» » Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

 Bu gün televiziyada, internetdə  yayımlanan müxtəlif serial və proqramlarda   Qərb ölkələri azadlığın, demokratiyanın  vətəni kimi ideallaşdırılır. Əslində isə məhz həmin "ideal” ölkələrdə gəncliyi  fəal həyatdan uzaqlaşdırmaq üçün  onlara sərhədsiz  demokratiya  bəxş edərək, sərhədsiz  də mənəviyyatsızlığa  sürükləmişlər.    Kapitalizm  dünyasının    televiziyası  üçün məzmunsuz  seriallar,  bayağı, diringi  musiqilər,  gözəllik müsabiqələri və s. bu kimi   şou  programları  xarakterikdir. Bu televiziyalar  sağlam əqidəli, dünya xalqlarına, bəşəri dəyərlərə  hörmət edən  gənclər yetişdirməyi qarşısına məqsəd qoymayıb.    Onlar   daha çox  alıcı kütləsi   və əyləncə təfəkkürlü  auditoriya  formalaşdırır.

 Çox təəssüf ki,  bizim özəl telekanallar, kütləvi informasiya vasitələri  əksər layihələrini  xarici ölkələrin televiziyasından götürüb  təkrar edir və  heç bir ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.

Mən bir vətəndaş, dinləyici olaraq fikrimi bildirirəm:  öncə televiziya verilişlərinin, televiziyanın  özünün aydın hədəfi olmalıdır. Təsadüfi adamlar layihə aparmamalı, ciddi  məsuliyyət və yaradıcılıq  tələb edən belə fəaliyyət ancaq peşəkarlara həvalə edilməlidir. 

 Müğənni, ekstrasens, falçı, model, modelyer, aşpaz, prodüsser, müəllim,  dinləyiciləri üçün ixtisası, oxuduğu məktəb haqqında heç bir məlumat olmayan kimlərsə yox.

Araşdırsan, bu aparıcılar   heç 5-10 şairin, nasirin adını bilmir,   2 kitab oxumayıb,  əzbərdən 2 şeir deyə bilmir. Ona görə də lüğət ehtiyatları  bəsit, nitqləri kasad,  təfəkkür səviyyələri də  aşağı olur.  Belə layihə müəllifləri  ekranlara müzakirəyə ancaq  əyləncə təfərrüatı yaradan  şou  verilişləri,  problemli ailələrdə  baş verən qarşıdurmaları, xəyanəti və sair bu kimi heç  bir ictimai əhəmiyyət kəsb etməyən məsələləri  çıxarırlar.

 Onlar auditoriya ilə  maraqlı  ünsiyyət qura bilmir, zövqsüz  tamaşaçıl auditoriyası formalaşdırılar. 

Buna görə də "Qəfəs”, "Mərc Şou”, "Yağ kimi”, "Onun yarısı”, "Səhər səhər”(ARB), "Toy olsun”, "Yarımada", "10-lar”, "Günəbaxan”, "Beş barmaq”, "5də5”, "Bu bizik Toliklə", "Boş anlar”, "Vüsaləylə sözbəsöz”,  "Şou məkan”, "Sayqa ilə bu axşam”, "Canım sizə desin”, "Gündəlik” və s. kimi verilişlər nəinki  dil qüsurları ilə müşayiət olunması, eləcə də məzmunca zəif və qüsurlu olması da təbii idi.

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

Özəl televiziyalar yaranandan fikir verin, veriliş və  layihələri xatırlayın, kimlər (Tarix Əliyev (Tolik)Zaur Kamal, Ülvira, Yusif,  Zaur Baxşəliyev, Yusif, Elgiz, Əli Mirəliyev, Kamran Həsənli, İlqar  və s ) bu ekranlarda görünmədi. Əksəriyyət layihələr də  də bir-birinin təkrarı. Ona görə də heç biri cəmiyyət tərəfindən müsbət qarşılanmadı. 

 Amma bizim televiziyanın  Ofeliya Sənani, Gülşən Əkbərova, Həqiqət Əskərzadə, Tamillə Ələkbərova, Nailə İslamzadə, Kəmalə Əzizqızı, Rafiq Həşimov kimi  peşəkar nümayəndələri var. Onlar efir mədəniyyətimizə  imza atmış çox ünlü televiziyoçulardır. Ədəbiyyatımıza, tarix və mədəniyətimizə  nə dərəcədə bələdlikləri apardıqları veriliş və proqramların müvəffəqiyyətini təmin edirdi. Çox şirin danışıqları vardı,  nitqləri səlis və rəvan idi. Bayağı geyinməzdilər, yersiz  hərəkətləri olmazd. Tamaşaçıların qarşısına hər verilişə uyğun da geyimlə çıxardılae. Onlar  canlı məktəbdirlər və televiziyamıza bu gün də böyük nüfuz və fayda gətirə bilərlər.

 

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

Daha sonra  Flora  Xəlilzadə,  Həmidə Ömərova, Mehriban Ələkbərzadə, İlhamiyyə Rza,  İradə İsaq  kimi  jurnalist və veriliş müəlliflərinin adlarını da ehtiramla çəkmək istəyirəm. Onların apardığı verilişlər izləyicilər tərəfindən  hər zaman rəğbətlə qarşılanıb və bu gün də  belədir. 


Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı) 


 Mən  qeyri-ixtisas sahiblərinin  veriliş aparmasının  heç də  əleyhdarı deyiləm.

Mənim  xatırladığım ziyalılardan  teatrşünas alim Mehdi Məmmədov,  geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov, biologiya elmləri doktoru, professor Qara Mustafayev,  tibb elmləri namizədləri Əlfəddin Abdullayev və  Hacıbala Bədəlov,  teatrşünas alim, professor İlham Rəhimli,  kinoşünas Ayaz Salayev çox məzmunlu veriliş aparırdılar, auditoriyaları da  bütün Azərbaycan,  dünyanın başqa yerlərində Azərbaycan televiziyasını dinləyən daha  neçə milyonlar.

Çünki onlar  verilişlərini öz ixtisas sahələri üzrə aparırdılar və məşğul olduqları sahələlərin də kamil biliciləri idi. Digər tərəfdən, onların verilişləri xalqın, torpağımızın, mədəniyyətimizin  taleyi ilə  bağlı olduğu üçün  həm ideoloji  baxımından, həm də sənətkarlıq və dil baxımından  da kamil və mükəmməl olurdu.


Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

İstər televiziya və radio, istər ənənəvi mətbuat, istərsə elektron  mətbuat, istərsə də internet resursları  ilk növbədə ideyalı olmalıdır, bəşəri olmalıdır.  Əgər bunlar varsa, demək,  burada elmi yanaşma, məsuliyyət də  var  və  burada  Ana dilinə laqeydlikdən  söhbət gedə bilməz. 

Müasir dövrümüzdə televiziya, mətbuat, artıq internet də cəmiyyəti istiqamətləndirən, cəmiyyətə təsir edə bilən ən güclü tribunalardır. Bu təsir cəmiyyətin ali məramlarına, ideallarına xidmət etdiyi kimi, cəmiyyəti kütləşdirə də bilər. Uşaq və yeniyetmələr arasında sosial şəbəkələrə maraq artdığı indiki  dövrdə  xüsusilə  diqqətli olmaq lazımdır. Onları doğru-düzgün tərbiyə etmək, mənfi təsirlərdən qorumaq böyüklərin də, cəmiyyətin də vacib qayğılarından biridir.

Məlumdur ki, uşaqlar izlədikləri serial və  çizgi filmlərini, eləcə də şou verilişlərinin mahiyyətini çox vaxt  analiz edə bilmir, dərhal da təsirə düşürlər. Hər gün eşitdiyimiz  intihar hadisələrində, təcavüz cinayətlərində, narkotikaya, macəralı həyata  olan meyillərdə  televizya, mətbuat və internetin  təsiri şəksizdir.

Uşaq və yeniyetmələr elə bilirlər ki, filmdə, televizorda göstərilənlər doğrudur. Əgər televizorda göstərirlərsə, demək, bunlar ola bilər, yaşana bilər. Başqa sözlə, televiziya və mətbuatın insanlara verdiyi mesaj nədirsə, insanlar da onu alırlar.  Çox təəssüflə qeyd etmək lazımdır ki, son illər  bizim kütləvi informasiya vasitələrində  narahatedici  məqamlar  çoxalmağa  doğru səmt götürüb.

Hətta,  bəzən valideynəlr övladlarına təsir edə, inandıra bilmirlər. Bu eybəcər hal övladlarına nümunə ola bilməyən  ailələrdə daha  qabarıq şəkildə özünü  göstərir.

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

Sosioloqlar televiziyanın insan həyatındakı yeri ilə bağlı maraqlı hesablama aparmışlar.

Məlum olmuşdur ki, 75 il ömür sürən bir şəxs ömrünün 9 ilini televiziya qarşısında keçirir, yəni, 75 il ömür payı olan insan bunun 3285 gününü şüurlu olaraq televiziyaya həsr edir. İnternet, hətta, televiziyanı daha da üstələmişdir. Türkiyədə bununla bağlı digər bir araşdırmada isə məlum olmuşdur ki, 54 milyon türk vətəndaşı hər gün vaxtının ortalama olaraq 7 saatını internetə sərf edir.

6 yaşında bir uşaq həyatının 1 ilini televiziyanın qarşısında keçirmiş olur. 11-15 yaşlarındakı uşaq isə yatmadığı zamanın 55 faizini televiziya qarşısında keçirirmiş.

Bu yaş qrupundakı uşaqlar gündə orta hesabla 7.5 saatını ya televiziya, ya da kompüter başında keçirirlər. 

Son 10 ildə bu aludəçilik 40 faiz artmışdır.

Mütəxəssislər bu qənaətdədirlər ki, ailədaxili ziddiyyətlərin və boşanmaların, eləcə də cinayət hadisələrinin artmasında mənfi nümunələrin böyük təsiri var.

Boşanma, kriminal hadisələrin əksəriyyətində internetin, sosial şəbəkələrin adı keçir. Digər bir   maraqlı araşdırma məlumatına da türk saytlarında rast gəlmişəm. Məhkəməyə müraciət edilən boşanma mübahisələrində diqqət çəkən məqam bilirsiniz nə olmuşdur: ərlərini aldadan qadınların sayında böyük bir artım müşahidə edilir.

Əgər əvvəlki illərdə yoldaşlarını aldadan kişilərin sayının çox olurdusa, son illərdə tamam əksi olmuşdur: kişilər arvadları  tərəfindən daha çox aldadılır , yəni, qadınlar ərlərinə xəyanət edir.

Araşdırma nəticələri çox açı, həm də düşündürücüdür. Acıdır ona görə ki, daha neçə ailənin ittifaqı pozulacaq. Düşündürücüdür ona görı ki, ailədə artıq müvazinət itib: biri od olarsa, su olacaq o birisi yoxdur. Elə ikisi də acı tüstüylə alovlanan oddur, yəni tüstüylə yanırlarsa, orada həyat alovu da yoxdur.   

Həmin araşdırmalarda diqqəti cəlb edən daha başqa ciddi bir məqam: Türkiyədə izlənilən proqramlar (xəbər kanalları istisna olmaqla) arasında insan və cəmiyyət üçün faydalı proqram nisbəti yalnız 1 saatdır, yəni, sorğuya cəlb edilənlər daha çox şou, digər əyləncə proqramlarını, oyun və s. izləmişlər.

 Bu gün Azərbaycanda da eyni vəziyyət müşahidə olunur:  həm televizitada, həm də  mətbuatda insanları  mənfi davranışlara təşviq edən məqamlar olduqca çoxdur.  Şou-biznes xarakterli verilişlərin çəkisi getdikcə artmaqdadır;  verilişlərin balanslaşdırılması istiqamətində  nisbət gözlənilmir, nəticədə  keyfiyyətsiz əyləncələr, bayağı  musiqilər, bazar, küçə söhbətlərinə çevrilən sosial  verilişlər  yenə   əvvəlki kimi davam etməkdədir. Efirə söz deməyə   "kal qoşub kotan çəkməyən" , "süfrəyə  nanın tökməyən", "arı qəhri çəkməyən"  elə şəxsləri dəvət edirlər ki, bunların " kəsdiyi əriştələrin"  nə doyumluğu, nə də təpəri olacaqdır.

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz