» » Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

  

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar" 

 

                    Proloq əvəzi


Gərək axırınız da belə olaydı...

...Hər görünən yarpağa  söylənirdiniz ki,  niyə yaz gəldi, niyə ağaclar yarpaqladı...?  Payız gəlməmiş də fikrini  çəkirdiniz ki, kim süpürəcək bu yarpaqları?Nə qədər yapaq yığmaq olar...?

Buyurun, giley-güzarınız sonuclandı...Baxın, indi məhəllədə bir dənə ağac qalmayıb. Nə yayın istisində gündən,  nə də yazda, payızda yağışdan  qorunmaq üçün daldalanmağa  bir əlçim yer tapa bilməzsiniz: kəsib yerlərində qəşəngcə  mağazalar, xidmət müəssisələri  tikə-tikə gedirlər… 

   Tiksinlər, yaratsınlar. O niyyət ki, insanların rifahı və rahatlığı üçündür,  o addım ki, təbiətin, torpağın  ruhunu incitməyəcək,  niyə də alqışlanmasın.

Amma  hardasa bir obyekt üçün  torpağı, təbiəti, ağacları  fiziki təsirlərə məruz qoymaq  yolverilməzdir.Özü də  dünyanın başı üstünü ekoloji fəlakətlər haqladığı bir vaxtda.

 Şəhərlər ən iri yaşayış məskənlərinin birincisidir. Burada onun  yaşıl örpəyinə  daha qayğı ilə yanaşmaq lazımdır. Necə ki deyirlər, sən təbiəti qorusan, təbiət də səni qoruyar.

Eldar şamı haqqında  vikipediya məlumatı:

"Eldar şamı - (lat. Pinus eldarica Medw.). Şamkimilər – (Pinaceae Lindl.) fəsiləsinə aid bitki növüdür.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – N. Azərbaycanın relikt, endemik növüdür, arid dağların rəmzidir.

Bioloji xüsusiyyətləri

Təbii halda hündürlüyü 21 m-ədək оlan ağacdır. İynəyarpaqları qında ikibir və ya üçbir yerləşir. Qının uzunluğu 1sm, iynələrinki isə 8-10 sm оlur. İynəyarpaqları yaşıl rəngli, sərt uclu və kənarları хırda dişlidir. Iynəyarpaqların uzunluğu 12-15 sm-ədək оlub, göy rəngdədir, kənarları narın dişlidir, ucları azca sivriləşmişdir. Yarpaq qınlarının uzunluğu 1 sm-ə qədərdir, əvvəl pas, sоnradan qоnurumtul-bоz rəngə çevrilir, təpə hissəsi arхaya qatlanmışdır, yanlarında uzun ağ saçları vardır. Tumurcuqları qətranlı deyildir. Qоzaları buğumlarda əksər hallarda cüt-cüt bəzən 5, yaхud 8-12 (50-60) ədədi bir yerdə yerləşir. Yetişmiş qоzaları bоzumtul-qоnur rənglidir. Qоza təşkil edən pulcuqların hər birinin altında qanadlı tохum оlur. Mayalanmış qоzalar növbəti ildə yetişir. Cavan qоzaları enli yumurtavari, оvalşəkillı və kürəvidir, dik dayanmış ayaqcıqlar üzərində və ya yana əyilmiş olur. Yetişmiş qоzaları yumurtavarı-uzunsоv və ya yumurtavarı-kоnusşəkilli bоzumtul-qоnur və ya qоnurumtul-qəhvəyi rəngdədir. Qaidə hissəsi qısa ayaqcıqlar üzərində оlub, saplaqsızdır. Qоzaları buğumlarda əksər hallarda cüt-cüt 5-6 ədədi bir yerdə yerləşir. 5-6 yaşında tохum verməyə başlayır. Qоzalar budaqda tək-tək və ya çох sayda bir yerdə tоpa şəklində yerləşir. Qоzaları 8 sm uzunluqda, 4 sm yоğunluğunda оlur. Yetişmiş qоzaları açılaraq tохum tökülür. Tохumu qaramtıldır. Tохumları 20-22 aydan sоnra yetişir. 6-7 mm uzunluqdadır. Qanadları tохumdan 2-3 dəfə uzundur. Tохumları оval və ya qeyri müntəzəm rоmb şəkillidir. Qanadı zərif pərdəlidir, qоnurumtul rəngdədir, uzunluğu 3,5 sm və eni 10 mm-ə qədərdir. Adətən, aprel və may aylarında külək vasitəsilə tozlanır.

 Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri:

Aprel – may aylarında tozlanır. Qozaları ikinci il, avqust – sentyabr aylarında yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir. Kserofitdir. Havanın quraqlığına və istiliyinə davamlıdır. Torpaq—qrunt şəraitinə tələbkar deyil, torpağın şoranlığına davamlıdır. Qumdaşı qayalarının və əhəngdaşı sallarının çat yerlərində və yarıqlarında bitir. Saqqız ağacı və müxtəlif ardıc növləri ilə birlikdə seyrək arid meşəliyi əmələ gətirir .

Təbii ehtiyatın dəyişilməsi səbəbləri 

Başlıca оlaraq insan fəaliyyətidir.

Azərbaycanda yayılması

Eldar düzünün qərb hissəsində Eldar oyuğunda təbii halda arealı vardır.

Bitdiyi yer

Azərbaycanda kiçik bir arealda yayılmışdır.

Becərilməsi

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qоruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı”na daхil edilmişdir.

Zəruri qоruma tədbirləri

Eldar Şamı Dövlət Təbiət Qoruğu 2004-ci ildə Samux rayonunun ərazisində yaradılmışdır. Qoruğun yaradılmasının başlıca məqsədi nadir təbiət komplekslərinin və obyektlərinin dünyada yeganə (ardıc, saqqız ağacı və s) vətəni olan Elleroyuku-nda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaqdır.

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

Bu gün Eldar şamı qoruğunun sahəsi 1686 hektardır. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız ağacı, dokuzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollardan ibarətdir.

Yeni yasaqlıqların yaradılması vacibdir.”

  " Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir” (Bax: http://eco.gov.az/az/86-meselerin-inkisafi).

İnternetdə "Global Forest Watch” təşkilatının  belə bir araşdırmasına da rast gəldim ki, 2013-cü il üçün Azərbaycanda 1 milyon hektar, yaxud ölkə ərazisinin 15%-i meşə sahəsi ilə əhatə olunub. Hesabata görə, 2001-2013-cü illərdə Azərbaycanda 6 min 830 hektar meşə sahəsi qırılıb, 865 hektar meşə sahəsi yaradılıb (Mənbə: http://modern.az/az/news/84330/#gsc.tab=0).

Hər iki mənbədən göründüyü kimi, Azərbaycanda  meşə örtüyü, ağacların sayı qeyd etdiyimiz ölkələrlə müqayisədə xeyli aşağıdır.

  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə   ölkəmizdə  illərdir keçirilən "Ağac əkək, qoruyaq, yaşadaq” devizi keçirilən  yaşıllaşdırma hərəkatı  cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.  əkmək hələ işin  başlanğıcıdır.Əsas məsələ   həmin ağaclara xidmət etmək, onları qorumaqdır.  Bu işdə  cəmiyyətin, ayrı-ayrı şəxslərin qayğısı, məsuliyyəti lazımdır.

 

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 Nədir  bir ağacın faydası

Ağaclar havanı təmizləyir,  o hava ki insanların yaçaması üçün mütləqdir.

Ağaclar şəhər və küçələri sərinləşdirir.  Ağaclar enerji , su israfının qarşısını alır.

Ağaclar eroziyanın qarşısını alır.

 Ağaclar uşaqları ultrabənövşəyi şüalardan qoruyur.

 Ağaclar qida istehsal edir.Ağaclar iqtisadi imkanlar yaradır.

Ağaclar bir-birindən fərqli qrupları bir araya gətirir.

Ağaclar    zəlzələdən qoruyur və sair, və ilaxır.

Elə isə necə ola bilər ki,  bütün ali  hakimiyyət orqanlarının qərarlaşdığı  ölkənin paytaxt şəhərində  insanlara   bu qədər faydası olan , özü də "Qırmızı Kitab”a düşmüş 15-20 illik Eldar şamının yıxılması

Ekologiya Nazirliyi,  Yaşıllaşdırma Təsərrüfatı Birliyinin   mütəxəssisləri tərəfindən  məsuliyyətlə araşdırılmasın?

…Aşağıdakı şəkillərdə  gördüyünüz bu Eldar  şamı   General Şıxlinski küçəsi 49 və 51  nömrəli yaşayış binalarının qarşısındakı   məhəllədaxili yolda  çəkilib. Ağacın ətrafında ticarət və xidmət obyektləri, qazanxana, ATS, məktəb, İdman-sağlamlıq mərkəzi, bağça yerləşdiyi üçün  əhalinin həmişə  gur olduğu yerlərdir.

7 martda  dibində  hansısa xidmət təşkilatı bu ağacın dibində  qazıntı aparırdı.  Geyimləri bunu  belə əks etdirirdi. Martın  8-nə  keçən axşam bir balaca da külək oldu. Səhər –səhər mərafdakı mağazalara alış-veriş etməyə  gələnlər gördülər ki,  "Peykanlının mərdi”  kimi  təbiətin də bu  15-20 yaşlı cəngavər  Eldarı böyrü üstə yıxılıb.

Təəssüflənən də oldu,  heç nə olmayıbmış kimi,  gözucu baxıb keçən də oldu, amma  mən yaxınlaşıb diqqətlə fikir verdim.   Ağacın dibi qazılarkən  3  canlı kökü laqunda ilə kəsilmişdi. Nəticə də bu qəddi-qamətli  Eldarı torpağa pərçimləyən, eyni zamanda onu qidalandıran , ətə-qana gətirən damarlar qırılmış, qəhrəman müvazinətini saxlaya bilməyib  böyrü üstə gəlmişdir.  İnanırsınızmı,   dünyada quraqlığa davamlı ağac  kimi məşhur olan  və  120 il ömür sürməyə qabil    bir ağac    belə asanlıqla  böyründən bir yel əsməklə  "xəstələnə”.

 Nahar fasiləsində həyərə enəndə  artıq  onu  Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin   işçiləri  gəlib  oduncaq kimi  kəsib aparmışdılar.   Özü də rüsvayçı bir şəkildə: üstünə böhtan atmışlar, yarlıq qoymuşlar ki,  guya "Eldar” küləkdən yıxılıb. Üstəlik "Xəzər” televiziyası ilə 8 mart tarixində cəmiyyətə təqdim etdilər ki, mağazanın qarşısındakı 15-20 illik Eldar şamı , əlahəzrət küləyin qəzəbinə tuş gəlib…

  Doğrudur, küləyin təsiri də istisna edilmir. Amma əsas səbəb insan faktorudur. Bir ağacı yerə  pərçimləyən bağlar kəsilərsə,  onun  ya tezliklə yıxılması və ya  tədricən quruması gözləniləndir.  Bir faktı da unutmaq olmaz ki, Bakıda əkilən ağacların əksəriyyəti   ağacəkmə  şərtlərinə əməl edilmədən əkilir,   yəni yerə dayaz basdırılır. 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

Ağacın kökləri ən azı 50-60 sm  dərinliyə basdırılmalı və  ətrafına küləkdən qorumaq  üçün dayaq basdırılmalıdır. Bu zəruri şərtlərə əməl edilmədiyi üçündür ki, Bakıda ağaclar  ilk əkildiyi vaxtdan    normal vəziyyətə düşüncəyə qədər  küləyin təsirindən gövdələri əyilir və ağaclar belə  böyüyür, başqa sözlə, yıxılmağa  meyilli istiqamətdə olur. 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 

Türk atalar sözü: "Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar"

 Epiloq əvəzi

 

...Yarpaqları süpürmək lazım gəlirdisə də, barı, yayın istisində sizi gündən də qoruyurdu, dincinizi alırdınız… İndi yarpaq tökülməsə də , yer-yurd istini dəf ermək üçün içilmiş boş su, limonad, pivə qabları ilə doludur.... Buyurun, yığın..Səsinizi isə çıxarmayın…

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Если хотите узнать как заработать в интернете на фрилансе без вложений новичку, то переходите на сайт ТУТ и дерзайте. Удачных заработков!!!
  • Нравится
  • 0