» » Örnək gəncliyimiz - onları siz də tanıyın

Örnək gəncliyimiz - onları siz də tanıyın

  Dünyaya körpə göz açanda  sevinən  valideynlər olur.  Sevinirlər ki.  Bu çocuqlar ən isti, dadlı nəvazişlə onlara "Ana” deyəcək, "Ata” deyəcək .İkinci, üçüncü övladdırsa,  xatircəm olacaqlar ki, ocaq böyüyür, özündən əvvəlki bacı və qardaçlarına həyan olacaq. Körpənin gəlişi ailənin  keyfiyyət və məzmununu  bir qədər də dərinləşdirir. Davamlılığa, etibarlılığa  zəmanət yaradır.

Amma dünyaya gələn  hər körpəyə xalq da sevinir, torpaq da sevinir. Valideynlər öz sevinclərini izhar etsələr də,  Xalq, Torpaq  bu qüruru  daxilən yaşayırlar. Axı bu Vətənin, Xalqın  sxeyirli, etibarlı sabahlara açılan üfüqlərdir bu körpələr. Böyüyüb ona xidmət edəcək, qoruyacaq,  inkişaf etdirəcəklər. 

 Gəncə hasdisələri ilə bağlı Millət vəkili Vahid Əhmədovun dəyərli bir yazısı oldu. Qarşılaşdığımız bu hadisə ilə bağlı  münasibət bildirən Millət vəkili demişdir: "V.Əhmədov qeyd edib ki, belə məqamlarda cəmiyyətin yetkinliyi, müasirliyi, məlumatlılığı, dünyada gedən prosesləri daha aydın anlaması və  dövlətə dəstəyi çox vacibdir:

"Cəmiyyətin yanaşması da birdən-birə formalaşmır. Burada təhsil müəssisələrinin rolunu qeyd etməliyik. Hesab edirəm ki, Gəncə hadisələrindən, ümumilikdə gənclər arasında müxtəlif məzhəblərə meyilliliyin formalaşmasında müəyyən məsuliyyət də təhsilin üzərindədir. Müasir ədəbiyyatları, elmi yenilikləri izləyən, xarici dilləri yüksək səviyyədə mənimsəyən, novator, intellektual gənclik cəmiyyətdə, xüsusilə belə hadisələrdə sabitləşdirici rol oynayır. Təhsilimiz ölkənin, dünyanın inkişafına adekvat inkişaf etməlidir.”

 Çox doğru, bu xalqın, torpağın taleyi üçün canıyananlıqla söylənmiş  qənaətdir.

Bu gün dünyaya göz açan körpə, ilk dəfə məktəbə gedən  uşaq, ali məktəbə qəbul olunan gəncimiz  xalqın  xalqın işıqlı, aydın gələcəyə doğru addımlarıdır. Bu Vətən, Xalq öz  bilikli, ağıllı, fiziki  və mənəvi cəhətdən sağlam övladları ilə inamla gələcəyə doğru irəliləyir.

 Gözün Aydın Azərbaycan xalqı! Addımların uğurlu olsun, dönməz olsun, Vətən!

 Bizə bu fərəhi bəxş edən qəşəng balalarımız, biz sizinlə fəxr edəcəyik. Estafet başladı: İrəli....


Örnək gəncliyimiz  - onları siz də tanıyın

Örnək gəncliyimiz  - onları siz də tanıyın

Örnək gəncliyimiz  - onları siz də tanıyın

Örnək gəncliyimiz  - onları siz də tanıyın

Örnək gəncliyimiz  - onları siz də tanıyın

Örnək gəncliyimiz  - onları siz də tanıyın

Örnək gəncliyimiz  - onları siz də tanıyın

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz