» » Şəhid adı ilə bağlı yerlərə laqeydlik

Şəhid adı ilə bağlı yerlərə laqeydlik

Şəhid adı ilə bağlı  yerlərə laqeydlik

Dünən bayram idi: Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününün 100 illiyini qeyd etdik. Möhtəşəm hərbi paradı izlədik. Nəvələrimizi üçrəngli bayraq kimi sinəmizə qaldırıb, Milli Ordumuzun bizə bəxş etdiyi zəmanəti, etibarlı sülhün keyfiyyətini köks dolusu qürurla seyr etdik.
Bunlar göydəndüşmə deyil, gərgin və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Ölkə başçısı - Ali Baş Komandan buna zaman-zaman yol gəlib: səbrlə, təmkinlə.
Ordu quruculuğu böyük şəhərlər salmaq, 100-lərlə çoxmərtəbəli binalar ucaltmaqdan çiddi məsələdir. Çünki bu quruculuq dünya güclərinin müdaxilə və münasibətləri ilə müşayiət olunur və söz yox ki, qısqanclıqlar da yox deyil. Amma Azərbaycan dövləti dünya dövlətləri ilə əməkdaşlıq prinsipləri ilə özünün hərbi doktrinasını qurdu, inkişaf etdirdi .
Milli Ordumuz hələ 2014-cü ildə "Global Firepower Index” reytinqində (globalfirepower.com) 50-ci yerdə qərar tuturdu. O vaxtdan keçən müddət ərzində bu etibarlılıq daha da yüksəlib. Ordumuzla yanaşı, komandir heyətinin və Azərbaycan əsgərlərinin mənəvi keyfiyyəti yüksəlib. Ordumuz torpaqlarımız və xalqımızı tam şəkildə müdafiə etmək gücünə malikdir. Ordu ilə xalqın münasibətləri getdikcə güclənməkdədir. Amma görüləsi işlər də az deyil.
Ölkəmiz müharibə şəraitində olduğundan atəşkəs rejimi tez-tez erməni təcavüzkarları tərəfindən pozulur. Onları anındaca susduran, məhv edən ordumuz da itkisiz ötüşmür. Belə döyüşlərdə neçə qəhrəman ordumuz Şəhid olub. Dövlət şəhidlərimizə də, əsgərlərimizə də hər zaman böyük diqqət və qayğı göstərib.Amma bəzən bu diqqət və qayğı yerlərdə unudulur. İndi yaşayış məskənlərimizin əksəriyyətində şəhid ailələri var.Onların yaşadıqları binada, məhəllədə xatirə lövhələri, bulaqlar var. Onlara qarşı qayğısızlıq var. Xatirə lövhəsi vurulan divarın qarşısı, bulağın ətrafını kol-kos basıb, gediş-gəliş yox.
Mən bu şəkli Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 158  nmrəli binanın qarşısında telefonun yaddaşına köçürdüm. Ətrafda məktəb və bağçalar var, belə yerləri hamiliyə götürmək olmazmı, hər zaman gül-çiçək içərisində saxlamaq olmazmı? O binada yaşayan insanlar belə mənzərəyə necə laqeyd qala bilərlər? Bu bələdiyyələr, MİS-lər nə vaxt görməli olduqları işləri yerinə yetirəcəklər?

Şəhid adı ilə bağlı  yerlərə laqeydlik

Şəhid adı ilə bağlı  yerlərə laqeydlik

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz