» » Həkimlik sənəti qəhrəmanlıqdır

Həkimlik sənəti qəhrəmanlıqdır

  
 

Müəllim şagirdi haqqında


Həkimlik sənəti  qəhrəmanlıqdır   

Bir gün ata oğlundan həyatda kimə bənzəmək istədiyini soruşur. Oğul da, maşallah, böyük idi, dünya, həyat haqqında aydın təsəvvürləri var idi. İnsan nə üçün doğulur, nə üçün yaşayır, nə üçün mübarizə edir, bütün bunları artıq dərk edirdi. Atasını məmnun etmək üçün cavab verir ki, ata, mən sənə bənzəmək istəyirəm. Amma oğul görür ki, atası onun düşündüyü kimi, heç də məmnun olmadı. Atasından bunun səbəbini soruşur. Atası da deyir ki, mən sənin vaxtında Hz. Əliyə bənzəmək istəmişdim, amma bu qədər oldum. Əgər mənə oxşamaq istəyirsənsə, onda bəs gələcəkdə sən kim olacaqsan?
Doğrusu, atamızın İlham həkimlə bu mövzuda söhbətinin olmasını bilmirəm. Heç mənimlə də olmayıb. Atamız yalnız 7-ci sinif təhsilinə malik olsa da, uzun müddət həm hökumət, həm də insanlar arasında böyük nüfuza malik olan kənd sovetinin sədri idi. Anamız işləmirdi, Qəhrəman ana idi, böyük bir ailənin qayğılarını çəkirdi. Bu elə özü hər hansı bir hökümət işini görməkdən daha ciddi və çətin idi.
Valideynlərimiz bir-birlərinin əməyini, niyyətlərini tamamlayaraq, fədakarlıqla çalışırdılar ki, övladlarını oxudub ali təhsilli, diplomlu etsinlər.
Amma onların oğlu , sadəcə, hansısa bir ali məktəbi bitirməyəcəkdi. Onların oğlu həm də həmin dövr üçün həsəd aparılan şanlı-şöhrətli Azərbaycan Dövlət Tibb İnstitunun ən "prestij"li fakültəsində oxuyacaq, özü də elə-belə yox ha, respublika üzrə ali məktəblər tarixində Lenin təqaüdünə layiq görülən az sayda tələbələrdən biri olacaq, təhsilini başa vuranda isə institutda saxlanılacaq, adlı-sanlı həkim olacaq, alim, professor olacaq. Bütün respublikada onu tanıyacaq, hörmət bəsləyəcəklər.
Elm nurunun ilk cımırtqıları beyninə, təfəkkürünə dağ rayonlarının birinin kənd məktəb- məbədində düşən sadə, zəhmətkeş bir ailənin övladı üçün belə nailiyyət təkcə ailə üçün deyil, həm də təhsil aldığı məktəb üçün, kənd üçün, rayon üçün çox möhtəşəm və mükəmməl bir uğur kimi qəbul edilməlidir.

Həkimlik sənəti  qəhrəmanlıqdır

İlham həkimin Ana dili və ədəbiyyat müəllimi kimi bir balaca onun orta məktəbdə oxuduğu və mənim də müəllim kimi ilk fəaliyyətə başladığım 1980-ci ilə bir balaca ekskursiya etmək istəyirəm.
Mən ali məktəbi bitirib kənd məktəbinə təyinat alanda İlham orta məktəbin sonuncu sinfində oxuyurdu. Məktəbə dərs başlamağa 1 gün qalmış getdiyimdən dərs bölgüsü artıq bitmişdi. Mənə bir qədər "çətin siniflər” qalmışdı, İlham oxuyan X b sinfinin sinif rəhbərliyinə də sahib çıxan yox idi. Bu şərəfə mən layiq görüldüm.
Pis uşaqlar deyildi, sadəcə, dəliqanlı, odlu-alovly, romantik idilər. 16-17 yaş gənclik dövrüdür. Bu dövrdə uşaqların dünyаgörüşləri, idrak maraqları və hissi-emosional aləmləri zənginləşir. Uşaqlarda mənlik şüuru formalaşır, onlar özlərini dərk еtməyə başlayır, özləri üçün məxsusi аrzu və idеаllаr qurur, peşə və karyera haqqında düşünməyə başlayırlar. 16-17 yaşlı uşaqlarda özünütəsdiq meyilləri də çox güclü olur.
Belə vaxtlarında istər ailədə, istərsə də məktəbdə şəxsiyyətin inkişafı üçün xarakterik olan bu xüsusiyyətlərə doğru-düzgün yanaşılmayanda, münasibətlərdə soyuqluğa, öcəşmələrə yol açılmış olur: həm ailədə, həm də məktəbdə gənclərin müstəqilliyini məhdudlaşdırmaq hallarına cəhd edilir.
Pedaqoji fəaliyyətimin İlk günü və ilk dərsdə gəldiyim qənaət bu oldu ki, müəllim ixtisasını kamil bilməlidir, mütailəli olmalıdır. Tədris etdiyi fənni canlı həyatla əlaqələndirməyi bacarmalıdır. Təkcə dərsliklərdə verilən materiallarla kifayətlənməməli, mövzunun imkan verdiyi maraqlı fakt və məlumatlarla şagirdlərində maraq oyatmalı, sinfi ələ almalıdır.
Burası da var ki, sinifdə 2-3 nəfər hazırlıqlı şagird olanda müəllim özü də məsuliyyət hiss edir, o da daim yenilənməyə meyilli olur. İlhamgilin sinfində dediyim həmin uşaqlar var idi və İlham da onlardan biri idi. Qardaşı olmağıma baxmayaraq, ən ciddi münasibəti ona bəsləyirdim. Kommunist ideologiyasının sterotipi belə idi onda.
İlham savadlı idı, çalışqan idi, bütün fənlərə məsuliyyətlə yanaşırdı, futbola marağı vardı. Bütün bunlarla yanaşı, xəyal və romantikası güclü idi. Düşüncə və təfəkkür səviyyəsi yaşını şox qabaqlamışdı. Ədəbiyyat dərslərində xüsusi fəallıq göstərirdi. Bu həm də ailənin özündən gələn keyfiyyət idi: bacısı və qardaşı ədəbiyyat müəllimi idi. Proqram mövzularından xeyli dərinlərə baş vururdu. Mütailəsinə söz ola bilməzdi. Xarici ölkə ədəbiyyatına xüsusilə maraq göstərirdi.
İnsanların dünyagörüşünü və mənəviyyatını dəyişdirmək üçün əxlaqi təlimlərlə onların hissiyyatına təsir etməyi daha vacib sayan Jan Jak Russonun, Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoyanlardan biri olmuş Onore de Balzakın, Lev Tolstoyun V.Hüqonun "fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırdığı "Səfillər” romanını və s. əsərləri stolunun üstündə görmək olardı. Bunlar mənim gözümdən yayına bilməzdi. Hərdən alıb bu kitablara baxrdım: müəyyən yerləri işarələyərdi. Bu işarələnmiş yerlər ayrı-ayrı sentimental əhvali-ruhiyyə, mərhəmət, humanizm təlqin edən hisslər idi. Hərdən dərs söyləyəndə, inşa yazılarında işarələdiyi bu lirik ricətlərdən istifadə edirdi.
 
Həkimlik sənəti  qəhrəmanlıqdır
Çox ümidli idim ki, İlham 4-5 aydan sonra təhsilini başa vuracaq və humanitar yönümlü ixtisaslardan birini seçəcək. Amma o sənədlərini birbaşa Rusiyadakı texniki ali məktəblərdən birinə verdi və iki imtahandan 9 bal toplayaraq tələbə oldu.
Çox gözlənilməz və cəsarətli bir gediş etmişdi. Tələbəliyinin 1-ci ilinin sonunda kəndə gəlmişdi və 1-2 gün qaldıqdan sonra bildirmişdi ki, hərbi xidmətə gedir, özü də Əfqanıstana. Qayıdandan sonra da daha orada oxumayacaq.
Təhsil aldığı şəhərin hərbi qeydiyyatında olduğu üçün İlham əsgərliyə oradan getməli idi. Könüllü olaraq Əfqanıstanı seçməsi isə xarakterindəki cəngavərlik xəyalları ilə bağlıdır. Çünki orada əməlli-başlı müharibə gedirdi. Biz, xüsusən anam bu barədə bilib qorxuya düşmüşdü . Odur ki, biz onun çağırış məntəqəsində olma vaxtını rayondakı hərbi komissarlığın xətti ilə yubatdırdıq. Əfqanıstana getmək təhlükəsi sovuşsa da, yenə xidmətini Almaniya Demokratik Respublikasındakı sovet ordusu sıralarında keçirdi. Hərbi xidmətdən sonra Azərbaycana qayıtdı və rayonda yerli istehsal müəssisələrinin birində əmək fəaliyyətinə başladı. Hər gün işə görə rayona gedib-gəlsə də, təhsil almaq arzusunda israrlı olduğuna hamımızı əmin etmişdi.Əlindən kitab düşməzdi. Və nəhayət, çalışdığı müəssisənin zəmanəti ilə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun hazırlıq fakültəsinə göndərildi. Bu seçim də hamımız üçün maraqlı gəldi.
İlhamın tələbəlik illəri mənim gözlərim qarşısında keçib. Artıq mən kənddən Bakıya köçmüşdüm və demək olar ki, hər gün ondan xəbər tuturdum, bəzi maraqlarını nizamlayırdım. İkinci kursdan artıq M.N Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi xidmət şöbəsində, Sabunçu rayonunda 3 nömrəli Klinik xəstəxanasında cərrah köməkçisi kimi fəaliyyət göstərirdi, daim tibbə aid ədəbiyyatları oxuyur, dünya ölkələrində nəşr olunmuş tibb jurnal və qəzetlərini izləyirdi.
 

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır

Çalışqanlığı, qətiyyəti və məqsəd aydınlığı onun böyük hədəflərə can atdığından xəbər verirdi. Tələbə Elmi Cəmiyyətindəki məruzələri (bunlar özü ayrı-ayrılıqda mini dissertasiyalar idi), yay tətilində tələbə inşaat dəstələrində həkim kimi fəaliyyət göstərməsi onu institutun sevimlisi etmişdi. İlham ilk kursdan əla oxuyurdu və həmin dövrdə institut üzrə iki Lenin təqaüdçüsündən biri idi.
Onu tanıyanlar tam əmin idilər ki, İlham Əhmədov çox məşhur həkim, alim olacaq.
Bu cür həyat yolu çoxlarına adi gələ bilər. Amma belə deyil.
Test sistemi müəyyən üstünlüklərə malik olsa da, sovet dövrünün təhsil-imtahan sistemi daha yüksək idi. O vaxt Lenin təqaüdçüsü olmaq istər imtahan verib ali məktəbə qəbul olunmaq, istərsə də ali məktəblərə qəbul olunandan sonrakı tədris prosesi çox çətin idi, nəinki Lenin təqaüdçüsü olmaq. İndiki kimi test tapşırıqlarında doğru cavablar işarələnmirdi: bilik və bacarıqları müəllimlə üzbəüz əyləşib nümayiş etdirmək lazım gəlirdi, təsdiq etmək tələb olunurdu.Müəllim təkcə soruşulanı deyil, onunla əlaqəli məsələləri "dəyirman daşı kimi ” şagirdin, abituriyentin, tələbənin başında "fırladırdı”. İndi ən kasıb ailənin övladı belə test çalışmalarını həll etməklə müalicə-profilaktika fakültəsinə də, hüquq fakültəsinə də qəbul oluna bilir. Hələ üstəlik Prezident təqaüdünə də layiq görülür.
Amma İlham sovet təhsil sisteminin zirvəsini fəth etməyi bacarmış, Lenin təqaüdünə layiq görülmüşdü.
Professor və müəllim heyəti bunu diqqətdən qaçırmamış, o, Böyük Elmi Şuranın qərarı ilə Uralogiya kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşdu.
 

Həkimlik sənəti  qəhrəmanlıqdır  

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır 

1999-cu ildə kafedranın asistenti, 2013-cü ildə dosent seçilmişdir.
2000-ci ildə "Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası" mövzusunda namizədlik, 2010-cu ildə "Erektil disfunksiyanın diaqnostikası və müalicəsi" mözusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2017-ci ildən Uralogiya kafedrasının professorudur.
Həm namizədlik, həm də doktorluq dissertasiyasının elmi rəhbəri sevimli müəllimi, böyük səhiyyə təşkilatçısı və alimi, AMEA-nın muxbir üzvü S.B. imamverdiyev olmuşdur.
2004-cü ildə Türkiyənin Tibb Universitetinin Tibb fakültəsində (ÇAPA)androloji kurs keçərək androloq ixtisasına yiyələnmiş, daha sonra Avropanın müxtəlif şəhərlərində müasir andrologiyanın praktik həlli üzrə ən müasir metod və üsullar üzrə kurslarda ixtisaslaşma keçmişdir.
Türk Cəmiyyətləri Androloqları Cəmiyyətinin , Avrasiya Androloji Cəmiyyətlərinin İdarə Heyətlərinin, Avropa Seksual Tibb Cəmiyyətinin üzvüdür.
2008-ci ildə Türkiyə Androloji Akademiyasının fəxri üzvü seçilmişdir.
2007-ci ildən Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının təsisçisi və sədri "SKV" Azərbaycan Uroloqlar Assosiasiyasının elmi katibidir.
Tibb elmləri doktoru, professor İ.S.Əhmədov həm də "Urologiya və reproduktiv Təbabət" jurnalının elmi katibidir.
O, tez-tez xarici ölkələrdə, məsələn, Türkiyə, Avstriya, Belçika, Rusiya, Ukrayna, Qırğızıstan, Özbəkistan,İspaniya, ABŞ, İtaliya, Macarıstan, Rumuniya, Albaniya, Almaniya, Fransa və digər ölkələrdə maraqlı məruzələrlə çıxış etmiş, bu iclasların bir neçəsinə sədrlik etmiş, dünya andrologiyasının nəzəri və praktiki həlləri üçün Azərbaycan səhiyyəsinin, Azərbaycan elminin, Azərbaycan aliminin töhfələrini vermiş və verməkdədir.
Belə mötəbər tədbirlərin eyni zamanda bir neçə dəfə Azərbaycanda keçirilməsi isə Azərbaycanda andrologiyanın perspektivi üçün zəmin yaratmışdır.

 

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır


İlham həkim müəllimdir. 20 ildən artıqdır ki, ölkəmiz üçün yüksəkixtisaslı həkim kadrları hazırlamaq məsləkinə xidmət edir. İndi Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada professor İlham Əmədovun dərs dediyi, yetişdirdiyi, ixtisaslaşdırdığı həkim olmamış olsun.
Bir neçə kəlmə də professorun tədqiqat sahəsi haqqında fikir bildirmək istəyirəm.

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır

Əvvəldə qeyd etdiyim kimi, professor İlham Əhmədəovun namizədlik dissertasiyası urologiya, doktorluq dissertasiyası andrologiyadır (tibbin kişiləri, kişi anatomiyasını və fiziologiyasını, kişi cinsi xəstəliklərini və onların müalicəsi metodlarını öyrənən tibb sahəsi).
Müstəqil tibb sahəsi kimi, keçən əsrin 70-ci illərindən mövcuddur. Əvvəllər bu sahəyə aid xəstəliklərlə urologiya sahəsi məşğul olurdusa, indi andrologiya ayrıca müayinə və müalicə üsullarına malik müstəqil sahədir. Bir cəmiiyətin möcvudluğu, insan nəslinin davam etməsinə zəmanət ailələr, bu ailələrdə dünyaya göz açan körpələrdir.
Kişi anatomiyası və fiziologiyasında müşahidə edilən hər hansı patologiya, erektil disfunksiya, yəni iqtidarsızlıq və s. amillər bu zəmanəti ciddi təhlükəyə məruz qoya bilər. Andrologiya bununla insan sağlamlığı ilə yanaşı, cəmiyyətin dayanıqlılığına xidmət edən bir tibb sahəsi kimi də çıxış edir.
Androloji problemin vaxtında müəyyən edilib aradan qaldırılması, cinsi problem olan şəxslərin psixi sarslntılarını aradan qaldırır, onların cəmiyyətdən təcrid olunmalarının qarşısını alır, əməyini məhsuldar edir, həyati keyfiyyətlərini yaxşılaşdırır.
 

Həkimlik sənəti  qəhrəmanlıqdır

 

Həkimlik sənəti  qəhrəmanlıqdır

Etiraf etmliyik ki, istər dünya üçün, istərsə də ölkəmiz üçün ciddi sosial problemlərdən biri də sonsuzluq problemdir. Bu gün Azərbaycanda qurulmuş hər 60 ailədən 6-da sonsuzluq problemi var... Müalicə edilməyən sonsuzluq problem pozulan nikahlar, dağılan tifaqlar deməkdir. Deməli, andrologiya həm də ailələrin davamlılığına və keyfiyyətinə xidmət edən bir elm sahəsidir.
Professor İlham Əhmədovu Azərbaycan üçün çox yeni olan andrologiya sahəsinin ilk yaradıcılarından hesab etmək olar.
Azərbaycanda ilk peyronie düyününün rezeksiyası və gizli vena parçası ilə qreftləmə (2004), penil protez implantasiya əməliyyatı(2006), habelə penisin plastik və rekonstruktiv əməliyyatları(2007) və mikroskopik varikoselekomiya əməliiyyatlarının icrası professor İlham Əhmədovun adı ilə bağlıdır.
Azərbaycanda andrologiya üzrə ilk dərsliyin və 50-yə yaxın aktual elmi məqalənin müəllifidir.
Bu gün İlham həkimin 55 yaşı tamam olur. Bu ömrün uşaqlıq dövrünü və hərbi xidmət illərini çıxsaq, 46 ili elm naminə, insanlar üçün yaşamaq ideallarına hədəflənib. Şərəfli ömürdür, həm də evdən İlham Əhmədovun adını tutub addım atan xəstənin də, profilaktika məqsədi ilə müraciət edən sağlam insanların da, illərdir evində-ocağında körpə məsumluğu görmək, yaşamaq istəyən, amma övladı olmayan yeni ailə qurmuş cütlüklərin ümidlərinə zəmanətdir İlham həkimin 46 illik inkişaf yolu.

 Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır 

 Həkimlik sənəti  qəhrəmanlıqdır

Həkimlik sənəti  qəhrəmanlıqdır 

Professor İlham Əhmədovun iki övladı var: qızı Pınar IX sinif şagirdidir. Oğlu Cavid isə atasının yolunu seçmişdir.Hazırda Türkiyə universitetlərinin birində urologiya ixtisası üzrə sonuncu kurs tələbəsidir. Cavid də əla oxuyur. Sormasam da, kimi özünə ideal seçdiyini dilə gətirməsə də, atasının şöhrət yolunu davam etdirəcəyi şəksizdir. Və professor belə övladlarla da xalqına , elmə varislik vəsiləsi bəxş etmişdir.

Həkimlik sənəti  qəhrəmanlıqdır 

Həkimlik sənəti  qəhrəmanlıqdır

 

Həkimlik sənəti  qəhrəmanlıqdır

 Məşhur rus yazıçısı  , özü də ixtisasca həkim olan A.P.Çexov yazmışdır:

"Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir.Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”.

Professor İlham Əhmədov  istər  elmi karyerasında, istərsə də tibbin  praktik sahəsində belə hünər, fədakarlıq və niyyətlərini təsdiq etmiş və bu şəfqət missiyasını  indi də  davam etdirməkdədir.

 Professora  yazılan  minnətdarlıq  məktubları, edilən təşəkkürlər  bu missiyanın  qarşılığından xəbər  verir.

  Professor İlham Əhmədov bu gün  55 yaşını qeyd edir.   Əlbəttə, haqqında gördüklərimdən, eşidib bildiklərimdən  müəllimi kimi də, böyük qardaşı kimi də fərəh duyuram.

Məşhur  həkim,  cərrah-alim N.Piraqov  demişdir: "Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır”.  

 

  Bu mənada  İlham həkim  mükəmməl, etibarlı və ictimai  bir xoşbəxtlik qazanmışdır.


Həkimlik sənəti  qəhrəmanlıqdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz