» » Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaz rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Ərazisi 1 046 km², əhalisi 162 100 nəfərdir. Şimaldan Rusiya Federasiyası, qərbdən Qusar və Quba rayonları, cənubdan Şabran rayonu, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Sərhədlərinin 14 km-ni Rusiya ilə olan sərhəd təşkil edir.
Xaçmaz rayonunun 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Florası müxtəlif bitki və ağac örtüyü (itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri) ilə əhatə olunmuşdur. Faunası da zəngindir. Bir çox termal və mineral su bulaqları vardır.
Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir. Ən böyük inzibati yaşayış məskənləri Xaçmaz və Xudat şəhərləridir. Müqtədir və Arzu qəsəbələri, həmçinin  Dədəli kəndi də  ən böyük inzibati ərazi vahidləridir.
Xaçmaz Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. İlin hansı fəslində Xaçmaza getsəniz, buranın insanları əlləri əkində-biçindədir, meyvə-tərəvəzçilik və heyvandarlıq fəaliyyəti ilə məşğuldurlar.
Bununla belə, Xaçmaz rayonu maddi-mədəni iris ilə də Azərbaycanın ən zəngin diyarlarından biridir. Xalçaçılıq  hər zaman  xaçmazlıların sevə-sevə  davam etdirdikləri xalq sənəti nümunəsi olub və bu gün də belədir.

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Rayonda 122 ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi, 91 səhiyyə müəssisəsi, 2 özəl tibb klinikası fəaliyyət göstərir. Bu sıraya 13 mədəniyyət evini, 102 kitabxananı, 44 klubu, 3 musiqi məktəbini, mədəniyyət və istirahət parklarını, tarix- diyarşünaslıq muzeyini, "Xalqlar Dostluğu” muzeyini, Əziz Əliyev adına muzeyi,  akademik Zərifə Əliyeva adına muzeyi, Rəsm qalareyasını və digər mədəniyyət ocaqlarını da əlavə etsək, Xaçmazın "parklar və muzeylər şəhəri” adlandırılmasının heç də təsadüfi olmadığını hamımız təsdiqləyərik.
Xaçmaz şəhərində açıq səma altında tariximizin, ədəbiyyatımızın və incəsənətimizin 40 görkəmli şəxsiyyətinin abidələri ucalmaqdadır. 
Bir neçə gün öncə bu etnoqrafiya şəhərində "Ana dili müəllimi” abidə kompleksi inşa edilib, özü də harda -
"Çənlibel” istirahət parkında. Abidənin ətrafında Azərbaycanın 38 görkəmli yazıçı və şairinin işıq sistemi ilə quraşdırılmış qranit kitablarının maketləri yerləşdirilib. Yəni, düşünülmüş şəkildə.
 
Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Çənlibel igidlər yurdudur, Azərbaycanın simvoludur, qəhrəmanlıq, yurd sevgisi assosiasiyası yaradır. Bu qədirşünaslığı ana dili ilə vəhdətdə təcəssüm etdirmək həm də əsl varislik nümunəsidir.
Ümumiyyətlə, Xaçmaz rayonunda bu ənənənin əsası keçən əsrin sonlarında bu rayonda raykom katibi işləmiş Çingiz Fərəcovla qoyulmuşdu.Hələ o vaxtlar mətbuatda, televiziyada gülzara çevrilən Xaçmaz rayonunda abadlıq-quruculuq işlərindən tez-tez bəhs edilərdi. Bu gün rayona başçılıq edilən icra başçısı Şəmsəddin Xanbabayev də bu ənənəni daha geniş şəkildə davam etdirir.
  
Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Bu yay mövsümündə nəvələrimlə imkan tapıb gedə bildiyim yer Xaçmaz oldu. Bir həftə ərzində Xaçmaz torpağında bu yayın yaratdığı gərginliyi bərpa etdim: Xəzərin sahilində, səfalı bulaqlarda, meşələrdə, bir-birindən dadlı meyvələri olan bağlarında olduq. Qayıdanda, təbii ki, pay da verdilər, amma Xaçmazın bağlarından, bostanlarından bir maşın yükü şaftalı, qoz, fındıq, üzüm, zoğal, əncir, alma, xiyar, pomidor gətirdik, çox ucuz qiymətə. Bunu diqqətə gətirməkdə məqsədim odur ki, xaçmazlılar, eləcə də bir çox rayonlarımızda təsərrüfatla, meyvəçiliklə məşğul olanlar ərsəyə gətirdikləri məhsulunun zəhmətləri müqabilində dəyərini görsələr, kənddə hamı şahənşah kimi yaşayar.İndi də pis yaşamırlar, hamısınna kifayət qədər pay torpağı verilib. Hansı evdə qonaq olduq. Nəzərimdən yayınmadı, Allah var etsin, meyvə-tərəvəz bol, hər qapıda da çoxlu toyq-cücə, qaz-ördək, qoyun, iribuynuzlu mal-qara. Çoxları mal-qaranı elə həyətlərində bəsləyir.
Lək-lək pomidorları, badımcanları, xiyarı, qarğıdalını nəvələrim elə tağındaca qoparıb yeyirdilər.
Olduğum həyətlərin hamısında, göz dəyməsin, həyət boyu fındıq sərilmişdi. Qurudub saxlayırlar ki, qışda bir qədər münasib qiymətə satsınlar.
Xudatda, Müqtədirdə, Maqsudkənddə çox qapılarda qırmızı lentlər gördüm. Axı payız fəsli həm də toy-büsat fəslidir. Yəni, əmin-amanlıq ola, toy-büsat ola, insanlar qayğısız- əminliklə əkib-becərələr, süfrələri ruzi-bəərkətli ola. Daşlı-kəsəkli yollar da sanki gülürdü.Kəndin aurasından bir məmnunluq, toxluq yağırdı.

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Adamları özləri də zəhmətsevər, işləkdirlər. Qonaq olduğumuz evlərdə ev sahibləri qonaqlara canı-dildən qayğı göstərir, amma toyuq-cücəni, mal-qaranı da yaddan çıxarmırdılar: toyuq-cücəyə-dən verir, inəklərin qabağına ot daşıyır, ağacların dibinə tökülmüş fındıqları yığırdılar.Mən də zarafata salıb deyirdim ki, Xaçmazdan mümkün qədər qız alıb qohum olasan, qız verib yox. Qız versən, bu boyda təsərrüfatda işləməlidir, əkməli, becərməlidir. Qız alsan, bax, bu, çox sərfəli olacaq: ilboyu qoz-fındığın, şaftalın, xiyar-pomidorun pay gələcək.
Xaçmaz rayonunda 22 millətin nümayəndəsi (ləzgi, tat, türk, qrız, rus, kürd,tatar, yəhudi, xınalıq,talış, ukraynalı və s.) yaşayır, həm də mehriban bir ailə şəraitində. Müqtədir qəsəbəsində məsciddə bir neçə millətin iştirak etdiyi bayram namazında iştirak etdik. Bizim qonaq olduğumuzu bilib namazdan sonra başımıza cəm oldular. Onlardan heç kim ayrı-seçkilik təzahürü dilə gətirmədi.
Amma özüm bir çox problemləri müşahidə etdim. Kənd yolları çox bərbaddır. İçməli su problemləri var. Şollar su xətti Xudatdan keçir, amma burada su qrafiklə verilir. Xudatda, Müqtədirdə kanalizasiya şəbəkəsi yoxdur.Çirkab sular kiçik arxlarla axıdılır.
Müqtədirdə məktəbə də baş çəkdim.Qəsəbə Xaçmazın, əvvəldə qeyd etdiyim kimi, ən iri yaşayış məskənlərindən biridir, 3 minə yaxın ərazisi var
  Əvvəllər bu kəndin ərazisi Xəzər Dəniz Gəmiçiliy İdarəsinin yardımçı təsərrüfatı olub.
2016-cı ildə ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatların nəticəsi olaraq Əmlak Məsələləri Dövlət Komitəsi sosial addım ataraq bu ərazilərin yerli əhaliyə pay torpaqları şəklində paylanması haqqında qərar çıxarıb. Təbii ki, bu torpaqlar müqtədirlilərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan verəcək. Bu, bir də ona görə əhəmiyyət kəsb edir ki,  qəsəbədə ləzgi, qımıq, qrız, rus, siqan xalqlarının və millətlərinin  nümayəndələri  yaşayırlar. Onların həyat səviyyəsinə qayğı dövlətimizin prioritetidir.
 Qəsəbədə nəzərəçarpacaq qədər boş qalmış, yaşayış olmadığından uçub-dağılmış evlər gördüm. Belə barlı-baharlı, ab-havalı yerdən gənclər, insanlar başqa ölkələrə niyə axışmalıdırlar. Əlaqədar təşkilatlar   başqa ölkəyə getmək qəbahət deyil deyib yan keçməməlidir.
 
Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Xaçmaza və xaçmazlılara aid gördüklərim, təəssüratlarım

Amma bu gün üçün kəndin böyük social qayğıları var.
Qəsəbədə səhiyyə müəssisəsi yarıtmaz haldadır, burada da cəmi 1 diş həkimi fəaliyyət göstərir. Sakinlər deyirdilər ki, amma vaxt var idi bu səhiyyə ocağı ən nümunəvi sağlamlıq ocağı idi, ətraf yerlərdən bura üz tuturdular.
Qəsəbədə kitabxana olsa da, klub yoxdur. Ən böyük qayğıları isə məktəb sarıdandır. Mən məktəbin ərazisini gəzdim, kimsə olmadığı üçün heç bir məlumat öyrənə bilmədim. Sadəcə, kənardan çəkdiyim şəkillərlə Müqtədir məktəbinin vəziyyətini diqqətinizə çatdırıram.
Müqtədirli şagirdlər 2018-2019-cu tədris ilinə bu məktəbdə davam edəcəklər.
 
Amma söhbət etdiyim qəsəbə sakinləri  çox ümidli idilər. Onlar ümid edirlər ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın yolu bu tərəfə düşsə, bu ərazidə hökmən ən müasir tipli məktəb binası ucaldılacaq. Hər yerdə olduğu kimi burada da insanlar Ölkə başçısının, Mehriban xanımın qayğısı ilə yeni tikilən, əsaslı təmir edilən yüzlərlə məktəb haqqından televiziya vasitəsilə məlumatlıdırlar.
Müqtədirlər ona görə də məktəb binasının tikilməsindənsə, Mehriban xanımın Müqtədir qəsəbəsinə yolunun düşməsini arzulayırlar.
Mən də onların arzusuna qoşuluram.Çünki ölkəmizdə yeni təhsil hərəkatı Cənab Prezidentlə yanaşı, Mehriban xanımın adı ilə də bağlıdır. İnşallah, 2019-2020-ci tədris ilini Müqtədir qəsəbəsinin şagirdləri yeni məktəb binasında təhsil alarlar.
Arzu insan istəyidir, həm də hər cür istək yox, cəmiyyətin ideallarına bağlı istəklər. Belə arzu və niyyətlər hökmən onları gerçəkləşdirməyə imza atacaq şəxslərə çatır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz