» » Xarici ölkələrdə yaşamaq və işləmək xoşbəxtliyi : eyforiyadır, yoxsa gerçəklik

Xarici ölkələrdə yaşamaq və işləmək xoşbəxtliyi : eyforiyadır, yoxsa gerçəklik

 

Azər Qərib  sizə təqdim edəcəyimiz yazısı ilə əsl vətənpərvərlik  nümunəsi göstərib. Buna görə ona ən səmimi təşəkkürlərimi bildirirəm.

  Son  illər  istər  Azərbaycan saytlarında,  istərsə  də   "Fasebook”, "Livejournal”,  "MySpace”, " Odnoklassniki” , "V kontakte”  kimi daha  böyük sosial şəbəkələrdə  xaricdə karyera qurmaq istəyən  gənclərə  çoxlu müraciətlər edilir. Bu müraciətlərdə gənclərdə  xarici ölkələrdə yaşamağa, təhsi almağa və işləməyə maraq oyadılır,   belə demək mümkünsə, romantik gənclərin nəzərində  Qərb həyatı ideallaşdırılır. İnanmayın.

Bu cür işədüzəltmə büroları da var: yüksəkmaaşlı iş yerləri vəd edirlər. İnanın, o firmada 100 yüksəkmaaşlı iş  üçün vakansiya olsa, həmin  büroların nümayəndələri onun 100-nü də öz qohum-qardaşına paylayar. Məqsəd şirnikləşdirmək,  daha çox  insanı  cəlb etmək, sonra da anket açmaq, müqavilə bağlamaq kimi adlarla hərədən 20-30 manat , bəzən də daha çox  pul əldə etməkdir. Həmin  məbləğ sizə az gələ bilər, amma onlar  20-30 manatı yüzlərlə insandan  alırlarsa, bu işbazlar sizə az görünən manatlarla yaxşıca  qazanırlar.  Siz isə onların vəd etdiyi işi yuxuda da görməyəcəksiniz. Eləcə də xaricdə iş vəd edən firmalara çox da bel bağlamayın. Elə gəlirli iş varsa,  gedib özləri işləsinlər.

Hörmətli Azər müəllimin yazısını öz həmvətənlərinə əsl canıyananlıq nümunəsi hesab edirəm və xaricə getmək fikri  beynində cüçərti salmış həmvətənlərimizə bu yazını oxuyaraq, dönə-dönə fikirləşmələri tövsiyə olunur.

Ana və Uşaq.az

Azər Qərib: "Siz orada heç kimə lazım deyilsiniz"


Xarici ölkələrdə   yaşamaq və işləmək xoşbəxtliyi  :   eyforiyadır, yoxsa  gerçəklikTanınmış səyyah-jurnalist Azər Qərib Facebook profili vasitəsilə izləyicilərinə müraciət edərək, xaricə köçmək istəyənlərə xəbərdarlıq edib.
AzeriTimes.az Milli.Az-a istinaden bildirir ki, A.Qərib yazıb: "Mənim ünvanıma həmişə belə suallar gəlir, amma son zamanlar onlar çoxalıb - "Biz xaricə köçmək istəyirik, məsləhət verin, hara gedək, necə gedək, viza almağa yardım edin", və s.
Dünən isə bir izləyicim yazıb ki, bəs bizə 3.000 dollara İsveçdə işləmək icazəsi təklif edirlər, inanaq ya yox.
Əziz dostlar!
Əvvəla, mənim hər hansı viza almağa heç bir köməkliyim dəyə bilməz, özüm ümumi qaydada müraciyət edirəm səfirliklərə.
İkincisi, mən heç vax öz üzərimə o məsuliyəti götürə bilmərəm ki, filan ölkəyə köçün, yaxşı olacaq.
Və nəhayət - bu sahədə kifayət qədər moşennik və dələduz var, yalançı vədlər verirlər və pul alıb, insanları aldadırlar. Biri deyir, Portuqaliyada portağal yığmaqa göndərə bilərəm, digəri deyir, Stokholmda kafelşik və santexnik lazımdır, düzüb qoşaram və s.
Agah olun, ehtiyatlı olun, hal-hazırda Avropada elə bir ölkə yoxdur ki, fəhlə qüvvəsinə tələbatı o səviyədə olsun ki, xaricdən işçi dəvət etsin!
Yüzminlərlə qaçqınları olan Avropa ölkələri yeni immiqrantları istəmirlər, əgər siz hansisa sahənin dahisi deyilsinizsə, sizə olan maraq sıfıra bərabərdir.
Və bir şeyi anlamalısınız - xaricdə ən böyük problem status problemidir. Yəni, həmin ölkədə leqal qalmaqa icazə verən sənəd. Əgər siyası sığınaçaq istəyirsinizsə, bu statusu almaq çox çətindir. Gərək tanınmış adam olasınız, adınız siyahılara düşsün, xaricdə güclü arxanız olsun və s.
Yəni, əvvəlki kimi gedib hansısa partiyadan saxta üzvlük biletini almaqla, və yaxud polis dəynəyi ilə şəkil şəkdirməklə sıqınaçaq almaq geyri-mümkündür, bunu bilməlisiniz.
"Bəs onda necə köçüb gedək?"
Bilmirəm. Onu bilirəm ki, nağıllara inanmayın, sizi heç kim heç yerdə gözləmir, ələxüsus indiki zəmanədə. Düzdü, siz turistik viza alıb, gedib orada qaçqınlara qoşula bilərsiniz, amma reallıqları nəzərə almalısınız - bu həyat deyil.
Ola bilsin, bir müddət yardım alıb, düşərgələrdə yaşaya biləcəksiniz, amma nəticədə sizin sənədlərinizi yoxlayıb geri göndərəcəklər, əmin ola bilərsiniz.
Və sonda. Bu çox mühüm və önəmli bir məqamdır - televizora baxıb, lap elə mənim verilişlərimə, şəkillərimə baxıb, paylaşdıqım təəssuratlarla tanış olub, yaxud, xaricdən gəzməkdən gələn yaxınlarınızın söhbətlərinə qulaq asıb qərar vermək yanlış bir addımdır!
Nə qədər ki siz turistisiniz, pul xərcləyirsiniz, sizin üzünüzə güləcəklər, Qərb həyatının bütün nailiyyətləri sizin ixtiyarınızda olacaq. Amma siz immiqrant olan kimi, həyat sizə digər simasını göstərəcək, və bu sima heç də mənim qlamur şəkillərimdə olan sima deyil.
Ona görə köçmək qərarı - yalnız sizin qərardır, burada məsləhət vermək risklidir, şadəcə tam məsuliyətlə bir şeyi anlamalısınız, təkrarlayıram - sizi heç kim heç yerdə gözləmir və siz oralarda heç kimə lazım deyilsiniz.
Qalanını isə özünüz bilən məsləhətdir..."

Xarici ölkələrdə   yaşamaq və işləmək xoşbəxtliyi  :   eyforiyadır, yoxsa  gerçəklik

 

Mənbə:http://azeritimes.az/az/azer-qerib-siz-orada-hec-kime-lazim-deyilsiniz/%7Dhttp://azeritimes.az/az/elside-iki-ciddi-itki/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz