» » Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (IX yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (IX yazı)



Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (IX yazı)

Çox təəssüf ki,  fəxri status,  fəxri ad   veriləndə, televiziya  proqramına dəvət ediləndə,  tarixi və təntənəli günlərə dəvət  ediləndə  sənət adamlarının, yazıçıların, idmançıların  həyatındakı bu  məqamlara  heç kim  məhəl qoymur. Sağdan-soldan üstümə düşməyin ki, bu, insan azadlıqlarına, nə bilim, demokratiyaya ziddir.    Fəqət,  belə deyil.

Kiminsə bu və ya digər yaradıcılıq sahəsində  xüsusi qabiliyyəti varsa,  qoy məşğul olsun. Ümumi əsaslarla  klublarda, konsert salonlarında  konsertlərini təşkil etsinlər.  Amma   heç bir üzürlü səbəb olmadan  ailəsini dağıdan, 2 -3 dəfə  evlənən, 2-3 dəfə ərə gedən,  açıq-aşkar televiziyada, mətbuatda sponsor axtaran, kiminsə onu saxladığını dilə gətirən  aktyorun, müğənninin, aparıcının, yazıçının  böyük  saraylarda  konsertləri, imza günləri   təşkil olunmasın, televiziyaya, fəxri görüşlərə dəvət edilməsin: bazarlıqlarına, bazarlarına rəvac verilməsin. 

Əgər sənətin, ədəbiyyatın vəzifəsi tərbiyə etməkdirsə, aktyor, yazıçı, müğənni əvvəl özünü bu missiyaya hazırlasın, sonra sevgi, qadın haqqında mahnı oxusun. Televiziyadan cəmiyyətə əxlaq aşılasın. 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (IX yazı)

Hesab edirəm ki, bu, həm də ailəsini dağıdanlara qarşı bir hüquqi, mənəvi təsir forması olardı.
Fikir verin, boşanan ailənin basçısı mətbuatda, televiziyada hələ açıqlama da verir ki, mən ayrılsam da, qızımı, oğlumu saxlayacağam, ehtiyaçlarını qarşılayacağam və s. Belə ata-anaların sənəti cəmiyyətə lazımdırmı?
Şou-biznes termini yeni anlayış olduğu kimi, fəaliyyət sahəsi olaraq da Azərbaycan üçün yenidir. Amma bu qısa müddətdə milli-mənəvi dəyərlərimizə çox eybəcər izlər buraxmış və buraxmaqdadır. İnternetdə bu barədə sorğu versəniz, bir xoş fikrə rast gəlməyəcəksiniz. Şou-biznes təfəkkürü, şou mədəniyyəti az qala cəmiyyətin yaratdığı yeni əxlaq normasıdır.
Elə bilk i, televiziya, mətbuat bu əxlaqı yaymaq üçündür. Manşetlərin 70-80 faizi sənətçilərin, toy müğənnilərinin, onların sponsarlarının, köməkçilərinin, mətbuat katiblərinin, cangüdənlərinin, qulluqçularının sərgüzəştlərinə həsr olunur. Elə bir şou verilişi, layihə, müzakirə olurmu ki, ora müğənni, aktrisa, rəqqasə, aparıcı dəvət edilməsin. Gənc nəsil ekranlarda, mətbuat səhifələrində onları Milli Qəhrəmanlardan dəfələrlə çox görür, barələrində lazımsız sərgüzəştlər oxuyur. Nə səhnədə, nə ekranda heç bir ədəb-ərkan gözləmirlər:
şit hərəkətlər edir, zarafatlaşır, kimi aparıcını qucağıana alır, kimi xanım aparıcını, müğənni və ya aktrisanı öpür. Geyimləri də səhnə hərəkətlərinə tam uyğun. Fərqi yoxdur ekranda bizim şou-biznes nümayəndəsidir, ya xarişi şou-biznes "ulduz”udur:
kimi səhnəyə mini geyinib çıxır, kimi sinəsiaçıq gəlir, kimi "dekoltəsi ilə gecənin ulduzu olur”, kimi "model geyimi ilə internet fenomeninə çevrilir”; açıq havadadırsa, "külək hansısa aktrisa və ya modeli pis vəziyyətdə qoyur” və s. Özlərini diqqət mərkəzindən, ictimai qınaqdan tamam uzada hiss edən aparıcılar, aktyorlar, müğənnilər belə nəzarətsizlikdə hədlərini aşırlar:
Belə sənət, sənətkar olurmu?

İnternetdə şou-biznes nümayəndələrindən birinin boşanması haqqında yazmışdılar. Maraq üçün Geogledə bu mövzuda məlumat aradım. Böyük bir siyahı alındı. Çox çətinliklə 5-10 aktrisa, müğənni tapmaq olar ki, ailəsi dağılmamış olsun.
Hansı anlamı yaradır bu: yuxarıda qeyd etdiyim kimi, sənət, ədəbiyyat insana həyatı, gözəl duyğuları, bəşəri hissləri öyrənməyə kömək etməlidir. Adicə şeirdən başlamış, mahnı nümunəsinə, natürmorta , kinoya, teatr tamaşasına kimi bütün ictimai-sosial məzmunlu sənət əsərləri insanın dünyagörüşünü zənginləşdirməli, onu saflaşdırmalı, insanlar və insanlıq üçün yaşamağa çağırmalıdır. Əgər ədəbiyyat, sənət bunu bacarmırsa, deməli, sadəcə, qazanc yolunu tutub, özlərinin dolanışığını təmin edən fəaliyyətlə məşğuldurlar ki, bunun da adı şou-biznesdir – sahibkarlıq fəaliyyətidir.
Şou nümayəndələri televiziyada, mətbuatda fəxarətlə qapılarında qulluqçu, bağban, sürücü, prodüsser, köməkçi, mühafizəçi , dayə, həkim saxladıqlarını ifadə edirlər.
Kimsənin heç bir sənət adamının, sahibkarın qazancında gözü yox. Hər kəsin qazancı xeyirli özünə qismət olsun.
Amma özlərini gözə soxmasınlar, mətbuatda,televiziyada özlərini bu qədər reklam etməsinlər. Pişik almalarından, it saxlamalarından tutmuş, geyimlərinə, evlərinə, bağlarına, səyahətlərinə qədər nə ediblər 2-3 gündən bir , həm də növbə ilə gah bu telekanalda, gah bu saytda, gah digərində insanları təngə gətirməsinlər.
Saytlarda müğənnilərin toylara neçəyə getdikləri haqqında çoxlu məlumatlar var. Bütöv toyu demirəm, yarım saat üçün 1,5 min manatdan 8 min manatadək haqq alırlar (Bax: https://azvision.az/news/69395/mugennilerin-toy-qiymeti-kim-neceye-gedir-.html).
Kimlərdir bunlara "toylar kralı”, "ulduz”, digər adlar verənlər. Bizə "toylar kralı” lazımdırmı? Ulduz göydə olur, özü də ancaq gecələr seçilirlər. Yerdə kimlər onlara belə adlar verib qiymətlərini yarım saata 8 min manata qaldırmağa dəstək olurlar?
" Publika " ciddi saytlarımızdan biridir.
Sayt Fərda Xudaverdiyev haqqlnda yazır və orada belə cümlə var: "…Kino ulduzu instaqramda gülməli video paylaşaraq onun üzərindən xanımına mesaj ötürüb.” Publika.az, Fərdaya ulduz adını siz vermisiniz? Ulduz Lütfəli Abdullayevdir, Adil İsgəndərovdur, Ələsgər Ələkbərovdur, Rəşid Behbudovdur, Gülağa Məmmədovdur, Şövkət Məmmədovadır.
Fərda və şou məkanında olan əksəriyyət ən yaxşı halda özfəaliyyət kollektivlərinin üzvləridir. Onların arasından sənət təşnəsi çıxa biləcək, ya çıxmayacaq, bunu zaman göstərərər.
İkinci iradım. Əvvəlcə, məqaləni oxuyaq:
"Fərda haqqında biabırçı sözlər yazan boşandığı arvadına görün NƏLƏR DEDi” sərlövhəli yazı dərc edib.
 
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (IX yazı)
"Boşanma və ikinci dəfə ailə qurma xəbərləri ilə gündəmdən düşməyən aktyor Fərda Xudaverdiyev ayrıldığı həyat yoldaşına sosial şəbəkə üzərindən söz atıb.
Publika.az xəbər verir ki, şəxsi həyatında baş verənlərə səssiz qalmağa üstünlük verən aktyor ənənəsini pozub. Kino ulduzu instaqramda gülməli video paylaşaraq onun üzərindən xanımına mesaj ötürüb:
"İtlər necə hürürdü, brat? Mırrrr, hav-hav…. Karvan çox bərk keçdi, görmədiniz?”
Diqqət yetirdinizmi, bizim mətbuatın "ulduz”nun leksikonuna.
Ailə şəxsin özəl həyatıdır, ona müdaxilə etmək, yaxud da heç nədən məlumatlı olmadan hər hansı fikir söyləmək doğru olmazdı. Əgər bu məlumat sosial şəbəkələrdə bu qədər məşhurlaşıbsa və Fərdanın hər üç övladının şəkilləri müxtəlif saytlarda paylaşılıbsa, demək, mətbuat üçün açıq məlumatlardır. Və biz də müəyyən narahatçılığımızı ifadə edə bilərik.
Bizim sayta övlad həsrətində olan nə qədər qadınlar müraciət edib.Əlləri, ürəkləri göylərə təslim edilmiş nə qədər övlad həsrətlisi var bilirsinizmi? Adamlar var yalvarır ki, bir gözü zəif görsün, bir az axsasın da, təki övladım olsun, mənə "ana” desin, "ata” desin. İki şirin-şəkər oğlan uşağını necə atmaq olar? Demisiniz ki, uşaqlarıma baxacağam. Bəs qarşıda ömrünün sonuna kimi sizin 2 oğul balalarınıza baxacaq ürəyinə dağ çəkilmiş qadına bu, nə mesajdır ötürürsünüz: "İtlər necə hürürdü, brat? Mırrrr, hav-hav…. Karvan çox bərk keçdi, görmədiniz?”
Məni qınasanız da, qınamasanız da, lap söysəniz də, mən tək sizin yox, bütün bu vəziyyətdə olan insanların öz talelərinə belə yanaşmasında müqəssir televiziya kanallarını, mətbuatı, interneti görürəm. Yeniyetmə və gənclərimizə böyük sevgi üçün ünsiyyət mədəniyyətini bu cür aşılamaq olmaz. Yeniyetmə və gənclərimizin qarşısında hələ böyük borc və vəzifələr durur. Bu cür əyləncə verilişlərində, kütləvi informasiya vasitələrində şou-biznes həyatının, şou-biznesdə qazanılmış sərvətin bu cür formada təbliğ edilməsi yolverilməzdir. Bu gənclər üçün pis nümunədir. Çünki gənclər də bu zaman asan yolla pul qazanmaq həvəsinə düşəcək və şou-biznesi və macəralı yaşamaq vasitəsi kimi seçəcəklər. Sonra onlar da 2-3 ildən bir boşayacaq, 2-3 ildən bir digər sevgili seçəcək.

 Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (IX yazı)
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cialis cost http://cialsonlinebei.com cialis cost
  • Нравится
  • 0