» » Həyat yoldaşını itirən qadınların/kişillərin səhhəti və bu mövzuda demək istədiyim bəzi fikirlər

Həyat yoldaşını itirən qadınların/kişillərin səhhəti və bu mövzuda demək istədiyim bəzi fikirlər

 

 

Həyat yoldaşını itirən qadınların/kişillərin səhhəti və bu mövzuda  demək istədiyim bəzi fikirlər

 

 

Somatologiya (insan orqanizmi fərdi dəyişkənliyinin qanunauyğunluqlarını, rüşeym inkişafının ilk mərhələsindən qocalığa qədər insanın yaş xüsusiyyətlərini, müxtəlif bioloji və sosioloji amillərin insanın bədən qurluşuna təsiri və sair məsələləri öyrənir) məşğul olan mütəxəssislərinin qənaətinə görə həyat yoldaşlarını itirən qadınların səhhəti yaxşılaşmağa doğru getdiyi halda, qadınlarını itirmiş kişilərin vəziyyəti isə pisləşməyə doğru yön alır.

Tədqiqatçılar bu fikri İngiltərənin "Daily Mail” qəzetində ifadə etmişlər. Padova Universitetindən Doktor Caterina Trevisan yazmışdır: "Həyat yoldaşının olması kişilər üçün, təbii ki, yaxşıdır.Çünki onların nazını çəkən, səhhətləri qayğısına qalan, ev işlərini görən bir qadın var. Ancaq qadınlar üçün belə vəziyyət stress və məhrumiyyətdən başqa bir şey deyil”.

Evlənməyən qadınlarda depressiya riskinin daha aşağı olmasının səbəbləri arasında onların cəmiyyətin, ailənin qadına yüklədiyi vəzifələrdən hələ ki, uzaq olduğu səbəbi dayanır. Amma iş həyatı, ictimai həyat qadınları sosial baxımdan daha  fəallaşdırsa da,  ailə qayğıları ilə uyğunlaşmaq baxımından doğru  həllini tapmayanda,  narazılıq, qarşıdurma, son nəhayətdə  depressiya riski də yaranmağa başlayır. Amma ümumilikdə götürsək, evlilik insan həyatının mənasını ülviləşdirdiyi üçün həyat keyfiyyətini yüksəldir, uzunömürlülüyə stimul verir.

İtaliyada 733 kişi və 1154 qadın arasında aparılan araşdırmaya görə, heç evlənməmiş və həyat yoldaşını itirmiş kişilər səhhətlərinə görə ən təhlükəli qrupda yer almışdı.

Amma dul qadınların daha sağlam olduğunu sübut edən elmi bir araşdırma da var. Queensland Universiteti tərəfindən 60 yaşdan yuxarı 2.300 avstraliyalı üzərində aparılan bir araşdırmaya əsasən, boşandığı və ya əri öldüyü üçün dul qalmış və ya heç evlənməmiş qadınların, evli olanlara görə daha sağlam olduqları məlum olmuşdur.

 Evli cütlüklərin daha sağlam və uzun yaşadıqları haqqındakı  fikirlə daban-dabana zidd bu nəticəni   mütəxəssislər  evli qadınların  məişət  qayğıları ilə əlaqələndirirlər. İzah da budur ki, ailəli qadınlar ərlərinə, uşaqlara  baxmaqdan özləri ilə məşğul olmağa vaxt ayıra bilmirlər.  Vaxtlı-vaxtında qidalanmamaq, gəzməyə, teatra, konsertə  gedə bilməmək, şəxsi gigiyenadan uzaq düşmək, bütün bunlar  evli qadınların daim yorğun olmasını şərtləndirir.


Həyat yoldaşını itirən qadınların/kişillərin səhhəti və bu mövzuda  demək istədiyim bəzi fikirlər


Bəs əslində necədir?

Küçələrdə qol-qola yeriyən, bazarlarda birgə alış-veriş edən, parklarda bir skamyada əyləşib şirin-şirin söhbət edən ailə cütlüklərini görmək çox duyğuludur: gözə, ürəyə   əvəzsiz bir rahatlıq gətirir.

Çünki bu mənzərə, əsl  xoşbəxtliyin, ailə səadətinin  canlı rəsmidir.

Daha sağlam yaşamağın açarı evlilik olduğunu göstərən ilk tədqiqat 150 il bundan əvvəl Fransada keçirilmişdir.

Uilyam Farr adlı bir tədqiqatçı evli, subay və boşanmış insanların simasında onların neçə yaşında öldüklərini araşdırmışdır. Nəticə belə olmuşdur ki, evlilər digər qruplarla nisbətdə daha çox yaşayırlar.

Evlilər arasında ürək, yüksək təzyiq, depressiya və osteoporoz kimi xəstəliklərə daha az təsadüf edilir.

Mütəxəssislər bunu belə açıqlayırlar: evlilər subaylara nisbətən daha balanslı qidalanırlar, yuxuları daha səliqəlidir, siqaret və spirt kimi pis vərdişləri daha azdır. İctimai münasibətləri və fəaliyyətləri daha yaxşıdır.

Evlilik cinsi yolla yoluxan xəstəliklərə qarşı da qoruyucudur. Evlilər tibbi imkanlardan daha çox istifadə edirlər; müalicə və pəhriz daha yaxşı həyata keçirirlər.

Stressin, qovga-mərəkənin astma , miqren, ürək xəstəliklərindən mədə xorasına qədər bir çox xəstəliklərin əsəs səbəbi olduğu ciddiyə alınmalıdır.

Brigham Young Universiteti 204 evli cütlük və 99 subay üzərində müşahidə aparmışdır. Məlum olmuşdur ki, xoşbəxt ailəyə sahib olanların qan təzyiqi problemləri olmur, amma" stresli evliliklər, tam əksinə, qan təzyiqinin yüksəlməsinə yol açır.

Evliliyin, eləcə də  dul qalmağın kişiyə  və ya qadına  hansı dərəcədə  təsir göstərməsi  nə evliliklə bağlıdır, nə də subaylıqla.  Əsas məsələ insanın həyatını necə qurmasından, ailəyə, sevgiyə  necə münasibət bəsləməsindən asılıdır.

 

Həyat yoldaşını itirən qadınların/kişillərin səhhəti və bu mövzuda  demək istədiyim bəzi fikirlər

Yalnız uzun yaşamaq üçün evli olmağın yetərli olmadığını da demək lazımdır. Günlərini didişərək, mübahisə edərək, haray-həşir, "dır-dır”la başa vuran ailədə nə uzunömürlülükdən danışmaq olar, nə də keyfiyyətli həyatdan.

Evlilərin uzun yaşamasının başda gələn əsas şərti isə evliliyin "xoşbəxt ailə" dəyərlərini özündə ehtiva etməsi ilə birbaşa əlaqəlidir.

Queensland Universitetinin  boşanma və ya ərinin  vəfatı səbəbindən dul qalmış  və ya heç evlənməmiş   qadınların  evli olanlara görə daha sağlam olması haqqında gəldiyi nəticə, mənə belə gəlir ki, yalnız  sorğunun aparıldığı 2.300 avstraliyalı üçün  maraq doğura bilər.

Bu araşdırmanı etalon kimi qəbul etsək, onda nə olar: kimsə evlənməyə maraq göstərməz, evli olanlar da bir balaca  ilişki axtararlar ki, uçundan tutub  boşanmağa istiqamətlənsinlər.  Bu amylin həm də çox ciddi fəsadları ola bilər: ailə bir institut kimi ləğv olunar, əsl sevgilər, səmimi hisslər topağa gömülər.  leylilər, əslilər, Zöhrələr, Fərizələr, Qeyslər, Kərəmlər, İlhamlar olmaz. Böyür-başımızı  eyş-işrət düşkünləri, Don Juanlar bürüyər. Kimsə dünyaya uşaq gətirmək istəməz,  həyatın davam etməsi üçn varislik ənənələri pozular. Nikahsız kəbinlərdən, sərxoş yaxınlıqlardan  bətnə düşən körpələr xəstə körpələr dünyaya gələr və onlar gələcəkdə heç bir əxlaqi-mənəvi dəyərlərin daşıyıcıları ola bilməzlər.

 

Həyat yoldaşını itirən qadınların/kişillərin səhhəti və bu mövzuda  demək istədiyim bəzi fikirlər

Ola bilər ki,  evliliyi olmayan, dünyaya uşaq gətirməyən qadının və yaxud atalıq məsuliyyəti, qayğısı çəkməyən kişinin fiziki sağlamlığı, zahiri  görünüşü evli qadın və ya kişilərin sağlamlığından yaxşı olsun, boy-buxunlu, gözəgəlimli olsun. Təbii ki, dünyaya 3-5 və daha çox övlad gətirən, sonra da onları böyüdüb boya-başa çatdıran  qadının qayğıları çox olur. Bunların üstünə ev-eşik, ər qayğılarını da əlavə etsək, ailəli qadınla dul və ya ərə getməmiş qadınınsağlamlığı  və  zahiri gğrünüşü arasında  fərqlər, əlbəttə, danılmazdır.

 Sovet dövründə qadınlar vardı 8-10 uşağı olurdu.  Bədənindən 8-10 uşaq ayrılmış qadın necə ola bilər bəs? Mənə belə gəlir ki, qadınlar bu qayğılardan, cəfakeş qadın olmaqdan qaçırlar.  Bugünkü ailə modeli, əsasən, 2-3 uşaqdan o yana keçmir.Onu da evliliyin ilk illərində dünyaya gətirib, sonra da  xanım-xatın kimi gəzmək istəyirlər. Kimsə bunun əleyhinə deyil. Qoy qadımlarımzı  xanım-xatın olsunlar: hərəsi bir evimizdə olacaq. Amma  alman yazıçısı Аlbert Broxfoqelin  "Heç bir bəzək və makiyaj  bir qadını Analıq sevgisi qədər gözəlləşdirə bilməz”  qənaəti də çox sərrast ifadə edilmişdir.

Belə deyilsə, onda daha  nəyə lazımmış evlənmək, cismani yaxınlıq  bunsuz da mümkünmüş. Başqa ölkələrdə belə münasibətlər necədir, öz işləridir. Amma  Azərbaycan Qadını  üçün cismani yaxınlıq  evlilik və ANA olmaq  niyyətlərinə söykənir, əsaslanır.

Bu   ülviliyi   yaşatmaq üçün bir evin, bir ailənin, bir nəslin, ən başlıcası isə, bir Azərbaycan ərinin cəmiyyətdəki Atalıq  statusunu qorumaq üçün  Qadın olmağa, Ana olmağa dəyər.

 Bu niyyət üçün mücadilə edən, çarpışan qadının  sağlam olması həyat yoldaşın ilə birgə olanda da  olsun,  həyat yoldaşını  itirəndən sonra da.  Amma  həyat yoldaşını itirən qadınların sağlamlığı evlilkdə olduğundan daha   taxşı olur demək, bunu  gözləmək  bir qədər əvvəl  dediyimiz  ülviliyə  hörmətsizlikdir. Çünki keçirdiyiniz (kişilər də həmçinin ) narahatçılıqlar, əzab-əziyyətlər, yuxusuz gecələr, qara saçlara düşən dən  bu ülvilik üçün olmayıbmı?

Sadəcə, qadın və  həyat yoldaşı sevgi, səmimiyyət, qarşılıqlı etimad, birgə mübarizə ilə  ömür sürməlidir. Onda belə  müqayisə heç yada düşməyəcək.


Həyat yoldaşını itirən qadınların/kişillərin səhhəti və bu mövzuda  demək istədiyim bəzi fikirlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz