» » "Qoy ədalət zəfər çalsın..."

"Qoy ədalət zəfər çalsın..."



Mənzil Kommunal Təsərrüfat İdarələri dövlət və ictimai mənzil fonduna məxsus yaşayış komplekslərinin istismarı, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması, qorunması, habelə, su təchizatı, kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi, lift xidməti və s. kommunal xidmət sahələrini əhatə edir.
Sağlam ətraf mühit, insanların sağlamlığı və rahat yaşaması üçün bu sahə çox vacibdir, həyati əhəmiyyət kəsb edir. Həm də ona görə vacibdir ki, insanların rahat və qayğısız yaşaması digər ictimai-sosial fəaliyyətlərin keyfiyyəti üçün zəmin yaradır. Aydın bir həqiqətdir ki, səhər tezdən pəncərədən baxdıqda evinin qarşısında yaşıllıq, gül-çiçək görən, işə gedib-gələrkən yolboyu eyni mənzərəni seyr edən; ailəsi, uşaqları yaşadığı məhəllədə öz sosial rahatlıqlarını tapdığına əmin olan fəhlə və ziyalının gördüyü işin keyfiyyəti ilə toz-torpaqlı, məişət tullantıları hara gəldi səpələnən, zibil qabları və meydançası bir dəfə də dezinfeksiya edilmədiyindən iyi ətrafa yayılan; xidmət və ticarət köşkləri az qala blokların ağzınacan saga-sola səpələnən məhəllələrdən keçib basabas avtobuslarla əzilə-əzilə işə yollanan əmək adamının gördüyü iş arasında həm kəmiyyət, həm də keyfiyyətcə böyük fərqlər olacaqdır.
Sağlam ətraf mühitdə yaşamaq, istirahət etmək, gəzib dolanmaq tək işləyənlərin haqqı deyil, hamının haqqıdır.

Xətai rayonu  paytaxtın ən çox əhalisi olan sənaye rayonudur. Əlbəttə, keçən müddət ərzində burada  çox işlər görülüb, buna sevinməmək olmaz. Amma  bu cür abadlıq işləri, əsasən, mərkəzi yerlərdə və magistral yol kənarlarında aparılır. Məhəllələrdə insanlar  ən adi sosial rahatlıqlardan məhrumdurlar.

Evdar qadınlar, uşaqlar, əməkqabiliyyətli vaxtlarında müxtəlif sənaye və tikinti müəssisələrində, elm və mədəniyyət sahəsində can qoyub indi ömürlərinin ahıl çağlarını yaşayan təqaüdçülər,  habelə, əlillər, xəstələr yaşadıqları məhəllələrdə sosial rahatlıqlarını tapa bilmirlər.

 
 Haşiyə: Bir neçə il bundan əvvəl bizim yaşadığımız binanın qarşısında inzibati bina tikəndə narazılıqlarını bildirən sakinlərə məmurlar deyirdi ki, siz yaşadığınız evin içərisinə sahiblik edə bilərsiniz, həyət-bacaya yox.

Sovet dövründə yaşayış əraziləri seçilərkən orada yaşayacaq sakinlərin bütün sosial rahatlıqları nəzərdə tutulmuşdu. Hər məhəllədə insanların gəzib-dolanması, uşaqların futbol, voleybol oynanası üçün bağ-bağça, meydançalar vardı, müxtəlifkonstruksiyalı idman ləvazimatları, "besedka” və oturacaqlar vardı. İndi bunları darmadağın edib korporativ maraqlar üçün istifadə edirlər. Qalan az-cox yerlər də baxımsızlıq ucbatından süni olaraq insanların gözündən salınır, bir növ, "müflisləşdirilir” ki, satılanda və ya hansı məqsəd üçünsə ayrılanda insanlar narazılıq etməsinlər. Çünki, əgər insanların istifadəsi üçün nəzərdə tutulmuş ərazilərdə nümunəvi istirahət məkanları yaradılmış olsa idi, belə yerləri "pay-pürüş” etmək bir qədər problemli olardı.
Adicə məişət tullantıları toplanan çənlər üçün daimi meydança yeri tapa bilmirlər. Zibil qablarını bağça və məktəblərin giriş qapısına, meydançaların 2-3 addımlığına, blokların qarşısına qoyurlar.
Nə metal çənlər, nə meydançanın özü, nə də zibil maşınları heç vaxt dezinfeksiya olunmur. Məşət tullantıları saxlanılan yerlər infeksiya mənbəyidir. Hər gün üstündən nə qədər insan keçir.
İnsanların sağlamlığı, sosial rahatlıqları üçün iş görməli olan Mənzil-istismar sahələri üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir, faktiki olaraq məişət tullantılarının, küçələrin süpürülməsindən başqa bir iş görmürlər. Bu işləri də çox pərakəndə və səliqəsiz şəkildə aparırlar.
Bələdiyyələr yerli özünüidarə hakimiyyəti olsalar da, onların fəaliyyəti hiss olunmur.
Bu qurumlar yalnız yaşayış binalarının sakinlərindən mənzil, kanalizasiya və məişət tullantılarının pulunu yığmaqdan başqa heç bir fəaliyyət göstərmirlər.
Uzun illərdir ki, mənzil-istismar sahələrinin ləğv olunacağı ilə bağlı söhbətlər gəzir. Əslində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində də mənzil-istismar sahələrinin, ümumiyyətlə, adı yoxdur. Qardaş Türkiyədə isə bizdəki MİS-lərinin icra etdiyi funksiyaları bələdiyyələr yerinə yetirir. Amma bizdə nə MİS-lər, nə bələdiyyələr ictimai yaşayış binalarının qorunması, insanların məişət qayğılarının köklü həlli, ərazilərin abadlaşdırılması, təmiz və sağlam ekoloji mühitin yaradılması ilə bağlı fəaliyyət göstərmək iqtidarında deyillər.
Bələdiyyə, Mənzil- Kommunal Təsərrüfatı Birliyinin ayrı-ayrı xidmət qurumları arasında əlaqə - faydalı əməkdaşlıq yoxdur. Bir xidmət digərinin işini nəinki tamamlayır, əksinə, digərinə problem yaradır. Məsələn, MİS-lər ərazilərdə qurumuş otları, yarpaqları, ağac qırıntılarını, məişət tullantılarını yandırır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi üçün problem yaradır.Təmir-tikinti xidmətləri qəza zamanı təmir işləri apararkən və ya yeni istismar xətləri çəkərkən qazıb tökür və elə də qoyub gedirlər. Ərazilərdə nə vaxtdan atılmış nəqliyyat hissələri, sal daşlar, yıxılmış kötüklər var. Həyətlərdə, yol kənarlarında, evlərin ətrafında saysız-hesabsız qurumuş, təhlükəli vəziyyətdə olan ağaclar var.
Ərazilərdə bitən otlar yay mövsümündə quruyur. MİS işçiləri onu dəryazla çalıb sahədə yandırırlar. Bunlar hamısı ətraf üçün yanğın təhlükəsi yarada bilən səbəblərdir. Binaların qarşısıdakı ağaclar heç vaxt suvarılmır, aqrotexniki qulluq göstərilmir. Heç bir təşkilat digər təşkilata görəcəyi işləri xatırlatmır, icra statusu baxımdan sərəncam, tapşırıq verməli olan təşkilat digər təşkilata qarşı tələbkarlıq göstərmir.
Əgər bu təşkilatlar arasında məsuliyyət və cavabdehlik olsa, heç kim digər təşkilat üçün ictimai narazılıq yaratmaz və yaxud hər bir təşkilat prinsipiallıq göstərsə, digər təşkilat onun sahəsində necə gəldi iş görməz. Görünən tərəf budur ki, yerli idarələr arasında yazılmamış razılaşmalar var sanki: heç biri digərinin işinə qarışmır. Nəticədə, yaşayış məhəllələrində sosial qayğılar üst-üstə qalaqlanır və daha ciddi problemlərə situasiya yaradır. Belə fəaliyyət həm də sakinlərin, əhalinin öz dogma məhəllələrinə, küçələrinə, rayonlarına, şəhərlərinə qədirşünaslıq, canıyananlıq duyğularını sarsıdır. Təbii ki, sadaladığım xidmətlərdə vətəndaşları, xüsusən gəncləri bu fəaliyyətə cəlb etmək olar. Niyə sakinlər öz məhəllələrində ətraf mühitin mühafizəsi, abadlaşdırılması üçün öz töhfəsini verməsin? Çünki insanlar görür ki, ümumi istifadə yerləri üçün nəzərdə tutulmuş ərazilər gündən-günə zəbt edilir, xidmət və ticarət obyektlərinə çevrilir. İllərlə insanların gözləri qarşısında böyüyüən ağaclar imkanlı və arxalı adamlar tərəfindən kəsdirilir, dibinə kimyəvi məhlul tökülür və s. Bunlar faş olanda, nəhayət, kimisə cüzi olaraq cərimə edirlər.Heç sonra bilinmir də bu azacıq cərimə ödənilidi, ya yox. Bunlar hamısı insanların gözü qarşısında baş verir, ona görə də hansısa sakinin həyətə düşüb evinin arxasındakı ağaclara su verməsi və yaxud ağac əkməsini gözləmək məntiqli görünməyəcək.
Sadaladığım problemlər əksər yerlərdə belə olsa da, mən ancaq ərazisində yaşadığım Xətai Rayon 96 saylı MİS –nin fəaliyyəti haqqında narazılığımı ifadə etmək istəyirəm.

"Qoy ədalət zəfər çalsın..."

 

Əvvəlcədən qeyd edim ki, redaktoru olduğum onlayn jurnalda məhəlləmizin problemləri ilə bağlı 16 yazı dərc olunub. Bu yazılar eyni zamanda yuxarı instansiyalara da göndərilib. Amma tədbir görülmədiyindən vəziyyət olduğu kimi qalmaqdadır. Elektron jurnalımızda dərc olunan yazıların linklərini də  təqdim edirəm. Problemlər onları əks etdirən şəkilləri bu linklərdən izləmək mümkündür.

1."Məktəb, məktəb, nə dilguşasən"
Link: http://anaveusaq.az/humanitar/842-mekteb-mekteb-ne-dilgushasen.html
Tarix: 16-10-2014

2.Təbiəti qorumasaq, təbiət də bizi qorumayacaq
Link:http://anaveusaq.az/fotosayt/1726-tebieti-qorumasaq-tebiet-de-bizi-qorumayacaq.html
Tarix: 5:06,2017

3.Uşaq və təbiət
Link: http://anaveusaq.az/tebiet/523-ushaq-ve-tebiet.html
Tarix: 26-10-2016

4.Modern təhlükəsizlik tədbirləri
Link: http://anaveusaq.az/tebiet/1748-modern-tehlukesizlik-tedbirleri.html
Tarix: 13-06-2017

5.49 nömrəli binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər
Link:http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html
Tarix: 19-05-2017

6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Fəttah oğlu Heydərova,
Apellyasiya Şurasına Müraciət
Link: http://anaveusaq.az/sosial/1872-azerbaycan-respublikasinin-fovqelade-hallar-naziri-kemaleddin-fettah-oglu-heyderova-apellyasiya-shurasina-muraciet.html
Tarix:25.07.2017

7.Laqeydlik az qala peşəyə çevrilsin
Link: http://anaveusaq.az/bas-redaktor/2060-laqeydlik-az-qala-pesheye-chevrilsin.html
Tarix: 11-09-2017

8. Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər
Link: http://anaveusaq.az/sosial/2297-muracietleere-cavab-verilmir-ya-da-bashdansovdu-cavab-verirler.html
Tarix: 14-11-2017

9.Evlərimizin istilik enerjisi ilə təminatına soyuq münasibət
Link: http://anaveusaq.az/sosial/2307-evlerimizin-istilik-enerjisi-ile-teminatina-soyuq-munasibet.html
Tarix: 16-11-201

10."Ərzə verə bir adamın pədəri..."
Link: http://anaveusaq.az/sosial/2359-erze-vere-bir-adamin-pederi.html
Tarix: 13-12-2017

11.İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar
Link: http://anaveusaq.az/tebiet/2400-meciliklerin-formasina-yeni-mezmun-getirmek-lazimdir-ve-ya-imecilikden-sonra-imecilik-haqqinda-teessuratlar.html
Tarix: 17-01-2018

12.Təbiət yox etməyə nifrət edir ( Siseron)
Link: http://anaveusaq.az/tebiet/2405-tebiet-yox-etmeye-nifret-edir-siseron.html
Tarix: 21-01-2018

13. Təbiət insan olmadan da yaşayar, amma insan təbiət yox olduqdan sonra yaşaya bilməz (E.Paul)
Link: http://anaveusaq.az/tebiet/2410-tebiet-insan-olmadan-da-yashayar-amma-insan-tebiet-yox-olduqdan-sonra-yashaya-bilmez-epaul.html
Tarix: 24.01.18

14. Veteranlar adi günlərdə də qayğı ilə əhatə olunmalıdır
Link: http://anaveusaq.az/sosial/2692-veteranlar-adi-gunlerde-de-qaygi-ile-ehate-olunmalidir.html
Tarix: 12.05.2018

15. Ətraf mühitin mühafizəsinin əhəmiyyət verilməyən ən ciddi problemi və ya məişət tullantılarının təkrar istehsalına laqeyd münasibət
Link: http://anaveusaq.az/sosial/2870-etraf-muhitin-muhafizesinin-ehemiyyet-verilmeyen-en-ciddi-problemi-ve-ya-meishet-tullantilarinin-tekrar-istehsalina-laqeyd-munasibet.html
Tarix: 19.08.2018
 
 
16. "Qoy ədalət zəfər çalsın..."
Link: http://anaveusaq.az/bas-redaktor/2915-qoy-edalet-zefer-chalsin.html

Tarix: 05.09.2018

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."


"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."


Mən bütün bunlarla əlaqədar həm sakin, həm də jurnalist kimi 96 nömrəli Məmzil-istismar sahəsinin rəisinin yanında olmuşam. MİS rəisi, sadəcə, vədlər verib, amma iş görməyib. Dəfələrlə olub belə hallar. Bizim binamıza ayrılan məişət tullantıları yığılan qablar ilk vaxtlar 5 ədəd idi. Onların dördü sınıq-salxaq, biri normal vəziyyətdə. Zibildaşıyan maşın bir dəfə həmin çənləri boşaldanda normal vəziyyətdə olan çəni özü ilə apardı. Bir qədər aralıda MİS-nin əməkdaşı dayanmışdı. Yaxınlaşıb çənin aparıldığını ona da xatırlatdım. Söz verdi ki, aydınlaşdırıb çəni yerinə qaytartdırarıq. Bir neçə gün gözlədik, çəni yerinə qaytarmadılar. Onda MİS rəisinin yanına getdim. Dedi ki, guya təmir üçün yararsız çənləri toplayıblar, təmir edib qaytaracaqlar. Halbuki, aparılan çən tam normal idi. Həmin ərəfədə İnqilab İsmayılov küçəsində park açılacaqdı, görünür ki, bir çox binaların qarşısındakı metal çənlərin ən yararlılarını yeni parka aparıblarmış. 1aydan sonra rəisin yanına yenidən getdim ki, bəs çən təmir olunmadımı? Bu dəfə nəsə yazılmış bir vərəq göstərdi ki, Mənzil- Kommunal Təsərrüfatı Birliyinə məktubla müraciət etmişik, yaxın günlərdə hamısı dəyişiləcək. Üstündən aylar, il keçdi, amma rəisin vədi vəd olaraq qaldı.
Bu yaxınlarda Mənzil- Kommunal Təsərrüfatı Birliyinin tapşırığı ilə əraziyə yeni bir çən qoymuşdular. Heç bir ay keçməmiş həmin yeni çən MİS rəisinin göstərişi ilə başqa əraziyə daşınıb. MİS-nin əməkdaşından səbəbini soruşanda bildirdi ki, guya təkəri çıxıbmış, onu dəyişəcəklər. Məhəlləmizdə məişət tullantıları saxlanan 5 meydançada metal çənlərin şəkillərini çəkdim. Yararlı bir çən yox, əgər təkəri dəyişirsinizsə, niyə bunları yox, heç bir ay olmaz ki, yeni qoyulmuş çənin təkərini dəyişirsiniz, guya ? Bəs niyə digər çənlər təmir olunmur və ya yenilənmir?
İsrarlı etirazlardan sonra meydançaya metal çən gətirdilər, amma apardıqlarını yox, köhnə, sınıq-salxaq bir çən.
Belə münasibət sakinlərə hörmətsizlik və saymazyanalıqdır.
MİS rəisində bu amirliyə əminlik hardandır və hansı fəaliyyətinə görə?
96 nömrəli MİS-nin bütün fəaliyyəti belədir.
Müəyyən qəza halları baş verəndə, kimsə su, qaz, kanalizasiya xətti çəkdirəndə xidmət briqadaları işlərini görüb dağıtdıqları yerləri elə də qoyub gedirlər. Bununla bağlı da MİS rəisinin yanında olmuşam. Dedi ki, guya təmir briqadası "Gəncə” prospektində təmir işləri aparır, oranı qurtaran kimi gəlib dəyişəcəklər. Amma kimsə də gəlmədi.
Bu cür məmurlar vətəndaşları sosial problemlərin məngənəsində yaşamağa vadar etməklə, öz məmurluqlarını davam etdirirlər.
İndi heç bir idarəçilik fəaliyyəti olmayan adi məmur – MİS rəisi sənə meydan oxuyur ki, hara yazsanız da, sonda yenə mənim üstümə göndərəcəklər.

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

"Qoy ədalət zəfər çalsın..."

 

Haşiyə: Bəyənmədiyimiz sovet dövründə mətbuatda gedən bir tənqidi yazıya görə nəinki problemin yaranmasına səbəb olmuş şəxs, o rayonun bütün səlahiyyətləri cavab verməli olurdu. Kimsə desəydi ki, raykoma şikayət edəcəyəm, Heydər Əliyevə müraciət edəcəyəm, çəkinirdilər, məsuliyyət hiss edirdilər, əl-ayağa düşürdülər.

"Qoy ədalət zəfər çalsın...” Bu, 18 oktyabr 1981-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin "Literaturnaya qazeta”ya verdiyi müsahibənin başlığı idi. Bu, Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə rəhbərlik strategiyasına seçdiyi deviz idi. Müsahibə kiçik kitabça halında, eləcə də qəzetin özü əllərdə gəzirdi. Rus dili bilməyənlər belə, qəzeti görk kimi özlərində saxlayırdı.
Yerlərdəki məmurlar bilmirmi bizim Prezident həmin strategiyanın varisidir, onu uğurla davam etdirir.
Cənab Prezident 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı demişdir:”…İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.
Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır”.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz