ə.Məmmədli qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12 396 boşanma qeydə alınıb.
Son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.
10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb.
Müvafiq illərə görə boşanmanın evliliyə nisbətinin artımının sürətini aydın görmək mümkündür:
2008 - 9,92%
2009 - 9,97%
2010 - 11,44%
2011 - 12,19%
2012 - 14,02%
2013 - 14,23%
2014 - 13,50%
2015 - 18,55%
2016 - 19,64%
2017 - 23,06%
2018 - 24,36%
Evliliyin sayı 2007-ci ildə 81 738-dən, 2017-ci ildə 62 923-dək, yəni 23,01% geriləyib. Boşanma 2008-də 7933-dən, 2017-də 14 514-dək, yəni 83% yüksəlib.
Hüquqşünas əlavə edib ki, bunlar ciddi araşdırma mövzularıdır: "Sosioloqlar, psixoloqlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?”
Mən bu məlumatı ölkənin aparıcı informasiya portalından götürmüşəm. Hələ düşünürəm ki, bu informasiya da tam deyil, keyfiyyətli deyil.Məsələn, mən düşünürəm ki, boşanma halları gənc ailələr arasında daha çoxdur.
Bu, gənclər üçün pis nümunədir. Çünki gənclər də bu zaman asan yolla pul qazanmaq həvəsinə düşəcək və şou-biznes təfəkkürünün oyatdığı macəralı həyat yaşamaq vasitəsi kimi seçəcək: 2-3 ildən bir gözü tutan kimisə seçəcək, qadına cəmiyyətin, insanlığın pasibanı dəyərində deyil, gözlərinin qurdunu öldürmək vasitəsi kimi baxacaq.

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

 

Az.Tv-də olan kadr dəyişikliyi gözlənilməz oldu. O qədər ixtisası, bacarığı təyin edildiyi sahəyə uyğun olmayan kadrların çox yüksək vəzifələrə təyin edildiyini gördük, eşitdik, oxuduq ki, adiləşmişdi artıq. Şirkətdə maliyyə sahəsinə rəhbərlik edən şəxsi bu qədər vacib olan yaradıcı və həm də strateji sahəyə necə rəhbər qoymaq olardı?!Axı bura iqtisadiyyat sahəsi deyildi, tikinti, zavod deyildi. Nə yaxşı ki, artıq televiziyaya televiziya mütəxəssisi rəhbər seçilib.
Mən də inanıram ki, televiziyamızda köklü yeniliklər olacaq, amma əvvəllərdə olan yeniliklər kimi yeniliklər yox, həm də insanların bəyəndiyi yeniliklər.Məsələn, Bədii Şuranın yaradılması, çox doğru qərardır. Arzu edirəm ki, belə Şura mətbuat üçün də yaradılsın, özəl telekanallar üçün də yaradılsın. Mətbuat, özəl telekanallarda təsadüfi adamlar "n" qədərdir. Tolik hara, Zaurlar hara , Elgiz, Əli Mirəliyev, daha kimlər hara, televiziya hara…
Televiziyada , mətbuatda məzələnirlər bunlar: qucaqlayan kim, yatan kimi, qadın dəvətlilərin boynunu -saçını qoxulayan kim, özü də açıq-aşkar.Bunlar özlərini cəmiyyətin qarşısında deyil, kazinoda hesab edirlər.
Əmək qəhrəmanları var, onlara heç olmasa iş alətləri, fəhlə paltarı bağışlandımı bircə dəfə, bunu təntənəli olaraq televizyada, mətbuatda verdilərmi, amma Tolik apardığı verilişdə guya oxuyan hansısa qadın müğənniyə bağışlanmış avtomobili təqdim edir. Bu televiziyanın bir sahibi, televiziyaya nəzarət edən bir şəxs var, ya yox?
Şəxsi hədiyyələr, şəxsi simpatiyalar şəxsi də təqdim edilsin.
Bizim informasiya vasitələri sənətçilərə bağışlanan bahalı hədiyyələrdən yazırlar. Aylıq maaşını vaxtında ala bilməyən, 25-30 il işləyib indi 120-180 manatın ümidinə qalanlara belə nümunələr təqdim etməyin, etməyin..
Biz müstəqillik uğrunda böyük tarixi yol keçdik və bu yolla irəliləməkdəyik. Hamar olmadı bu yol, Azərbaycanın ictimai-iqtisadi, siyasi nailiyyətlərini Ələddinin sehirli çubuğu bərqərar etmədi.
Ordusu, hərbi texnikası olmayan, olanı da ibtidai səviyyədə olan bir ölkənin Ordusu bu gün dünyanın ən qüdrətli 50 ordusundan biridir.
Bunu sadə adamlar görmədi, bilmədi. Haqqında danışdığımız həmin saytlar da görmədi. Hətta onlar sağdan-soldan iftiralar yağdıranda da ölkə başçısı, cənab İlham Əliyev hər şeyə rəğmən üzərinə böyük məsuliyyət götürərək öz siyasi-mənəvi siqlətinə uyğun qüdrətli Azərbaycan dövlətini, onun ordusunu qurub yaratdı. Sərhədlərini alınmaz qalaya çevirdi.
Bəs bu quruculuqda, ölkəmizin mənəvi-siyasi yüksəlişində ölkə daxilində vəziyyət necədir, ideoloji təbliğat vasitələrimiz insanlarımızı necə maarifləndirir, necə gənclik yetişdirir?
Görünəni budur ki, yeniyetmə və gənclərimizlə maarifləndirmə, mənəvi tərbiyə məsələləri ilə bağlı böyük qayğılarımız var. Mətbuat və televiziyada ciddi yenilənmələrə ehtiyac var. Yəni, ölkəmizdə mətbuatın, televizyanın inkişafı üçün hər cürə etimad mühiti yaradılıb. Amma etimad mühiti ona görə yaradılmayıb ki, qeyri-peşəkarlar tribuna əldə etsin, öz intiuasiyalarını, yaradıcılıq meyillərini ümumi yüksəlişimizə deyil, cılız , bayağı şou əhvali-ruhiyyəsi səpələyən layihələrə sərf etsinlər.
Azərbaycan efirində bir-birinin təkrarlayan verilişlər çoxdur. Əksər layihə müəllifləri də şou çərçivəsindən kənara çıxmırlar, çıxa da bilməzlər.Heç onlar da soruşsanız bu xalqın ədəbiyyatını, tarixin, mədəniyyətini düz-əməlli bilmir. İnsanlara şənlənmək də lazımdır, əyləncə də lazımdır. Amma bu auditoriyanın, xalqın ümumi dəyərlərinin əksinə olmamalıdır.
Mətbuat, televizia tamam bir ayrı şey deməkdir… Azad mətbuat, demokratiya bu demək deyil.
İstər özəl telekanallar olsun, istər mətbuat olsun, heç kimin insanların zövqünü korlamağa, ya da şou təəfkkürlü auditoriyanın istək və arzularını 10 milyonluq bir xalqa sırımağa haqqı yoxdur.

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (X yazı)

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz