» » "Göməlim gəl səni tarixə desəm, sığmazsın..."

"Göməlim gəl səni tarixə desəm, sığmazsın..."

 
"Göməlim gəl səni tarixə desəm, sığmazsın..."

 

Bu gün Kəlbəcər rayonunun yağı düşmənlər tədəfindən yağmalandığı gündən 26 il ötür.
Bu gün şanlı Aprel döyüşlərindən 3 il ötür.
Bu gün işğal altında olan torpaqlarımızın azad olunması uğrunda ardıcıl və sistemli siyasət aparılır. Ordu quruculuğmuz, istər əsgər və zabitlərimizin döyüş qabiliyyətlərinin artırılması baxımından, istərsə də ən modern hərbi texnika ilə təchiz edilməsi baxımından nisbətən zəif ölkələrin paxıllıq etdiyi , inkişaf etmiş ölkələrin isə qısqanclıqla yanaşdığı bir səviyyədədir. Ordumuzun döyüş ruhu çox yüksəkdir. Ali Baş Komandan tez-tez cəbhə bölgələrində olur, əsgər və zabitlərlə görüşür.  Elə bu gün  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. 
 Bunlar Böyük Zəfər üçün mütləqdir. Biz Ali Baş Komandanın səylərinin xalqın arzuladığı kimi nəticə verəcəyinə əminik.

"Göməlim gəl səni tarixə desəm, sığmazsın..."

Amma belə məsuliyyətli bir vaxtda hər kəs də dövlətin ətrafında birləşməlidir. Üçrəngli bayrağımız ətrafında birləşməlidir.
Məni bu yazını yazmağa coşduran Azərbaycanın Milli Qəhrəmanı ,Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti - 2016-cı ildə Aprel döyüşləri zamanı Şəhid olmuş
Murad Mirzəyevin Azvision.az saytında rastlaşdığın bir şəkli oldu.

"Göməlim gəl səni tarixə desəm, sığmazsın..."

Fikir verin: zabitimiz arxasındakı "qüdrətdən səngərli-qalalı dağlar” kimi necə məğrur görünür. Elə bil dağın bir qayasıdır. Özü də QəhrəmanımızI arxasındakı dağın tamından seçmək olmur. Mən bunu səhra geyimindən başqa, həm də ən vacibi təbii bir bağlılıq kimi qəbul edirəm.Yalıncıq oğlu Yalıncığı ha geyindirsələr, ha dağın zirvəsinə qoysalar belə, Yalıncıq oğlu Yalıncıqdır ki Yalıncıq...
Bizim bütün Şəhidlərimiz də Murad Mirzəyəvev kimi əzəmətli və vüqarlıdır. Bu gün keşikdə sərvaxt dayanmış bütün əzgər və zabirlərimiz də belədir. Arxalarındakı Dağlar, ayaqlarının altındakı Torpaq, başlarının üstündək Səma onlarındır. Onlar bu müqəddəsliyin zərrələridir, pərvanələridir deyə, dağımız, torpağımız igidlərimizin vüqarını daha mükəmməlləşdirir, bütövləşdirir.
Bütün Şəhidlərimizə Allah rəhmət etsin.
Allah əsgərlərimiz qorusun. İnşallah, tezliklə Zəfər günlərinə qovuşarıq.

"Göməlim gəl səni tarixə desəm, sığmazsın..."
"Göməlim gəl səni tarixə desəm, sığmazsın..."

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz