» » Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( II yazı)

Kütləvi informasiya vasitələrində musiqi və mənəvi tərbiyə məsələləri barədə düşüncələrim ( II yazı)


  …nə ürəklərə yol tapacaq, nə  beyinlərə, nə də ruhu saracaq. Sadəcə, qulaq seyvanında diringiyə çevrilib əlləri-ayaqları hərəkətə gətirəcək,  eyş-işrət hərisliyini qıdıqlayacaq, gözlərin qurdu ulayacaq. Ən  abırlı halda, hələ sevginin hikmətini, fəlsəfəsini anlamadan  əks cinsə meyil yaradacaq.

 

 Bunun nəticəsidir ki, sevgi deyilən bir münasibət getdikcə cılızlaşmaqda, qızı və ya oğlanı ələ çevirmək vasitəsinə çevrilib.   Qızı götürüb qaçır, təcavüz edir, ələ keçəndən sonra da deyir ki, evlənmək məqsədi ilə qaçırmışam. İnandınızmı, bu, sevgidir? Və yaxud inanırsınızmı   bu ittifaqda  əsl sevgi həyatı yaşanacaq, gözəl niyyətlər cücərəcək və s. Təki bzi yanılaq. Amma həyati müşahidələr  tam əksini göstərir.

 "Səni deyirlər” son günlərin dəb mahnısına çevrilib. Sosial şəbəkələrdə yaman ötür-ötürdür, paylaş-paylaşdır…

  

 Mahnının mətnini təqdim  edirik:

Urmiya dəryası nə üzməlidir,

Ay quş olub üstündə süzməlidir,

Urmiya qızları nə sevməlidir,

Sevməli deyirəm - səni deyirlər

Ölməli deyirəm - səni deyirlər...

 

Qapına gəlləm,

Qarşında qul ollam,

Özümdən sənə yolam

Yolçu deyirlər.

Sevməli deyirəm - səni deyirlər

Ölməli deyirəm - səni deyirlər.

 

Yolam - saçımı yolam,

Qulam - saçımı yolam,

Mən dəli olannan

Səni deyirlər...

 Burada   "göylərin mehrabı olacaq eşq” varmı?  Və yaxud   təsadüfi  tanış olub, tezbazar  toy edib izdivaca girən  qızlar  belə  "uyuşdurucu sözlər”in  tələsinə düşüb sonra da kirimişcə içlərində ağlayan qızlarımızdır.   Bir az aqressivləri isə  "Sus, kişi ol” mahnısı oxuyacaqlar.

 


 Amma  lirik şairimiz Hüseyn Arifin "Sən dərsə  gəlməyəndə” şeirini xatırlayaq:


Düşür yadıma hərdən

Məktəb həyətində mən

Yoluna göz dikərdim,

Qəlbim sızlardı birdən

Sən dərsə gəlməyəndə...

 

Durub-durub anardım,

Gizli-gizli yanardım.

Neçə dostun içində

Özümü tək sanardım.

Sən dərsə gəlməyəndə...

 

Zəng səsi ucalardı,

Uşaqlar söz alardı.

Gözlərim boş masanda.

Fikrim səndə qalardı

Sən dərsə gəlməyəndə...

 

Dözməyib buna bəzən

Düşüb gah da həvəsdən

Nə danım həqiqəti,

Qaçardım mən də dərsdən

Sən dərsə gəlməyəndə...


Burda yalvarış varmı, acizanəlik varmı? Bəlkə də bu şeiri oxuyan   hər kəsin  xatirələri yaşıllaşır, hiss, təəssüf, etiraf hamıya dogma gəlir. O illərdə məhəbbət belə mötəbər idi. Dilə gətirmək olmurdu. Heç dilə gətirilməmiş  xəyallarda  nəşvü-nüma tapan,  rişə atan, yaşıllaşan  o qədər sevgilər vardı ki.. yumulu da gedən... Belə   ehtiyatla yanaşırdılar sevgiyə. Ona görə də nadir hallarda ayrılılar, boşanma halları olurdu.

İnternetdə rast gəldiyim  bir statistik məlumatı diqqətinizə çatdırım: "2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınıb”. Hələ bu, rəsmi qeydi edilənlərdir.Hələ  qeydiyyata düşmədən ayrılanlar, küsüb gedənlər, evlənib 1 aydan sonra nişanlı qızı evdə qoyub  başqa şəhərlərə  şellənməyə gedənlər  nə qədərdir.Təbii ki, şellənməyə gedənlər nəzərdə tutulur, aralarında  müəyyən ehtiyac və kəm-kəsirlərini düzəltmək üçün pul qazanmağa gedən həmvətənlərimiz də təbii ki, az deyil. Bax,  bu cür niyyətlə xaricə üztutan həmvərtənlərimiz    ehtirama layiq bir məqsədlə  evndən, ailəsindən  uzaqlaşır , çörək dalınca çıxır. Gün-güzəran qurmaq, karyera uğrunda həyatla mübarizəyə girişmək, ehtiyaca sinə gərib çətinlikləri  birər-birər dəf etmək  cəsarəti də  özlüyündə yaranmır, ürəkdə, beyində  həyatın dərkindən başlayır. Bu dərki insanların qəlbində     gözəl ideyalı əsərlər, musiqi, rəngkarlıq nümunələri  yaradıb formalaşdırır.  Gözəl ideyalı ədəbi əsər, musiqi, film  belə oğullarımızı   müşayiət etdikcə, onları  niyyətlərinə bərk-bərk bağlayır, cavabdehlik  məsuliyyətindən uzaqlaşmağa qoymur.

 "Səni deyirlər” mahnısı qınaqla qarşılaşdığı kimi, bu qınaqla qarşılayanlara  ciddi irad tutanlar da oldu ki, bu mahnıya rəğbət cənublu qardaşlarımızla həmrəylik nümunəsidir. Həmrəylik münasibəti  əxlaqi borcdur. Gözəldir. Amma rəqsin  yaratdığı assosiativlik, rəqs elementləri, ümumilikdə musiqinin özünün ruhu   həmrəylik yozumundan daha çox   qonşu  ölkədə  meydana çıxan  bu mahnının bizim ölkədə yaratdığı  qarşılıqdır.

Ustad Şəhriyarın  sözlərinə yazılmış  gözəl bir mahnı var:

 


Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

 

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…


Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub mülki-İran, Azərbaycan!

 

Bisütuni-inqilabda Şirin- vətən üçün Fərhad

Külüng vurmuş öz başına, zaman-zaman Azərbaycan!

 

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!


Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını,

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

 

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,

Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

 

İgidlərin İran üçün şəhid olub, əvəzində

Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

 

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

 

Bəsdir fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

 

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!


 Həmrəylik  üçün bu ruhlu mahnılar   nümunə ola bilər. Yoxsa, əzilə-əzilə, büzülə-büzülə bədənləri əsdirən  "Səni deyirlər" kimi mahnılar yox.


 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz