» » Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (V yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (V yazı)


Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (V yazı)

Mətbuatın  və  maqazin verilişlərinin  manşetlərinə diqqət yetirmək kifayətdir ki, bu mesajların  mahiyyətini dərk edəsən:

1. Aktrisa transparan və açıq geyimi ilə gecəyə DAMĞA VURDU – FOTOLAR (http://strana.az/manset2/3347-aktrisa-transparan-v-acq-geyimi-il-gecy-dama-vurdu-fotolar.html),

2. Televiziyada biabırçılıq: canlı yayımda qadını soyundurdular (VİDEO+18) (https://az.baku.ws/lifestyle/1712-televiziyada-biabrclq-canl-yaymda-qadn-soyundurdular-vdeo18.html;

3. "Məşhur modeldən atəşli pozlar ”– FOTO (Mənbə: https://www.aznews.az/news/people_of_the_show/208470.html?fbclid=IwAR3I_v9h9MzR5FZF9-nlE9JnxgZ68gjVmQWUeI2IFqxmtQhOoeyBMX_XF2U);

4.Ombası ilə dünyaya səs salan azərbaycanlı qız REKORD QIRIR – FOTO (Mənbə: https://publika.az/news/qadin/220015.html );

5. Dilarə ombasının şəklini paylaşdı (Mənbə: http://atributinfo.az/medeniyyet/8703-dilar-ombasnn-klini-paylad.html);

6. "Azərbaycan efirindən daha bir biabırçılıq! Aparıcı efirdə Ayseli qucağına aldı və... "- Video ( Mənbə:https://big.az/310981-azerbaycan_efirinden_daha_bir_biabirciliq_aparici_efirde_ayseli_qucagina_aldi_ve..._-_video.html);

7."Pulunu ver, soyundur” - Könüldən 18+ VİDEOMÜSAHİBƏ/FOTOLAR ( Mənbə: https://yenicag.az/pulunu-ver-soyundur-konulden-18-video-fotolar/);

8."Xoşqədəmin verilişində DAVA: 37 yaşlı qadınla eşq yaşayan 19 yaşlı gənc – VİDEO  Mənbə: (http://sfera.az/xosqedemin-verilisde-dava-37-yasli-qadinla-esq-yasayan-19-yasli-genc-video/?utm_campaign=qaynarinfo.az&utm_medium=cpc&utm_source=qaynarinfo.az) ”;

9. "Amerikalılar azərbaycanlı modelin seksual geyiminə heyran qaldı (Mənbə: https://qaynar.tv/amerikalilar-azerbaycanli-modelin-seksual-geyimine-heyran-qaldi-newsid-23066/?fbclid=IwAR3T4wPFeNfDEOPn11XD2z1WHWlqPxIpmdxSjGQH_IZQN08H4Dj0CgHoDF8);

10. Nigar Camal bədəninin bu hissəsini göstərib dedi – Foto (Mənbə: https://www.aznews.az/news/people_of_the_show/208440.html?fbclid=IwAR3f9Am9w29r-371MWfE3JTGeOWRxqXIolgdiBsYt43n0WeF7oIePQVD1-s).


Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (V yazı)

 

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (V yazı)

 Təəssüf ki, belə xəbərlər maarifləndirməyə xidmət etmir. Bu cür yazılarla məqsəd daha çox illüziya yaratmaq, izləyicini gerçək aləmdən uzaqlaşdırmaq,  onu məhz  serialda, ekranda  olan həyata çatmaq arzuları ilə yükləməkdir. 

 Belə vəziyyət daha bir  problem yaradır:  mövcud televiziya, mətbuat, social şəbəkə  narahat, qayğılı  auditoriya formalaşdırır. Məsələn, yazıda haqqında bəhs etdiyimiz  kliplərdən birinin  ifaçısı verdiyi aşıqlamada oxuduğu diringinin qısa müddətdə 5 milyondan artıq izləyici cəlb etməsini, hətta Türkiyədə məşhurlaşmasını    məmnunluqla ifadə edib.


Uzeyir Mehdizadənin "Yaxsi olar” klipinin 8 ay ərzində izləyicilərinin sayı  68 257 010 nəfərdir.

Ciddi saytların birində  axşam oxumuşam. Yazıblar: "Düşmənlər” adlı yeni klipini təqdim edən gənc ifaçı maraqlı obrazda kamera qarşısına keçib…

... Aysun qara dekolteli geyimdə bütün diqqəti öz üzərinə çəkməyi bacarıb”.

Məcbur olub yotubedə həmin  klipi izlədim… Klipi bəyənənlər 306 015 nəfər, bəyənənlər 7,6 min  nəfər, paylaşanlar isə  957 nəfər  olmuşdur, özü də cəmi  bir həftə ərzində.

 Axtarıb klipin sözlərini də tapdım.  Əhəmiyyət vermədən keçə bilərdim.  Onsuz da:


   Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

 Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!..

                                                         M.Ə.Sabir

Amma burası var ki, belə kliplər, belə  müğənnilər çoxdur. Onların formalaşdırdıqları auditoriya üçün narahat olmaq lazımdır. Cəmiyyət özündən müştəbehlərlə dolur, sadə adamlar da, əsl sənətkarlar da bundan  qayğılanır.

 

Klipdəki mahnının  mətninə baxın:

 

Düşmənlər

 

Söz/Mus: Elçin Ağalar Məhərrəmov

"Bir Allah bilir nələr çəkdiyimi


Niyə bu həyat bir gün alır verdiyini

Can atdım olmazlara

Yol saldım çıxmazlara

Düşdüm arxanca sən hara məndə oraa...

 

Aç üreyinin qapılarını gizlət məni orda

Qaç qoru bizi her şeydən düşmənlər yaxında

Gəlmezsən əgər zamanında

Meni tapa bilməzsən buralarda...”


 Qeyd: Mətni mənbədə  necə verilib, o şəkildə də təqdim edirik.


   Şou-biznes məkanında  1-2 günün içində xit "mahnı"ya  çevrilmiş bu diringidə insanı ucaldan, saflaşdıran, daha gözəl arzulara, əbədi səadətə  aparan sevgidən söhbət belə, gedə bilməz. Sadəcə, cismani   həzz üçün acizanə  yalvarışlar var: "Olmazlara” can atan,  "çıxılmasına” inamı olmayan  bəs   nə edə bilər ki, nəyə nail ola bilər, hara çıxa bilər ki?

Musiqi tənqidçiləri, ekspertlər, pedaqoq, psixoloq, kulturoloqlar  belə məsələlərə nəzarət etməli olan şəxslər  susur,   nəticədə  mətbuat, özəl telekanallar  onlar üçün çox ucuz və asan başa gələn  verilişlərə,  dolanışıq sənətçilərinə  yer verirlər… Nədir bu "maraqlı obraz”?  Kimə lazımdır bu obraz?

Ona görə də gündən-günə musiqimiz diringiləşir, şou nümayəndələri heç bir   əndazəni  gözləmirlər.

Baxın,  bu gün  belə diringilərlə necə auditoriya formalaşdırılır ?!  Davam edir  "səlib yürüşü”...

 Canı, ruhu  indi təqdim edəcəyim   bir-birindən gözəl xalq mahnıları, muğam və saz havaları ilə  havalanmış, ovsunlanmış  bir qədər yaşlı nəslin bir tükü belə tərpənməz.  

 

Mənzəri

 

Qərənfil abı gərək,

Yar yarın babı gərək,

Zərrəcə eşq olanın,

Dərya qədər tabı gərək.

 

Necə-necə ərz eləyim məğzimi yarə,

Ərzimi bənd eləyib eləsin çarə,

Necə-necə şərab olur üzüm suyundan,

Bəsləsən atlas olar tut yarpağından.

 

Aşiqəm, gözdə qara, göz qara, qaş qara,

Yolunu gözləməkdən qalmayıb gözdə qara,

Səbr elə, halva bişər ey qora səndən,

Bəsləsən atlas olar tut yarpağından.

 

Necə-necə şərab olur üzüm suyundan,

Bəsləsən atlas olar tut yarpağından..

Bəh-bəh, necə ümidli  eşq:

Qərənfil abı gərək,

Yar yarın babı gərək,

Zərrəcə eşq olanın,

Dərya qədər tabı gərək.


Yuxarıdakı klipdə  aşiq-məşuqun  sevgi qənaətləri hara,  xalq mahnəsındakı abırlı-həyalı eşq hara?

 Və yaxud  Akif İslamzadənin ifasında bu estrada  mahnısının yaratdığı təəssürat hara,  zahiri bəzək-düzək, geyim-keçimlə  gözləri aldadan təəssürat hara?… Sonuncular  1-2 ildən sonra da  ayrılırlar... Sevmək  vəfa, sədaqət sənətidir.  Gənclərimizin sevgi ruhunu  şou mahnıları yox,  mükəmməl, həqiqi  sevgilərə yaraşdırıla bilən mahnılar  oxşamalıdır. 


Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (V yazı)

 

Hər şey gözəldir həyatda!..

Sən bu gözəlliyi anlaya, duya bilsən!..
Hər şey gözəldir həyatda!..
Özün bir zərrə gözəllik yarada bilsən,
Yarada bilsən!..
Arzuda inam,
İnamda şübhə qorxusu,
Ümiddə səadət,
Səadətdə onu itirmək qorxusu
Nə qədərdir, nə qədərdir, nə qədərdir!..


Nəqərat:


Bir dəfə yaşayırıq
bu işıqlı dünyada,
bürünüb bir vücuda.
Milyon-milyon yollara,
talelərə, adlara
tuşlayıb ümüdləri
Hərəmiz bir hədəfə,
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə!..
Eləsini sevək ki,
Bu sevgi ömrümüzü
Nurlandırsın, isitsin
Qışda, baharda da,
Yağışlı gündüzlərdə,
Zülmətli gecələrdə,
Mavi axşamlarda,
Bəyaz şaxtalarda…


Hər şey gözəldir həyatda!..
Sən bu gözəlliyi anlaya, duya bilsən!..
Hər şey gözəldir həyatda!..
Özün bir zərrə gözəlliy yarada bilsən,
Yarada bilsən!..


Saytlar bu tipli  "maarifləndirmə yazıları”ni    xarici  saytların linklərini mənbə kimi  göztərməklə təqdim edirilər.  Bəli, linki qeyd etmək  müəlliflik hüquqlarını gözləmək deməkdir. Amma burada  linki qeyd  etmək, sanki, sonuncu  mənbələri  məsuliyyətdən xilas etmək düşünülüb.  Hətta, xarici şou-ulduzunun çox biabırçı görüntülərini heç  bir sərhəd, peşə etikası,  milli xüsusiyyətlər gözləmədən  paylaşırlar. İrad tutan olanda isə deyirlər ki, bu, mənbə göstərilməklə verilib. Deməli, link  göstərilmədən verilsə idi, məsuliyyət, cavabdehlik tələb  olunacaqdı. Burada iki məqam var: 1.  Həmin   yazı, süjet, şəkillər  başqasının əqali mülkiyyətidir (belə məhsullara əqli mülkiyyət demək olarsa),  onlardan tam və ya müəyyən hissələr müəllifin razılığı olmadan və yaxud mənbə göstərilmədən yayımlana, istifadə edilə bilməz. 2. Əxlaqa, milli-mənəvi dəyərlərə  zidd olan, uşaq və gənclərin  dünyagörüşlərinə mənfi təsir göstərən əsrlərin, yazı və şəkillərin  nəşr edilib yayılması qadağandır.

 Fikir verin, bu qadağaların  2-cisinə faktiki olaraq  məhəl qoyan yoxdur, əksinə, birincinin tələbi  gözlənilibsə, yəni   2-ci, 3-cü əl  hər hansı çap məhsulunu mənbə  göstərilməklə veribsə,  indi də  deyəcək ki, mənim  yaradıcılığım, münasibətim deyil, mənbə göstərmişəm, xarici mətbuata istinadladır. Amma  heç kim əxlaqsızlıq, mənəviyyatsızlıq  paylayan  belə məhsulların, istər ölkənin özünə, istərsə də xarici ölkəyə məxsus olsun, fərqi yoxdur, paylaşmasına qadağa qoymur. Ona görə də bizim dolanışıq   hədəfli televiziya və mətbuatımız  reytinq naminə, korporativ maraqlar naminə   bu müdafiə sipərindən bəhrələnərək başladılar  nə qədər müğənni, aktirisa, model var, açıq-saçıq geyimləri ilə  görəni, baxanı  dəli etməyin, heyrətləndirməyin  "milli nümunələrini”  cücərtməyə.

Bunları zorla "ulduz"a  çevirdilər, məşhur etdilər.

 Onlara dövlətin  böyük xərcləri və səyləri ilə başa gələn  informasiya texnologiyalarını təslim etdilər. Bunlar da rahatca bu kanaldan  digərinə, oradan da daha digərinə keçir, yəni, qədərincə fəaliyyətdə ola bilir, reklamlarını təşkil edirlər: biri stulda əyləşib ayağını uzadır  qarşısında  diz çökmüş kişinin sinəsinə, biri hoteldə görüntülərini paylaşır,  biri yarıçılpaq, biri hətta…

Biri etdimi, digərləri də ondan geri qalmayacaqlar ki, dərhal onlar da   bir kanal, məşhur portal tapıb başlayırlar  rəqabətə, belə təqdimatlara, nominasiyalara.

Deməli, ölçü yoxdur, olsa idi,  belə əcaib  görüntüləri heç bir televiziya, media orqanı  paylaşmağa razı olmazdı, belə sənətçini bir daha  öz qapısına yaxın qoymazdı.

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (V yazı)

 

  Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz