» » Gəncədə baş verən hadisələrə münasibət

Gəncədə baş verən hadisələrə münasibət


...Ölmə! Qardaş, ölmə! Düşmən çoxaldı!
Əhməd Cavad

Amma öldürənin isə qardaş olduğunu görüncə, ölümdən də dəhşətli fəlakətə təslim olursan, qul olursan…
Bir ananın bətnindən dünyaya göz açanlara verilən addır qardaş, yəni, eyni bətndə yaşayanlar - qarın+daş-lar.
Vətənə də Ana deyirik. Bir ananın, bir vətənin övladları bir-birinə silah qaldırarmı? Qaldırıbsa, deməli, ortada "cümlə xəyanətlərə bais” olan iblis var.
Gəncə İcra Hakimiyyətinin Başçısına qarşı edilən sui-qəsdin ardınca 2 polis əməkdaşının qətlə yetirilməsi hamımızı sarsıtdı. Bir çox sosial şəbəkələrdə hadisənin baş vermə səbəbinin  Gəncənin mövcud idarəçilik sistemi ilə, Elmar Vəliyevlə bağlı olduğu deyilsə də, heç məntiqli görünmür. Çünki Azərbaycanın uğurları da, mövcud problemləri də hər yerdə eynidir. Bəs niyə bu hadisə 1993-cü il Gəncə qiyamından 25 il keçəndən sonra məhz təkrar-təkrar Gəncədə törədilir? Bütün bunların dəqiq cavabını tarix özü göstərəcək. Amma bir vətəndaş kimi mənim də görə bildiyim tərəf var. O da bundan ibarətdir ki, Gəncədə dövlət xadiminə qarşı törədilən sui-qəsdin ardınca təkrar törədilən digər daha iki qanlı hadisə müstəqilliyimizə, dövlətçiliyimizə sapı özümüzdən olan baltaların əli ilə xaricdən yönələn qəsddir, vəssalam.
Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza istər zaman, istərsə də məkan baxımından bu niyyətlə əlaqəli olduğunu düşünməyə əsas verir. Bunu hüquq mühafizə orqanları, şübhəsiz ki, incələməkdədir. Amma hər 3 hadisə onu da sübutladı ki, xalqımızı qorxutmaq olmaz, çaxnaşmaya, itaətsizliyə çəkmək olmaz. Ayrı-ayrı adamlar pozula bilər, amma xalq heç vaxt pozulmaz. Malik olduğumuz, əldə etdiyimiz nailiyyətlər də məhz o vaxt toxunulmaz olacaq ki, "əbədi, daimi, dönməz” olacaq ki, xalq belə məqamlarda başıpozuqların fitvasına uymayacaq, öz liderinin ətrafında daha sıx birləşərək müstəqilliyini, dövlətçiliyini qoruyacaqdır. Elə hər 3 hadisə ilə bağlı kütləvi informasiya vasitələrində verilən məlumatlar bu birlik üçün vacib idi: xalq baş verənlərdən isti-isti agah edildi. Amma az qisim də olsa, doğru qənaətə gəlməyənlər də tapıldı. Bəziləri dedilər ki, necə polis işçisidir ki, ona qəsd etmək istəyəni zərərsizləşdirə bilməyib?
Axı polis işçiləri hər an belə təhlükəli məqamlarla, təhlükəli cinayətkarlarla üz-üzə gələ bilər və onların peşə hazırlıqlarında bu keyfiyyət əsas şərtlərdən biridir. Doğrudan da, yaddaşımızda dedektiv filmlərdə polis işçilərinin ekstremal vəziyyətlərdə cinayətkarı necə zərəsizləşdirdiyi ilə bağlı o qədər səhnələr qalıb ki.
Məncə, Azərbaycan polisi heç ağlına gətirməzdi ki, xalqına xidmət edən asayiş keşikçisinə bu kütlənin içərisindən kimsə silah tuşlaya bilər. Onlar buraya da belə əminliklə gəlmişdilər. Bu əminliklə də öz vəzifə borclarına, sədaqət andlarına sonadək əməl etdilər, Şəhid oldular, amma insanlara qarşı silah tətbiq etmədilər, zor işlətmədilər, hətta hadisə baş verəndən sonra da. Şəhid zabitlər öz şəhidlikləri ilə polis haqqında bütün bədgüman fikirlərin yalan olduğunu nümayiş etdirdilər.
Sosial şəbəkələrdə bir neçə statusda oxudum ki, sui-qəsd olunan polis zabitlərini Şəhid adlandırmaq olmaz: şəhidlik ancaq Vətənin azadlığı uğrunda səngərlərdə qazanılır. Əvvələn, Gəncədə polis zabitləri hələ cinayətkar üzərinə getməmişdi: insanların cəm olduğu yerdə asayişi pozmaq istəyən bəzi ünsürlərlə yanaşı , təsadüfən buradan keçən dinc sakinlər də vardı. Vəziyyəti dinc şəkildə nizama salmaq, sabitləşdirmək tapşırılmışdı.
Azərbaycan polisi, təbii ki, bizim televiziyada xarici ölkələrdə gördüyümüz polis və təhlükəsizlik qüvvələrinin etirazları dağıtmaq üçün istifadə etdikləri texnika və vasitələri tətbiq etməyəcəkdi, etmədi də.
Bəzən kütləvi informasiya vasitələrində qanunsuz aksiyalara qarşı polisin gördüyü təhlükəsizlik tədbirləri ilə bağlı yazılarda polisi qəddar, amansız kimi təqdim etməyə yönəli hallar da olur. Son hadisələr bunları bütünlüklə rədd edir.
Gəncə polisləri Azərbaycan polisinin ictimai-siyası həyatımız üçün niyyətini ortaya qoydu: onlar öz ölümləri ilə sübut etdilər ki, polislər əli dəyənəkli cəlladlar deyl, dövlətçilik naminə, ictimai-siyasi sabitlik naminə əli qəməli, xəncərli, pistoletli cinayətkarın qarşısına əmin-amanlıq niyyəti ilə gedən adi günlərin qəhrəmanlarıdır.
Polislər hər zaman keşikdədirlər,  ölkəmizin asayişi, insanların təhlükəsizliyi üçün lazım gələrsə,  hər dəqiqə canlarından keçməyə hazırdırlar. Bu gün Azərbaycanda mövcud ictimai-siyası sabitliyə görə biz onlara borcluyuq.
Həyatlarına qəsd edilmiş zabitlərə gəlincə isə, bəli, onlar şəhiddirlər. Şəhidlik üçün səngər yox, amal, məslək lazımdır. Bir də ki, polis iş başındadırsa, səngərdədir. İş başında deyillərsə, yenə Vətənin əsgərləridir.
 
Haşiyə:

1. Abdulla Şaiq küçəsində - Statistika dairəsinə gedən yolda 23 yaşlı Günay Ələkbər qızı Muradəliyeva piyada keçidi ilə yolu keçərkən "BakuBus”un avtobusu tərəfindən vurulub, huşsyz halda yerəsərilibmiş.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşı, serjant Zaur Əliyev yaralını 99 YP 328 nömrəli patrul maşınına mindirərək xəstəxanaya çatdırıb. Polisin və həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

 

Gəncədə baş verən hadisələrə münasibət

2. Bakı-Qazax yolunun 259-cu kilometrliyində "Mercedes" markalı maşın idarəetməni itirərək, yoldan çıxıb kanala düşüb. 9 YP 882 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov dərhal suya atılaraq boğulmaqda olan körpə və anasını xilas etmiş, maşınla xəstəxanaya çatdırmışdır.

Gəncədə baş verən hadisələrə münasibət

3. Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı polis əməkdaşı Elvin Abışov cəsarət və fədakarlıq nümunəsi göstərərək özünü odun-alovun içərisinə ataraq körpəni xilas etmişdir.
 

Gəncədə baş verən hadisələrə münasibət

4. Sabunçu rayonunda polis leytenantı Arif Məmmədov mənzilllərin birindən oğurluq etmiş cinayətkarı təqib edərkən xəsarət alsa da, onu zərərsizləşdirərək polis bölməsinə gətirmişdir.

Gəncədə baş verən hadisələrə münasibət

5. Suraxanı rayon Mühafizə İdarəsinin çavuşu Zaur Zakir oğlu Nurəliyev Şüvəlan qəsəbəsində dənizdə batan ər və arvadı xilas edərkən özü də sulara qərq olmuşdur.

Gəncədə baş verən hadisələrə münasibət

6. Axşam saatlarında naməlum şəxs vətəndaş Elmira Həsənovaya qarşı zor tətbiq etməklə içərisində 450 manat pul və sənədlər olan əl çantasını qaparaq qaçmaq istərkən təsadüfən həmin ərazidən keçən qadın polis Aygün Səmədova naməlum şəxsi fənd işlədərək zərəsizləşdirmiş və 24-cü polis bölməsinə təhvil vermişdir.

Gəncədə baş verən hadisələrə münasibət

 

 Öyünüləsi belə nümunələr çoxdur.

Bu sıraya polkovnik İlqar Məmməd oğlu Balakişiyev  və   polkovnik-leytenant Səməd Yunis oğlu Abbasovun adlarını da həkk etdik.


Gəncədə baş verən hadisələrə münasibət

 Təəssüflər... Ona görə ki,  Binəqədi rayonundakı yanğın zamanı körpəni, avtomobil qəzasına düşmüş Günay Ələkbər qızı Muradəliyevanı, Bakı-Qazax yolunun 259-cu kilometrliyində öz çəxsi avtomobilində kanala düşmüş ailə kimi neçə  həmvətənimizi  xilas edə biləcək daha iki polisimizi itirdik. Həyatın əzəli-əbədi  axarında  itirmədik, öz  soyumuzdan, torpağımızdan olan  həmvətənlərimizin  xəyanəti nəticəsində itirdik.

 İlqar Balakişiyev  və   Səməd Abbasov öz  ölümləri ilə də xalqa xidmət etdilər: bizə diqqətli olmağı, asayişi göz bəbəyi kimi qorumağı tapşırdılar.  Bu polis olmasa, bilirsiniz nə olar? Heç evdən çıxıb işə, harasa bir  səfərə gedəndə  evdə xatircəmliklə qoyub getdiyiniz ailənizi,  bir balaca boynu, əli,  qaranquş ürəyi kimi çırpınan döş qədfəsi olan övladınızı, nəvənizi seyr edib  ən kövrək duyğulara dalmamısınızmı? Səfərdən qayıdanda bu çəlimsiz əllərlə, bədənlə qucağınıza sarılanda  fikirləşməmisinizmi, aman Allah, bir çox xarişi ölkələrdəki kimi gərginlik, çaxnaşma, aclıq olsa,  mən nə edərəm. Aman Allah, ölkəmizi, xalqımızı belə dəhşətlərdən uzaq elə.

 Bunlar hamısı məsuliyyət, cavabdehlik duyğularıdır. Amma hal-hazırda  əmin-amanlığımızı, asayişimizi təmin edən, buna qarant olan polisi necə gözdən salmaq olar, onları necə sevməmək olar?

Hər kəs öz rayonuna getmək üçün neçə rayonun ərazisindən keçir. Heç narahatçılıq keçirirmi, sıxılırmı? Digər rayonun ərazisində olduğu müddətdə özünü qərib hiss edirmi, əlbəttə ki, yox.

Nə qədər pulun olsa da,  istənilən xarici ölkədə kifayət qədər  qəriblik havasının, yaddelli baxışlarının təsiri altındasan. Amma Qubaya getmiş qəbələlinin, zərdablının, gədəbəylinin istənilən kənddə, istınilən qapıda 0, 0000001 qram qayğısı yoxdur, lap 1 qəpiyi olmasa belə.    Bütün rayonlarımızda belədir.

 Tanınmış jurnalist, bloqqer, səyyah Azər Qərib,  unutmuşam, hansı xarici ölkədənsə veriliş aparırdı. Dedi ki, bu ölkədə ünsiyyəti çox sevirlər,  bu şərtlə ki, sən problemli deyilssən, yük deyilsən. 

Və yaxud "alman dəqiqliyi”, "nemeski şot" ifadələrini çox eşitmişik, yəni, nə sənə yük deyiləm, nə mənə yük olma.

Yaxşıdırmı, biz bunu milli  etiket nümunəsi kimi qəbul edə bilərikmi, əlbəttə ki, yox..! Azərbaycan ailəsi, Azərbaycan  vətəndaşı üçün ən əxlaqi keyfiyyət qəribə, qonağa  süfrə açmaqdır, qulluğunda durmaqdır.  Ola bilər ki, mənə irad tutsunlar ki, öz ailəsi yeyə bilməyən neməti qonağın  süfrəsinə düzmək nə dərəcədə doğrudur? Amma mənim kimi düşünənlər deyəcək ki, bu münasibət doğrudur, nəciblikdir.  İnsanlıq üçün elə dəyərlər  var ki, onları öləziməyə qoymaq olmaz. Yoxsa,  insanlıq sona çatar, həyat dayanar.

 Belə əxlaqi dəyərləri olan bir xalqın nümayəndələri indi  nədən bir-birinin qəsdinə dururlar?  Bütün analar gözəldir.  Azərbaycan ANA-sının  övladı üzərindəki  haqq-sayını çəkə bilən, ölçə bilən  nə ölçü, nə də ölçü vasitəsi var? Bəs necə ola bilər ki,  bir Azərbaycan oğlu  digər bir Azərbaycan oğlunun ürəyinə bıçaq saplaya bilir: öz anasını da,  həyatına son qoyduğu bir  həmvətəninin anasını da əbədilik qara geyməyə vadar  edə bilir?

Ağıllı, şüurlu   bir  insanın bu cür  soyuqqanlı şəkildə  öz qan qardaşının , eloğlusunun  həyatına qıymasına nə səbəb axtarasan.

Bu məmləkətin hansı tərəfində əmin-amanlıq varsa, şadlıq varsa, bu, hamımızın sevincidir.onu hamılıqla qorumalıyıq.

Əgər belə deyilsə,  nə həyat oldu bu? İnsan  öz evinə çəkilib, öz fərdi hisslərinə qapılıb  necə rahat yaşaya bilər? Onda insanlar  nəyə can atırdı ki,   ev-eşik qurmağa, sevməyə, oğul-uşaq sahibi olmağa, elə  quşlar kimi  hansı ağacda, hansı budaqda gəldi yaşayardı. Amma İnsan oğlunu Allah xəlq edəndə yaranmış digər bütün canlılardan üstün yaradıb, ona ağıl şüur verib: ağı qaradan, pisi yaxşıdan, birincini ikincidən seçə bilsin deyə.

 Filosof şair Bəxtiyar Vahabzadə necə gözəl tövsiyə edib:


Əgər adamsansa... sev adamları,

Demə, bu, dostumdur, o, düşmənimdir;

Demə, əzizimdir ev adamları,

De, mən bu xalqınam, xalq da mənimdir.

Demə, daş yayınıb qardaşa dəydi,

Mən elə bildim ki, daş daşa dəydi.

Yurdun o başında yıxılan kəsin

Ağrısı qəlbində gərək göynəsin!

 

Gəncədə baş verən hadisələrə münasibət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz