» » Küçələrə atılmış körpələr çoxalır

Küçələrə atılmış körpələr çoxalır

Küçələrə atılmış körpələr  çoxalır


Bərdə rayonunda "Qızıltac” şadlıq sarayının yanında küçəyə atılmış   8 aylıq oğlan, 2 yaşlı qız  uşağı tapılıb.

  Axşam saytların birindən oxudum bu məşum xəbəri. Təsirindən indi də çıxa bilmirəm. Çox narahat da yatmışam  

Həmin  yazının linkini təqdim edirəm, oxuyun, söhbətimizə davam edək:http://qafqazinfo.az/news/detail/berdede-kuceden-iki-korpe-tapildi-fotolar-242763

İntiharlar haqqında çox yazıblar. Baş verməsi üçün, haqlı-haqsız, çox amillər səbəb ola bilər . Yəni, bir insanın sərbəst və rahat yaşaya bilməsi üçün yaranan və yaradılan arzuolunmaz faktlar insanı yaşamaqdan usandıra bilər. İnthar zamanı bütün hallarda insan həm fiziki, həm də mənəvi təsəirə məruz qalır. Kimsə və yaxud kimlərsə tərəfindən. Ola da bilər ki, intihar qərarı başqaları tərəfindən deyil, şəxsin özü tərəfindən qəbul edilir:məsələn, böyük həcmdə borcu olur, pis hərəkətlər edir və s.
Fəqət, bunların heç biri yoxdur, kiməsə qarşı hansısa qurum və ya kimsə tərəfindən hər hansı fiziki, psixi, mənəvi təsir göstərilmir də. Amma adam yaşamaq istəmir.
Bu, insanlığın öldüyü məqamlarda baş verir. Bir deyil, iki deyil, 5 deyil.. Ailəli qadın başqasına qoşulub qaçır, nişanlanmış və yaxud yeni ailə qurmuş gəlin yoxa çıxır: 1 həftə, 1 ay keçəndən sonra tapılır. Oğul atasını, anasını öldürür, qadın ərinə xəyanət edir, ər həyat yoldaşına zülm edir, amma evdən,ailəsindən aralı yerlərdə özünü  qadın dostu, kübar göstərməyə can atır və s.
Övladını küçəyə atmaq da yeni bir qəddarlıq nümunəsi. Adam var özünü balasına qurban verər, adam da var,  dilsiz-ağızsız  çocuğunu özü aparıb  zibilliyə atar.
 Axırzaman belə olur da...

Küçələrə atılmış körpələr  çoxalır

Həyatdan çoxlu nümunə bilirəm, anaveusaq.az saytı olaraq da oxucularımızın yazdıqlarından bilirəm: ailələr var ki, uşaq üçün körpənin özü ağırlığında pul nəzir-niyaz verər ki, təki ana-ata olsunlar.
Balaca uşağın ən adi hərəkəti belə həyat iksiridir..adamı canlandırır, ürəyinə rahatlıq və nəşə gətirir. Onunlas bir yataqda yatırsan, "çaxnaşmaya” düşür, hər formada yatır: sinənin üstündə, boynunda, arxanda... Əyilib arxadan boynunu inləyəndə çəlimsiz bədənindən çıxan iy, istilik burnuna gəldikcə məsti-xumar olur adam.
Hərdən altdan-altdan fikir verirəm. Nəvələrim anası ilə, atası ilə elə xoşbəxt anlarını yaşayır ki, bunları seyr etməkdən ləzzət alıram.
 Allaha dua edirəm...Dünyanın bütün uşaqları sülh şəraitində yaşasınlar, sağlam böyüsünlər, atalı-analı  böyüsünlər, mənim balalarım, nəvələrim də onların arasında....  Mən istəmirəm ki,   uşaqları, nəvələri sevənlərin arasında  fərqlənim. Məni istəyirəm ki, hamı sevsin balalarını, nəvələrini. Çox təəssüflər ki, sevməyənlər də var.
Bu körpələr köməksiz və müdafiəsizdir. Sən ana olaraq  9 ay bətnində gəzdirdiyin, soyuqdan, istidən qoruduğun,  bu tifillərə ziyan olmasın deyə nəfsinə sitəm etdin, çox şeyi yemədin...Bəs indi necə qıydın küçənin ortasında qoyub , tələsik də oradan uzaqlaşmağa. Gəzə bilsəydi, durub arxanca qaçardı...Danışa bilsəydi, yalvarardı, ana, məni  buraxma deyərdi...
 Əgər demirlərsə, deyə bilmirlərsə, ictimaiyyət ayıq-sayıq olmalııdr,  belələrinə cəmiyyət təpki göstərməlidir. Dünyaya zavallı övlad gətirib  çəkilib kənarda duranlara  seyrçi qalmaq olmaz.  Əgər ətrafınızda belə hadisələrlə rastlaşsanız, eşidib-bilsəniz, çəkinmədən hüquq-mühafizə orqanlarına bildirmək lazımdır.  
İnsanlar səbirli olmalıdır, humanist olmalıdır, tolerant olmalıdır. Amma belə məsələlərdə laqeydlik ola bilməz. Məndən ötdü, qardaşımdan ötdü düşüncəsi ilə yaşamaq olmaz.
 Əgər   əhatənizdə, qonşuluqda  belə hadisə ilə rastlaşsanız, yəni  kiminsə 2-3 övladının olduğunu bilirsinizsə,  indi 10-20 gün yoxdursa, maraqlanın, qoy bilsinlər ki, tanıyanlar, bilənlər bunun fərqindədirlər.
Həyatın elə dəyərləri var ki, onu hamılıqla qorumaq lazımdır : su kimi, çörək kimi, torpaq kimi, o cümlədən ailə-əxlaq dəyərləri.

  

Küçələrə atılmış körpələr  çoxalır

 

Küçələrə atılmış körpələr  çoxalır

 

Küçələrə atılmış körpələr  çoxalır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz