» » Babalar nəvələri ilə həyatın ləzzətini dadırlar (Esse)

Babalar nəvələri ilə həyatın ləzzətini dadırlar (Esse)

Babalar nəvələri ilə həyatın ləzzətini dadırlar (Esse)
İnsan ömrünün hər anı bir xatirədir. Hər xatirə unudulmazdır, şirindir. İş burasındadır ki, insan oğlu əlində, ixtiyarında olanın qədrini xatirələşənə qədər bilmir, görmür.Elə bilir ki, sabah da belə olacaq...
56 illik zaman məsafəsində qoyub gəldiyim ilk məktəb günümü - birinci sinfə getdiyim günü xatırladım bu gün.
Sübh tezdən oyanıb kiçik oğlumgilə qaçdım. Birinci sinfə gedəcək nəvəmin ilk addımlarını izləmək üçün, üzündəki cizgiləri anında oxumaq üçün... İzlədim də, oxudum da, keçib gəldiyim mübarizəli, müharibəli ömür yoluma təskinlik tapdım da...
Bu uşaqlar ibtidai siniflərə qədər necə məsum, necə istəməli olurlar. Dünyada nə qədər xəfiflik, kövrəklik, acizanəlik, ixtiyarsızlıq, yazıqlıq var, hamısı bunların biləyində, boynunda, çəlimsiz döş qəfəsində, yerişində, baxışında , göz yaşlarında qərarlaşıb... Nənələri saatlarla göz yaşı töksələr, gərəyimizə olmaz. Amma istəmirik nəvələrin gözü dolsun, köks ötürsünlər, bilmədiyi, dərk etmədiyi halda, hansısa bir təəssüfü keçirsinlər: ahları varlığımızı dələr keçər....
Heç öz övladlarımızda bu qədər həssas olmadıq...Amma indi nəvələr babalarına həyatın dadını çıxarırlar...
Ata olanda huşyar olmadıq, qoy baba olanda sərvaxt olaq...Vaxtında-vədəsində bu dadı ovuclayıb sinəmizə çəkək, "oxay” deyək. Baba olmağa tələsməyənlərə bir görk olsun. Fikirləşmirlər, düşünmürlərmi bunları?!
 
Babalar nəvələri ilə həyatın ləzzətini dadırlar (Esse)

"Qanun naminə” filmində Mehmanla Kamilov arasında belə bir maraqlı mükamilə var:

"-Mən burda ömrümün yarısını qoymuşam, az iş görməmişəm. Bəs onda mənə deməzlərmi ki, a kişi, sən niyə gedirsən, hara gedirsən?Axı sən Kamilovsan. Böyüksən.
Mehman:
-Böyüksən, böyük iş görmək lazımdır.
Kamilov:
- Aa..aa..Gəl ölçək: bu daş, bu tərəzi.
-Sənin nəyin var? Vur-tut, bir Voroşilov nişanın.
- Amma bura bax: "Döyüş bayrağı” ordeni, "Əmək bayrağı” ordeni, qızıl sat, 5 fəxri fərman, Budyonnunun bağışladığı qılınc, və sasirə, sairə....”

Yəni, baba olmayan, tələsməyən dostlarımıza demək istəyiəm ki, biz "vuruşmuşuq", "döyüşmüşük", "sədlər aşmışq...", günü, ayı, illəri qovmuşuq, ömür illərimizi təkan verə-verə üzüaşağı yönəltmişik ki, irəli qaçsın, baba olaq. Bəs siz nə etmisiniz?
Təbii ki, bunlar bir zarafat...!!! Və yaratdığım ovqatla bu gün bütün 1-ci sinfə qədəm basan bütün balalarımızı ürəkdən təbrik edirəm:
-Onlara cansağlığı arzulayıram...
-Sülh arzulayıram...
-Babalı günlər arzulayıram....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz