» » Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (VI yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (VI yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (VI yazı)

Ailə-məişət ixtilaflarından kənar mövzulara keçid edə bilməyən belə şou proqramlarında verilişlərin əksəriyyəti dedi-qodulara, özəl telekanalların ərkəsöyün böyütdüyü "məşhur ulduz”ların özləri kimi "ulduzlar”la öcəşmələrinə, intim duyğuları körükləyən görüntülərə, vulqar söhbətlərə həsr edilir, dolayısı ilə gənclik zəhmət çəkmədən asan yaşamağa, macəralı həyata meyilləndirilir.
Onsuz da bu cür verilişlər haqqında cəmiyyət arasında fikir birmənalı deyil. İstər müəlliflərlə, istərsə də proqramların ideya-məzmun xüsusiyyətləri ilə bağlı mətbuatda, sosial şəbəkələrdə saysız-hesabsız iradlar mövcuddur. Di gəl ki, məhəl qoyan yoxdur, heç nə dəyişmir, əksinə, müəlliflər irad bildirənlərin, tənqid edənlərin acığına daha da gen-bol qol-qanad açırlar.Hətta, hədələməkdən də çəkinmirlər. Elə bil ki, dövlətin çalışıb-vuruşub yaratdığı bu texniki imkanlar şou adamları üçün imiş ki televiziyada, internetdə, müxtəlif saytlarda pulsuz-parasız olaraq özlərini reklam etdirsinlər. Sənətlə bağlı heç bir bacarıqları onsuz da yoxdur. İndi gündəmdə olmaq üçün hədyanlar söyləməklə aranı qatmaq kara gələ bilər. Mətbuat, maqazin verilişləri belə şit, utanc söhbətləri tirajlamaqla az bir zamanda onları "məşhurlaşdırır”. Məhz belə məkanlarda şou müğənnisi, modelyer, nə bilim rəqqasə olan neçə-neçə kimlərə indi onları bəyənməyənlərə acıq vermək imkanı düşür. Onlar da başlayırlar "meysiz-məzəsiz bitməyən şamü-naharlarını” , puluna kənddə rahat bir toy etmək olan ayaqqabılarını, 2-3-cü dəfə yaraşıqlı bir oğlana, iş adamına ərə getməklə, hələ də dəbdə olduqlarına görə bağışlanan avtomobillərini, evlərini; xarici səfərlərdə çəkdirdikləri şəkilləri paylaşıb və sair belə cılız xislətlərini paylaşmağa.
Bir çox saytlarda məlumat verildi ki, Tolikin canlı yayımında bir xanım müğənniyə "Gelandewagen" hədiyyə edilib. Qiymətini də elan ediblər: 240 min dollar. Populyar mahnısını soruşdum ki, internetdə arayıb sənətçini tanıyam. Xanımın Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı "Pəncü- şeş" adlı mahnısını izlə dedilər.
İzləməmişdən əvvəl necə zənn edirdim, elə də oldu.  Şou-biznes  sənətçiləri  özəl televiziyalarda,  mətbuatda  bizim musiqi gülüstanımızı şumlayıb, yerini də bayağı, şit diringilərlə tumlamaqdadırlar.   Şəninə mahnılar qoşulmuş  Quba almasının 2-4 kq-nı  qapılarda yalvarıb satırlar. Şou diringi mətahları isə  od qiymətinə... Əkən-becərən zillətdə,  diringi   istehsal edənlər isə 200 minlik maşınlarda, evlərdə...

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (VI yazı)

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (VI yazı)

Hardan çıxırlar, hansı yolu keçiblər, bu sənətə necə xidmət ediblər, yaxın ətraflarından başqa kimsə də bilmir. Bir də görürsən, saytlar, maqazin xəbərlərə haray-həşir salıblar ki, ulduz filənkəs, məşhur behmənkəs yeni klipinin təqdimatını keçirir, "Qala gücəsi” keçirir.
Amma onların heç birinin təqdimatını yaradıcılıq təşkilatları keçirmir, belə yaradıcılığa heç bir sosial sifariş, müraciət-filan yoxdur. Sadəcə, özləri-özlərini reklam edirlər.
Kamal Xudaverdiyev kimi sənət adamı – Xalq artisti 25 ildən artıq mənzil növbəsində dayanıb, yalnız yorğan-döşəyə düşəndən sonra ona ev vermişdilər.
Xalq artisti Fuad Poladov hələ gənc idi, teatrsevərlər tərəfindən böyük sevgi vardı ona. Bəlkə onu xaricdə müalicə etdirib ömrünü daha uzatmaq olardı. Amma belə təşəbbüs olmadı.
Xalq artisti Səfurə İbrahimovanın 80 yaşı var.Guşənişin yaşayır.Elə bil bu adda bir sənət adamımız olmayıb.
Əməkdar artist Xanım Qafarova ölüm yatağında imdad diləyirdi ki, ölmək istəmirəm, məni xilas edin.
Məşhur qarmon ifaçısı Aslan İlyasov amansız xəstəlikdən əziyyət çəkirdi. Televiziyada şəxsən eşitmişəm ki, rəhmətlik cəmiyyətə üz tutdu ki, məni ölməyə qoymayın və sair, və ilaxır.
Bu xalqın 240 min dolları olan çox oğlu var, olsun da.
Bəs niyə onlardan bir nəfəri irəli çıxmadı? Amma indi pullu oğullarımız sıradan bir aparıcıya, müğənniyə, rəqqasəyə maşın, ev alır. 240 min dollar yarım milyon manata yaxın pul deməkdir. Bir insan doğulduğu günün səhərindən işləməyə başlayıb qəbir evinə qədər aldığı maaşın bir qəpiyinə toxunmadan cəm etsə belə, "Gelandevagen” avtomobili almaq üçün lazım olan pulu toplaya bilməz. Elə isə hansı məntiqlədir bu səxavət? Bu qədər bahalı avtomobili heç özfəaliyyət kollektivlərində şıxış üçün də münasib olmayan sənətçilərə bağışlamaq cəmiyyətə, halallıq nizamlarına, ölçü və hədlərə hörmətsizlikdir. Müəyyən bahallı hədiyyənin yaradıcı adamlara bağışlanılması hər zaman olub, hər zaman da olacaq. Amma hansı messenant eloğlularımızsa xalqın deyil, özünün pərəstişkarı olduğu müğənniyə, aktrisaya, aparıcıya fantastik məbləğdə qiyməti olan hədiyyə verməsi, özü də bunu televiziyada cəmiyyətə təqdim edirsə, bu, normal qəbul edilə bilməz.Əgər qəbul edilə bilsəydi, onda bu hədiyyəni verən şəxs özü də ortada olardı.
Əgər belə deyildirsə, rəğbətləndirməmi bu, simpatiyamı yoxsa, hər nədirsə, öz aralarında qalmasını istəyərdi: qəhrəmanlıq eləmir ki, bir şəhid ailəsinə, təbii fəlakətdən yurdu-yuvası yerlə yeksan olmuş həmvətəninə pasiban olmur ki. Həm də, dilə-dişə düşməsin, göz dəyməsin, həmçinin kriminal aləm üçün hansısa işarə olmasın deyə, belə daha ağayana olardı.
Məşhur sənətkarlar, iş adamları təbii fəlakət və ya hər hansı faciə baş verdikdə xalqına və ya zərər çəkmiş ayrı-ayrı ailələrə, xüsusi istedad sahibi olan uşaqlara, Qarabağ qazilərinə qarşı belə humanist missiya nümayiş etdirə bilər, Füzuli Məmmədov kimi. Belə humanist lər öyünüləsi, əxz ediləsi nümunə olduğuna görə, televiziya və digər kütləvi vasitələri ilə yayımlanması faydalı olardı və lazımdır da. Amma şəxsi münasibətlərin, ictimai olmayan münasibətlərin bir qrup şou adamları tərəfindən belə eybəcər təqdim olunması ictimai rəyə çox mənfi təsir göstərir.

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (VI yazı)
Qadlın sənətçilər, ümumiyyətlə, qadınlar emosional olduqları üçün atdıqları addımların, gəldikləri qənaətlərin eyforik anında oyatdığı təsirlərə təslim olar, amma sonrasını fikirləşməzlər. İlk və ya ola da bilsin ki, ikinci evliliyi də uğursuz olmuş hansısa bir qadın sənətçiyə hansısa bir imkanlı adamın avtomobil bağışlamasının ictimailəşdirmək nəyə lazımdır (internetdə bununla bağlı çoxlu sayda məlumatlar var)?
Ağıla gələn versiya isə bu olur ki, bahalı maşın bağışlanılan sənətçilər həm onları tanıyan yaxınlara, həm də onlardan kəm ala biləcəklərini təxmin etdikləri "düşmənlər”inə 2 eqoistik çalarda mesaj ötürürlər ki,
dəbdəbəli yaşayıram, narahat olmayın; şuxluğumu, gözəlliyimi saxlayıram: mənə 100 minlərlə qiyməti olan maşın hədiyyə edirlər və s .
Qayıdaq konkret olaraq, Tolikin verilişində bağışlanan maşına. Bu ssenari əvvəlcədən planlaşdırılmış bir şoudur. Yoxsa iş adamı nə bilirdi ki, həmin verilişdə Afət adlı müğənni iştirak edəcək. Manaf Ağayev niyə yaradıcı qrupun iştirakçısına çevrilirdi ki və s. kimi suallar çoxdur.
"Baden-Badenin mavi gecələri, kef eləyən fransız xalqı " kimi, şou əhli də həmişə çal-çağırdadır. İstənilən özəl telakanalın qapıları üzlərinə taybatay açıqdır, ən mötəbər məclislərə dəvət olunurlar. Qazancları - qazanc, hörmətləri də -hörmət. Bəxşeyiş, nəmər, xarici ölkələrə səfərlər, avtomobil, mənzil, xırda-xuruş brilyant, almaz üzük, sırğa, bilərzik də öz yerində. Sağlıqlarına qismət.
Amma belə nümayiş olunmayalar, abır-həya sərhədlərini belə pozmayalar. Kimsə simpatiya qazanacaq deyə, tərəzinin gözünü belə əyməyələr. Bu, həm də pis nümunələrə sövq edə bilər.
İndi haqqında bəhs edəcəyim klarnet ifaçısı Z.Sabirabadlını bu vaxta qədər tanımamışam və barəsində də heç nə eşitməmişəm.
İki aya yaxındır ki, rəhmətə gedib və saytların birində Avtandil İsrafilovun Z.Sabirabadlının mərasimində iştirak etmədiyinə verdiyi açıqlamadan bilmişəm ki, belə ifaçı olub, həm də mahir klarnet ifaçısı imiş.
Allah rəhmət etsin.
Guya məşhur qarmon ustası Aftandil İsrafilov həmin musiqiçinin dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:
"Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm. İstər atam olsun, istər qardaşım. Sənət aləmində bu səbəbdən beş nəfər rəhmətə gedib, heç birinin yasına getmirəm. Bilirsiniz niyə? Belə şeylərin tərbiyəvi əhəmiyyəti var. Yəni, qələt eləyin, siqaret də çəkməyin. Beş dəfə Amerikada olmuşam, bir dəfə siqaret çəkməmişəm. Sağlamlığa gərək baxasan. İnsanlar sağlamlıqlarının qayğısına qalmırlar. Amma mənim azca canım ağrıyanda gərək özümə baxım”.
Kiminsə doğru və səhv olduğu bizim yazının mövusu deyil. Amma Xalq artistinin fikrinə Əməkdar artist Cavanşir Məmmədovun cavabı yazımın mövzusu ilə əlaqəli olduğundan onun söylədiklərindən yan keçə bilmədim. C.Məmmədov deyib: "…heç kimin pulu ilə narkoman olumayıb. Heç kimin pulu ilə narkotik almayıb….
 
Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (VI yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz