» » Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)

  

İnsan hər gün bir parça musiqi  dinləməli, mənalı  bir şeir oxumaIı,

gözəl bir tablo seyr etməli və mümkünsə,  bir neçə məntiqli cümlə söyləməlidir.

Höte

Musiqi  sevməyənə insan demək olmaz: onu sevən ancaq

yarım insandır; musiqi  yaradansa  tam insan.

                                                     Höte

Uzaq səfərlərə  çıxmayanIar, kitab oxumayanlar,

musiqi  dinləməyənlər, qəlbində incəlik olmayanlardır. 

Pablo Neruda

Bu gün belə mahnılar, kliplər, özəl telekanalların keçirdiyi məzmunsuz layihələr kifayət qədər çoxdur. Bəs insanların sosial və məişət qayğılarının həllinə həsr edilmiş, məsələn, mərkəzdən uzaq məhəllələrdə sosial rahatlıqların olmaması, sosial ünsiyyət məkanlarının getdikcə xidmət və ticarərət şəbəkələrinə çevrilməsi, məişət tullantılarının toplanması, çeşidlənməsi, daşınması, zərərsizləşdirilməsi kimi məsələlər niyə müzkirə mövzusu olmur, televiziya, mətbuat belə problemlərin həllinə çalışmır. Amma zəngin və dəbdəbəli studiyalarda çal-çağırlı "Düz bazar”, "Ondan sonra", "Maşın şou”, "Dərdinizi bizə danışın”, "Hər şey daxil”, "Səhər-səhər", "Yalan-doğru”, "Bax ki baxasan”, "5/5”, "Onun yarısı” və sair bu kimi verilişləri aparmağa layihə müəllifləri hər zaman maraqlıdır. Amma axtarsaq, bəlkə də şou layihələri aparıçılarının jurnalistlik, heç olmazsa, filoloji təhsilləri belə yoxdur. Televiziyanın, jurnalistin əsas vəzifəsi məlumatı yaymaqdır, cəmiyyəti maarifləndirməkdir. Təəssüf ki, bizim şou layihələri,müəyyən bir auditoriyanı əyləndirməkdən, qalmaqallı şou nümayəndələrini reklam etməkdən uzağa gedə bilmir. Aparıcılar, belə verilişə dəvət edilənlər özlərindən çox müştəbehdirlər, halbuki, izləyicilər məmnun qalmalıdır.
Sovet dövründə bir tanış vardı, gənc mütəxəssis kimi etimad göstərilib rayon təşkilatlarının birində işə götürülmüşdü. Mənə söyləmişdi ki, bir gün işə tez gəldim və idarənin qarşısında 5-10 dəqiqə vaxtımı keçirmək istədim, onsuz da axşamacan stol arxasıda əyləşirəm. Qarşı səkidə adımlayan bir yaşlı şəxs (uzun müddət rayonda müxtəlif vəzifələrdə çalışmış şəxsdir və o şəxsi mən də tanıyırdım) mənə çatanda səkinin bu tərəfinə keçib salam verdi.Yaxınlaşıb görüşdüm. Soruşdu ki, a bala, sən hansı kənddənsən, kimsən, nəçisən? Atam bir qədim peşə sahibi idi: tanıdı və mənə dedi ki, sən gənc mütəxəssissən, sənə böyük etimad göstərilib. Sən balaca bir rayon üçün tanınmış şəxssən.Təmsil olunduğun idarənin qarşısında dayanmaq nüfuzlu bir orqanda işlədiyini nümayiş etdirmək kimi görünə bilər.
Bəyənilməyən sovet dövrünün, partiya əxlaqının belə ölçü və hədəfləri vardı. Bunlar mövzumuzun əsas qayəsinə bilavasitə bağlı olmasa da, zamanın hədəflərini müqayisə etmək üçün çox ehtiyac duydum. Sovet dövrünün özünün müəyyən prinsipləri vardı. Məsələn, təsərrüfat fəaliyyətli idarə və təşkilatlara rəhbər şəxs böyük əksəriyyətlə ixtisas sahibləri seçilirdi və ya təyin edirdilər, fərqi yoxdur. Kolxoza, sovxoza , meyvəçilik, yaşıllaşdırma, maldarlıq sahələrinə rəhbər vəzifəli şəxs kənd təsərrüfatı mütəxxəssisi, iqtisadçı seçilərdi. Partiya, sovet, həmkarlar, komsomol işinə isə mümkün qədər humanitaar ixtisas almış şəxslər, əsasən, tarix , filoloji, hüquq təhsili almış şəxslər. Səbəbsiz deyildi bunların heç biri. Oxucularım məndən inciməsin, bunu ayrı-seçkilik kimi qəbul etməsin. Mənim fikrimcə, yanaşma doğru idi. Ali təhsilli baytar həkiminin rayon baytarlıq idarəsinin sədri işləməsi heç bir assosiasiya yarada bilməz,amma baytar həkiminin komsomolun birinci katibi təyin edilməsi qəribə görünəcəkdi. Komsomol katibi təsərrüfat fəaliyyəti ilə deyil, gənclərin ideya-siyası tərbiyəsi ilə məşğul olur, ahəngdar inkişaf etmiş şəxsiyyət kimi formalaşması siyasətini həyata keçirir, ayrı-ayrı sahələrdə təmsil olunan peşə və sənət sahiblərinin varislərini hazırlayırdı. Bunun üçün o, siyasi, mənəvi cəhətdən yetkin olmalı, xalqının tarixi, ədəbiyyatı və mədəniyyətinə dərindən bələd olmalı, insanlar arasında etimad, qarşılıqlı hörmət, ictimai borc, təssübkeşlik kimi keyfiyyətləri alovlandırmağı bacarmalı idi. Belə bacarığın keyfiyyəti isə ictimai elmlərin təsir gücü ilə bağlı idi. Eynilə, televiziya,radio və mətbuatın da ictimai rəyə və şüurlara təsir imkanları çox böyükdür. Xüsusilə sadə insanlara, qadın və uşaqlara. Onlar mətbuatın, televiziyanın yazdığına, göstərdiyinə daha tez və asan uyğunlaşırlar. Bu həssaslıq həm yaxşı mənada, həm pis mənada özünü tez biruzə verir.
Buna görə də jurnalist də, aparıcı da geniş mütailəli olmaqla yanaşı, yüksək peşəkarlıq keyfiyyətlərinə də malik olmalıdır. Jurnalistin qulaqları həmişə eşitməli, gözləri həmişə itikçi olmalıdır. O, daim öyrənməyə can atmalıdır. Öyrəndiyi, eşitdiyi hər bir məlumatı aydınlaşdıran kimi isə ictimailəşdirməli, cəmiyyətə ötürməlidir. Bu missiya həm də cəmiyyəti, dövləti maraqlandıran hədəflərfən çözümlənməlidir. Amma bizim əksər kütləvi informasiya vasitələrində , televiziyalarda yayımlanan sou verilişlərində hədəf aydın deyil və yaxud məqsəd elə əyləncə ab-havası yaratmaqdır. Xüsusilə son şou verilişlərində də, eləcə də reklam vasitələrində qadın obrazı yadarkən, qadın obrazı təqdim edərkən həssas olmaq lazımdır.

   Elektron mətbuat vasitələrində   istənilən  vaxt izləsəniz, şahidi olarsınız ki,  şou mövzusunda  qələm alınan bütün yazılarda , şou verilişlərində qadın sağlam cəmiyyətin təminatçısı kimi deyil , öz ictimai statusundan daha fərqli bir statusda    təqdim olunur: nə olsun  ki,  bu, hansısa mənbə göstərilməklə verilir. Məsələ mənbənin  məlum olub-olmamasında deyil,  materialın  özünün  formalaşdığı  mühit və təsirlə ölçülməlidir.

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)

 

 Son vaxtlar elektron mətbuatımızda, sosial şəbəkələrdən  məqamlar:

1. Keyt Bekinseyl adlı  bir aktrisa GQ dərgisinin 21-ci "Men of the year” mükafatladırma mərasimində çimərlik geyimini xatırladan libasla  qırmızı xalıya çıxıbmış, necə  olubsa , libasın üst qismi aktrisanı əynində durmayıb.

 

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)


2. "The Mercy” filminin London qalasında"Miu Miu” imzalı göy libas geyinən aktrisa libasının uzun yarığı səbəbindən çətin anlar yaşayıb.

 

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)


3. "Romada X  Film Festivalında tunisli aktrisa və model Zaina Driti geyindiyi uzun yarıqlı libası üzündən çətin vəziyyətə düşüb. Fotoqraflara poz verən aktrisa qəflətən qalxan külək səbəbindən pərt olub. Göy libasının hər iki yarığı açılan Zaina onları düzəltməkdə çətinlik çəkib. Cəhdinin uğursuz olduğunu görən Z.Driti gülümsəyərək şəkil çəkdirməyə davam edib”.

  

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)

 

4. 61 yaşlı məşhur aparıcı Kennerli çətin anlar yaşayıb."Məşhur ingiltərəli müğənni Kerri Katona "Ok!” dərgisinin 25 illiyinə həsr olunmuş gecədə Kerri iki tərəfində də yarığı olan uzun qırmızı libası ilə bədənindəki döymələri nümayiş etdirib. Alt paltarı geyinməyən ifaçı eyni zamanda çıxılmaz vəziyyətə düşüb”.

  

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)


Keyt Bekinseyl libası topuqdan  kəmər bağlanan yerə qədər kəsik formada geyinirsə və  külək bu geyimin ətəklərini dalğalandıqda  bədəninin naməhrəm yerləri,  dərisi görünəcəksə; "Miu Miu” imzalı göy libas geyinən aktrisa da  Bekinseyl kimi "razrez” geyinəcəksə; Zaina Driti geyindiyi uzun yarıqlı libasının ətəklərini külək qaldıracaqsa; 61 yaşlı məşhur aparıcı Kennerli gecəyə  alt paltarsız  gələcəksə, burada küləyi, nəyi, nəyi günahkar etmək lzım deyil.Onlar bilərəkdən bunu  belə geyinirlər. Onlər izləyicilərin şövqünü qaldırmaqla özlərinin reytinqini qaldırmaq  həvəsindədir. Sən bilmirsənmi alt paltarı geyinməmiş   çölə-bayıra çıxmaq nə deməkdir?  Niyə  libasın yarısı "razrez"li olmalıdır ki, addımını atan kimi, "oran-buran" görünsün?

Belə nümunələr  şou ab-havasına kökləndirilən gənclərə nə verəcək, necə təsir edəcək?

 Dünyada nə qədər boşanan, hamilə qalan, xəyanət edən var, şou mövzusuna  çevrilib cəmiyyətə ötürülür.

 Sovet dövrünün  mətbuat və televiziyası ilə bugünün  mətbuat və televiziyasının mövzu əhatəsini, bu mövzuları təlqin edən müəllif və aparıcıların peşəkarlığını izləsək, üstünlüyü sovet dövrünün mətbuat və televiziyasına verməli olacağıq.

Sovet  dövründə  televiziya kanalları indiki kimi çox deyildi, bu qədər də mətbu orqanları yoxdu. Amma bu sahədə işləyənlərin  kiçik istisnalarla hamısı sanballı idi.  Peşəkarlıq səviyyələrindən savayı, zahiri görkəmlərindən, danışıqlarından,  cəmiyyət arasında  davranış etiketlərinin özündən belə ədəb-ərkan paylayırdılar.  İndi belə deyil axı. Aparıcılar, onların verilişə dəvət etdikləri şou-biznes  sənətçiləri göydən gedir, özlərinin rahat və təmin olunmuş  həyatlarını, avtomobillərini, toylarını, maşınlarını,  əyləncə saatlarını  müxtəlif formatlarda  özəl telekanallarda və ya sosial şəbəkələrdə  nümayiş  etdirməklə  dolayısı ilə   insanlarda qıcıq yaradırlar.

  Kimsə əyləncəli verilişlərin əleyhinə deyil. İnsanların şən və məzəli  verilişlər izləməsi özü bir qayğımızdır. Amma indi gəlin görək, proqram  və mövzuları tamaşaçıların ürəyincəmi və yaxud  belə proqramlara dəvət edilən şou-biznes nümayəndələrinin  təkrar-təkrar gah bu kanala, gah o kanala dəvət edilməsi  izləyici sifarişidirmi? Bəzən bu layihələr öz ampulasından çıxır: aparıcı elçi gedir, müalicə etdirir,  təftişçiyə çevrilir və s. 

Şou verilişlərinə də kiçik istisnalarla, əsasən, elə  biznes-şou nümayəndələri dəvət edilir. Aralarında qalmaqal yaşanan, məhkəmə çəkişmələri yaşanan,  təqdir edilmək üçün elə bir fəaliyyəti  olmayan kəslərə  ekranda auditoriyanı maarifləndirməyə  mikrafon verirlər. Həyatdır, insanın səhvi ola bilər, başına qəza gələ bilər(amandı olmasın), amma dəfələrlə qadınını boşayan, ərindən ayrılan adam auditoriyaya əxlaq dərsi keçməsi , bu dərsi azmış kimi,   elektron məktubda manşetə çıxarmaq hansı məntiqlədir?   Fikir vermisinizsə, belə  verilişlərdə  iştirakçı kimi dəvət edilənlər (zalda əyləşənlər) eyni adamlardır. Sanki proqramlaşdırılıb hər şey,  qarşı tərəfə hansı suallar vermək, əks-arqument gətirmək və s. İştirakçı kimi dəvət edilənlər də  bəzən kimsənin tanımadığı  şəxslər olur. Birbaşa efirdə qoçuluq edirlər, bu qədər  izləyiciləri  saya almadan ağıllarına gələn kimi danışır, hərəkət edirlər. Kimə lazımdır belə şou, belə musiqi, belə sənətçi?  Əgər  belə verilişlər bim musiqimizi, ayrı-ayrı incəsənət sahələrini layiqincə təmsil və təbliq edə bilmirlərsə,  sənətimizə zaman-zaman xidmət etmiş,  onun zənginləşməsinə  töhfə vermiş  sənət xadimlərimizi ayrı-seçkilik etmədən, fərq qoymadan təqdim  edə bilmirlərsə,   öz verilişlərinə  həmişə qalmaqal yaradan, danışığı, hərəkətləri ilə cəmiyyətin haqlı narazılığına səbəb olan sənətçiləri, prodüsserləri, modelləri dəvət edəcəklərsə, buyursunlar, şou verilişlərini  klublarda, hansısa istirahət məkanında  davam etdirsinlər: kim arzumanındadırsa, gedib orada baxsın.   Televiziyanın missiyası tam başqa  fəaliyyətdir.

Mövzu ilə əlaqəli internetdə bəzi  məlumatları arayarkən   qəribə bir məlumata rast gəldim:


Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)


"Sonxeber.az oxu.az-a istinadən "Youtube"da ən çox izlənilən və dinlənilən azərbaycanlıların "Top 15" siyahısını təqdim edir:

15-ci pillədə "Düşün məni" mahnısı ilə məşhurlaşan Elvin Mirzəzadə var. O, 9 milyon 800 mindən çox baxış sayı toplayıb.

14-cü yer sosial mediada "tufan qoparan" Damlanındır. Azərbaycan dilində heç bir mənası olmayan "Bilirmisən" sözü ilə adlandırılan klipinin izlənmə sayı 9,9 milyondur.

"Gecə-gecə" mahnısı Asif Məhərrəmovun təqdimatı ilə "Youtube"da 10,9 milyon baxış sayını ötüb. O, 13-cü pillədə qərarlaşıb.

"Cover" mahnılarla məşhurlaşan Nigar Muharremin türkiyəli DJ Alper Eğrinin remiks versiyasını hazırladığı "Galiba" adlı ifası 11,9 milyonla 12-ci yerdədir.

11-ci yer isə Şəbnəm Tovuzlu və Talıb Talenindir. Bir il ərzində "Narın narın" baxış sayı toplayan klipi izləyənlərin sayı 12 milyona çatıb.

"Top 10"luğa nəzər salanda bizi ilk qarşılayan iki nəfər olur. "Səndən birdənədir" deyib 2016-cı ilin yayında hit olan Miri Yusif və Röyanın mahnısı 13 milyon 700 mindən çox insanın diqqətini cəlb edib.

Doqquzuncu pillədə qarşımıza yenidən Şəbnəm Tovuzlu çıxır. Onun Türkiyədə də məşhurlaşan "Qadasın alaram" mahnısı nə az, nə çox, 14 milyona yaxın görüntülənib.

Bir ilə 15,5 milyondan çox baxış sayı ilə öz rekordunu vuran Zamiq siyahımızın səkkizinci mərtəbəsindədir. Onun "Kaman" adlı "cover" ifası mərhum İlhamə Quliyevanın ən çox dinlənilən mahnısı ünvanını qazanıb.

Yeddinci pillədə bizi yenə də Nigar Muharrem salamlayır. İllər sonra Röya və Tunarın ifasını "cover"layan Nigarın "Həsrət nəğməsi" 16 milyon 300 minə yaxın baxış sayı yığıb.

"Əlvida, keçmişim" mahnısı ilə altıncı pilləni Üzeyir Mehdizadə tutub. Onun mahnısının baxış sayı isə 16,6 milyondur.

Qızıl beşliyin açılışını Əməkdar artist edir. Röya Ayxanın 2015-ci ildə çıxardığı "Kesin bilgi" adlı klipi "Youtube"da 18 milyon 400 min nəfərin izlənmə hədəfi olub.

Talıb Tale "Bilirsən ki" adlı mahnı ilə dördüncü pillədədir. Klip üç ilə 19,8 milyona yaxın baxış sayı toplayıb.

Siyahımızda üçüncü dəfə yer alan Nigar Muharrem "Omuzumda ağlayan bir sen" adlı "cover" mahnı ilə üçüncüdür. Hansı ki, bu mahnıya görə Kıraç onu məhkəməyə verib və təzminat tələb edir. Mahnının bir neçə aydır "Youtube"da yayımı dayandırılsa da, o, 23,8 milyon dəfə görüntülənməyi bacarıb.

İkinci pillədə "Always" mahnısı ilə Aysel Teymurzadə və Araş qərarlaşıb. Onlar doqquz il ərzində 30 milyon 700 min dəfədən çox görüntülənib.

Və nəhayət, zirvədə bütün zamanların ən çox dinlənilən azərbaycanlı müğənnisi Üzeyir Mehdizadə öz yerini tutur. Müğənninin "Yaxşı olar" adlı mahnısı 50,5 milyon baxış sayı ilə rekord qırıb (Mənbə: http://sonxeber.az/81288/youtubeda-rekord-qiran-azerbaycanli-mugenniler-siyahi)”

 

 Sonra Əbülfət Əliyevin  irsinin təbliği,  bir-birindən gözəl mahnılarına izləyici marağını izlədim.

 "O, körpəmin anasıdır”(Sözləri Qasım Qasımzadənin, musiqisi  Hacıbaba Həsənovun) kimi şirin, oynaq bir mahnını  2013-cü ildən  114 437 dinləyici izləyib, 983 nəfər bəyənib.

İslam Rzayevin  "Bakı”(Sözləri Zeynal Cabbarzadənin, , musiqisi Cahangir Cahangirovun) Youtube-də 2015-ci ildə yerləşdirilib.İndiyə kimi 3 614 izləyicisi, bəyənəni isə  cəmi 53 nəfər  olub və s.

 Bu müqayisə musiqi tədqiqatçılarının  diqqətini cəlb etməlidir. Bayağı mahnıları  izləyənlər milyonlarla, mükəmməl sənət nümunələrini   minlərlə.

Bunun bir səbəbi də dövlətin yaratdığı telekommunikasiya imkanlarının, mətbuat, televiziya məkanışda balansın  gözlənilməməməsi, şuo verilişlərinin  gecə-gündüz bayağı musiqiləri, bayağı sənətçiləri təbliğ etməsindədir.

Bayağı musiqilər macəra həyatına səsləyən  zəng çağırışlarıdır.

Bayağı musiqilər (diringələr)  eyş-işrətə, bayağı  həyata marağı artırır.   Belə mahnılar, onları ifa edənlər  toyxanalardan  efirlərə   köçməkdədir.

Üzeyir Mehdizadənin "Yaxşı olar" adlı mahnısı 50,5 milyon baxış sayı  toplayıb.  Mahnının yaratdığı hissin  50 milyon yarımdan artıq izləyici cəlb etməsi Üzeyirin uğurudursa,   cəmiyyətin gələcək qayğıları   damusiqi cavabdehlərini  indidən düşündürdürməlidir.


 Cəmiyyətə söz demək, əyarlıq etmək böyük missiyadır. Bu missiyanı peşəkarlar aparmalıdır.

Televiziya  məkanımızda "Bura Bakıdır”, "Qulp”, "El içində”, "Solo” , "Ovqat" , "Səhər sovqatı” , "Aktyorlar və rollar", "Ekran. Kino. Yeniliklər" kimi  tamaşaşıların intizarla gözlədiyi verilişlər də olub və indi də var.   Adı böyük və hörmətlə  çəkilən qadın jurnalistimiz Flora xanımın "Yadigarlar”  verilişi, professor İlham Rəhimlinin apardığı  verilişlər  bütün ailələrin arzu etdiyi, qapı açdığı  verilişdir. "Yadigarlar”verilişlərin adı,  hər  verilişin həsr edildiyi şəxsiyyətlər ,  verilişə dəvət edilən ziyalılar ,  müəllifin və onların dili  hər kəsin ürəyincədir. 


Bir ölkənin  inkişf səviyyəsini, mədəni-əxlaqi  səviyyəsini müəyyən etmək istəyirsinizsə,  həmin ölkənin musiqisini dinləyin .

                                               Konfutsi

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir .

                                              Konfutsi

 

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( III yazı)

 

 

 Bizim  dünya mədəniyyətləri arasında  öyünüləcək sazımız, muğamlarımız , milli rəqslərimiz  var. Bizim  dünya musiqi mədəniyyətinə nadir sənət nümunələri bəxş etmiş Üzeyir Hacıbəyov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslim Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi musiqi xadimlərimiz var.  Azərbaycan musiqisi  bizim genetik yaddaşımız, milli varlığımızın tərcümanıdır. Gənc nəsli bu musiqi ruhunda tərbiyələndirməli, öz milli  -mənəvi sərvətlərinə sahib çıxmağı öyrətməliyik.

 

Ələmdar QuluzadəMənim nəğmələrim

 

Bu geniş dünyanın hər bir yerində,

Yaranıbdır insandan qabaq.

Deyirlər, bitki var yer üzərində —

Nəğməylə, mahnıyla böyüyür ancaq.

 

Mən ürək istərəm nəğməmi duya,

Sədası hər yerə çatıbdır onun.

Bir körpə gedəndə şirin yuxuya,

Nəğmə beşiyində yatıbdı onun.

 

Bu torpaq çiçək yox, nəğmə bitirmiş,

Ömrünün ən gözəl, şirin çağında.

Dünyaya gələndə nəğmə gətirmiş,

Nəğmə —  dimdiyində, gül —  yarpağında.

 

 Vaxt olub ürəyim nəğməylə dolub,

Çevrilib kükrəyən, axar bir çaya.

Mən mahnı deyəndə köməkçim olub,

Meh yayıb səsimi bütün dünyaya.

 

 Düşsəm də borana, düşsəm də qara,

Sanmayın ürəyim nəğmədən sınıb.

Yağış töküləndə mən  kahalara,

Körpə nəğmələrim mənə sığınıb.

 

Nəğmə həqiqətdir, nəğmə xəyaldır,

Hər kiçik nəğmədə böyük məna var.

Nəğməni kim sevmir? Bu, nə sualdır,

Nəğməni sevməyən adammı olar?

 

Nəğmədir ürəyin sevinci, ahı,

Gərək nəğmələrə insan can verə.

Xalqımın "Şüştəri”, "Zabul-segahı”,

Quşları göylərdən endirir  yerə.

 

Nəğmənin taleyi insan əlində,

Nəğmə oxuyuram nə qədər sağam.

Çıxmaz xatirimdən ana dilində,

Mehdinin qürbətdə dediyi muğam.

 

Mənim nəğmələrim ucalıb göyə,

Gör hara qalxıbdır, gör hara düşüb?

Nəğməm "Koroğlu”ya, "Qaçaq Nəbi”yə,

Nəğməm  "İldırımlı yollar”a düşüb.

 

İnsansız nəğmələr məhv olub gedər,

İtən nəğmələri axtar, gəz, ara.

Minnətdar oluram bu günə qədər,

Nəğməmi qoruyub yaşayanlara.

 

Ayrıla bilmirəm bu nəğmələrdən,

Ürəyim vurğundur bu nəğmələrə.

Nəğmə deyə-deyə yeriyirəm mən,

Nəğmə aparıram getdiyim yerə.

 

Musiqi insanı əvvəl özüylə sonra da digər insanlar və kainat ilə bütünləşdirən ən təsirli vasitə və ya   ən qısa yoldur .....


Gerçək musiqinin fərqinə varan və onun çövhərindəki sirri dərk edə bilənlər bütün kainat ilə eyni tezliyi dalğalandırır və hər şeylə razılaşıb danışa bilərlər .....


Musiqi  bizə xoş və əyləncəli vaxt keçirmək vasitəsi kimi görünsə də, əsl əhəmiyyəti  insanı yaşatmaq, onu daim canlı tutmaq  özəlliklərinə malik olmasıdır.

İnayat xan,

Мəşhur  hind musiqiçisi, sufizmi Qərb ölkələrində

və Rusiyada təbliğ edən bir  filosof

Musiqi dilini  öyrənilməsi digər dillərin  mənimsədilməsinə  bənzər, buna  yalnız uşaqlıqdan başlayaraq  öyrənənlər ona sahib ola bilərlər.

                                                 Rubinşteyn

Əsl  musiqi ruha həqiqi bir qüdrət verir və millətin tərbiyəsində vacib amil olur .

                             Alman pedaqoqu Qizo

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz