» » Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VII yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VII yazı)

 
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VII yazı) 
Necə yəni, heç kimin pulu ilə narkotik almayıb. Kimdir öz puluna spirtli içki, narkotik alıb başqasına verən? Məgər narkotiki təkcə cinayət yolu ilə əldə edilən pulla alanda məsuliyyət yaradır?
Şou adamları cəmiyyətə pis nümunələr miras qoyurlar, həm də "göylə” gedirlər.
Müəllim 5 il təhsil alır, sonra da ömrünün 30-40 ilini bu xalqın balalarına elm-ədəb öyrədir, ildə bir dəst kostyum ala bilmir. Amma şou müğənniləri toyların yarım saatı üçün 2 mindən 8 minə qədər haqq alırlar. Bu pulu müəllim iki ilə qazana bilmir.
Bütün bu qeyri-sağlam dəyərləndirilmələrə görə, şou-biznes adamlarının hamısı müəllimlərdən çox rahat və firavan yaşayırlar. Onların geyim aksessuarlarından birinin qiyməti ilə Bakının mərkəzində ev almaq olar.
Alsınlar, geyinsinlər, taxsınlar ( sırğa, bilərzik, medalyon), amma özlərini ağayana aparsınlar: hərləyib-fırlayıb söhbəti özlərinin avtomobilinə, xaricdəki evlərinə gətirməsinlər, hədiyyə (guya) veriblərsə, onu mətbuatda, televiziyada hallandırtmasınlar… Könül Xasıyeva sənətçilərin birinin toyunda ifa edərkən fikir verdinizmi, həmkarları "humanist niyyət”lərini nümayişkaranə şəkildə təqdim edirdilər. 5-6 sənət dostu cəm olub verdikləri məbləği bir məktubda yerləşdirib ictimaiyyətin, hətta kimsənin bilməyəcəyi şəkildə təqdim edərdilər və Könülü də sıxıntı çəkməyə qoymazdılar.. Ən yaxşı maaş alanlar , fikrimcə, neft sənayesidir. Oraya çalışan belə, çox zəhmətlə qazandığı pulu bu şəkildə səpələməz, səpələmək istəməz. Olar 1 dəfə, 2 dəfə qənaət edərək mərhəmətini də ifadə edər. Amma tər töküb qazandığı 500-800 manatın 100 manatını belə xeyriyyəçiliyə yönlədə bilməz. Amma yarım saaatı 5-6 minə oxuyan müğənni, rəqqas bunu edir. Bir az fərqlilik yaranır. Guya, belə səxavətlilər müəllimlərdən, kitabxana, muzey, arxiv sahəsində çalışanlardan daha mərhəmətli imiş, humanistlik onların qanında, ruhundadır. Müəllim, kitabxana, muzey, arxiv əməkdaşları isə fağır. Cəmiyyəti artıq belə ədalətsiz baxışa uyğunlaqşdırıblar.
Zahir Sabirabadlının ailəsinə kömək üçün müraciət ediləndən sonra müğənnilərdən biri etiraz etdi ki, başqalarına niyə ağız açılmalı idi ki, sənət adamları cəm olub kömək edə bilməzlərmi? Bilərdilər, əlbəttə. Amma bunu dilə gətirməklə əvvəldə dediyim eqoizmin daha bir çalarıdır. O qədər bir yerdə olursunuz.Yaradın bir Qarşılıqlı Yardım Kassası, belə məqəamlarda istifadə edin də. Gərək hər addımınızı cəmiyyət bilsin?
Aftandil müəllim hörmətli sənətkarımızdır, fikirlərində, təbii ki, haqlı irad var, lap dediyi səbəbə görə getməyə də bilərdi, amma istimaiyyət üçün gərək belə deməyəydi.
Cavanşir Məmmədovun isə fikirləri doğru deyil, ikinci bir doğru olmayanı da dediyi doğru olmayana haqq qazandırmasıdır.
Nəinki sənətkar üçün, elə sənətin özü üçün də yad olan belə meyillər televiziyanın, mətbuatın özü ilə də bağlıdır.
Bu gün gənclər, xüsusən, qızlar səhnəyə, efirə çox rahat çıxırlar: istedad, qabiliyyət oldu-olmadı fərq etməz.
Bu da azmış kimi, hələ onları verilişlərə və müzakirələrə də cəlb edirlər və s. Qəribədir ki, belə zərərli nümunələri maliyyələşdirənlər də tapılır: Youtubenin də milyonluq, hətta bir neçə milyonluq izləyici auditoriyası da öz yerində.
Bax: https://www.youtube.com/watch?time_continue=212&v=wD1zSzlTwn8
Bax, faciə budur, həm də təkcə dinləyənlərin yox, cəmiyyətin faciəsi.
Filosoflar bu qənaətdədirlər ki:
1.Bir milləti əsir etmək istəsəniz, onun musiqisini məhv edin.
2. Bir məmləkətin əxlaq baxımından necə tərbiyə edildiyini bilmək istəsəniz, həmin ölkənin musiqisini dinləyin.
Konfutsi

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VII yazı)

Düz əməlli-başlı məktəbə getməyən, tapşırığı yazmamış, şeiri əzbərləməmiş özünü yatmamağa məcbur etməyi bacarmayan bir qız görür ki, filənkəsin qızı ekranda təqdimat keçirir, Türkiyədən belə məşhurdur. Belinin tən yarısı, ayaqlarının 3-də ikisi çöldə-bayırda, amma hamı da təzim göstərir, başına fırlanılır. Onda bu qız özünü zəhmətə salıb gecə-gündüz imtahana hazırlaşarmı?
Şou libasını geyinib, əlinə mikrafon alıb toylarda, özəl telekanallarda oxumağa nə var ki, podiuma çıxmağa nə var ki. Şit, bayağı musiqi kliplərinin təqdimatında əndirabani geyinib izləyyənlərin rhuhlarını səyyarələrə qaldırmağa nə var ki . Bu da olmazsa, onsuz da bütün qızların rəqsi rəğbətlə qarşılanır, rəqs edərlər. Bir toyda 2 mahnıya rəqs etsələr, yarımca saata tanınmış rəqqasələr qədər ala bilməsələr də, onların yarısı qədər alarlar.Yavaş-yavaş onlara çatarlar da…
Televiziya , mətbuat fərdi maraqlara, cılız hisslərə deyil, dövlətin, xalqın mənafelərinə xidmət etməlidir. Televiziya, mətbuat ortaya təqdir olunmağa layiq məsələləri, adamları çıxarmalıdır. Xalqın tarixini, mənəvi dəyərlərini qorumağa xidmət etməlidir.
Təəssüf ki , belə deyil. Hər bölgədə az qala telekanal var, olsun, amma mikrafonu təsadüfi adamlara vermək olmaz. Bu gün telekanallarda sovet dövründən ekranlardan tanıdığımız-bildiyimiz diktorların, jurnalistlərin biri də yoxdur. Təsəadüfi adamlar, səriştəsiz, ədəbiyyatımızdan, tariximizdən naşı adamlardır əksəriyyəti. Kanallar sabit komanda formalaşdıra bilmirlər ki, uzun müddət bir yerdə fəaliyyət göstərsinlər. Başqa sözlə, məktəb yarada bilmirlər.
Dünya getdikcə qloballaşır, həyat səviyyəsi və buna uyğun da insanların dünyagörüşü dəyişir. Belə şəraitdə televiziya və mətbuatın üzərinə daha məsuliyyətli vəzifələr düşür Onlar tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə pasiban olmalı, bunları yaşatmalı , bu irsi gələcək nəsillər və əsrlər üçün hifz etməlidir.
Fevralın 1-də xidmət müəssisələrinin birində müşahidə etdim bunu.Gözləmə otağında xeyli insan var və divardan asılmış televiziyada Tolikin "Hər şey daxil” verilişi gedir.

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VII yazı)

Ekrana nəzər salıram, elə mətbuatdan tanıdığım Tolikdən və aparıcı Sərxandan başqa kimsəni tanımırdım.
Sərxan , səhv etmirəmsə,işlədiyi televiziya kanalından uzaqlaşdırılıb, adı da şou qalmaqallarında çox hallanır. Vacibdirmi (deyəsən, şou üçün "hə”) onsuz da əsəbilik yaradan şou verilişlərinə cəmiyyət qarşısında müsbət imici olmayan kimlərisə dəvət edirlər?
Otaqda əyləşənlər bu küləkli havada çölə çıxmayacaqdılar ki, rəis məmur gəlincəyə qədər dözməlidirlər. Dözə-dözə könülsüz də olsa, Toliki, Sərxanı süzməlidirlər. Budur, ekranda Tolikin tapıb gətirdiyi: nə səsi, nə də cəmiyyət qarşısına çıxmağa abırlı sayıla biləcək geyimi olmayan qadın oxuyan… Bu "müğənni” hələ ağzını açmamış göndərdiyi impulslarla, yaratdığı mənfi ovqatla dinləyicisini normal bir musiqi eşitməkdən məhrum edirdi…
Adam öz-özünü nə qədər biabır edərmiş. Bu təqdim edilən "müğənni” istedaddırmı, ifası gələcəyə azacıq da olsa, ümid verirmi? Niyə cəmiyyəti bu qədər aşağılayırsınız, insanların musiqi zövqünü korlayırsnız?
Bu Tolik "Həsənağanın qohumudur?”, "Xəzər” TV-nin bir hədəfi, ölçüləri yoxdurmu, eləcə də digər özəl telekanalların?!
Müğənni Əli Mirəliyevin də əməkdaşlıq etdiyi "Səhər-Səhər” proqramında pişiyi 9-cu mərtəbədən yerə atdığını qeyd etmişdi. Mirəliyevin qalmaqallı açıqlamasına digər aparıcı Elgiz Əkbər də "Bu kişi manyak imiş", - deyərək etirazını bildirmişdi.
Elgiz Əkbər sonra, guya təəssüf edibmiş ki, neçə müddət bir yerdə əməkdaşlıq etsələr də, Əlini niyə yaxşı tanımayıb.
Sonra Elgizin verilişində Elgiz də, Əli Mirəliyev özləri bu haqda danışıb. Bunlar orada auditoriyalarına dəvər etdikləri izləyicilərə necə hörmət edirlər, öz aralarında necə anlaşılıblar, özləri bilər, cəmiyyət belə verilişləri və belə izləyiciləri ikrahla qarşılayır.
Fikir verin, bunların hamısı efirdə baş verir, sonra onlayn mətbuat səhifələrində də tirajlanır.
Əli Mirəliyevin efirdə səsləndirmədiyi daha hansı mövzu qalmayıb.
Mən bunların heç birini izləməmişəm, internetdə rast gəldiyim yazılardan bu qənaətə gəlirəm. Bu cür özəl telekanallar elə bilir ki, insanlar bunların Daun sindromlu izləyiciləridir.
  

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VII yazı) 

İndi haqqında bəhs edəcəyim klarnet ifaçısı Z.Sabirabadlını bu vaxta qədər tanımamışam və barəsində də heç nə eşitməmişəm.
İki aya yaxındır ki, rəhmətə gedib və saytların birində Avtandil İsrafilovun Z.Sabirabadlının mərasimində iştirak etmədiyinə verdiyi açıqlamadan bilmişəm ki, belə ifaçı olub, həm də mahir klarnet ifaçısı imiş.
Allah rəhmət etsin.
Guya məşhur qarmon ustası Aftandil İsrafilov həmin musiqiçinin dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:
"Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm. İstər atam olsun, istər qardaşım. Sənət aləmində bu səbəbdən beş nəfər rəhmətə gedib, heç birinin yasına getmirəm. Bilirsiniz niyə? Belə şeylərin tərbiyəvi əhəmiyyəti var. Yəni, qələt eləyin, siqaret də çəkməyin. Beş dəfə Amerikada olmuşam, bir dəfə siqaret çəkməmişəm. Sağlamlığa gərək baxasan. İnsanlar sağlamlıqlarının qayğısına qalmırlar. Amma mənim azca canım ağrıyanda gərək özümə baxım”.
Kiminsə doğru və səhv olduğu bizim yazının mövusu deyil. Amma Xalq artistinin fikrinə Əməkdar artist Cavanşir Məmmədovun cavabı yazımın mövzusu ilə əlaqəli olduğundan onun söylədiklərindən yan keçə bilmədim. C.Məmmədov deyib: "…heç kimin pulu ilə narkoman olumayıb. Heç kimin pulu ilə narkotik almayıb….
(http://axsam.az/?name=xeber&news_id=98549)”
 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (VII yazı) 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz