» » Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)


 
Biz inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik və görmüşük ki, onlar nəyin hesabına inkişaf ediblər. Təbii sərvətlər hesabına, yaxud da hansısa xüsusi coğrafi vəziyyət hesabına. Elə ölkələr var ki, onlardan heç bir dəhliz keçmir, adadır və heç bir təbii sərvətləri yoxdur. Amma ən inkişaf etmiş ölkələrdir. Nəyin hesabına? Savad, bilik, təhsil! Ona görə mən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Mənim informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlərim də məhz bundan qaynaqlanır ki, onlar Azərbaycana gəlsinlər. Azərbaycana yeni investisiyalar gəlsin, biz özümüz dövlət tərəfindən, Dövlət İnvestisiya Şirkəti tərəfindən bu investisiyaları qoyaq. Azərbaycanda çox güclü informasiya-kommunikasiya mərkəzi yaradaq. Bu, gələcəkdir, gələcəyin inkişafıdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
 

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)

 

Hörmətli  akademikimiz   Ramiz Mehdiyevin "Azərbaycan”  qəzetində 
"Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı   məşhur 
məqaləsindən  10 ilə yaxın bir vaxt keçir.

Azərbaycanın efir məkanında əvvəlki problemlər davam etməkdədir. 


İnformasiya — bizi əhatə edən təbiətdə, yaşadığımız cəmiyyətdə insanlar, canlı-cansız varlıqlar, hadisə və proseslər haqqında olan məlumat və biliklərdir.

Bu məlumat və biliklər istər insanların, istərsə də cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir.

Müasir insan daim yeni nə isə öyrənməyə çalışır. Təbii ki, öyrənməyə ehtiyac duyulan hər yeni nəsə, nələrsə informasiyadır, hər şey haqqında biliklərdir. Bu biliklər insanı zənginləşdirir, onun insanlarla, cəmiyyətlə qarşılıqlı əlaqələrini mükəmməl edir. Bu biliklər insana həm  maddi,  həm də mənəvi mənfəət gətirir. Bu biliklər dövlətin maddi, siyasi və hərbi maraqlarını təmin edir.

Hələ lap qədim zamanlardan  informasiya əldə etməyə, harasa, kiməsə göndərməyə ehtiyac duyulub, amma o zamanlar  informasiya ötürmək də, qəbul etmək də, çox ibtidai səviyyədə olub. Məsələn, bir ölkə qonşu ölkəyə ölkəsindəki fəlakətli xəbər vermək  üçün  təpələrin, dağların başında böyük tonqallar qalayırlarmış. Daha sonralar belə  məlutlandırmalar çaparlar, qasidlər, elçilər vasitəsi ilə həyata keçirilib. Bu, həm həftələrlə, bəzən aylarla zaman tələb edirdi, həm də təhlükəli idi. Məsələn, ədəbiyyatdan bilməmiş deyilsiniz: 1797-ci ildə Məhəmməd şah Qacar Şuşa qalasını işğal еtdikdən sonra İbrahim xan Car-Balakəınə, qayını Əmmə xanın yanına qaçır.Bu zaman xanlığı İbrahim xanın qardaşı оğlu Məhəmməd bəy Çavanşir öz əlinə almışdı . Vaqif İbrahim xanın dalısınca qasid göndərib yazdığı məktubda xandan tеz qayıtmasını xahiş еdir. Lakin məktubu aparan qasid sərhəddə tutulur və Vaqifin xana yazdığı həmin məktub ələ kеçir. Məhəmməd bəy Çavanşir 1797-ci şairi оğlu Əli ağa ilə birlikdə Şuşa şəhərində edam etdirilir.

Yəni, bu cürə informasiya mübadiləsi sürətli olmadığı kimi, etibarlı da deyildi.

Amma elm və texnikanın inkişafı ilə əlaqədar olaraq  informasiya mübadiləsi  hər zaman təkmilləşib.

Məsələn, 1450-ci ildə məşhur alman ixtiraçısı, mühəndis İohann Qutenberq kitab çap edən dəzgah kəşf emişdi. Bu, minilliyin ən böyük nailiyyəti, insanlıq tarixini və bəşər mədəniyyətini dəyişdirmə gücünə malik bir kəşf idi.

Viktor Hüqo məşhur "Paris - Notrdam kilsəsi” əsərində yazmışdı ki, kitab çap edən dəzgah bütün kilsələri dağıdacaq. Yəni, böyük tirajlarla çap edilən kitablar kütlələrə təsir etmək - onları dəyişdirmək, istiqamətləndirmək baxımından kilsələri üstələyəcək, üstələdi də. Maarifçilik  hərəkatı  elmi tutumlu və sistemli bir fikri cərəyan kimi XVIII əsrdə meydana çıxsa da,  köklərini  çox-çox  əvvəllərdən almış, kitab çapı ilə daha canlanmağa başlamışdır.

 Kitablar o vaxtdan da öz qiymətli yükünü ehtiyatla nəsildən-nəslə aparan vəsilə olmuş və   bu gün də, sabah da, gələcəkdə də belə olacaqdır.

 500-550 ildən sonra isə audio və video translyasiyasiya mümkün oldu, daha modern elektron texnologiyaların tətbiqinə başlanıldı. Cəmiyyətin həyatında informasiya və bilik resursları prioritetə çevrildi.

İnformasiya resursları  dedikdə, mövcud məlumat və bilikləri cəmiyyətə ötürən 8 ötürücü, əlaqələndirici vasitə: kitab, qəzet, jurnal və səsyazmalar, radio, kino, televiziya və internet başa düşülür. Biz yazımızın mövzusuna uyğun olaraq ancaq mətbuat, televizya və internetlə bağlı mülahizələrimizi bildirəcəyik.

İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. "Günün hadisələri” adlı vərəqə - lk qəzet b.e.ə. 59-cu ildə Romada əl ilə yazılmış idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir.

Ölkəmizə gəlincə, Azərbaycanda ilk qəzət 1875-ci ildə, ilk radio 1926-cı ildə fəaliyyətə başlayıb.  İlk televiziya isə  1956-cı ildə fəaliyyətə başlayıb. Onda mənim bir yaşım vardı. 8 yaşına qədər nəinki televizor, heç radio haqqında təsəvvürüm yox idi.  Mən  üstü alüminiumdan hazırlanmış  radionu ilk dəfə kəndin mərkəzində dirəyin başından asılmış  danışan aparat kimi  görmüşəm. O yaşda bizi   radioya bağlayan, cəlb edən  heç bir  hiss yox idi. Sadəcə, hər səhər məktəbə gedəndə, günorta məktəbdən qayıdanda   eşidirdik ki, dirəyin başından səs gəlir.

Müasir  radioqəbuledicilər  hələ kəndlərə  gəlib  çıxmamışdı: hamının evində ümumi qovşaqdan idarə olunan  radio vardı. Amma  bu radioya elə də maraq yox idi.  Birdən kiminsə gözünə sataşsa idi ki,  divarda, rəfdə,  şkafın üstündə radio var,  yalnız onda acırdılar ki, evdən səs gəlsin.

Televiziya isə təkcə  qonşuluğumuzda yaşayan bir müəllimin evində vardı. Böyük oğlu bizdən 2-3, bəzilərimizdən 5-6 yaş balaca  olmasına baxmayaraq, hamı onunla dost olmağa can atır, yaxınlıq hiss etdirirdi ki, futbol olanda gedib   televizorda baxa bilsinlər: lap yaxınlar  hərdən   kinoya və  konsertə də  baxırdılar.   Sonra  yavaş-yavaş kənd radiolaşdırılmağa  başladı. O vaxt  şəxsi avtomobilləri  radiosuz təsəvvür etmək olmazdı. Yük maşınlarına belə,  radio qoydururdular. Tranzistorlu  radiolar dəbə  düşmüşdü. Bağda, səyahətdə, istirahətdə olanda  onu şəbəkəyə qoşmadan istifadə etmək olurdu deyə,  adamlara  maraqlı gəlirdi.  Getdikcə  televizorlu  evlərin sayı artdısa da, radio  sonralar da heç vaxt arxa plana keçmədi. "Araz” proqramını sevməyən, izləməyən ola bilməzdi.   Çünki burada musiqi  proqramları, ədəbi-bədi verilişlər dinləyicilərə gözəl-gözəl duyğular  bəxş edir,  yaşamaq üçün qol-qanad verirdi. 

Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)

Əsas informasiya məkanımız olan Azərbaycan  televiziyasının  da  şərəfli və zəngin inkişaf tarixi vardır. 80-ci illərdə  bu televiziyada 50 adda veriliş yayımlanırdı.  "Günün ekranı”, "Sizin istəyinizlə”, "Arzular”, "Səhər görüşləri”, "Dalğa”, "Komediyalar aləminə səyahət”, "Dünyaya pəncərə” , "Tələbə klubu” , "Rampa”, "Evrika”,  "Sağlamlıq”, "Retro” "Ailələr, talelər”, "Tələbə klubu”, "İki ömrüm olsaydı”, "Şəcərə”, "İllər, nəsillər”, "Ömür yaddaşı”, "Kimin sözü var”, "Üz-üzə”, "Səhər”, "İşıq”, "Dünya, səndən kimlər keçdi...”, "Təhsil”, "Müəllim nüfuzu”, "Ana dili”, "Hünər”, "Örnək”, "Səadət”, "Sağlamlıq”  sair bu kimi sanbalı vedriliş və rubrikaları vardı ki,  onları  hər kəs intizarla  gözləyirdi .   Bu verilişləri  düzüb-qoşub ərsəyə gətirən,  xalqa  təqdim edənlər  isə Rafiq Hüseynov, Ofelya Sənani, Sabir Ələsgərov,  Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Rafiq Həşimov kimi peşəkar diktorlar idi.

Nə diktorların, nə aparıcıların, nə də  verilişə dəvət  edilən iştirakçıların nitqində   hansısa kobud dil pozuntularına, əllaməliyə rast gəlmək olmazdı. Əksinə, yeni termin və sözlər  olurdu ki, dinləyici onu ilk dəfə  belə verilişlərdə eşidirdi, doğru tələffüz vərdişinə  televiziyadakı nümunələrlə  əməl edirdi. Bu verilişlərin dilini gözəlləşdirən əsas amil  həmin verilişlərin özünün əxlaqi-mənəvi sanbalı ilə  bağlı idi.

Amma  bu gün   televiziyaların əyləncə, şou yönümü daha qabardılır. Əyləncə də lazımdır, musiqi də lazımdır. Amma balansı hökmən gözləmək lazımdır. Özü də diringi musiqilərlə, replə, elektrik naqilləri qırılıb bir-birinin üçtünə düşəndə yaratdığı əks-sədanı doğuran əcaib Avropa  musiqiləri ilə yox, insanı gözəlləşdirən, duyğulandıran, daha insanşünas edən   milli müsiqilərlə: muğam, mahnı və təsniflərlə; saz musiqiləri ilə.

 Avropa, dünya musiqisi də olar, amma  küçə musiqisi olmasın.

Bu gün  Azərbaycanda  11 ölkə yayımçısı, 14 regional yayımçısı, 1 peyk yayımçısı və 12 kabel televiziyası fəaliyyət göstərir.  Bunlardan əlavə, ölkə yayımçısı olan 13 radio və 3 regional radio gündəlik olaraq efirə çıxır.

Bunlar  kommunikasiya vasitəsi olmaqla  bərabər, həm də   mühüm kütləvi mətbuat vasitəsidir. Əsas missiyaları maarifçilik, informasiya, əyləncə funksiyaları olsa da, təsiretmə  coğrafiyası daha  genişdir: onların həm də  sosiallaşma, motivasiya, müzakirə-dialoq, təlim, mədəni inkişaf, inteqrasiya  kimi funksiyaları da vardır.

Bu funksiyalar   kütləvi informasiya  vasitələrində öz uğurlu həllini taparsa,  informasiya almağa ehtiyac duyan insanlar  və yaxud cəmiyyətin özünün  informasiya ötürməyə maraqlı olduğu insanlar əldə etdikləri  bilgilərlə həm intellektual  dünyagörüşlərini  genişləndirmək, həm də tarixi, mədəni-ədəbi irsimizi, milli-mənəvi dəyərlərimizi yaşatmaq, tanıtmaq  üçün istifadə edəcəkdir.  Amma daha çox şou proqramlarına, diriungi  musiqilərə yer veriləcəksə,  ekranı  səriştəsiz, ədəbiyyatımızı, tariximizi orta məktəb  səviyyəsindən aşağı  bilik və təsəvvürləri olan adamlar  idarə edəcəklərsə, bu verilişlərin, bu musiqilərin  izləyiciləri  artıq özlərini  əyləncəyə təslim edir, virtual məkanın  bataqlığında  itib-batırlar.


Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)


Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz