» » Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VIII yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VIII yazı)

 

Necə yəni, heç kimin pulu ilə narkotik almayıb. Kimdir öz puluna spirtli içki, narkotik alıb başqasına verən? Məgər narkotiki təkcə cinayət yolu ilə əldə edilən pulla alanda məsuliyyət yaradır?
Şou adamları cəmiyyətə pis nümunələr miras qoyurlar, həm də "göylə” gedirlər.
Müəllim 5 il təhsil alır, sonra da ömrünün 30-40 ilini bu xalqın balalarına elm-ədəb öyrədir, ildə bir dəst kostyum ala bilmir. Amma şou müğənniləri toyların yarım saatı üçün 2 mindən 8 minə qədər haqq alırlar. Bu pulu müəllim iki ilə qazana bilmir.
Bütün bu qeyri-sağlam dəyərləndirilmələrə görə, şou-biznes adamlarının hamısı müəllimlərdən çox rahat və firavan yaşayırlar. Onların geyim aksessuarlarından birinin qiyməti ilə Bakının mərkəzində ev almaq olar.
Aftandil müəllim hörmətli sənətkarımızdır, fikirlərində haqlı irad var, lap dediyi səbəbə görə getməyə də bilərdi, amma istimaiyyət üçün gərək belə deməyəydi.
Cavanşir Məmmədovun isə fikirləri doğru deyil, ikinci bir doğru olmayanı da dediyi doğru olmayana haqq qazandırmasıdır.
 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VIII yazı) 

Rəsul Abbasovun "ft. Xanim - Etiraf (Rap)” videosuna 4 gün ərzində izləyici sayı bir milyonu keçib.
Gənc analar və ana olmağa hazırlaşan xanımlar üçün daha əhəmiyyətli və vacib olan "Uşaq bezini necə dəyişdirmək lazımdır?” videosuna
(https://www.youtube.com/watch?v=YIG3AYaNy80) isə 2 ildən artıq bir müddətdə cəmi 7 minə yaxın izləyici baxmışdır.
4 günə 1 milyon izləyici hara, 2 ilə 7 min izləyici hara?
Və yaxud:
Sabir Samiroğlu və Aysun İsmayılovanın birgə diringilədikləri mahnıya baxış sayı 5 milyonu, bəyənənlərin sayı isə 80 mini keçib.
Mövzuların aktuallığı baxımından misal göstərdiyim nümunələrdə izləyicilərin kəmiyyəti və keyfiyyət tərkibindəki fərqlər kifayət qədər narahatedicidir. Bu narahatçılığın proqnozu sosioloqları, psixoloqları, kulturoloqları bir araya gətirməlidir. Belə auditoriya formalaşdırmaq mənəvi aşınma deyil, bəs nədir?
"Mahnı”nın mətninə diqqət edin:

Səni sevirəm, divanəyəm,
Sənsiz həyatı viranəyəm.
Gəl, artıq ölümə bəhanəyəm.
Gəl,mənə tez gəl, ay ömrüm,
Darıxmışam, ay ömrüm,
Əllərinçün, gözl ərinçün.
Darıxmışam, ay ömrüm,
Ətrinçün, tellərinçün ..
Səni sevirəm, divanəyəm,
Sənsiz həyatı viranəyəm.
Gəl, artıq ölümə bəhanəyəm
Gə,l mənə tez gəl, ay ömrüm,
Darıxmışam, ay ömrüm,
Əllərinçün, gözl ərinçün.
Darıxmışam, ay ömrüm,
Ətrinçün, tellərinçün ….
 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VIII yazı)

Sevgidirmi bu? Elə bilirlər ki, bir oğlanın yanında bir qız varsa və ya bir qız bir oğlanla deyib-gülürsə, klip çəkdirirsə, artıq onlar sevgilidir, bəlkə özləri də belə düşünürlər. Yox! Məşhur rus tənqidçisi Belinski demişdir: "Həqiqi insani məhəbbət heç də hissiyatın hər hansı şıltaqlığı və ya ürəyin kefi üzərində deyil, insani ləyaqətlərə qarşılıqlı hörmət üzərində qərar tuta bilər”. Yuxarıdakı mahnıları izləyən milyonlar, təbii ki, bu kəlamı qəbul etməyəcək. O kəslər qəbul edəcək ki, onlar sevgiyə əllərin, gözlərin, tellərin həsrətinə son qoymaq üçün deyil, birlikdə daha mükəmməl arzu və niyyətlərini gerçəkləşdirmək üçün can atırlar.
Böyük şairimiz Səməd Vurğunun "Oxu, gözəl” şeirinə unudulmaz bəstəkarımız Səid Rüstəmov musiqi bəstələyib və bu mahnını Şövkət xanım Ələkbərova kimi məşhur müğənni ifa edib:

Ay işığı, bulaq başı, göy çəmən,
Bir dünyamız, bir sən özün, bir də mən.
Pərdə-pərdə gah ağlayan, gah gülən
Nəfəsinlə oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin…

Karvan-karvan göydən ulduzlar köçür,
Hər kəs öz bəxtinə bir ülkər seçir.
Qocalırıq,…ömür keçir, gün keçir,
Oxu, gözəl! Oxu gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin...

Can evimə sığışmayan arzular.
Bir dünyada neçə dünya arzular.
Məhəbbətin nə ilki, nə sonu var,
Oxu, gözəl! Oxu gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin...

Sevgi saf, sevənlər ağayana, can evinə sığışmayan da arzular.
 
Digər bir nümunə:

Uşaqkən oynardıq, biz bir bağçada,
Əsla, yorğunluğu salmazdıq yada.
Dolaşıb yanaşı çəmənlikləri,
Həvəslə toplardıq tər çiçəkləri,
Doğanda səhər, çıxardıq evdən,
Həm sən, həm də mən, qonşu qız.

Açanda güllər, qaçardıq çölə
Verib əl-ələ, qonşu qız…
Qəlbimin həmdəmi sən idin,
Niyə məndən küsüb incidin?
Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.

Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız...
Biz də yaşa dolduq, keçdikcə illər,
Nə tez varaqlanıb ötdü fəsillər,
Uşaqlıq anları qaldı arxada,
Arabir düşünüb salıram yada.
Gəl əvvəlki tək biz gülə-gülə,
Verək əl-ələ, qonşu qız…

Atmaq istərəm bugün qəlbimdən,
Keçən sözümə qonşu qız…

Asudə idin düşdün əcəb zəhmətə, könlüm, (x2)
Pozdu səni sevda bu qədər möhnətə, könlüm,
Yar ilə deyib-güldüyün anlar necə oldu?
Həsrət qoyub hicran səni bir söhbətə, könlüm.
Nadanlara baş əymə, əgər getsə həyatın,(x2)
Dəyməz bu cahanın varı bir minnətə, könlüm.

Qəlbimin həmdəmi sən idin
Niyə məndən küsüb,incidin?
Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.
Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız...

Xalq şairi Hüseyn Arifin sözlərinə Ələkbər Tağıyevin bəstələdiyi bu mahnını isə SSRİ və Azərbaycanın Xalq aristi Zeynəb Xanlarova ifa edib. İndi də bu mahnını dinləyəndə, istər-istəməz insanı xatirələrin qanadında həmin illərə qaytarır. O illərdə istər uşaqların, istərsə də yeniyetmə və gənclərin qəlbi dağ çaylarıtək pak və təmiz idi. Sevmək üçün tələsmirdi heç kim...
 
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VIII yazı)

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VIII yazı)

Yaşı 60-ı keçmiş insanların o zaman odlu-alovlu, amma ağayana gəncliyi, tələbəlik illəri, sevgisi indikindən on dəfələrlə məzmunlu ədəbiyyatın, musiqinin sığalı, abır-həya ölçülərinin təsiri ilə formalaşırdı. Çoxlarının bəyənmədiyi sovet dövründə bu gün televiziya və radio kanallarını yağmalayan musiqiləri kim idi efirə buraxan? Özü də o vaxt texniki imkanlar indiki kimi deyildi. Bir şeir çap etdirmək, bir mahnı bəstələmək necə çətin, böyük əmək və vəsait tələb edən iş idi. Bu gün tərcümeyi-halını yazarsa, 10-15 səhv buraxan birisi özü şeir yazır, musiqi bəstələyir, özü də oxuyur. Efirə buraxmasalar, buraxmasınlar: acığa "bomba” bir klip çəkdirib yotube kanalı ilə yayımlayar.
Məhəllələrdə, küçələrdə, metrolarda, park və bağlarda insanları narahat edən hərəkətləri törədənlər, başqa ölkələrdən deportasiya edilənlər, xəyanət edənlər, başqasına qoşulub qaçanlar da onları like edib, klipi də, ifaçıları da məzmunlu və ideyalı əsərlərin fövqünə qaldıracaqlar. Halbuki, onların oxuduğu mahnılardan əxz ediləsi heç nə yoxdur.
30-40 il bundan əvvəl kəndlərimizdə, qəsəbələrimizdə oğlanlı-qızlı ötüşən uşaqlıq illərimiz o qədər saf niyyətli, abırlı-həyalı olurdu ki, sanki bütün uşaqlar elə bil bir ailənin uşaqları imiş. Amma şou məclislərindəki gənclərin geyiminə, davranış tərzlərinə, münasibətlərinə baxanda, az qalır adamın ayaqlarının altından yer qaçsın.
Şou mahnılarında, onların səhnələşdirilmiş variantlarında sevənlər bir-birinin əlindən tutmaq üçün sinov gedirlər, bir-birlərinin ətirləri, telləri üçün haray çəkirlər.
Mətbuatda tez-tez illər üzrə yeni nikaha daxil olanların və nikahı pozulanların statistikasını verirlər. Boşanma halları ildən-ilə artmaqdadır. Mənim fikrimcə, bu boşananların əksəriyyəti şou-biznesin təsiri ilə bir-birlərinə bağlanan gənclər olub. Kim kimin saqqızını oğurlaya bilirsə, kim kiminlə bir duet oxuya bilirsə, guya kinoda, bax ha, kinoda, tərəf müqabili olursa, oyunlardan çıxırlar, aralarında bəlkə evlənənlər də olur. 2-3 il sonra isə ayrılırlar. Əgər uşaq varsa, adətən, uşaq anada qalır və ana da uşağı ya öz anasına(nənəsinə) verir, ya da dayə tutur. Uşaqlar ailə, ata-ana nəvazişindən məhrum olur, valideynlər isə başlayırlar hərə öz macəralı həyatını davam etdirməyə.
 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VIII yazı)

 

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz