» » 263 nömrəli məktəbdə baş verənlər sinifdən və məktəbdənkənar tərbiyə işlərinə yeni baxış tələb edir

263 nömrəli məktəbdə baş verənlər sinifdən və məktəbdənkənar tərbiyə işlərinə yeni baxış tələb edir

263 nömrəli  məktəbdə baş verənlər  sinifdən və məktəbdənkənar  tərbiyə işlərinə  yeni baxış tələb edir

 

Xətai rayonundakı Allahverdi Sabir oğlu Xəlilov adına 263  nömrəli tam orta məktəb bizim yaşadığımız ərazidə yerləşir. İki gündür ki, kütləvi informasiya vasitələrinin manşetindən düşməyən mövzulara  çoxları kimi mən də internetdə rast gəldim. Bir çox saytlar hadisəni hərə öz qəbul etdiyi, eşitdiyi kimi xəbərləşdirmişdir. Cəmiyyətin gözü, qulağı və səsi kimi dəyərləndirənlər jurnalistlərin hər hansı məlumatı əldə etmə, toplama, yayma, ictimailəşdirmə addımları təbii ki, peşə fəaliyyəti kimi qəbul edilməlidir. Amma bu cür həssas məsələlərə uşaqla bağlı olduğu üçün jurnalist də, onun təmsil olunduğu media orqanı da hadisənin baş verdiyi an da daxil olmaqla hadisəyə qədərki məlumatı, xəbəri ötüməkdən daha çox, həmin məlumatın, xəbərin cəmiyyətə, obyektivdə olan uşaqların, onların valideynlərinin, ailənin, məktəbin, ümumilikdə cəmiyyətin nüfuzunu düşünməlidir. Bütün hallarda uşağa hörmət edilməlidir, onun hüquqları qorunmalıdır. Əgər uşaq hansısa bir zorakılığa malik qalıbsa, digər tərəfdən müdafiəsiz qalmamalı, təhdid olumamalıdır. Uşağa nəinki biganəlik göstərilməli, əksinə, psixoloji, pedaqoji məharətlə məsələnin mahiyyətinə varıb, lazımi addımlar atılmalı, uşağa və ailəsinə qayğı göstərilməlidir.
 İllərdimr gəldiyim qənaətə görə, bu gün məktəblərimizin valideynlərlə əlaqələri zəifdir, formal olaraq  valideyn şuraları, "Məktəbin dostları" kimi sosial qruplar olsa da,  onların səmərəsi   ölkəmizin bu və ya digər ərazilərində baş verən   utanc hadisələri qarşılamaqda  elədə təsir gücünə malik deyildir.  İctiumaiyyətin gücündən faydalanmaq üçün heç bir təşəbbüs göstərilmir. Məktəblərdə sinifdənxaric, məktəbdənxaric tərbiyə məsələləri tamam unudulub.Bəlkə də sinif rəhbərlərinin çoxu bir dəfə şagirdinin ailəsinə baş çəkməyib, şagirdinin gün rejimi ilə maraqlanmayıb. Məktəblər Kütləvi informasiya vasitələri ilə də səmimi əlaqələr  qurmaqda maraqlı deyillər. Mövcud qanunvericiliyə görə,  nəinki jurnalistin, hər bir vətəndaşın məlumat əldə etmək hüququ var. Jurbnalistin isə bilavasitə  peşə borcu olduğu üçün o hadisənin, məkanın daha  mərkəzinə can atmaq marağı var. Amma təhsil şöbələri  xüsusi icazə tələb edirlər.
Jurnalist məktəbə yaxınlaşa bilməz, heç nə soruşa, maraqlana bilməz. 
263 nömrəli məktəbdə bu hadisə artıq KİV məkanında çoxdan tirajlanıb , hallanıb, müxtəlif gərəksiz improvizasiyalara uğrayaraq eybəcər vəziyyətə gətirilib.
Təbii ki, ərazimizdəki məktəblər haqında bu ərazidə yaşayan sakinlərin müəyyən təəssüratları var. Bir çox narahatedici məqamlar insanların gözü qarşısında baş verir. 2 il öncə bu məktəbin azyaşlı bir şagirdi də evimizin qabağındakı yelləncəkdə rast gəlmişdi mənə. Mən nəvəmi gəzdirirdim, o da öz-özünə vaxt keçirirmiş. Adətən, uşaqlar sifətdən tanış gəlir, amma bu qızcığaz nabələd idi. Mən soruşdum, dedi ki, 263 nömrəli məktəbdə oxuyuram.Hər gün belə oynayıram, anam işdən çıxan vaxt gedirəm anamın yanına, sonra da birlikdə evimizə gedirik. Mən şagirdi məktəbə apardım, müəllimini tapdım, söhbət etdik. Doğrusu, heç xoşlarına da gəlmədi. Nə isə..
İndi hamıya  dərs vaxtı  bəllidir.  güdüzün  günorta çağı məktəbyaşı şagird  şöldə-bayırda gəzzirsə mağazalara, kafelərə qaçırsa,  insanlar doğru olaraq zənn edirlər ki, uşaq ya dərsə girməyib, ya da məktəbə getməyib. O gün olmaz ki, ətrafdakı məktəblərin uşaqları nəzarətsiz halda şöldə-bayırda olmasın. Hətta dimgə kimi yerlər var, ora cəm olub siqaret də çəkirlər. Bunlar məktəbi, müəllimi nüfuzdan salır, valideynlər öz evlərinin 5-10 addımlığındakı məktəbləri qoyub digər məktəblər axtarırlar.
Bu gün səhər həyətə düşəndə eşitdim ki, məktəbdə iclas olacaq. Maraq məni götürdü ki, gedim iştirak edim, məsələnin mahiyyətini mənbədən öyrənim. Qapıda dayanan qadına müraciət etdim. Dedi ki, valideynləri iştirak edə bilər, amma jurnalist yox. Neyləməli, çöldə gözləyirəm ki, kimdən nə eşidəcəyəm, kimi  nə söyləyəcək. Gözüm barelyefi adını daşıdığı məktəbin divarına vurulmuş Allahverdi Sabir oğlu Xəlilovun məğrur baxışları ilə toqquşdu.Altında yazılmışdı:
1974-cü il iyulun 30-da doğulub - 1994-cü ilin aprelin 24-də vəfat etmişdir.

263 nömrəli  məktəbdə baş verənlər  sinifdən və məktəbdənkənar  tərbiyə işlərinə  yeni baxış tələb edir 


Demə, "Azərbaycan Bayrağı” ordeni və "Hərbi xidmətə görə” medalı ilə təltif olunmuş Allahverdi Sabir oğlu Xəlilovun bu gün Xatirə günü imiş. Heç olmasa məktəbin həyətində bitmiş çiçəklərdən bir dəstə bağlayıb barelyefin önündəki güldana qoymaq olmazdımı? Olardı, əgər şəhidlərimizə, Milli Ordumuzun əsgərlərinə rəğbət göstərməyi, ehtiram bəsləməyi amalımıza çevirə bilsəydik.Əgər uşaq birliyinin rəhbəri, təşkilatçı müavinin bu haqda məlumatı olsa idi.
Mən bunları nəzərdən keçirərkən məktəbin tədris işləri üzrə direktor müavini İlqar Məmmədovdan soruşmaq istəyirdim. "Tələsirəm, gedin öz işinizlə məşğul olun”,- deyib iti addımlarla aralandı, heç uzaq da getmədi, 200-300 addımlıqda hansı müəllimləsə 2-3 kəlmə söhbətləşib geri qayıtdı.
Sağımda-solumda dayanan adamların söhbətlərindən bəzi sözlər öyrənə bilsəm də maraqlanmaq, öyrənmək istədiklərim öyrənilməmiş qaldı. Ayrılarkən bir idman  Söhbət etdiyim idman müəlliminə "Qəhrəmanın abidəsi önünə gül dəstəsi qoyn”,- deyə xahiş etdim. Qoyub-qoymadıları daha onların borcu.
Baş vermiş hadisənin barəsində uşağın özündənmi, valideynlərindənmi məlumat öyrənməyə cəhd də etmədim. Könlü sındırılmış xalanın, ananın, uşağın narahatçılığı ilə məktəbi tərk etdim. Amma bu yerdə tövsiyələrimi dilə gətirəcəyəm.
Hadisəni qoyaq bir tərəfə. Hüquq-mühafizə orqanları araşdırıb nəticəyə gələcəklər. Bəs adı dilə-dişə düşmüş 1-ci sinif şagirdinin, təqsirləndirilənin, onların valideynlərinin cəmiyyətdək yeri mövqeyi zədələnmədimi..? Kiminsə ehtiyatsızlığından, məsuliyyətsizliyindən bu ailə illərlə yaşayıb ünsiyyət yaratdığı qonşularından ayrılıb yaşayış yerini dəyiməyəcəyək ki?
Mən hər zaman məktəb hadisələrinə çox ehtiyatla yanaşmağın tərəfədarı olmuşam.Polislər asayiş keşikçiləridir. Onların istər-istəməz məktəbə gəlməsi məktəbin ümumi mənəvi iqliminə zərbədir. Günahkar ciddi cəzalandırılmalıdır, amma təkcə günahkarlar: bütün məktəb yox, bütün müəllimlər yox, valideynlər yox..
Məktəblərdə ictimaiyyətlə əlaqələr üzrə əlaqələndiriciyə hökmən ehtiyac var. Mühafizəçilərin bizi başdan etmək üçün demədikləri yalan qalmadı.
Məktəb özünüidarəsinin yeni çevik formalarını tapmaq lazımdır. Sovet dövründə olan şagird özünüidarə orqanlarını yaratmaq lazımdır. Məktəb rəhbərləri iki ildən artıq işləməsin. Çünki elə rəbərlər var ki, məktəb fəaliyyətə başlayandan orada işləyir. Münasibətlər, rəftarlar çox adiləşir.
P.S. Mövzu üzrə  yazımız  yenə olacaq.

263 nömrəli  məktəbdə baş verənlər  sinifdən və məktəbdənkənar  tərbiyə işlərinə  yeni baxış tələb edir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz