» » Q. Bereqovoy : "Müəllimlik ən çətin və ən məsuliyyətli peşədir. O, gələcəyi yaradır".

Q. Bereqovoy : "Müəllimlik ən çətin və ən məsuliyyətli peşədir. O, gələcəyi yaradır".

Q. Bereqovoy  :  "Müəllimlik ən çətin və ən məsuliyyətli peşədir. O, gələcəyi yaradır".


Şərq xalqlarının folklorunda "cənnət quşu”, "tale quşu”, "dövlət quşu”, "Səməndər quşu” kimi adlandırılan Hüma adlı quş var. Rəvayətlərə görə, Hüma quşu görünməyəcək şəkildə çox yüksəklərdə uçur, dincəlmədən, gecə-gündüz bilmədən, ayağı, əsla, yerə dəyməyən -bəzi mənbələrdə ayaqları olmayan bir əfsanəvi quş imiş. Bu əski inamların yaşı əsrlərə, qərinələrə gedib çıxır. Amma onun izləri günümüzə qədər gəlib çıxmışdır.
Məktəbə getdiyim illəri xatırlayıram. Biz o vaxt elə bilirdik ki, müəllimlərin doğrudan əli-ayağı olmur, ağzı olmur, onlar yemək yemirlər, su içmirlər...
Bu yaşımda həmin illərin məktəbini göz önünə gətirirəm. Öz kəndimizdən cəmi 2-3 müəllim olub, Allah rəhmət etsin, bu gün onlar haqq dünyasındadırlar. Digər əksəriyyət isə başqa rayonlardan gələnlər idi. Kənddən, öz evimizlə məktəb arasındakı hüdudlardan uzaqları tanımayan, təsəvvürlərində canlandıra bilməyən biz onda düşünürdük ki, müəllimləri qeybdən göndəriblər. Müəllimlik peyğəmbərlik sənətidir fikri də , görünür, bu fikirdən qaynaqlanır.
Hər gün məktəbə gedərkən müəllimlərdən kimsə yolda qarşımıza çıxanda elə sevinirdik ki. Arxsınca düzülüb sevinclə məktəbə qədər addımlarına addım basırdıq... və bir də görürdük ki, məktəbə çatmışıq...
Məktəbə çatdıq, bu ocaqdan hikmət aldıq, iz aldıq, arzuların izinə düşüb daha böyük dünyaya yol aldıq. O vaxt belə bir şeir də yazmışdım:
Dedilər söz bitər, mən anlamadım,
Anlamaq nədir ki, heç inanmadım.
Müəllimin hər sözü beynimdə bitdi,
O sözlər məni çox xoşbəxt etdi.

 

Alimin də, bəstəkarın da, həkimin, əsgərin də əlindən tutub hərfləri ilk yazdıran şəxs məhz müəllimlərdir. Məşhur pedaqoqlardan biri obrazlı olaraq demişdir ki, əgər valideynlərimiz bizi səmadan yerə endirirlərsə, müəllimlər də yerdən səmaya ucaldır. Varlıqları ən aşağı səviyyədən kainatın ən şərəfli gövhəri – İnsan mənziləsinə ucaldan sənətdən daha şərəflisi nə ola bilər ("Əxlaqi-Nasiri”, səh.81) ?!" Bu mənada, müəllimlər bizim mənəvi valideynlərimizdir.
Bizim gözümüzü dünyaya açan şəxslərdir.

Q. Bereqovoy  :  "Müəllimlik ən çətin və ən məsuliyyətli peşədir. O, gələcəyi yaradır".

Böyük şəxsiyyətlər, alim və mədəniyyət xadimləri hər zaman təhsilə, müəllim əməyinə yüksək qiymət vermiş, müəllim şəxsiyyəti qarşısında baş əymişlər.
Makedoniyalı İsgəndər alimin mürəkkəbini şəhidin qanına bərabər tutmuşdur. Məhəmməd peyğəmbər (s.a.v.) " Mənə bir hərif öyrədənin qulu olmağa hazıram” demişdir. Nizami Gəncəvi müəllimi Günəşə bənzədirdi. Ümummilli lider H.Əliyev "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyərək müəllimin, müəllimlik fəaliyyətinin müqəddəsliyini önə çəkmişlər.
Amma çox təəssüflər olsun ki, bu gün cahanda kamal qalib gəlmir. Elmin, zəkanın təntənəsi dünyanın çiçəklənməsi, insanların firavanlığına xidmət etməli olduğu halda, ondan bəşəriyyəti bir neçə dəfə məhv edə bilən qorxulu silahlar yaratmağa istifadə edirlər.

Q. Bereqovoy  :  "Müəllimlik ən çətin və ən məsuliyyətli peşədir. O, gələcəyi yaradır". 


Dünya hərbə yox, elmə, müdrikliyə meyil etməlidir. Dünyanın zəkanın təntənəsinə ehtiyacı var. Bu isə təhsil və maarifləndirmə, xalqlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsi yolu ilə mümkündür, ağlasığmaz hərbi texnologiyalarla yox. Ölkəmizin də dünya dövlətləri, dünya xalqları arasında layiqli və ləyaqətli yeri ancaq elm və mədəniyyətin gətirəcəyi uğurlarla bağlıdır. Bu, Əziz müəllimlər, Sizin şərəfli əməyinizin nəticələrindən asılıdır. Biz arzu edirik ki,
müəllimlərimizin, elm və mədəniyyət sahəsində çalışan bütün adamların həyat səviyyəsi, iş fəaliyyəti bugünkündən dəfələrlə yüksək olsun, heç bir qayğıları olmasın. Onlar da tükənməz enerji və coşqunluqla Azərbaycan naminə elm, mədəniyyət nuru yaysınlar.
Əziz Müəllimlər, "Ana və Uşaq” adından Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq...

Bayramınız mübarək!

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz