» » Kütləvi informasiya vasitələrində və televiziya kanallarında şou-biznez maraqları

Kütləvi informasiya vasitələrində və televiziya kanallarında şou-biznez maraqları



Mən artıq bizim əksər kütləvi informasiya vasitələrinə nəzər salanda əsəbilik keçirirəm. Tükənib bu informasiya vasitələri: nə yazdıqlarının, niyə yazdıqlarının fərqində deyillər. Ona görə fərqində deyillər ki, bunu nizamlamalı olan qurumlar da susqunluq göstərirlər. Az-çox cəmiyyətə təqdim edilən tanınmış qələm sahibləri də dinib-danışıb özlərini pis etmək istəmirlər. Təki özlərinin "rahət ola dilü-canı”…
Belə çıxır ki, belə yazılar, xəbərlər başqa mənbələrə istinadən veilib, onu təqdim edən cavabdehlik daşımır. Bəlkə də buna görədir ki, elektron mətbuat çox əminliklə informasiya texnologiyalarının verdiyi imkanlardan gen-bol istifadə edib, dünyanın harasında bizim hədəflərə uyğun olmayan meyillər var, oxucu sayı, reytinq qazanmaq naminə onu Azərbaycan mühitinə gətirirlər. Artıq bu cür informasiya vasitələri elə auditoriya formalaşdırıblar ki, "Yeni Müsavat” elektron qəzetində "Ailədaxili zorakılıq hallarında lazım olarsa boşanmalara gedilməlidir” adlı yazısını iyun ayının sonundan indiyə kimi yalnız 820 nəfər, "Ana və Uşaq” elektron jurnalında "Kişilər rasional, qadınlar isə emosionaldırlar” yazısını il yarım ərzində 808 nəfər izlədiyi halda, Cennifer Lorezin Baham adalarında sevgilisi ilə şəxsi həyatlarını izləyənlərin sayı 5618-i; Adnan Oktarın "Kediciklər”inin əyləncəli həyatlarını izləyənlərin sayı 13237-ni keçmişdir.
 

Kütləvi informasiya vasitələrində və  televiziya kanallarında  şou-biznez maraqları

 

Kütləvi informasiya vasitələrində və  televiziya kanallarında  şou-biznez maraqları

Bu cürə maarifləndirmə ilə biz nə qazanırıq, nə itiririk? Məncə, itirdiklərimiz qazandırdıqlarımızdan dəfələrlə böyükdür.
Bizim mətbuatımızı bir şara bənzətsək və bu sari ağzıaşağı tutsaq, içindən basabasla, haray-həşirlə intihar, zorakılıq, təcavüz, qəza, yanğın mövzulu məlumatlar töküləcək: adamın ayağının altından yeri, başının üstündən səmanı qaçırdan qorxulu xəbərlər. Evdən qaçan, ərinə xəyanət edən qadınlar, ailəsini qoyub Şimala, Qərbə gedən gənclər, hansısa məşhur istirahət mərkəzlərində istirahət edən şou-biznes adamları, geyinmiş çılpaq modellər və s bu kimi heç bir ictimai-sosial əhəmiyyət kəsb etməyən yazılarla nə qədər rastlaşmaq olar? Bu cəmiyyət elə şou-biznes adamlarından, modellərdən ibarətdirmi?
Portalların birində belə yazıya rast gəldim: "Kaylinin qızının atası ilə ehtiraslı – Fotoları”
18.07.2018 / Oxunma sayı: 8750… 12 gün ərzində 8750 izləyicisi var.
 

Kütləvi informasiya vasitələrində və  televiziya kanallarında  şou-biznez maraqları

Bu cür auditoriya üçün hər birimiz məsuliyyətliyik. Mənəvi aşınma gedir. Bunun nəticəsi olaraq həyatımız günü-gündən anomaliyalarla müşayiət olunur. Biz də "təbiəti, rüzgarı” , ümumiləşdirsək, zamanı və Qərbi suçlayan  tamaşaçı və dinləyiçilərə çevrilmişik.
Cəmisi 4-5 cümləlik yazını dəfələrlə oxudum, xeyli müddət haqqında düşündüm. Sərlövhə ilə mətnin uyğunluğunu tapa bilmədim ki – bilmədim.
Kaylinin qızının atası elə Kaylinin əridir. Belədirsə, niyə sadə bir fikri "Kaylinin qızının atası ” kimi qəlizləşdiriblər.
Bir oxucu olaraq bu yazını onsuz da qəbul etmirəm. Nəyimizə lazımdır bizim belə əcnəbi "ulduz”lar. Saçları, bədənləri, dişi adamın estetik təsəvvürlərini alt-üst edir. Heç mormal ər qadını ilə belə şəkil çəkdirərmi, belə şəkillərinin paylaşılmasına imkan verərmi? Guya başqa ailələrdə ər-arvad arasında belə münasibət olmur? Guya onlar soyuq öpüşürlər? Bizim əxlaq, davranış münasibətlərində ər-arvad arasında  bir abır-həya, ağayanalıq var. Axı qadını əşyalaşdırmaq olmaz?
Tаnınmış amerikalı televiziya aparıcısı və yazıçısı var - Marta Sтüаrt. Marta Sтüаrt səhiyyə, heyvan haqları, uşaq istismarı kimi məsələləri əhatə edən 10 dərnəyi dəstəkləyir. O, 2006-ci ildə sağlam istiqamətdə fəaliyyət göstərən Cedars-Sinai xəstəxanasına 5 milyon dollar bağışlamışdır.
Amerikalı müğənni Madonna ətraf mühitin qorunmasına , xərçəng və QİÇS əleyhinə mübarizə məqsədi ilə fəaliyyət göstərən 21 dərnəyə maliyyə dəstəyi göstərmiş, 2 milyon yetim uşağın təhsil və səhiyyə xərclərini qarşılamışdır.
Bəs şou-ulduzu Kayli Cenner repçi sevgilisi Trevis Skottun belə fəaliyyətləri varmı?
Məncə, o nümünələri seçmək, təqdir etmək lazımdır ki, bu nümunələr məzmun və mündəricəsinə görə bəşəridir, insanı gözəl düşünməyə, gözəl yaşamağa səsləyir, mümkün qədər əza həzzi almağa yox.
Bəlkə səhv edirəm, amma mən bu cür musiqilərin təsiri ilə böyüyən gəncləri/insanları zövq dünyasında, gözəlliklər arasında görmürəm.
Fəqət, nə edəsən ki, bugünkü mediamızın leymotivini şou-biznes məkanındaı qalmaqallar,  şou məşhurlarının dəbdəbəli həyatı haqqında məlumatlar təşkil edir.
Ən azından balans gözlənilmir. Bizim incəsənət adamlarının həyatından, yaradıcılığından maraqlı, təsirli məqamları paylaşmayıb,  qəribə dişlər taxmış Trevis Skottun Kayli Cennerin çənəsini dişləmək səhnəsini paylaşmaq niyə daha vacib imiş?

Kütləvi informasiya vasitələrində və  televiziya kanallarında  şou-biznez maraqları

Cəmiyyətin daha yaşlı hissəsinin, ziyalıların rəyinə nə üçün etinasızlıq göstərilməlidir?
Əgər biz istəmiriksə ki, gündəlik həyatımızda insanları narahat edən səhnələrlə, hadisələrlə rastlaşmayaq gənclərimizdə əsl zövq duyğuları, davranış və əxlaq hikmətləri formalaşdırmalıyıq: əsl ədəbiyyatla, gözə musiqi nümunələri ilə.
2-3 dəfə boşanıb-evlənən, repçinin, müğənni və ya aktrisanın ifa etdiyi nədirsə, bu nələrin dinləyicisini saflaşdıracağına inanırsınız, mən inanmıram. Amma ekranda-efirdə, mətbuat səhifələrində hər zaman onlardır. Ədəbiyyatın, mədəniyyətimizin inkişafında zəhməti, haqqı olan nə qədər sənət adamlarımız var ki, heç yada düşmür və yaxud təsadüfdən-təsadüfə xatırlanır.
Rəşid Behbudov, Gülağa Məmmədəov, Şövkət Ələkbərova, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Oqtay Ağayev, Lətif Səfərov, Elmira Rəhimova, Yaşar Səfərov, Anatollu Qəniyev, Əbülfət Əliyev, Sara Rəhimova, Rübaba Muradov, Akif İslamzadə, Yalçın Rzazadə,Həsən Məmmədov, Hamlet Xanızadə, Kamal Xudaverdiyev elə bil incəsənətimizdə bir iz qoymayıblar. 2 dəfə şou musiqisi və sənətçilərindən yazanda 10 dəfə bu sənətkarlardan yazmaq daha doğru olardı.
    Bəzi özəl televiziya kanallardakı verilişlər barəsində də fikir bildirmək istəyirəm. Yadınızdadırsa bir il bundan qabaq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli  açıqlamasında demişdi ki, mən təxminən saat 12:00-dan saat 18:00-dək efirmizdə baxmağa normal veriliş tapa bilmirəm. Çünki daha çox mətbəx və sağlamlıqla bağlı verilişlər olur.

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri bu qənaətdədirsə, onda  dinləyici auditoriyasının  narazılıqları da əsassız deyil.

 Təkrarçılıq çoxdur, aparıcılar  peşəkar deyillər.  Aralarında nitqində qüsur olanlar var.   elələri var ki, adları müxtəlif qalmaqallarda hallanır, sonra gəlib  veriliş aparır, uzaqbaşı kanalı dəyişir. Belə  aparıcılar verilişlərinə öz zövqlərinə uyğun  sənət adamlarını dəvət edir.Bəzən eyni sənətkar  ayrı-ayrı kanallarda olmaqla ekrana dəfələrlə çıxarılır, amma elə  sənətkarlar var ki, heç yada düşmür. Bir çox verilişlərdə dəfələrlə qalmaqal yaşanıb, dava düşüb. Bu, aparıcının  təsadüfi adamları dəvət etdiyi anlama gəlir.

Əli Mirəliyev rəqqasəni qucaqlamaq istəyir, Sərxan müğənnini öpüb deyir ki, baldır. Rəhim Mətanəti qucağına alır və s…

Bəzən  çıxışı heç heç özfəaliyyət klublarında  yetərli olmayan bir müğənnini, rəqqasəni dəvət edirlər.

 Mənə belə gəlir ki,      telekanalların , yaradıçı təşkilatların, adamların yaradıcılığını, səhnə hərəkətlərini  nizamlayan, saf-çürük edən  müstəqil quruma ciddi ehtiyac var.  

Kütləvi informasiya vasitələrində və  televiziya kanallarında  şou-biznez maraqları

 

Kütləvi informasiya vasitələrində və  televiziya kanallarında  şou-biznez maraqları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz